Bakıda hava 16°
USD 1.7000 AZN
EUR 1.9635 AZN
15 oktyabr 15:03PERI salam bacilar,sureyya canib necesen 15 oktyabr 12:59Surayye Yarım saatdi mesajlariniza cavab yazıram ))) 15 oktyabr 12:58Surayye İndi bildim ki məni necə çox istəyirsiz 15 oktyabr 12:51Surayye Qızlarım qizillarim necəsiz mən gəldimmmm
39298

Doğuşdan əvvəlki diaqnostika

Doğuşdan əvvəlki diaqnostika

Ultrasəs müayinəsi (USM)

 USM (skanlaşdırma)  uşaqlıq boşluğuna müdaxilə etmədən dölün vəziyyətini qiymətləndirmək üçün istifadə olunan bir üsuldur. Yəni  invazifdir. Buna görə də USM perinatal diaqnostika hesab oluna bilər.
Bu müayinəni aparmaq üçün hamilə qadının qarnının üstünə züsusi ötürücü (transdüser) yerləşdirilir, bu ötürücü yüksək tezlikli dalğalar ötürür. Bu dalqalar dölə çatır. Onun bədənindən əks olunur. Kompüter bu məlumatın üzərində işləyir və monitorda görüntülər formalaşır. Bu görüntü sonoqramma adlanır. Bəzən ötürücü uşaqlıq yoluna yerləşdirilir (çox vaxt hamiləliyin erkən dörlərində).
Təbii ki, xüsusi hazırlıq olmadan sonoqramda olan görüntüdən baş açmaq mümkün deyil. Lakin ixtisaslı həkim geniş imkanlara malik USM cihazından istifadə etməklə, bir çox incəlikləri, hətta dilin, qaşın hərəkətini də görə bilər. USM-nin dölə olan potensial zərəri, rentgen müayinəsindən müqayisəyəgəlməz dərəcədə azdır. Hər halda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertləri hamiləlik ərzində 4 dəfə USM-nin aparılmasını qəbul edir və buna icazə verir. Lakin tamamilə zərərsiz müayinə üsulu yoxdur, odur ki, USM - dən də hədsiz istifadə etmək olmaz.

 USM vasitəsilə aşağıdakılar təyin oluna bilər:

hamiləlik uşaqlıq daxili və ya uşaqlıq xaricidir;
uşaqlıqdakı dölün sayı;
dölün yaşı (hamiləlik müddəti) və inkişaf səviyyəsi;
nəzərəçarpan defektlər (inkişaf qüsurları);
dölün gəlişi;
dölün ürək döyüntüsünün xarakteri;
dölün cinsi;
ciftin yerləşməsi və vəziyyəti;
dölyanı suların vəziyyəti;
düşük təhlükəsi.

Doğuşdan əvvəlki diaqnostika

Bütün bu sualların cavabları dölün inkişafını qiymətləndirməyə və hamiləliyin perspektivliyini, həmçinin müalicə tədbirlərinin planlaşdırılmasına, doğuş taktikasının tərtib olunmasına imkan verir.
Standart USM hamiləliyin müxtəlif dövrlərində aparılır. Ilk kvartalda isə bu müayinələr hamiləliyi təsdiq etmək və onun xarakterini müəyyən etmək üçün, sonuncu kvartalda isə doğuş taktikasını müəyyən etmək üçün aparılır. Halbuki, bunsuz da keçinmək olar.
Yadda saxlayın ki, keçilməsi mütləq olan USM 15-18 həftələrin arasında aparılmalıdır. Əgər bu dördə dölün inkişafında hər hansı bir qüsur aşkar olunarsa, müayinə 22-23 həfətədə təkrar olunmalıdır. Bu müayinə tibbi genetik məsləhətxanada aparılır. Əlavə USM-nə ehtiyac olarsa, buna həkim qərar verir. Görüntülərin dəqiq olması üçün, hamilə qadın müayinədən 1 saat əvvəl 1,5 l maye qəbul etməlidir və müayinə bitənə qədər sidiyə getməməlidir. USM 15-20 dəq. davam edən ağrısız müayinədir. USM-nin imkanları hüdudsuz deyil. lakin praktiki olaraq ziyan vurmadan bu üsul həkimə və ailə üzvlərinə çox böyük kömək göstərir.

Ananın zərdab faktorlarının skrininqi (AZFS)

Bu, doğuşdan əvvəlki diaqnostikanın qeyri-invazif üsulu olub, dölün bir sıra ağır xəstəliklərini aşkar edir. Digər ölkələrdə bu üsulu çox vaxt üçlü  test adlandırırlar. Çünki, bu müayinə zamanı hamilə qadının qanında olan üç maddə müayinə olunur: alfa-fetoprotein (AFP), xorion qonadotropini (XQ), konyuqasiya olunmamış estriol (KOE).
AFP dölün qara ciyərinin ifraz etdiyi maddədir və plasenta vasitəsilə ananın qanına düşür. Əgər döldə bəzi ağır inkişaf qüsurları (kəllə-beyin və onurğa beyin yırtıqları, qarnın ön divarının qapanması və s.) varsa, analiz AFP -nin miqdarının kəskin artmasını göstəir. Əksinə, Daun sindromu zamanı, AFP miqdarı kəskin enir.
Daun sindromunun aşkar olunmasına hamilə qadının qanında XQ və KOE təyin olunması köməklik göstərir. Bəzən üçlü testə əlavələr olunur. Ananın qanında neytrofil qələvi fosfatazası (NQF) təyin olunur. Döldə Daun sindromu təyin olunursa, bu faktorun səviyyəsi sağlam döldə olduğundan yüksək olur.
Müayinə üçün qan dirsək venasından götürülür: qan 15 həftədə və 1-3 həftə sonra 20-ci həftədən gec olmayaraq götürülür.
Analizlərin nəticəsinə bir sıra faktorlar təsir edə bilər: əkiz hamiləlik, qadın orqanizminin xüsusiyyətləri, mamalıq problemləri. Ona görə də analizlərin cavabını ancaq həkim oxumalıdır və hər bir hal üçün lazımi düzəlişlər etməlidir. Bütün şübhəli hallarda əlavə müayinələr  USM, amniosentez, plasentosentez və ya kordosentez.
Inkişaf etmiş ölkələrdə, həmçinin Rusiyada bütün hamiləqadınlar bu tesdən keçirlər. Onun effektliyi oluqca böyükdür: 15-22 həftəlik hamiləlik zamanı 70% hallarda Daun sindromu və sinir borusunun bağlanma defektləri aşkar edilir.

Son aylarda yaranan fiziki narahatliqlar

Hamiləliyin son ayları emosional dəyişgənliklə yanaşı, həmçinin bir sıra fiziki narahatlıqlarla da müşayət olunur. Bizim üçün kiçik narahatlıqlar olan bu hallar hamilə qadın üçün əziyyətə cevrilir.
Onu bel nahiyyəsində ağrılar, həzmin və yuxunun pozulması narahat edir. Bel ağrıları bəzən elə kəskin olur ki, onun kənar köməyə ehtiyacı olur. Həzmin pozulması qəbul edilmiş qidadan asılı olmayaraq baş verir. Yuxunun pozulması əsasən çarpayıda rahat vəziyyətin alınmaması ilə də əlaqədardır. Təbii ki, gələcək körpənizin də təpikləri sizi rahat buraxmır. Siz bütün yastıqları belə ətrafınıza yerləşdirsəniz, rahatlıq tapa bilmirsiniz. Nəticədə həyat yoldaşınız yastıqsız qalır. Artıq yuxusuzluq sizin adi halınıza çevrilmişdir!
Daha az müzakirə olunan, lakin müəyyən narahatlıq yaradan problemlərdən biri də meteorizmdir (köp). Bəzən köpün xaric olması qeyri-iradi baş verərək, hamilə qadını pis vəziyyətə qoya bilər. Qəbizliyin qarşısını almaq məqsədi ilə yediyiniz gara gavalı qurusu köpün əmələ gəlməsinə səbəb ola bilər.
Hamiləliyin son aylarında çanaq əzələlərini idarə etmək çətin olduğu üçün, bəzən asqırma və ya öskürmə zamanı təzyiq nəticəsində ola bilər ki, az miqdarda sidik ifraz olunsun. Bunun nəticəsində hamilə qadın bir müddət islaq alt paltarında qaldığı üçün diskomfort hissi keçirir.
Belə nəm narahatlıqları hamiləliyin son aylarında daha da güclənən uşaqlıq ifrazatı da yarada bilər.

Son həftələrdə dizlərinizin üstənə heç nə qoya bilmirsiniz, hətta evdə olan ilk uşağınızı belə qucağınızda oturda bilmirsiniz və bu sizi narahat edir. Nədənsə, məhz bu dövrdə dizləriniz sizə çox gərəkirmiş kimi gəlir.
Hətta, sadəcə olaraq oturmaq belə sizə üçün çətin olur. Bəzən dizlərinizi tərpədə bilmirsiniz, bir ayağınızı o birinin üzərinə qoymağa cəhd etməyin, alınmayacaq. Ümumiyyətlə, bunu bütün hamiləlik boyunca etməsəniz, daha yaxşı olar, çünki bu , venaların varikoz genəlməsinə səbəb ola bilər. Oturuşunuzun estetik baxımdan gözəl olmaması, qoy sizi narahat etməsin. Bütün bunlar hamısı gələcək balanın naminədir. 

Doğuşdan əvvəlki diaqnostika

Son dövrlərdə sükan arxasına keçmək gün-gündən çətinləşir, avtomobili idarə etmək isə mümkün olmur. Hətta avtomobilə minmək və ondan düşmək belə ağılagəlməz çətinliklərlə bağlı olur.
Sizin qarnınız demək olar ki, hər gün söhbət üçün bir mövzuya çevrilir. Adama elə gəlir ki, hər bir kəsin diqqəti məhz buna cəlb olunub. Həmçinin, məkan daxilində hərəkət koordinasiyası da pozulur. Bəzən Sizə hərəkət etmək üçün lazım olan ərazini düzgün hesablaya bilmədiyiniz hallarda, toqquşmalar baş verir və yenə də Sizin qarnınızın ölçülərini müzakirə etmək üçün bir səbəb yaranır.
Ayaq barmaqlarınızın ucları əlçatmaz olur, corab, ayaqqabı geyinmək, ayaq dırnaqlarını kəsmək böyük bir problemə çevrilir. Hər bir, hətta kiçik fiziki gərginlik belə təngnəfəsliklə müsayət olunur.
Vəziyyətinizi dəyişmək üçün mütləq kənardan kömək istəməli olursunuz. Bəzən heç kəs olmadıqda özünüz də gözləmədiyiniz manevrlərlə yerinizi dəyişməyə cəhd edirsiniz. Çünki, məcbursunuz. Bu məcburiyyət ayaq yoluna getmək istəyinə görə yaranır. Bu qədər əziyyətlərdən sonra ayağa durub ayaq yoluna çatdığınızda çox təəccüblənəcəksiniz, çünki, ifraz etdiyiniz sidiyin miqarı gözlədiyinizdən çox az olacaq. Amma Sizə elə gəlirdi ki, bu dəqiqə sidik kisəniz partlayacaq?!
Butun bunlar dölün cəkisinin artması və bu çəkinin daxili orqanlara göstərdiyi təzyiqin nəticələridir. Bundan başqa, qasıq nahiyyəsində küt ağrılar, damarların sıxılması nəticəsində varikoz və hemarroidal genəlmələr də bu səbəbdən meydana çıxır.
Çalışın bütün bu narahatlıqları zarafatyana qəbul edin. Çünki, bir azdan bütün geridə buraxdığınız acılı  ağrılı gunlər, əziyyətlər, narahatlıqlar birləşərək, hər bir əziyyəti yoxa endirən ən sevincli bir hissə - körpəni dünyaya gətirmək istəyinə çevriləcək.

Səslərin sayı: 10
35
25060

loading...
Şərhlər
Offline
MÜSƏLMANKA
ay bu yuxusuzluq birde mede yanmasi menim axirima cixacaq .hamileliyim boyunca en eeziyyet cekdiyim bu iki sey olub helede davam edir
4 dekabr 2016 22:09
Offline
Rzayeva Guler
mende ana olmaq isteyirem cray
24 sentyabr 2013 22:18
Offline
Aliya_Edd
Allah hamıya sağ salamt qurtarmağı nəsib eləsin.problemsiz,əziyyətsiz.Bütün qadınlara...Mənimdə vaxtıma az qalıb.Çoxu getdi azı qaldı.Həyəcanda artır vallah feel Təşəkkür edirəm xbriniz üçün
15 avqust 2013 19:39
Online
Xəyalə Murad
mehebbet sixaliyeva,
Çox sağolun xanım. Amin inşAllah.
11 avqust 2013 19:19
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Gumuw
xeber ucun twk edirem.bu saat men bu veziyyetdeyem vaxtima 10-11 gun qalib.ele bilirem bu saat sanci gelecek ve meni aparacaqlar.Allahin komekliyile birce saq salamat olsaydi dincelerdim.
11 avqust 2013 17:41
Offline
mehebbet sixaliyeva
Xəyalə Murad,
Allah sizə də ürəyinizə görə versin və inşAllah gözəl və qəlbi sizin kimi təmiz olan bir balanız dünyaya gələr.Allah hamıya bu sevinci qismət etsin.
11 avqust 2013 17:09
Offline
Zehra Bedirxanli
Iceberg
Ay bacım qoy uşaq olsun arıqlayıb çope döneceksiz. o körpenin axı ne günahı var.
mövzu üçün təşəkkürlər Ceylan xanım.
10 avqust 2013 22:41
imza: QADİN.NET
Offline
Iceberg
[quote=326]mənim nəvəmə əsəbləşib eləmə [/quote]
Baş üstə, ablacım.
laughing
Xanımlar, haqlısız, Allah bütün arzusunda olanları sevindirsin girl_ang
10 avqust 2013 16:02
imza: shafaabdulla.blogspot.com
Offline
Sirli_dunyam
angela,bacim Allah girl_tensene menim decellerim kimi 3 dene bala qismet elesin sene butun gunu cubbuwlarin tokduyunu yigmaq olsun iwin amin

Iceberg,hele deme baci Allah veren paydir inwAllahki sag salamat korpeni dunyaya goturersen dua ele
10 avqust 2013 14:34
Offline
angela
ay Allah mene ve butun arzusunda olanlara wirin pay ver dunya vecime olmazeee bidene balam olsun.ekiz bebewlercundeki olurem Allah mene ne qeder verir versin seve seve o hissi yawiyaram
10 avqust 2013 13:46
Offline
Aynur Abdullayeva
Iceberg,
Niye elə deyirsizki xanim.əGƏR uşağı yaziq edəcəksənsə niyə dünyaya uşaq gətirirsən.O qədər qadın varki bu saat uşaği olsun deyə eləmiyəcəyi heçnə yoxdu.Ne ise.Mənimdə iki ayim qalib.Onu əlimə alacağım günü səbirsizliknən gözlüyürəm.Toppuş olsamda çəkim günü gündən artsada sonunda bebeyimi elimə alacağımı düşündükcə dünyalar mənim olur onun hər tərpənişində yenidən doğuluram.

Gözəl xəbər idi əllərinizə sallıq
10 avqust 2013 12:41
Offline
Seli
Amma men biliremki balam betnimde olanda gozellesecem, cunki hem toppusluq sifetime yarasir, hemde sevinc hissi kecireceyem deye uzume nur gelecek girl_ang . Kilo almagim ise umurumda bele deyil, İnsallah!
10 avqust 2013 11:48
Online
Xəyalə Murad
Iceberg,
Şəfa, səbr elə. Bu hormonlardır sənə belə təsir edir. Əslində özün də hamimizdan yaxşı bilirsən ki o körpənin gunahı yoxdu. Onun necə şirin olduğunu bilirsən axı. Hələ düşünəndə ki hamiləlikdən sonra ilk 8 ayda azı 10 kilo arıqlamaq şansın var. üstəlik süd verərək körpəni sağlam böyütmək ona dünyanın ən şirin adını qoyaraq tərbiyyə etmək kimi valideynlik məsuliyyəti var bədən qurluşu da gözəllik də arxa planda durur bir də baxırsan ki idman etmədiyin halda ariqlamiş əvvəlki bədən qurluşuna gəlib çixmisan.Belə hövsələsizlik hormonlardan başqa bir şey deyil. hələ bu son 2 ayda necə sbr edəcəksən? yayın istisini keçdik payizin sərin vaxtina təsadüf edəcəksən. Körpə üçün alış veriş xəstəxana qayda qanunları ilə maraqlanmaq doğumdan sonra körpəyə baxım haqqında oxumaqdan zamanın necə keçdiyini də unudacaqsan. Mən şəxsən zamanı tuta bilmirəm. elə bu gözəl hissin daimi olmasını istəyirəm. Bətnində bir körpə üçün dünya anlamı verən şirin balanın hər tərpənişindən xoşbəxt oluram. Hər gecə yatarkən Alaha dua edirəm ki bu sevinci arzu edən hər kəsə övlad nəsib etsin. İllərlə aylarla körpə azru edənləri sevindirsin inşAllah. Mən artıq son həftələrimdəyəm və sonunda körpəni qucağıma alıb qoxusunu içimə çəkəcəyim anı düşündükdə zamanın bir an tez axıb getməsini istəyirəm elə ki düşünəndə ki o dogulunca bu hamiləlik duygularından bətnimdəki heç oturmağa yatmağa uzanmağa hətta əsərimdə bir sətr belə yazmağa macal verməyən o təpiklərdən yumuruqlardan məhrum olacam o zaman zamanın dayanmasını bu anların daha da uzanmasını istəyirəm. Hərçənd bu bizim əlimizdə deyil. Allah sənə də mənə də saytimizin hamilə xanımlarına da tezliklə balalarını sağ salamat qucaqlarına almağı nəsib etsin, bu hissi arzu edən hər kəsə də nəsib etsin inşAllah.
10 avqust 2013 11:32
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Aysel İ.
sağ- salamat canım özüdə mənim nəvəmə əsəbləşib eləmə inşallah olsun deyəssən ki oy qarında durmağı bu ağlamaqdan yaxşıymış ki

Necə düz dediz Fatma xanım. Adam körpəsini qucağına alanda, onun gül qoxusunu içinə çəkirsəneee bax onda hər şey yadından çıxır. hər şey öz əlimizdədi arıqlamaq problem deyil. indi mən arıqlama prosesini keçirəm.
Xəbərə görə təşəkkür.
10 avqust 2013 10:42
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Happiness-lady
Allah butun hamile qadinlara komek olsun arzusunda olanlarada tezlikle nesib etsin Allah butun korpeleri saxlasin AMIN
10 avqust 2013 10:15
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
mehebbet sixaliyeva
Iceberg,
Xanım elə deməyin.Ana olmağı istəyən neçə milyonlarla insanlar var bilirsiniz?Allah sizə bu sevici bəxş edib və sizə gözəl bir hədiyyə verib.İnşAllah sağ-salamat gözəl bir balanız dünyaya gələr.
Xəbərə görə isə təşəkkürlər.Allah razı olsun.
10 avqust 2013 09:01
Offline
NUREL
Allah butun arzusunda olan qadinlara hamileliyi qismet etsin,amma hamilalik hem boyuk mesuliyyet, hem de en cetn bir donemdir menim fikrimce. Movzuya gore tesekkurler Ceylan xanim.
10 avqust 2013 08:39
Offline
Nigar Sultan
Allah hamilə qadınlara kömək olsun!
10 avqust 2013 08:19
Offline
totuwun mamasi
Iceberg,
Elə bilirəm həmişə belə pota qalacam lol ay seni ALLAHtala uzunu guldursun,ne pota inwALLAH korpeni qucagina aldigin gun evvelki,vaxtindanda goycey olacagsan inwALLAH ALLAHtala hesretinde olanlara nesib etsin inwALLAH
10 avqust 2013 03:26
Offline
Hacət-i Vuslat
Elə əsəbləşirəm bu hamiləliyə görə fikirləşirəm ki , bu son iki ay heç keçməyəcək,səbirsiz, əsəbi olmuşam. Güzgüdə özümə baxmaq belə istəmirəm. Hətta hələ doğulmamış körpəyə belə acığım tutur, onu günahkar bilirəm. Elə bilirəm həmişə belə pota qalacam, çox pis oluram. Necə çıxım bu vəziyyətdən heç bilmirəm.

Allah sevindirsin sizi-SEVİNDİM!Təbrik edirəm.inşaAllah sağ-salamat qoxusunu içinizə çəkmək nəsib olsun!

Dəyərli xəbər üçün çoxsağolun Ceylan xanım,bəlkə nə zamansa lazım oldu blush
10 avqust 2013 02:26
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!