Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

"Mavi gülün hekayəsi"

"Mavi gülün hekayəsi"

Yusuf çiçək əkib sataraq dolanardı. Onun işi bütün ölkədə bəyənilərdi. Heç bir çiçək onun bağçasındakılar qədər gözəl deyildi.

Padşah ölən bağbanın yerinə Yusufu işə götürmüşdü. Yusuf sarayın bağçasını gözəlləşdirməyə başlamışdı. Bir gün pəncərədən bağçanı izləyən padşahın qızını görür və ona dəli kimi aşiq olur. Gözlərini ondan çəkə bilmir və bir müddət onu izləməyə başlayır. Bir  gün  padşahın qızı onu görür, inci kimi gözləri ilə ona baxaraq gülümsəyir və sonra içəri keçir.
Yusuf işi ilə məşğul olurdu, amma ağlı hələ padşahın qızında idi. Elə onu düşünür, onunla əlaqədar xəyallar qururdu. Onunla evləndiyini və iki uşağı olmasını arzulayırdı. Yusuf hər gün bir tərəfdən bağçada işləyir, bir tərəfdən də şahzadənin pəncərəyə gəlməsini gözləyirdi, o gəldiyi zaman da onu baxışları ilə izləyirdi.

"Mavi gülün hekayəsi"

Günlərin bir günü padşahın qızı yanına nədimələrini də götürərək bağçada gəzintiyə çıxır. Bağçanın bənzərsiz gözəlliyini görür və nədimələrindən birini çağıraraq:

--Bu bağçanın bağbanını yanıma gətir - deyə əmr edir. Nədimə dərhal gedib Yusufu tapır və şahzadənin qarşısına gətirir. Şahzadə nədimələrinə dönərək:
--Siz çıxın - deyir. Qulluqçular oradan ayrılırlar. Şahzadə və Yusuf baş-başa qalır. Şahzadə Yusufa:
--Heç bu qədər gözəl bağça görməmişdim - deyir.

Yusuf yarıutancaq şəkildə:
--O sizin gözəlliyinizin yanında heçdir, şahzadəm - deyir. Padşahın qızı Yusufa dönərək :
--Sənin adın nədir? - deyə soruşur:
--Yusuf, şahzadəm.
Şahzadə:
--Yusuf, səndən bir şey istəyə bilərəmmi? - deyə soruşur.
Yusuf:

 --Əlbəttə, şahzadəm - deyə cavab verir.
Şahzadə:
-- Bənzəri yalnız ay şahzadəsində olan  mavi gülü mənim üçün tapmağını istəyirəm - deyir. Yusuf  mavi gülün dünyada yetişmədiyini bilsə də aşiq ürəyiylə şahzadəyə"Yox" deyə bilmir. Şahzadə də ''Mavi gülü əlimə alacağım günü səbirsizliklə gözləyirəm'' deyərək ordan ayrılır.

Şahzadə getdikdən sonra Yusuf düşünməyə başlayır. "Mən necə, haradan taparam mavi gülü" deyir.

"Mavi gülün hekayəsi"

Ən son əllərini açaraq Tanrıya belə dua edir: "Ey Tanrım! Ey kimsəsizlərin kimsəsi, köməyə möhtac insanların dərmanı, mərhəməti bol Tanrım, sən mənim dərdimi bilirsən, mən bu işin içindən çıxa bilmirəm, mənə kömək et Tanrım'' , sonra yatır. Gecə yuxusunda göydən ulduzlara bənzəyən cisimlərin sarayın bağçasına endiyini görür və nə olduğuna baxmaq üçün çölə çıxır. Bağçanın ortasına gəldiyi zaman gördüyü işığın parlaqlığından bir müddət ətrafını görə bilmir. Gözləri işığa alışanda qarşısında 3 dənə əvvələr heç görmədiyi varlıqları görür.
Ortada dayanan bir neçə addım yaxınlaşaraq:
--Salam, Yusuf  - deyir. - Mən Eşq mələyiyəm, sağımda dayanan yaxşılıq mələyi, solumda dayanan isə təbiət mələyidir. Sənə kömək etməyə gəldik. Tanrı mavi gülü tapmaqda sənə kömək etməyi tapşırıb.
Daha sonra Mələk geri çəkildi və Təbiət mələyi yanındakı qırmızı gül qönçəsinə dönərək:
--Ey qırmızı gül qönçəsi, Tanrının əmriylə sənə dərhal bənzərsiz mavi gül cücərtisinə çevrilməyini istəyirəm - deyir. Cücərti dərhal dəyişməyə başlar və çox gözəl, çox cazibədar bir gül qönçəsinə çevrilir. Yusuf beləsini daha əvvəl nə görmüş nə də eşitmişdi. Təbiət mələyi işini bitirdikdən sonra geri çəkilir.
Yaxşılıq mələyi önə çıxaraq:
--Ey mavi gül qönçəsi, Tanrının əmriylə hər bir zərrənin yaxşılıq, gözəllik içində mavi gül kimi açmağını istəyirəm - deyir. Bu zaman qönçədən bir tumurcuq çıxır və açmağa başlyır, yavaş-yavaş mavi gülə çevrilir.
Sonra yaxşılıq mələyidə geriyə çəkilir və eşq mələyi önə çıxaraq:
--Ey yaxşılıq və gözəlliklərlədolu mavi gül, Tanrının əmriylə sənə sahib olacaq şahzadənin səni iylədiyi an bütün ürəyiylə Yusufa aşiq olmasını istəyirəm - deyir. Bunu deyərkən mavi gülün ətrafını bir işıq buludu örtür. Yusufun bundan gözləri qamaşır. İşıq buludu böyüyür və bütün bağçanı təsiri altına aldıqdan sonra sürətlə mavi gülün ortasındakı boşluğa girərək oranı doldurur. Mələklər işlərini bitirdikdən sonra uçub gedirlər, Yusuf da yuxudan oyanır, artıq səhər idi. Dərhal bağçaya qaçır, mavi gülün eyni yerdə bitdiyini görür və yuxusunu gerçək etdiyi üçün Tanrıya şükr edir.
Daha sonra şahzadənin nədimələrindən birinin yanına gedərək:
--Şahzadəmizin məndən istədiyi bir şey vardı. Gedib söyləyin, istədiyi şeyi artıq gəlib ala bilər - deyir. Nədimə Yusufun dediklərindən bir şey anlamır, amma gedib onun sözlərini şahzadəyə çatdırır. Şahzadə həyəcanla Yusufun yanına gələrək:
--Nədimədən eşitdiyim doğrudurmu? - soruşur.

"Mavi gülün hekayəsi"

Yusuf:
--Bəli, şahzadəm - deyir və şahzadəni gülün yanına aparır. Gülü görüncə əvvəlcə gözlərinə inana bilməyən şahzadə daha sonra gülü qoparıb əlinə alır və dərhal iyləməyə başlır. Bir an sonra başı dumanlanmağa başlayır və özündən gedib yerə yıxılır. Nədimələr bunu padşaha bildirirlər. Padşah Yusufun qıza nəsə bir şey etdiyini düşünüb cəlladlara dərhal Yusufun boyunun vurulmasını əmr edir. Yusufun boyunu vurub cəsədini qaranlıq meşəyə basdırırlar.

Şahzadə 3 günlük dərin yuxudan sonra çox gümrah halda ayağa qalxır və ilk olaraq nədimələrindən Yusufu soruşur. Ağır xəbəri öyrəndiyi zaman dərhal gülünü istəyir. Gülün yarısının solduğunu görür. Şahzadə bir həftə yemədən, içmədən, yatmadan davamlı olaraq göz yaşı tökür.

Bir həftə sonra gecə yuxusunda Yusufu görür. Çox gözəl bir evin həyətində çox gözəl bir bağça yetişdirirmiş. Bağçasında hər növ çiçək vardı. Ancaq mavi güldən yalnız bir dənə idi.
Yusuf şahzadəyə dönərək:
--Bura cənnətdir,  bura  bizim evimizdir, şahzadəm. Hər şey sizi gözləyir, lütfən artıq yanıma gəlin - deyir. Şahzadə oyanar görür ki, hələ gecədir. Ağlından gördüyü yuxu keçir, zehnində Yusufun dedikləri səslənirdı. Birdən mavi gülü əlinə alır, pəncərəsini açır və özünü aşağı atır...
Səhər sarayda qiyamət qopur. Hamı ağlayırdı. Şahzadənin cansız bədəni yerdə idi, amma üzü ay kimi parlayır və üz ifadəsi sanki gülümsəməyi xatırladırdı. İki əlinin arasında bütünlüklə solan mavi gül vardı...
Buna görə də artıq dünyada mavi gül açmayacaq. Çünki Yusuf və şahzadə sevgisi bir də yaşanmayacaq. Mavi gül dünyaya yalnız bir dəfə gəldi, gəlişi də eynilə belə idi...


Səslərin sayı: 18
133
9416
loading...
Şərhlər
Offline
V_E
Cox gozel;)))) tesekkurler
30 yanvar 2015 09:38
Offline
Xanim_Xatun
Çox maraqlı hekayə idi.Paylaşım üçün sag olun.
10 yanvar 2015 12:46
Offline
S.S.E.
çox-çox gözəl hekayə idi.bizimlə
paylaşdığınız üçün təşəkkür
edirəm.

çox-çox gözəl hekayə idi.bizimlə
paylaşdığınız üçün təşəkkür
edirəm.

çox-çox gözəl hekayə idi.bizimlə
paylaşdığınız üçün təşəkkür
edirəm.
7 yanvar 2015 11:09
Offline
Hacət-i Vuslat
Əla good hekayədir.
Mən Ruqaşqa girl_ang
1 yanvar 2015 11:03
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
APENAS
Ay Allahım nə gözəl hekatə idi, zövqlə oxudum girl_ten Minnətdaram paylaşdığınız üçün..
27 noyabr 2014 21:12
Offline
Deniz N-va
Ay duygulandim cokk gozel hekayedirrr give_ros indi aglayacam
7 may 2014 21:34
Offline
Məryəm.
əliyeva firuzə,
Sun,
Ləman_,
Təşəkkür edirəm. oxuduğunuz üçün.
30 may 2013 12:35
Offline
əliyeva firuzə
hem wekilleri gozeliydi hemde hekaye maraqliydi.tewekkur
9 may 2013 11:42
Offline
G.....m
Maraqliydi.padsah sahzade usaqligim yadima tusdu lap.
Men mavi gulu cox sevirem sekillerine her zaman baxiram ele sekilden asiq olmusam o gule.
tesekkurler.
13 aprel 2013 17:04
Offline
Nigar
səhər oldu oxuduz?

geldim oxudum bacican cox maraqli idi amma axri cox pis oldu crying cox sagol yazan ellerin var olsun
20 noyabr 2012 19:58
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Məryəm.
Kemale Memmedova,
Ləman_   نقر,
samson,
Sabina Memmedova,
Раджабов Гаджи,
Təşəkkür edirəm...
indi cixim seher inwALLAH oxuyaram

səhər oldu oxuduz? winked
20 noyabr 2012 13:00
Offline
Nigar
indi cixim seher inwALLAH oxuyaram smile
19 noyabr 2012 23:19
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Kemale Memmedova
gerek olum olmayaydi.kederlendim.
17 noyabr 2012 02:40
Offline
samson
Guller kimi hekayede gozel idi.
Guller kimi daim ciceklenin,etirli olun,calisin tikanlari ellerinize batmasin eziz qadin.netliler
17 noyabr 2012 00:25
Offline
Sabrina Melodi
çox-çox gözəl hekayə idi.bizimlə paylaşdığınız üçün təşəkkür edirəm. smile
16 noyabr 2012 19:21
Offline
:(( Bir Muddet Burda Olmayacam:((
sagolun gozeldiler feel teekkur
16 noyabr 2012 19:15
Offline
Məryəm.
SELENA,
Mehrim_,
Tesekkurler...
16 noyabr 2012 19:10
Offline
Mehrim_
ehh sevgi sevgi sevgii crying
16 noyabr 2012 18:28
Offline
♥Selena♥
Maraqli hekayedir. Elleriniz ve gozleriniz yorulmasin.
16 noyabr 2012 18:06
Offline
Məryəm.
MEMMEDOVA BAKINKA,
duygu,
MAYA EL,
Jealousy,
Muslimah,
Sonay Quluzade,
Aygun,
a.angel,
♥ Fatime.M ♥,
Çox təşəkkür edirəm xanımlar... şərh yazan əllərini ağrımasın...
16 noyabr 2012 17:43
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış