Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub.İlk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya gəlib və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib.
Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib.
Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb. Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Şamama cadu), Cəfər Cabbarlının" "Aydın" (Böyükxanım), "1905-ci ildə" (Sona), "Sevil" (Edilya), Mirzə İbrahimovun "Həyat" (Atlas), "Kəndçi qızı" (Ayxanım), İlyas Əfəndiyevin "Büllur sarayda" (Qönçə), "Qəribə oğlan" (Məlahət), Nəbi Xəzrinin "Əks-səda" (Zərifə), "Mirzə Şəfi Vazeh" (Zübeydə), Səməd Vurğunun "Vaqif" (Xuraman), Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" (Diləfruz), Sabit Rəhmanın "Əliqulu evlənir" (Yasəmən), "Küləklər" (Firuzə), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (Məlahət), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Şölə xanım və Ziba xanım), "Müsyö Jordan və dərviş Məstəli şah" (Şəhrəbanı), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Oqudalova), Hüseyn Muxtarovun "Kimdir müqəssir?" (Korinkina), Maksim Qorkinin "Zikovlar" (Sofiya İvanovna), Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" (Həklrnin arvadı), "Türkiyədə" (Nazir qızı), Karlo Haldoninin "Məzəli hadisə" (Marianna), Aleksandr Şirvanzadənin "Namus" (Süsənbər), Fridrix Şillerin "Orlean qızı" (Aqnessa), Lope de Veqanın "Sevilya ulduzu" (Estrelya) pyeslərinin tamaşalarında çıxış edib.
Nəcibə xanım kinoda uğurlu rollar yaradıb. Onların arasında "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir.
Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayırdı. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edirdi.
Nəcibə Məlikova 10 iyun 1959-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 iyun 1974-cü ildə xalq artisti fəxri adlarını alıb.
Bakıda 6 iyul 1992-ci ildə vəfat edən Nəcibə Məlikova ikinci Fəxri xiyabanda dəfn olunub.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda şagirdlər inkubator aparatı hazırladılar - VİDEO
İlk qəbul imtahanının vaxtı açıqlandı
Dünya liderliyinə iddialı olan Çin iqtisadiyyatı çökür
Gilaslı, limon souslu keks (foto-resept)
Makedoniyalı İsgəndərin xəzinəsi tapıldı
Bunları bilmək maraqlıdır
Universitetlərin filialları niyə birləşdirilir?
63 illik nikahdan sonra eyni gündə öldülər
Kenan Beren Saata yazdığı mahnını oxudu
Şahzadə Beatris ərə gedir-FOTO
Saç tökülməsinin qarşısını alan 4 yol
2017 gəlinlik modelləri
Hava haqqında
Bir-birindən gözəl çiçəkli tortlar
Şəkər əvəzinə nə istifadə edək?
HAVA necə olacaq?
12 yaşlı uşaq oyuncaq tapançaya görə həbs olundu - FOTO/VİDEO
Özünüzü ifadə etməyi bacarırsınızmı?
Qısqanmaq və tərk etmək
Günün ulduz falı
Keçmiş sevgilisindən amansız qisas-FOTO
Səhv diaqnoza görə sinəsindən oldu-FOTO
Hacı Nurandan üzücü xəbər
Qara duzun xeyri və zərəri
Uzun saçlara necə qulluq etmək lazımdır?
Bakıda Günəşin dəyişkənliyinin sirri açılacaq
"Kiyev" tortu (foto resept)
Roseola infantum
2015-ci ilin telefon qabları
Serenay Sarıkaya və Kerem Bürsin BARIŞDILAR!-FOTO
Ulduzlar Şahmarın gözüylə....
Cirə çayının FAYDALARI: nəfəs yollarını təmizləyir, köpü aradan qaldırır
Yararlı məsləhətlər (2)
"Uruqvay Suaressiz də güclü rəqibdir"
Serenay Sarıkayanın 7 illik sirri ortaya çıxdı - FOTO
Gəncə sakini Karina Qriqoryan düşmən atəşi nəticəsində yaralanıb
Qadin.Net - 7 YAŞ
Ordumuz gücünü göstərdi
Xoşbəxt ailələrin sirri
Əhalinin gəlirləri artdı
Mətbəximizdə keçmişə dönüş
Rusiya Ermənistana tədarük edilən bəzi məhsullara görə rüsumları ləğv edir
“Nu, poqodi!” cizgi filminin davamı çəkiləcək
Çox yeyildikdə öldürən qidalar
Premenstrual sindromun qara zirə ilə müalicəsi
Ətirlər haqqında bilməli olduğunuz 10 qayda
Ərik pəhrizi
Alişanın Buseyə evlilik şərti var
Azərbaycan dolması UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
Türkiyə Azərbaycanla arxiv işi sahəsində əməkdaşlıq edəcək