Bakıda hava
USD 1.7001 AZN
EUR 2.1108 AZN
18:23Emma Svon Axşamınız xeyir! 11:28Surayye Gunurtaniz xeyir xanimlar-Peri Simadan ses yoxdu 11:09Xəyalə Murad Hər birinizin günü uğurlu olsun! Xoş gəldiniz,Yağmur xanım 09:48Yağmur....) Gunayfın Allah salamı olsun sizlere yeni gune Elhemdurullah
38071

Estetik əməliyyatlarda ən çox edilən 5 səhv

Estetik əməliyyatlarda ən çox edilən 5 səhv

İlk baxışda estetik olduğu bilinən burunlar, silikonlu olduğu bəlli olan dodaqlar, bir kökdən səkkiz telin çıxdığı əkim xətasına məruz qalmış saçlar... Bütün bunlar xətalı estetik əməliyyatın mənfi nəticələridir. Bəs gözəlləşmək uğruna çirkinləşməmək və sağlamlığımızdan olmamaq üçün nə etməliyik? Həkimlərin fikirincə, estetik cərrahiyyədə ilk əməliyyatlar ən asan və ən yaxşı nəticə verən olur.

Ümumiyyətlə, əməliyyat olunmuş bölgələrdə toxumalar pozulmuş olur. Buna görə də ikinci əməliyyat daha çətindir, istənilən nəticəni almaq da asan olmur. Belə xətaların yaranmasının səbəbi insanların təcrübəli, ixtisaslaşmış həkimlərə müraciət etməməsidir. Estetik əməliyyatlarda ən çox edilən  5 xəta belə izah olunur:

Estetik əməliyyatlarda ən çox edilən 5 səhv

Burun əməliyyatı

   Estetik ve plastik cərahhı Prof. Dr. Erol Kışlaoğlu burun əməliyyatlarında rast gəlinən ən böyük səhvin təbii olmayan, çox dik, üzə uyğun olmayan və baxanda əməliyyat olduğu açıq şəkildə bilinən burunlar olduğunu bildirdi. Bunun əhəmiyyətli bir səbəbinin də burun əməliyyatlarının bəzən plastik cərrah olmayan həkimlər tərəfindən edilməməsi olduğunu vurğulayıb. Bəzi həkimlərin hava yolunu açarkən burundan lazım olandan daha çox sümük və qığırdaq götürdüyünü və açıqda qalan sümükləri yaxınlaşdırmadan əməliyyatı sona çatdırdığını izah etdi. Əyri qisimləri düzəltmək əvəzinə çıxartdıqlarını söyləyən Kışlaoğlu bu səhvin zaman keçdikcə insan üçün böyük problemlər yarada biləcəyini də sözlərinə əlavə etdi.Erol Kışlaoğluna görə, burun əməliyyatlarında edilən digər bir səhv də nəfəs alma problemi olan kəslərin əvvəl nəfəs yolu açma - septoplasti, sonra da estetik əməliyyat yəni - rinoplasti etdirmələridir. Halbuki, septoplasti zamanı qığırdaq toxuması alınır, sonrakı əməliyyat üçün kafi toxuma qalmır. Bu iki əməliyyata ehtiyacı olduğunu düşünənlər ikisini də bir yerdə etməyi planlaşdırmalıdırlar. Burun əməliyyatlarıyla əlaqədar meydana gələ biləcək digər bir problem də açıq burun əməliyyatlarından  sonra iki burun dəliyinin arasında, xüsusilə qarabuğdayı insanlarda iz qalmasıdır.

Əməliyyat səhvləri:

Təbii görünməyən, çox dik, üzə uyğun olmayan burunlar. Çox qığırdaq və sümük alındığı üçün çox pis bir görünüşə sahib burunlar olur ki, sonradan bunları düzəltmək üçün qabırğadan sümük, ya da qulaqdan qığırdaq alınması lazımdır. Səhv əməliyyatlar sonrası xəstə nəfəs almaqda çətinlik çəkir.

Estetik əməliyyatlarda ən çox edilən 5 səhv

Liposaksiya.

Erol Kışlaoğlu liposaksiya əməliyyatlarında edilən ən böyük səhvin xəstəni arıqlatmaq məqsədiylə lazım olduğundan daha çox yağ çəkilməsi olduğunu ifadə edir. Kışlaoğluna görə, liposaksiya arıqlatma deyil, gözəl forma vermə əməliyyatıdır. Burada məqsəd bədənin piyli olma səbəbi ilə formasız olan bölgələrini daha formalı hala gətirməkdir. Çox yağ çəkilməsinin xəstənin sağlamlığı baxımından böyük risk daşıdığını ifadə edən Kışlaoğlu söylədi: "Liposaksiya əməliyyatının nəticəsində bəzi görüntü pozğunluqları və deformasiya meydana gələ bilər. Dərinin müəyyən kiçilə bilmə tutumu var və bu tutumdan artıq olduqda dəridə sallanmalar, çuxurlar meydana gəlir. 

Liposaksiya səhvləri:

Liposaksiyada ən əhəmiyyətli risk səhv əməliyyat zamanı və ya əməliyyatdan sonra damarlarda laxtanın əmələ gələrək, ağciyərlərdə tromblaşmaya səbəb olmasıdır. Bu, elə bir səhvdir ki, adamı ölümə apara bilər.Yenə şüursuz bir cərrah əli ilə düz olmayan, kələ-kötür görünüşlər ortaya çıxa bilər.Qarın bölgəsinə edilən səhv liposaksiya əməliyyatları səbəbiylə sallanmalar meydana gəlir. Xüsusilə yaşlı xəstələrdə diz qapağının üzərindən yağ alma əməliyyatı doğru edilməzsə, buradakı dəri dizin üzərinə sallana bilir.

Döş əməliyyatı

Erol Kışlaoğluna görə, döş böyütmə əməliyyatlarında ən böyük problem xəstə ilə həkim arasında doğru bir ünsiyyətin olmaması və döşlərin ölçüsündə ortaq bir qərara gələ bilməmələridir.  Bunun nəticəsində xəstə döşünün yeni ölçüsünə alışa bilmir, ya da əvvəl bəyənsə belə sonra daşıya bilmir. Döş böyütmə əməliyyatlarında da digər estetik əməliyyatlarda olduğu kimi, ən böyük problem təbii olmayan nəticədir. Çox böyük protezlər təbii nəticə vermir,  bəzən mənfi təsirə də səbəb ola bilir.

Əməliyyat səhvləri:

 Təbii olmayan, uzaqdan baxanda sərt, iki kürə kimi dayanan döşlər;

 İki döş arasında bərabərsizlik, asimmetrik görünüş;

Protezlərin  xəstəni narahat edəcək qədər böyük olması;

Çətinliklə qoyulan protezlərin mənfi təsirinin olması. Məsələn; nadir rast gəlinsə də, kapsula kontrakturu (döş protezləri ətrafında yarana bilən sərt və fibroz toxuma) olaraq adlandırılan vəziyyətdə protezin ətrafında bədən sərt bir zireh meydana gətirə bilir.

Estetik əməliyyatlarda ən çox edilən 5 səhv

Dodağı dolğunlaşdırma

Burun kimi dodaq da üzün ən diqqət çəkən bölgəsi olduğundan ediləcək ən kiçik bir səhv dərhal gözə çarpır. Erol Kışlaoğlu dodaq dolğunlaşdırmaq məqsədilə şəxsin öz toxumasından istifadə edilə biləcəyi və ya hyalüronik turşu (qırışları müalicə etməyə kömək edən doldurucu vasitə) kimi təbii maddələrin də seçilə biləcəyini ifadə etdi. 

Dodaq dolğunlaşdırma səhvləri:

Çox süni və şiş görünüşlər;

Bədənlə uyğun olmayan plomb maddələrinin yaratdığı, həm görünüş, həm də sağlamlıq baxımından problem yaradan mənfi təsir.  

Estetik əməliyyatlarda ən çox edilən 5 səhv

Saç əkmə

Saç əkmə sadə  görünsə də, həm xəstə, həm də həkim üçün son dərəcə əhəmiyyətli və diqqət tələb edən bir əməliyyatdır. Mikro implantasiya üsulunda hər bir saç kökü tək-tək alınaraq əkilir. Bu əməliyyatda səbir göstərilməzsə, ya da təcrübəli əllər tərəfindən edilməzsə, bir çox problemlər yarana bilər. Saçlar alın və gicgahlardakı çökəklər nəzərə alınmadan əkildiyi zaman başın üst qismində toplanan saçlar çevrə şəklində qoyma saça bənzəyən görünüşün yaranmasına səbəb olur.

Saç əkmə əməliyyatında olan səhvlər:

Təbii olmayan bir görünüş ortaya çıxa bilir.

Saç köklərinin tək-tək deyil, bir yerdə əkilməsi səbəbilə bir kökdən çıxan onlarla teli göstərə bilərik.

Səslərin sayı: 6
56
16021
loading...
Şərhlər
Offline
Emma Svon
Bu dəqiqə məşhurların 90 faizi estetik əməliyyatlardan faydalanıb
20 aprel 2016 10:47
Offline
Iceberg
Sac heqiqeten cox vacib imis, bunu son sekilde basa dusdum)))
19 aprel 2016 13:16
imza: shafaabdulla.blogspot.com
Offline
Ceylan Mumoğlu
Nəsə bir qəza yaşamış, yaxud sağlamlığına əngəl olan bir qüsuru aradan qaldırma xaricində estetik əməliyyata qarşıyam.
19 aprel 2016 12:00
Offline
Cavadova Xedice
Doldurulmuş dodaqlar çox pis gorsenir.
19 aprel 2016 11:16
Offline
Xəyalə Murad
Həkimlərin fikirincə, estetik cərrahiyyədə ilk əməliyyatlar ən asan və ən yaxşı nəticə verən olur.
19 aprel 2016 11:02
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Nermin_Guler
Hər bir əməliiyat məcbur qaldıqda və limiti aşmamaq şərti ilə etdirmək olar.
19 aprel 2016 10:08
Offline
fidancik.nva
Çox isterdim burun emeliyyati etdirem.ama tebiiki bawarili bir hekime
6 avqust 2015 15:54
Offline
gunay
Dogrudur. Cox sagolun xeber ucun.
11 fevral 2015 10:50
Offline
H.M
Dolgu olan emeliyyatlar cox pis gorsenir.
3 yanvar 2015 19:30
Offline
Aysel İ.
Bu xəbəri hamı oxuya kaşki. Bu əməliyyatlardan sonra daha çox eybəcərləşdiklərini görələr kaşki0
29 sentyabr 2014 08:10
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Deniz N-va
Tamamile duzdur Nilufer xanim!!!!
7 avqust 2014 18:16
Offline
♥NiLuFeR♥
HAMISI BOS SEYLERDI E
4 yanvar 2014 20:57
Offline
senan samedov
,men estetik emeliyyata pis baxmiram ve bunu oz uzerimde gelecek zamanlarda etdirmeyi planlawdiriram
11 noyabr 2013 12:10
Offline
♥♥♥ Elena♥♥♥
mence bular hamisi bos seylerdi tebii gozellik daha yaxsidi.her yasin oz gozelliyi var girl_smi
29 sentyabr 2013 17:45
imza: Sən gülərkən mən yaşamaq üçün bir gün daha əlavə edirəm təqvimə...
Offline
Aşk Meleği
girl_ten çok şekeeerr
29 sentyabr 2013 17:40
Offline
Gulshen_q
bilirem ancaq men elebele oğlanın üzünden xoşum geldiyini deyirdim

Mən də bəyəndim onu. laughing
29 sentyabr 2013 17:39
Offline
Aşk Meleği
bilirem ancaq men elebele oğlanın üzünden xoşum geldiyini deyirdim biggrin
29 sentyabr 2013 17:38
Offline
Gulshen_q
axırıncı şekildeki oğlan saçlı formasıyla ela görünür haa..öz aramızdı

Bu şəkil fotoşopa daha çox oxşayır.Çünki belə gənc biri bu yaşda elə tamam keçəl ola bilməz məntiqlə.Ondan başqa həmin oğlanın saçlı şəkillərini çox görmüşəm.Həkimlər reklam üçün belə fotoşopdan çox istifadə edirlər.Hər gördüyümüzə inanmayaq. laughing
29 sentyabr 2013 17:35
Offline
Aşk Meleği
axırıncı şekildeki oğlan saçlı formasıyla ela görünür haa..öz aramızdı girl_ten
29 sentyabr 2013 17:32
Offline
ayan axmedova
allah nece yaradibsa ocur qalmaq daha gozeldi mence
12 sentyabr 2013 21:51
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır