Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN

SALXIM SÖYÜD ƏfSANƏSİ

SALXIM SÖYÜD ƏfSANƏSİ



Qədim zamanlarda çox gözəl bir gəlin varmış.Gözəlliyi,evdarlıgı və tərbiyəsi dillərdə dastan imiş.Nur topu kimi qız övladı və tacir həyat yoldaşı ilə ömür sürürmüş.Lakin əcəl zamansız gəlir bu gəlin üçün.Ömrünün son dəqiqələrində ömür-gün yoldaşına belə vəsiiət edir:
-Bilirəmki evlənəcəksən.Sənə ömür-gün yoldaşı lazımdı.Yad gəlib mənim balama dogma ana ola bilməz.Sənə vəsiyyətim budur:sag qolumu kəsib bir süpürgənin içinə tik.Bundan heç kəsə bir söz demə.Yeni arvadına deyersənki qızım səni hirsləndirsə onu bu süpürgə ilə döyərsən.
Bunu deyib gəlin gözlərini əbədi yumur.....
Tacir arvadının son arzusunu yerinə yetirir.
Bir müddətdən sonra tacir evlənir.İşi ilə əlaqədar səyahətə çıxanda yeni arvadına deyir:
-Uşaq sözünə baxmasa bax küncdəki süpürgə ilə dərsini verərsən!
Yeni arvad əzilib-büzülür:
-A kişi nə danışırsan?Döymək nədi?Heç mənim balamıza əlim qalxarmı?
Kişi yola düşür.Ögey ana o dəqiqə süpürgəni götürüb qızı o ki var döyür.Evin bütün iş gücünü qıza tapşırıb özü qonşuya söhbətə gedir.Gəlib qızın gördüyü işlərin hərəsinə bir qulp qoyub yenidən döyür.Qızın bundan sonrakı günləri belə keçir:iş-güc və süpürgə ilə döyülmək.
Ögəy ananın anlamadıgı bir iş vardı.Qız döyüldükcə gözəlləşirdi,böyüyürdü.Qızın gözəlliyi el obanın dilində dastan olmuşdu.Günəşlə onu görcək utanıb buludlarıb arxasında gizlənirdi.Bulud isə getdiyi yol toz olmasın deyə yollarına su səpirdi.Yanaqlari al lalə ilə bəhsə girir,gözəl saçlarını külək sevgi ilə darayırdı.Ögəy hər daha böyük nifrət və qəzəblə süpürgəni qıza vururdu.Dəyən hər zərbə qızı biraz da gözəlləşdirirdi.Elə bil ona zərbə dəymirdi, sevgi,nəvaziş dolu əl sıgallayırdı.
Ögəy ana dərdini küpəgirən qarıya danışır.Ona diqqətlə qulaq asan küpəgirən qarı süpürgəni ogətirməsini tapşırır.Ögəy ana süpürgəni gətirir.Süpürgəni açan qarı içindən qurumuş bir insan qolu tapır.Üzünü qəzəbli ögəy anaya tutb deyir:
-Bax bu əldir qızın gözəlləşməsinin səbəbi.Bu onun anasının əlidir.Sən nə qədər acıqla döysən də ana əli sevgisi ilə balasını sənin qəzəbindən qoruyur.Bu əli apar dəfn et,süpürgəni əvvəlki kimi bagla.Nəticəni çox keçməz görərsən.
Ögəy ana qarının dediklərini tez yerinə yetirib evə qayıdır.Qızı döyməyə başlayır.Qız hiss edirki bu dəfə zərbələr onu incidir.Qəlbi daşa dönmüş qadın hər dəqiqə qızı amansızlıqla döyür,qızın günü gündən soldugunu,arıqladıgını hətta çirkinləşdiyini görür.Bu bele onun amasızlıgını azaltmır.Zavallı qız artıq nə edəcəyini bilmirdi.Hər gün biraz daha zəifləyir,gücü-qüvvəti azalırdı.Səbirsizlikə atasını gözləyir,atasının səfəri başa çatmaq bilmirdi.Bir ögəy ana yenə onu döyməyə başlayır.Qız birtəhər əlindən qurtulub qaçmağa başlayır.Nifrət dolu ögəy ana ardınca düşür.Qız qaça-qaça gəlib çaya çatır.Arxada amansız ögəy ana,öndə gur çay....
Qız əvvəlcə özünü çaya atıb öldürmək istəyir.Amma başa düşürki belə etsə analığı atasına onun pis yola düşdüyü üçün belə addım atdığını deyecek.Qız çarəsizliklə əlini qaldırıb ALLAHA yalvarır:
-ALLAHIM sən qoru məni.Yalvarıram qurtar bu əzabdan məni.Sənə pənah gətirirəm YA RƏBBİM!
ELƏ BU AN ALLAH QIZI SÖYÜDƏ ÇEVİRİR!
Qızın ALLAHA uzanmış qolları agacın budaqlarına,pərişan saçları isə söyüdün salxımlarına çevrilir
.Bu mənzərəni görən analıgın qorxudan ürəyi partlayır.
Salxım söyüd isə öz pərişan halı ilə bugün də baglarımızı,parklarımızı bəzəyir.........

Səslərin sayı: 6
27
12235
loading...
Şərhlər
Offline
♥NiLuFeR♥
MARAQLIDIR çox maraqlıdı
4 yanvar 2014 19:29
Offline
איסון ממדוב.
maraqlidi cox saqol
3 may 2013 21:15
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
dj alena
Cox sag olun cox maraqli idi tesekkurler...
21 iyun 2012 13:13
Offline
YUSIFOVA DENIZ
maraqli idi
13 fevral 2012 16:25
Offline
deniz
maraqlidi
13 fevral 2012 16:10
Offline
Samirə
MARAQLİDİR
21 dekabr 2011 17:17
Offline
Flowers
bele efsaneleri cox oxumuşuq amma dogrudan da soyud Cox gozeL agacdir, qeribe quruluşu var, ALLAHIN MUCIZESI
22 sentyabr 2011 20:15
Offline
Xanim_Xatun
hmm maraqli hekayədi.cox xoşladim yazini.
7 avqust 2011 17:13
Offline
Məryəm.
ay bu nədi çox tanış bir yazıdı bəzi şeyləri çımaq şertilər bir adamın başına gelib çox pis oldum
7 avqust 2011 16:52
Offline
Irada
cox gozel!
21 may 2011 13:13
Offline
Buket
maraqli idi
10 fevral 2011 22:50
imza: Sonralar olmur :)

Offline
Zeriş
cox maraqlidir təşəkurlər
10 fevral 2011 22:39
Offline
Fatma xanım
mən buna rəy yazmışdışdım ama indi yoxdu
13 yanvar 2011 14:25
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
yekta
OXUDUM. MARAQLI İDİ TƏŞƏKKÜR EDİRƏM. BUNU BİLMİRDİM.
13 yanvar 2011 14:18
Offline
Azerikizi
menim soyud agacindan cox xoshum gelir.heyetimde ekdirmek istedim dediler ki olmaz belkede bele qemgin tarixcesi oldugu ucun.
10 sentyabr 2010 23:19
Offline
Neza
Soyud heqiqeten cox gozel agacdir.
25 iyul 2010 01:34
Offline
NAZRIN_
Maraqli idi
22 iyul 2010 10:51
Offline
İlknur
bu revayeti esitmiwdim...cox maraqlidir...tewekkurler!
21 iyul 2010 18:43
Offline
Aynur
Oxudugunuz ve fikir bildirdiyiniz uchun tewekkurler haminiza xanimlar!!!!!
SELCAN_Xatun
Yaxshi sonluqla nagillar bitir.Efsanelerin ekseriyyeti teesufki qemli sonluqla bitir fellow
21 iyul 2010 13:14
Offline
Pərvanə
Maraqla axira kimi oxudum sag olun.
21 iyul 2010 11:28
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )