Bakıda hava 22°
USD AZN
EUR AZN

Ölməyən sevgi

 

Amma bilmirdi sevdiyi kiminlə yaşayırdı...Qız öz  sevgi dolu qəlbini heç kimlə bölməmişdi-görəsən oğlan kiminlə bölmüşdü qəlbini? Onun sevgisini silib atdımı görən qəlbindən? Qızın içi birdən nifrətlə doldu.Üstünə bir ağırlıq çökdü.Onu düşünəndə hər dəqiqəsinin ağrılı-acılı keçməsi çətin gəlirdi gənc qıza.Ölmək istədi, artıq yaşamaq istəmirdi bu dünyada. Amma sevdiyindən bir xatirə almamış bu dünyadan köçməyəcəyinə and içmişdi gənc qız. Bəlkə də sevdiyi oğlan onu unudub artıq.Təkrar gözlərini açdı.Dərin düşüncəyə daldı.Birdən qızın atası içəri girdi və qızına öz istəyi ilə ürəyini vermək istəyən bir insanın tapıldığını dedi.Qız bu xəbərə heç sevinmədi.Gözləri artıq yaşla dolmuşdu...

         Həmin gecə biri gözlərini əbədi yumdu. Gənc qız isə cərrahiyyə əməliyyatı olundu. Heç bir həftə keçmədi ki, qız sağaldı. Amma dünya daha başqa gəldi qıza.Sanki nə isə əskik idi həyatından. Aradan aylar keçmişdi və artıq qız tamamilə sağalmışdı. Amma içindəki həsrət, kövrəklik qurtarmamışdı. Sevdiyi yadına düşəndə ürəyi əvvəlkindən çox ağrayırdı. “Bircə dəfə görə bilsəydim” deyə hey ürəyində danışırdı. Qəlbi yenə sızlamağa başlamışdı. Amma nəyə görəsə hər gecə ağrı qəfildən güclənir, onu yuxudan oyandırır və bərk döyünürdü.

       Qızın dibçəkdə yetişdirdiyi güllər var idi ki, həmişə onlarla danışırdı. Ən çox sevdiyi gülü isə qızılgül idi. Çünki qızıl gülün yeri onun üçün ayrı idi. O gül də gənc qızla gülüb-ağlayırdı. Qız bu qızılgülü sevdiyinə verəcəkdi-ona görə saxlamışdı onu. Birdən qapı döyüldü. Qapını açdı. Heç kim yox idi. Gözü yerdəki zərfə sataşdı. Yavaşca yaxınlaşıb zərfi götürdü, açdı. İçindən ağ kağıza yazılmış məktub çıxdı. Qəlbi daha güclü döyünməyə başladı. Sevdiyi oğlanın qoxusu vardı məktubda. Başı gicəllənməyə başladı. Gedib yavaşca divana oturdu. Kağızı açdı və əlləri titrəyərək oxumağa başladı. Sevdiyi oğlan məktubda belə yazmışdı: “Sevgilim səndən ayrılandan sonra bir ürəyə iki sevginin sığmayacağını başa düşdüm. Səndən sonra heç kimə baxmadım da, sevmədim də. Sadəcə həmişə səni sevdim. Sənsiz günlərimin hər biri o birindən daha çətin keçirdi. Hər gün daha çox darıxırdım. Sənə bir kitab şeir yazdım. Hər gün yazdım, hər gün oxudum-ağladım. Hər gecə səhərə qədər səni düşündüm. Hər gecə sənin yanında olmaq istədim və hər gecə sənsizliyə lənət etdim.Yuxuları haram etdim özümə. Sənsizliyin acığını gözlərimdən aldım və bir gün hər şeyi dəyişdirəcək bir fürsət düşdü əlimə. Ancaq bu fürsət məni səndən çox uzaqlara apardı. Mən səndən çox uzaqlara getdim, bəlkə səni unudaram dedim. Amma tam tərsi oldu. Unuda bilmədim. Səni görmək üçün hər gecə gəlirdim. Gəlib sənə baxırdım, yavaşca səni sevirəm deyib yanağından öpürdüm. Sən isə hər gecə gözlərini açıb baxarkən gəldiyimi zənn edirdin. Məni görməyib təkrarən yuxuya dalırdın. Artıq sabah bir-birimizi sevməyimizin 6-cı ili tamam olur. Həmişə mən gəldim yanına, sabah da sən gəl sevgilim. Sənin hər dəfə qəlbin döyünərək ağrıyanda mən sənin yanında olurdum. Səndən tək istəyim odur ki, sinəndə daşıdığın qəlbimə yaxşı bax. Çünki göz yaşlarımla adını yazdım ora. Səni səndən çox sevən bir sevgi var qəlbinin içində. İndi ikimizin bir qəlbi var-koksündə döyündükcə mən də yaşayacağam. Gələndə qızılgülü də yaddan çıxarma. Səni sevirəm, yanıma gələnə qədər də sevəcəm sevgilim”.

            Bu sözləri oxuyandan sonra qız sinəsində daşıdığı ürəyin sevdiyi oğlana aid olduğunu bütün vücudu ilə hiss etdi...Cərrahiyyə otağından çıxarılarkən üzü bağlı cansız birini düz yanından keçirmişdilər. Bu mənzərə yeniləşmiş ürəyini təəssüf dumanına bürümüşdü...İndi gözləri önündə öz ürəyini ona qurban verən sevgilisini canlandırdıqca özü də anlamadığı bir aləmə qərq oldu. Elə həmin vaxt qız ölüm yuxusuna getdi.

            Sevgiyə qurban edilmiş bu ürək hələ də döyünür. Aradan 20 il keçdi. Amma ürək döyünsə də, qız ölüm yuxusunda xəstəxana otağında yatır və həyatının sonuna qədər də yatacaq...İki ayrı dünyada ola-ola bir ürəklə sevgilərini əbədiyyətə qovuşduran gənclərin ölməyən sevgiləri xatirinə...

 

Səslərin sayı: 5
44
3453
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Maraqla oxudum.Çox təsr etdi mənə..
10 yanvar 2015 12:50
Offline
Aysel İ.
Çox təsirləndim((
26 noyabr 2014 01:26
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
Allah heç kimi yarımşıq sevgili eləməsin
25 noyabr 2014 14:05
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Deniz N-va
Sevgi dogurdan da olmezdir sadece hiss etmek gerekdir ki o da insandan aslidir love cokk beyendim eladir devamli olsun
7 may 2014 21:41
Offline
Minira Aslanzade
Əsl sevgi ölmür əbədi yaşaar deyiblər.
20 mart 2014 00:22
Offline
Ruhəngiz
Çox təşəkkür edirəm bacım.Necə gözəl yazıdır.Kövrəldim.
8 aprel 2013 15:50
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
ESMIRALDA
BUNU OXUMUWDUM...TEWEKKURLER
4 fevral 2013 16:01
Offline
sabina s-va
GEC OXUSAMDA...INANINKI COOXXX AGLADIM...UPER IDI..ELERIVIZE_UREYIVIZE SALIQ...TWK-LER girl_cray
3 fevral 2013 15:48
Offline
NAR çiçəyi
Cox tesir edicidi...pis oldum...yaziq
29 dekabr 2012 01:07
Offline
Kemale Memmedova
indiki oqlanlar yalniz aldatmaqi bacarir.
16 dekabr 2012 13:18
Offline
leylahuseynova
Təsirli hekayıdi amma indi elə oğlan tapılmaz ki sevdiyi qıza ürəyini versin
16 avqust 2012 17:42
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
1
TESEKKURLER ,GOZ YAWLARIMI SAXLAYA BILMEDIM
28 iyun 2012 18:12
Offline
J e a l o u s y
Tesirlendim tesekkureler
22 iyun 2012 02:39
Offline
Sunshine
cox maraqli idi,indi bele sevgi nadir hallarda olur
20 iyun 2012 18:18
Offline
Gulxare
nə ola sevənin dolmaya gözü...
20 iyun 2012 17:39
Offline
yegane haciyeva
teshekkur edirem
15 iyun 2012 14:53
Offline
Günel Əhmədova
[b]Sherhlre gore teshekkurler .bilirsizmi buna benzer bir hadisenin shahidi olmushdum amma tebii ki oz munasibetim de burda ozunu gosterir .bununla esl sevginin nelere qadir ola bileceyini vurgulamaq istedim - cunki zemanemizin soyuq sevgilerini mushahide etmek meni cox meyus edir.
14 iyun 2012 00:43
Offline
Məryəm.
indi bele sevgi yoxdu.....men sevgiye inanmiram

məndə elə bil inamıram...
13 iyun 2012 18:46
Offline
MAYA EL
COX TESIR EDICI YAZIDI TEWEKKURLER
11 iyun 2012 20:47
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
-------
cox huzunlu bir sevgi hekayesidir
11 iyun 2012 18:43
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış