Bakıda hava 37°
USD AZN
EUR AZN
15:38PERI salam hervaxtiz xeyir olsun 09:41Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40903

Sevginizi gizlətməyin!

 

Sevginizi gizlətməyin!

 

Mən ana deyiləm.Belə bir xəbəri hazırlamaq da mənə düşməzdi, çünki Qadın. Netdə kifayət qədər təcrübəli analar var. Lakin bu məqalədə ana kimi deyil, övlad kimi çıxış edirəm.

Qadın.netin facebook ünvanına gələn ismarıcların biri diqqətimi çəkdi.Adını israrla gizlədən xanım user anasına ünvanladığı bu yazını bizim adımızla paylaşılmasını istəyirdi.

“Sevimli Anam!

Səni çox istəyirəm… Bəlkə heç vaxt bu haqda səninlə danışmamışam. Amma hər dəfə səni üzdüyumdə, hirsləndiyimdə içimdə nə qədər peşman olduğumu, bir kənara cəkilib səni incitdiyim üçun hıçqıra-hıçqıra ağladığımdan heç xəbərin olmadı, Anam! Bir bilsən , Anam, sən hər an ağlımdasan, səndən uzaq olduğumda nə qədər darıxdığımı bir bilsən…

Bilirsənmi, hər zaman istəmişəm üzün gülsün, mənimlə fəxr edəsən və bir də ..mənə olan sevgini hiss etmək istəyirəm, anam..

 Nə qədər uzaq olsaq da sevgini qəlbimdə, ruhumda hiss etmek istəyirəm.. Bəlkə sənə heç vaxt deməmişəm… Ana, bu həyatda bir tək sənə “Məni bağışla !” demək istəyirəm… Səni çox, amma çoox sevirəm.

Hirslənəndə sənə cavab qaytarmağıma, kobud davranmağıma baxma ,Ana, Sənə hər zaman demək istədiyim söz “Bağışla məni, Ana! Səni incitdiyimə görə, bağışla.. Allah səni qorusun ,sevimli Anam mənim..

 Çox gecikmədən insanlara sevdiyinizi söyləyin… Yaxud kiməsə bağışla dəmək istəyirsinizsə bunu mütləq vaxtinda deyin yoxsa sonra , sonra çox gec ola bilər… Tələsin sevdiklerinizə sevdiyinizi söyləməyə…”

Soruşa bilərsiniz ki,burda nə var ki?? Ən normal hal- bir övladın anasına olan sevgisini sözlərə tökməsindən gözəl nə var??

Məsələ burasındadır ki, müəllif bunu nəinki öz səhifəsində paylaşmır, anasına üzbəüz demir, hətta bu sözlərin müəllifi olduğunu da təkidlə gizlətməyimi istəyir məndən. Məni narahat edən də məhz bu çalrdır Azərbaycan ailələrində mövcud olan qapalı mühit, rəsmiyyət, ciddiyyət. Əlbəttə mən valideyin və övlad arsında müəyyən mənada pərdə olmasının tərafdarıyam amma bu xüsusiyyət sabah sizin övladınızın sevdikləri ilə ünsiyyət qurmağında problem yaradacaqsa onda necə??

Mən övlad olaraq yanaşdım bu məsələyə, yadıma gələni valideyinlərimin pərdəli, ciddi münasibətini hiss etmişəm, övladını qucağına alıb o üzündən, bu üzündən marçıltı ilə öpən valideynlərə təəccüblə baxmışam həmişə. Bəli, həsrətlə yox , təəccüblə. Çünki mənim aləmimdə bu heyrətamiz bir şey idi. Vaxt keçdikcə valideyinlərimin uşaq ikən mənə aşıladığı bu soyuqqanlıq bütün xasiyyətimi formalaşdırdı, məndə insanlara qarşı hasar yaratdı.

Şərt sevməkdə deyil, sevgini göstərmək, hiss etdirmək lazımdır, əziz valideyinlər! Övladınıza məsuliyyətiniz qədər, ondan da çox sevginizi hiss etdirməlisiniz.

Bəs sizin övladınızla ünsiyyət məsələniz nə yerdədir, onunla sadəcə valideyinsiniz yoxsa dostluq edərək onun hisslərini açıq-aydın ifadə etməyinə şərait yaradırsız??

Səslərin sayı: 6
48
6689
Digər yazılar
Şərhlər
Offline
Ceylan Mumoğlu
Iceberg,
xeber nostalji yaratdi

Dünən illüminati axtarışı zamanı profilinə girmişkən paylaşdım laughing
11 may 2017 12:36
Offline
Iceberg
love request xeber nostalji yaratdi
11 may 2017 11:40
imza: shafaabdulla.blogspot.com
Offline
Gunay Aliyeva
heyatin aile qurandan ve ana olandan sonra basa dusursen ele analarimizida
9 may 2013 23:30
Offline
Seriyye Xelilova
Cox lazimli məlumatlardir bizlər üçün. sevgimizi bildirməyiB gizli sevənlərdənik bir coxumuz.
21 fevral 2013 21:40
Offline
Nurka
cox gozel movzuya toxunmusuz mende anamla her weyimi paylawiram ozumun 2 oglum var men olara hem ana hem baci hem de dost oluram herden deyirlerki bu bizim bacimizdir inanin herden olara ele naz edirem uwaq kimi olara ele siginiramki meni qucaqlayib can balamda deyirler ALLAH butun evladlari qorusun gerek valideyin evladina yaxin olsun ki olarda oz fikirlerini duwuncelerini hisslerini paylawa bilsinler
27 yanvar 2013 22:26
Offline
S.S.90...Samir...
Dəyişdi gözümdə birdən camalı,
Üşütdü içimi soyuq xəyalı,
Nə bilim acıymış onun vüsalı,
Yoluma daş qoydu səbrimə inad,
Anam, nə biləydim beləymiş həyat.

Duyğumu, hissimi kar elədi, kar,
Ah çəkdim, sulara düşdü xəyallar,
Ruhum taa cismimə çətin ki sığar,
Demə bir nağılmış hər arzu, murad,
Anam, nə biləydim beləymiş həyat.

Acıdım halına belə dünyanın,
Yuxulu qafillər, bəsdir, oyanın,
Ağlını qəlbinə qarşı qoyanın,
Nə deyib eşqinə inandım, heyhat
Anam, nə biləydim beləymiş həyat.
27 yanvar 2013 22:18
Offline
PƏRVANƏ ƏLİYEVA......
COX GOZAL MOVZUDU...ANAM MENIM HEM BACIMDI HEM REFIQAMDI..HEMDE ANAMDI...O MENIM CANIMDI..ANANI SEVMEMEY OLARMI..ALLAH BUTUN ANALARA CAN SAQLIQI VERSIN..OLANLARADA REHMET ETSIN..O KI QALDI..NESA SEHF EDIB UZUR ISTEMEYE..UZR ISTEMEY BOYUKLUKDU....CALIWAQ ANALARIMIZIN QELBINI QIRMIYAQ..AXI OLAR YAWDAWA YAWDAWA UWAQLAWIRLAR..
27 yanvar 2013 22:09
Offline
Qabriella
Sukurler olsun Anamin yanimda olmagina!Mende bezen onu ISTEMEYEREKDEN hirslendirirem,istemediyi seyler edirem hemin an pesman olmasam bele bir nece saat sonra cox pesman oluram.Bezen meni sevmediyin dusunurem,bezen menden bezdiyin,bezen ondan uzaqlasmaq isteyirem ki "menim ucun darixsin".....
Her seye regmen dualarimin evveli ve sonu Anamdir.ELHEMDULILLAH!REBBim onu mene cox gormesin insALLAH
27 yanvar 2013 22:00
Offline
Serras
men anama hec neyi demmeisem umumiyyetle ele seyler olubki hec kime dememisem,ama mene sevf=gilerin atamda mamamda yaxsi sekilde gosteribler,tesekkkurler xebere gore
4 yanvar 2013 14:27
Offline
♥TuTu ♥
men anamdan cekinmirem onunla cox seylerimi bolusurem her seyi bolusmurem cunki fikir vermisem soradan o hemin seyin fikrini cekir ondada pis oluramki onu uzurem bezen sadece susub icimde cekirem ama etrafimdakilara hamiya xos isdeyimi gizletmirem,bir seyde deyim anayla qizin dostlugu tamliqda tutmur cunki meselen anaya neyise deyirsen o hemin an sene dost kimi yox anakimi reaksiya verir tez baslayir ya danlamaga ya narahat olmaga sadece ozunu ovladin yerine qoyub onu dost kimi anlamir ama umumilikde yaxsiki varlar bizi yaxsimizla pisimizle sadece balalari oldugumuzcun cox isdeyirler.Allah analarimiza can sagligi versin dunyadan kocenlerede rehmet elesin...
4 yanvar 2013 14:19
Offline
Selvi
MEN ANAMLA NEFES ALIRAM...IMZA HER KES MUKEMMEL OLA BILER.EHTIYAC DUYDUGUMUZ TEK HER SEY,SEVGI DOLU BIR MEN VE GUCUNU SEVGIDEN ALAN BIR RUHDUR...
2 oktyabr 2012 15:58
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
L.M
mənim anam mənim hər şeyimdi.
2 oktyabr 2012 15:06
Offline
omrum
butun qizlarimiza deyerdim sizin en yaxin refiqeniz oz ananiz olsun.butun sirlerinizi onunla paylasin cunki ureyi yanan,size dogru yolu gosteren ananiz olacaq.
24 iyun 2012 13:30
Offline
Aysu Xalilova
anami cooooooooooooooooooooooox sevirem,ama anam mene qarsi sevgisini gizledir oda mene ele gelirki anam meni hec sevmir
23 iyun 2012 19:55
Offline
๑۩۩๑E.Eliyeva๑۩۩๑
cox gozel movzuya toxunmusuz twk.
23 iyun 2012 15:59
Offline
Gulxare
MEN CALIŞIRAM QIZIMLA DOSTLUQ MÜNASİBƏTİNDƏ OLUM BƏZƏN XOŞUM GƏLMƏYƏN BİR SÖZÜNÜ EŞİDƏNDƏ BELƏ ÇALIŞIRAM HİRSİMİ BÜRUZƏ VERMƏYİM BAŞA SALMAĞA ÇALIŞIRAM. HİSS EDİRƏM SÖHBET ETMƏK XOŞUNA GƏLİR BƏZİ DAVRANİŞLARIN DÜZ OLUB-OLMADIĞINI SORUŞUR ÖYRƏNMƏYƏ ÇALIŞIR. BELƏLİKLƏ SİRRİNİ GİZLƏTMƏKDƏN ÇƏKİNMİR
20 iyun 2012 00:46
Offline
Huseyn (e) ashiqi
mence ovladla ananin daha yaxin olmasi ucun ana sherait yaratmalidir.men ana deyilem ama Inshallah ana olanda oz ovladimla dost,refiqe olmaq isteyirem.men anamla cox mesafeliyem ama bele olmasini hec istemirem.anami cox sevirem.
19 iyun 2012 00:56
Offline
MEN SAYTDAN GETDİM
MEN ANAMA BU SOZU ONU COX SEVDİYİMİ HEMİWE HETDA HER GUN DEYİREM ONSUZ BİR GUNUM SAATİM DEYQEM OLMASİN.SEVGİMİ HEMİWE HİSS ETDİRİREM BİLDİRİREM ANAMA AMMA ATAM İSE.....EHH NİYE BELE OLDUGUMU BİLMİREM ATAMA BAGLİ DEYİLEM OLADA BİLMİREM GUN VARDİKİ İKSİNİDE EYNİ İSTEYİRDİM AMA İNDİ NE QEDER FERQ VAR ARALARİNDAKİ SEVGİMDE ANAMİ ATAMDAN DAG QEDER FERQLE COX İSTEYİREM ATAMA HERDEN ATA DEMEY BELE İSTEMİREM ONU BAGİWLAYA BİLMİREM ETDİYLERİNE GORE HEC CUR BAGİWLAYA BİLMİREM
17 iyun 2012 15:40
Offline
Pervane... Perishko
MEN KIMI SEVIREMSE MUTLEQ DEYIREM. SEVMIREMSE O INSANDAN OLDUQCA UZAQ GEZIREM
15 iyun 2012 17:07
Offline
LoVe SToRy
men de 9cu sinife kimi anama nese demeye qorxurdum cekinirdim hem o vaxta kimi anam meni sixirdi adice qonwuya bele getmeye qoymurdu sora bir muddet kecdi yavaw yavaw mene serbestlik verdi hem o vaxtdan herweyimi anama daniwiram...mende ANAMI coooooox istiyirem nefeesimdi heyatimdi o menim....movzuya gore cox sagolun
15 iyun 2012 13:15
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )