Bakıda hava 13°
USD AZN
EUR AZN

Namaz və onun qaydaları (6-cı hissə)

 

 

Namaz və onun qaydaları (6-cı hissə)

 

  Vacib namazlar

  Vacib namazlar dörddür:

  1-- Gündəlik namazlar;

  2-- Ayət namazı;

  3-- Meyit namazı;

  4-- Allah Evinin vacibi təvaf namazı;

  Gündəlik vacib namazlar

  Bizə vacib olan gündəlik namazlar aşağıdakılardan ibarətdir:

 

  1-- Sübh namazı...................................................... İki rükət;

 

  2-- Zöhr namazı...................................................... Dörd rükət;

 

  3-- Əsr namazı....................................................... Dörd rükət;

 

  4-- Məgrib namazı.................................................. Üç rükət;

 

  5-- İşa namazı....................................................... Dörd rükət.

 

  Namazın vacibatı

 

  Namazın vacibatı 11-dir. 1-- Niyyət, 2-- Qiyam (yəni ayaq üstə durmaq), 3-- Təkbirətul-ehram (yəni namazın əvvəlində "Allahu əkbər" demək), 4-- Rüku, 5-- Səcdə, 6-- Qiraət, 7-- Zikr, 8-- Təşəhhüd, 9-- Salam, 10-- Tərtib, 11-- Muvalat (yəni namazın hissələrini dalbadal, fasiləsiz demək).

 Niyyət

  İnsan namazı qürbət qəsdi ilə (yəni Allah-Taalanın əmrini yerinə yetirmək niyyəti ilə) qılmalıdır. İnsan namazın əvvəlindən axırına qədər öz niyyətində sabit qalmalıdır. İnsan özünü camaata göstərmək məqsədiylə namaz qılsa, namazı batildir. 

 Təkbirətul- Ehram

  Hər namazın əvvəlində "Allahu əkbər" demək vacib və rükndur. Bu sözlər ərəb dilində səhih deyilməlidir. Deməli, bir kəs bunları ərəbcə səhv desə, yaxud tərcümələrini desə, səhih deyil. 

  Lal və ya dili xəstə olan bir kəs "Allahu əkbər"i düzgün deyə bilməsə, necə bacarırsa, elə də deməlidir. Əgər ümumiyyətlə deyə bilmirsə, qəlbindən keçirtməli, təkbir üçün işarə olaraq dilini (əgər bacarsa) tərpətməlidir. 

 Qiyam

  Qiyam- yəni ayaq üstə durmaq. Namaz qılan təkbirətul-ehramı və qiraəti qiyam halında, bədənin aram olduğu halda yerinə yetirməlidir. 

 Qiraət

  Gündəlik vacibi namazların birinci və ikinci rükətində əvvəlcə Həmd (yani Fatihə surəsi), sonra isə bir Surə (Qurandan bildiyiniz qısa surələrdən. Əxlas, Kevsər, Fələq, Nas və s.) bütöv oxunmalıdır. 

  Kişi üçün vacibdir ki, (qadın bir qədər səssiz) sübh, məğrib, işa namazının (əvvəldəki iki rükətində) Həmd (Fatihə) surəsini ucadan oxusun. Həmçinin kişi və qadının hər ikisinə vacibdir ki, zöhr və əsr namazının Həmd (Fatihə) surələrini astadan oxusun.  

 Rüku

  Namaz qılan hər 2 rükətdə qiraətdən sonra o qədər əyilməlidir ki, əllərini dizinə qoya bilsin. Rükuya əyilmə rüku niyyəti ilə olmalıdır, başqa iş üçün (məsələn hər hansı həşəratı öldürmək üçün) əyilsə, onu rüku hesab etmək olmaz.

Rükuda üç dəfə , yaxud bir dəfə "subhanə Rəbbiyəl əzim" deyilir.

Səcdə

 Namaz qılan şəxs vacib və müstəhəb namazların hər rükətində rükudan sonra iki səcdə etməlidir. Səcdə o əməldir ki, alın, iki əlin içi, iki dizin gözü və iki ayağın baş barmağının ucu yerə qoyulsun. Əgər səcdə qəsdən artırılıb azaldılsa, namazı batildir. Əgər alnı qəsdən və ya səhvən yerə qoymasa - hətta sair səcdə əzalarını yerə qoysa da səcdə etməmişdir. 

Səcdədə üç dəfə və ya bir dəfə "subhanə Rəbbiyəl əla" deyilməlidir. 

  Təşəhhüd

  Bütün vacibi namazların ikinci rükətində, (bundan əlavə) məğrib namazının üçüncü, zöhr, əsr və işa namazlarının dördüncü rükətində ikinci səcdədən sonra oturub bədənin aram olduğu halda təşəhhüd və təşəhhüddən sonrakı dua oxunmalıdır:

 "Əttəhiyyatu lilləhi və-s-salə­vatu və-t-tayibətu. Əs-sələmu aleykə əyyuhə-n-nəbiyu və rahmətullahi və bərakətuh, əs-səlamu aleynə və alə ibadilləhi-s-salihin, əşhədu ən lə iləhə illəllahu və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluh."

Dua "Əttəhiyyatu lilləhi və-s-salə­vatu və-t-tayibətu. Əs-sələmu aleykə əyyuhə-n-nəbiyu və rahmətullahi və bərakətuh, əs-səlamu aleynə və alə ibadilləhi-s-salihin, əşhədu ən lə iləhə illəllahu və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluh."

  Təşəhhüdün kəlmələri ərəbcə səhih, adi qaydada, bir-birinin ardınca deyilməlidir. 

  Salamlar

  "Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh"

  Tərtib

  Əgər insan namazın tərtibini qəsdən pozsa (məsələn, surəni Fatihədən qabaq oxusa, yaxud səcdəni rükudan qabaq etsə) namazı batildir. 

  Muvalat

  İnsan namazı muvalat ilə oxumalıdır, yəni namazın hissələrini (rüku, səcdə, təşəhhüd kimi) bir-birinin ardınca, fasiləsiz yerinə yetirməlidir. Əgər bunların arasında müəyyən qədər fasilə salsa və "namaz qılır" deyilməsə - hətta əgər səhvən olsa da namazı batildir.

  Səcdə etməyin səhih olduğu şeylər

  Səcdə yerə, habelə yerdən göyərib yeyilməli olmayan şeylərə edilməlidir. Yeyilən və geyilən şeylərə səcdə etmək səhih deyildir. Qızıla, gümüşə, firuzəyə, əqiqə də səcdə etmək səhih deyildir. 

  Səcdə adi torpağa və ya səccadə xalçalarına edilməsi daha gözəldir. Allah-Taaladan başqası üçün səcdə etmək haramdır. 

 

 Növbəti dəfə namazın qılınması qaydasını şəkillərlə göstərməyə çalışacam. ALLAHA ƏMANƏT OLUN !

Səslərin sayı: 11
86
10178
loading...
Şərhlər
Offline
איסון ממדוב.
alla razi olsun
23 may 2013 23:43
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
firuze movlamova
sizlerden allah razi olsun.
7 yanvar 2013 00:13
Offline
Kemale Memmedova
allah razi olsun.
18 dekabr 2012 19:59
Offline
Serras
Louis Vuitton,
siz sagolunki bizlere bele serait yaradirsiz,men isteyirdim qiz var ona deyem,ona gore sizden sorusdum,ta bu xeberlerden sonra menim demeyim lazim deyil dedim ele ozu oxusun cox aydin yazmisiz,allah razi olsun,insallah axirincinida sebirsizlikle gozleyirem
29 noyabr 2012 23:39
Offline
Louis Vuitton
SeRRas,
Sən sağ ol əslində. Bayaqdan fikir verirəm bütün hissələri oxuyub rəy yazırsan. Dərc olunmamış bir hissə qalıb orda da namazın tərcüməsini vermişəm. İnşAllah yaxın günlər üçün dərc olunar.
29 noyabr 2012 23:34
Offline
Serras
cox sagolun,bildiklerimi yeniden tekrarlamis oldum,ne xoski ele bele duz qiliram,sagolun sevinc xanim yaxsiki varsiz
29 noyabr 2012 23:31
Offline
SeN Ve MeN
allah hamini namazini qbul etsi Amin))
3 noyabr 2012 12:59
Offline
AYGUL-333
tewekkurler Allah razı olsun
29 oktyabr 2012 01:26
Offline
Samira
ALLAH RAZI OLSUN.
29 oktyabr 2012 00:04
Offline
28 oktyabr 2012 19:29
Offline
Muslimka Nur
tewekurler..melumatim vardi
28 oktyabr 2012 17:13
Offline
Nəzrin
ALLAH razi olsun
28 oktyabr 2012 17:00
Offline
__-CavaD-__
cox sagolun allah butun namaz qilan insanlarin namazini qebul etsin amin
28 oktyabr 2012 08:08
Offline
Nigar
Louis Vuitton,
Sizde sagolun bacim bagiwlayinki sizin yernize cavab verdim sizde lap etrafli melumat verdiziki cume ve bayram namazlarin kiwiler mescidde qilir qadinlara ise vacib deyil
28 oktyabr 2012 01:45
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Louis Vuitton
LəmaN,
Cox sag ol,Leman. Etrafli melumat vermisen,mene ehtiyac qalmayib .

ღஐღ  A....N    ღஐღ ,
[Sadece kishiler cume ve bayram namazlarini mescidde qilmalidirlar. /color]
28 oktyabr 2012 00:47
Offline
Nigar
ღஐღ  A....N    ღஐღ ,
Sende sagol gozel bacim
27 oktyabr 2012 23:05
imza: Allahın cümləmizə yar olsun amin
Offline
sevda elcin
Allah sizden razi olsun.
27 oktyabr 2012 22:58
Offline
ELNARE TERLAN
cox sagolun
27 oktyabr 2012 22:19
Offline
Ilishko
Allah razi olsun.
27 oktyabr 2012 22:07
Offline
.....
LəmaN,
COX SAQOL BACI
27 oktyabr 2012 21:55
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )