Əziz xanımlar! Madam Səbinənin həyatı ilə sizi bu qədər kədərləndirdim, onda icazə verin soyuqlayaraq xəstəxanaya düşməsi ilə mənim onunla (Səbinəylə) rastlaşmağıma səbəb olan başqa bir qızcığazın hekayəsi ilə bunu kompensasiya edim.
Əslində onun da hekayəsi bir xəstəxana palatasında başlayır.
Hələ bir gün əvvəl uzun sürən ağır cərrahiyyə əməliyyatından çıxmışdım. Bu gün isə çarpayımın ətrafında bir qrup həkim və tibb bacıları çaşqın-çaşqın hamilə olduğumu göstərən test çubuğuna baxaraq susurdu. Axı bu necə ola bilərdi? Heç kim inana bilmirdi. Keçirilən əməliyyatdan sonra hamilə olsam belə uşağın düşməməsi mümkün deyildi. Uzun çəkən sakitlikdən sonra nəhayət ki, cərrah xanım dilləndi:
-Doğrusu bu cür əməliyyatdan sonra hamiləliyin qalmasını mümkünsüz hesab edirdik. Demək, belə də olurmuş. Nə isə, olan olub. İndi hələki mümkün deyil, Allah qoysa 1.5 aydan sonra tikişlər oturuşacaq, sonra götüzdürərsən.
Çaşqınlıq içində idim. Necə yəni “götüzdürərsən”? Sakitcə:
-Doktor, mənim elə bir fikrim yoxdur. – dedim.
Bayaqdan davam edən susqunluğu pozmağa elə bu lazım imiş sanki. Hərə bir tərəfdən etiraza başladı. Araya qoyan kim, qınayan kim, başa salmağa çalışan kim...
-Sən nə danışırsan, ay qız?- cərrah qətiyyətli tonla dilləndi, - Necə yəni götüzdürməyəcəm? Elə bilirsən ondan sənə uşaq olacaq? Heç xəbərin var ki, 2 saatlıq əməliyyat boyunca sənə nə qədər narkoz verilib? O heç inkişaf da etməyəcək! Üstəlik sənin özünə də olmaz axı. Bu cür əməliyyatdan sonra... saxlasan, mən heç nəyinə təminat vermirəm.
Susurdum. Nəhayət abort qərarı verib, hərə öz işinə dağılışdı.
Artıq 2 övladım vardı. Ana idim. Övlad nədir, bilirdim. Doğulmamış övladımı öldürməmək üçün çarə axtarırdım. Mənə dəstək olacağına ümid etdiyim ginekoloqumu xatırladım. Tibb bacısını çağırıb, ondan mənim üçün istifadə olunmuş narkotik vasitələrin adını xahiş etdim. Nəhayət uzun bir siyahını axır ki, gətirib çıxardılar. Lakin böyük ümidlə zəng vurduğum ginekoloq siyahını eşidib, dəhşətə gəldi! Uşağın görünüşü normal olsa belə, əqli zəkasında mütləq çatışmazlıq olacağından əmin idi.
Yolum hər tərəfdən bağlanmışdı. Çarəsizdim. Ancaq ümidimi kəsmirdim. Birdən, sanki, Allah mənə zehin açıqlığı verdi. Düşündüm və anladım ki, test daha çox zəif göstərdiyi üçün bu uşaq ən çoxu 3 həftəlik ola bilər. Uşağın isə ana ilə bağı yalnız 3 həftədən sonra yaranır. Yəni uşaq narkozun təsirinə məruz qalmamalı idi. Bəlkə də səhv xatırlayırdım, ancaq bu fikir mənim ümidim oldu, ona sarıldım və saatlarla dua etdim...
Artıq 12 həftəmi tamamlamışdım. Pis xəbər eşitməkdən çəkinsəm də UZİ-yə getdim. Uşağın sağlamlığı haqda az-çox məlumat almaq istəyirdim. Və burada daha bir sürprizlə qarşılaşdım: uşaq qız idi! Qız... Evdə daha 2 qızım vardı. İndi mən çıxıb bu da qızdır desəm, onsuz da hamının götüzdür dediyi bir şəraitdə israrlar daha da artmayacaqmı? Və qərara gəldim: uşağın cinsiyyətini gizləyəcəm, və nə olursa olsun onu dünyaya gətirəcəm. Səhv etməmək üçün çox düşünürdüm. Başa düşürdüm ki, bu qərarımla bütün qalan həyatımı əqli çatışmazlığı və ya hər hansı başqa şikəstliyi olan bir uşağa həsr etmiş ola bilərəm. Nə etməli idim? Bu qız mənim sınağım idimi? Bəlkə cəzam idi? Bəlkə mükafatım idi? Ona baxmaq savabı mənə yetəcəkdi, bəlkə? Bütün bu suallara tək bir cavab tapdım: istər sınağım olsun, istər cəzam, istər mükafatım, hər nə olur olsun, onu mənə Rəbbim verir. Rəbbimin verdiyindən imtina etmək nə həddimə? Buna haqqım varmı? Əlbəttə ki, YOX! Və həmin gün bir ŞANS VERMƏK qərarına gəldim. Yox, uşağa yox! Özümə! Məhz özümə bir şans vermək istədim: ÖVLAD QATİLİ OLMADAN YAŞAMAQ ŞANSI!
Aylar keçdi. Həkimlərin və yaxınlarımın bütün nigarançılıqlarına baxmayaraq, ağlıma belə gəlməyəcək qədər rahat hamiləlik keçirdim. Rəbbim mənə nur topu kimi sağlam və gözəl bir qız lütf etdi. Şirinliyi ilə hər kəsin sevimlisi olan Əsmərimi mənə əmanət etdi!
Bu gün artıq bütün qəlbimlə inanıram: həyatımda özümə etdiyim ən böyük yaxşılıq idi bu! O gün mən fərqli qərar vermiş olsaydım,
bu körpə can dünyaya gözünü heç açmayacaqdı,
ətrafında baş verənləri bu cür təəccüblə seyr edə bilməyəcəkdi
bu şirin üzünü heç görməyəcəkdim.
Bir gün beləcə oynayarkən yuxulamayacaqdı.
Bu gözəl gözlərlə mənə baxmayacaqdı.
Pəncərədən boylanaraq dünyanın belə böyük olduğunu görməyəcəkdi.
O olmasa idi bacısının yazı masasını kim dağıdacaqdı?
Sevimli ayaqqabıları ilə həm bayırda, həm də evin içində kim gəzəcəkdi?
Hər “olmaz” eşitdiyində küsərək mənə arxasını kim çevirəcəkdi?
Və nəhayət bu yazıya yerləşdirməyə 1 tək gözəl kadr çəkə bilmək üçün bütün günü məni arxasından qaçdırıb, sonda yenə də köhnə şəkillərə kim möhtac qoyacaqdı?
Sizcə də bütün bunları yaşamağa dəyməzdimi?
Əziz xanımlar! Abort stoluna çıxarkən bir daha düşünün:
Mənim və övladımın yaşadığı bu gözəllikləri nə siz, nə də həyatına son verməyə hazırlaşdığınız körpəniz görməyəcəksiniz!
Sonda bütün qadınlara müraciət edərək demək istəyirəm:
GƏLİN ÖZÜMÜZƏ BİR ŞANS VERƏK!
BALA QATİLİ OLMADAN YAŞAMAQ VƏ YARADANIMIZIN QARŞISINA ÇIXMAQ ŞANSI!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Onurğa sağlamlığı üçün boyun və çiyin məşqləri
"Yaşıl dəhliz" sistemindən istifadə qaydaları təsdiqləndi
Acundan Şeymaya daha bir TƏLƏB
Artıq maskalar rəsmlərdə
İş adamlarının həbsinə başlanıldı
Tərk edilən qadınların ortaq xüsusiyyətləri
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 65 yeni yoluxma faktı - RƏSMİ
Britni Spirs sənətdən gedir
Beyonse 3500 dollara köynək aldı - FOTO
Ofisdə işləyənlər idmanla necə məşğul ola bilər?
Rollara görə inanılmaz dəyişikliklərə məruz qalan aktyorlar
Kainat gözəlinə vasitəçilik təklif olundu
Bakıda ildə 78 gün hava yağıntılı olur
Dərimiz niyə quruyur?
Alimlər vegetarianlar üçün “ət” icad ediblər
Hamiləlik və təyyarə ilə uzaq səfər
Makedoniya prezidenti gəlir
İnternetdə ən çox axtarılan söz açıqlandı
Bakıda qanunsuz tikililər ləğv ediləcək!
Bakı bulvarında inanılmaz görüntülər - Minlərlə balıq sahilə çıxdı - VİDEO
Ən faydalı göyərti seçildi
Bakı metrosunda sıxlıq yarandı
Sevinc və güc hərəkətdədir
Fendən istifadə edərkən yol verilən səhvlər
Saç düzümləri
Bazarlar yoxlanılacaq
Emin Sabitoğlunun ad günüdür
Dünyanın ən varlı adamı məlum oldu
Koronavirus təhlükəsi nə zaman sovuşacaq? - Epidemioloq açıqladı
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
Bu şəhərlərin sakinləri zənglə evdən çıxa biləcəklər
Şəhid Milli Qəhrəmanın atası: “Şükür Həmidovun qanı doğulduğu torpağa tökülüb” - VİDEO
Məşhur aktrisa tənqid hədəfi oldu-SƏBƏB/FOTO
Alkoqolsuz içkilərlə bağlı həyəcan
Balıq bazarında - QİYMƏTLƏR
Teatrımıza böyük xidmətlər göstərmiş şəxs - Şəmsi Bədəlbəyli
Qara məkanın qara bəxti: indi nə olacaq?
Ahmet Kural onunla EVLƏNİR-FOTO
Müəllimlərin maaşı 20% artırıldı
Azərbaycanda Müasir Azərbaycan Peşəkarları Layihəsi uğurla həyata keçirilir
Məşhur futbolçu COVID-19-a yoluxdu
200 il əvvəl ölən, amma hələ də YAŞAYAN RAHİB
Günün ulduz falı
Bu il əhya gecələri nə vaxta düşür?
Boşanmaya aparan kiçik problemlər
Sirli xəstəlik: kənd ayıla bilmir
Günün ulduz falı
Livan prezidenti Beyrutdakı partlayışın üç əsas versiyasını açıqladı
Körpə olduğumuz dövrü niyə xatırlamırıq?
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb
- ŞƏRHLƏR