Bakıda hava
USD AZN
EUR AZN
15 dekabr 22:08RUM Koyne tanishlarimdan kim varsa yazsin 15 dekabr 22:07RUM Salam 8 ilden sora bura girmishem 15 dekabr 17:49Sima axsamiz xeyir herkese salam
41233

Ata Azərbaycana əsir oğul Xocalıdan məktub

 


Hörmətli məktub!

 

Salam, əziz Atam!

Necəsən? Necə yaşayırsan? Həyatında hansı yeniliklər var? Sənin haqqında bu illər ərzində baş vermiş hər bir şeyi bilmək istəyirəm, əziz Atam. Ancaq istəyirəm ki, əvvəlcə özüm haqqında danışım. Məndə hər şey əvvəlki kimidir. 1992-ci ilin soyuq fevralında olduğu kimi indi də bərk soyuqdur. Artıq qış gəlib. Tez-tez qar yağır. Hər tərəf dümağ qar içindədir. Hər dəfə qar yağanda çox kövrəlirəm. Axı qarlı-şaxtalı bir gecədə məni səndən ayırdılar. O qansız cəlladlar heç kəsə - qocalara, qadınlara hətta südəmər körpələrə də rəhm etmədilər. Həmin gecə ən müasir silahlarla silahlanmış erməni quldurları və rusların 366-cı motoatıcı alayının əsgərləri dinc və əliyalın əhaliyə divan tutdular. İllər, aylar, günlər keçsə də, o gecədə eşitdiyim dəhşətli insan bağırtılarını, donmuş meyidləri, tanınmaz hala salınmış körpə cəsədlərini unuda bilmirəm, əziz Atam.

 

İçimin bir ahı var.

 Nurani qocaların,

Ağbirçək anaların,

Beşikdə körpələrin,

Obaların, ellərin,

Alışıb külə dönən

Çəmənlərin, çöllərin

Deyin, nə günahı var?!


İyirmi il əvvəl son dəfə səndən zorla ayrıldıqdan sonra mən sənə çox məktublar yazmışam. Amma sən ya məktubları almamısan, ya da ki onları oxumamısan. Bəlkə də, oxumamağın daha yaxşıdır.Oxusaydın, mənim üçün narahat olardın və vicdan əzabı çəkərdin. Lakin mən sənin oğlunam və başa düşürəm ki, bu, çox çətindir, həm də xoş deyil. Ona görə də susuram, özümü elə göstərirəm ki, guya hər şeyə dözürəm. İçimin ahı isə özümü yandırır. Yansam da tüstümü heç kim görmür.

Əziz Atam, artıq mən onların dilində danışmağı öyrənmişəm. Buna çox təəssüflənirəm. Lakin bu, bir həqiqətdir, danılmaz bir həqiqət. Nə qədər çalışsam da, bu həqiqətdən qaça bilmirəm. Onlara – qansız cəlladlara nə qədər nifrət etsəm də, ancaq onların murdar səsini eşidir, ayaq izlərini duyuram. Ürəyim ağrıya-ağrıya, içim yana-yana onların həyasızcasına özlərinin adlandırdığı  “Sarı gəlin”ə qulaq asmışam. Dilim yansa da, illərdən süzülüb gələn bu mahnını öz-özümə zümzümə etmişəm, öz-özümə ağı demişəm, layla söyləmişəm.

 

Əzizim, arxa haray,

Su gəlir arxa, haray.

Xocalı dad eyləyir,

Çağırır: arxa, haray! 


Mənim səhərlərim sənsiz açılır, əziz Atam. Ömür üfüqlərim sanki dumandır, çəndir. Kainat sonsuzdur, insan isə gəldi-gedərdir. Ayrılıq saçlarıma artıq dən salıb. Döyülməkdən, söyülməkdən, həqarətlərə tuş gəlməkdən yorulmuşam, bezmişəm, usanmışam.

Ata! Bizim bu yaralı vəziyyətimizə sən də günahkarsan. Sən həmişə bizi başqa xalqlara, millətlərə hörmətlə yanaşmağı, onların dilində danışmağı öyrətmisən. Digər övladlarını da başqa dillərdə danışmağa məcbur etmisən. Etiraf edim ki, mən heç vaxt başa düşə bilmirdim ki, biz niyə qonağın dilində danışmalıyıq. Özümüzün şirin, doğma ana dilimiz – Azərbaycan dilimiz olduğu halda. Eh... Bizdə nədənsə hər şey həmişə tərsinə olub.

Atacan, düşünmə ki, mən hər zaman ailədə xüsusi bir yerimin olduğunu istəyirdim. Bilirdim ki, mənim Şuşa kimi adına dastanlar qoşulan, şəninə təriflər söylənən Qarabağın tacı olan böyük qardaşım var:

 

Ay anam, ay Şuşam, hər daşın üçün

Sənin torpağından bir arşın üçün,

İnan “of” demərəm öz başım üçün

Uğrunda bu millət döyüşəcəkdir! 


Sən demişdin ki, mən sənin ən istedadlı, ən çox arzu edilən övladınam. Yenicə şəhər olmuşdum, ay Ata! Buraya müxtəlif yerlərdən gediş-gəliş başlamışdı. Əlif Hacıyevin səyi nəticəsində günbəgün şöhrətlənirdim. Lakin namərd gülləsi onu da susdurdu. Neçə-neçə oğlum, qızım qucağımda can versə də, onları son dəfə bağrıma basa bilmədim. Bu, məni hər şeydən çox yandırır. Günahsızlığım, haqqımı sübut ede bilməməyim ağır bir daş kimi üstümə çöküb. Bu daşdan qurtulmağa çalışsam da, bacarmıram.

Atacan, səninlə olduğum o gözəl günlər, vaxtlar üçün çox darıxmışam. Səni unuda bilmirəm. Nə qədər çalışsalar da, səni mənə unutdura bilmirlər. Hər gecə müxtəlif yuxular görürəm. Yuxularımda biz bir yerdə oluruq, öz doğma ana dilimizdə şirin-şirin danışırıq. Hərdən digər əsir qardaşlarım – Şuşa, Laçın, Füzuli, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Zəngilan da yuxuma gəlir. Onlar da çox dəyişib, yadlaşıb...

Əslində mən bu məktubu yazmamalıydım. Ancaq dözə bilmədim. Inan ki, mənə də, digər əsir qardaşlarıma da çox çətindir. Hər yerdə onlar var. Nifrət etdiyimiz, görmək istəmədiyimiz qəddar düşmənlərimiz. Hər dəqiqə, hər an çalışırlar ki, onlara bənzəyək. Bizim üzərimizdə dərin izlər qoymaq istəyirlər ki, sonra “Bax, bunlar bizimdir”, - desinlər.

Atacan, artıq dayanmağa gücüm qalmayıb. Bütün təhqirlərə dözürəm və susuram. Mən alçaldılsam da, onlara öyrəşə bilmirəm.

 

Bu torpağın canısan,

Selə dönmüş qanısan.

Sən kimin qurbanısan?

Layla, Xocalım, layla. 


Genosid, faciə, soyqırım... Mənim fikrimcə, bu, ən ağır, insan ağlına sığmayan bir xəyanət idi. Yaxşı ki, bu xəyanətdən xəbərdar oldun. Sənin mərd, qeyrətli oğlun Çingiz Mustafayevin qəhrəmanlığı nəticəsində başıma açılan bütün müsibətlər sənə çatdırıldı. Indi halımın necə olduğunu, yəqin ki, yaxşı anlayırsan.

Ey mənim xəyanətə, dostluğa qurban gedən, əziz Atam. İyirmi il bütün kökləri kəsib atmaq üçün böyük bir zamandır. Bu müddət həm də yeni nəsil yetişdirmək üçün kifayət qədər uzun zamandır. Çox güman ki, bir gün səninlə qarşılaşsaq, məni tanımayacaqsan. Yəqin ki, digər əsir qardaşlarımı da. Ədalət hissini artıq unutmuşam. Onun əvəzində qəlbimdə kin, nifrət, qəzəb hissləri kök salıb. Mən bu ədalətsizliyi heç vaxt onlara, onların himayədarlarına, bütün dünyaya bağışlamayacağam.

Daha nə yazım, əziz Atam! Sözlərim çoxdur, lakin səni daha da əzmək, kövrəltmək istəmirəm. Lakin fikrimi alt-üst edən, yuxularımı əlimdən alan bir sualı da sənə verməkdən çəkinmirəm: “Bizi qaytarmaq fikrində deyilsən ki!?”

Sağlıqla qal!

 İmza:     Oğlun Xocalı

20 fevral 2012-ci il

Səslərin sayı: 9
43
9267
loading...
Şərhlər
Offline
Aysel İ.
İçimin bir ahı var.


Nurani qocaların,


Ağbirçək anaların,


Beşikdə körpələrin,


Obaların, ellərin,


Alışıb külə dönən


Çəmənlərin, çöllərin


Deyin, nə günahı var?!
3 fevral 2015 08:05
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Minira Aslanzade
Təşəkkürlər
23 aprel 2014 23:27
Offline
Рояна Акперова
eeeeeeeeeehhhhhhhhhhhhhh crayheyif o yerlərdən
27 yanvar 2013 20:58
Offline
Aysel İ.
Bu məktubun cavabı:Əziz vətənim Xocalı alçalan sən deyilsən səni utanmadan ,vicdan əzabı çəkmədən satanlardır.Utanan,əzilən,söyülən sən olmamalısan.Biz olmalıyıq.Çünkisəni qoruya bilmədiyimiz kimi 20 il keçməyinə baxmayaraq səni hələ də əsirlikdən xilas edə bilmirik.Şəhidlərimizin də ruhu bizi lənətləyir ki,siz nəyi gözləyirsiz? ermənilər iyrənc həşaratlardır. biz onları asanlıqla tarakan kimi əzib torpaqlarımızdan çıxara bilərik.Hətta onları ermənistan dedikləri torpaqlar bizimdi. Yaziq Azərbaycan tarixlər boyu satqınlıqla rastlaşıb................
7 dekabr 2012 17:51
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Hacət-i Vuslat
Allah qatinda hecne bo$una ba$ vermir,elbet vardir bir sebebi...sadece sebirli olaq in$aAllah.
2 oktyabr 2012 21:04
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
2 oktyabr 2012 20:56
Offline
♡GüNKa♡
cox cox(((((
6 sentyabr 2012 12:09
Offline
♥Selena♥
cox tesirlidi cox. elleriniz agrimasin.
Senem,
INSALLAH baci

ANCELE-ELA,
AMIN.
6 iyun 2012 23:59
Offline
GULLAR-R
"BIZI QAYTARMAQ FIKRINDA DEYILSAN KI,"GORAK BU SUALA NA ZAMAN CAVAB VERAN OLACAQ? what
14 may 2012 12:37
Offline
ANGEL GIRL
AMIN. INSALLAH TORPAQLARMIZ VEHSILERDEN ALACIYIQ.ONLARA HEC VEHSIDE DEMEK OLMAZ
VEHSIDENDEN BETERDI!
26 mart 2012 16:56
Offline
Milay
Inwallah tezlikle torpaqlarimiz geri alinar!!!!
18 mart 2012 10:23
Offline
yegane haciyeva
COX GOZEL YAZMISAN KOVRELDIM,INSHALLAH TORPAQLARIMIZ GERI QAYIDAR.TESHEKKUR EDIREM
16 mart 2012 14:33
Offline
ANCELE-ELA
ALLAH BUTUN SEHIDLERIMIZE REHMET ETSIN AMIN
29 fevral 2012 23:07
Offline
jessie
hih....ele 20 ildi deyirler:torpaglarimizi alacayig...muharibe yoluyla da olsa alacayig.....bunlar bow sohbetlerdi...insanlarin bawini aldadirlar.....ne almag eeee?????torpag alansizsa bu vaxta qeder neyi gozluyurduz ve bundan sonra neyi gozluyursuz?????!!!
29 fevral 2012 23:00
Offline
Meleyim :)
cox gozel yazmisiz...qeherlendim...inanaq ki,torpaqlarimiz geri qayidacaq.bele de olacaq.ne olur olsun...
29 fevral 2012 16:10
Offline
VG
Sunayka,
Müellifi azerbaycan dili ve edebiyyat müellimesi olan xalam N. Melek müellimedi
29 fevral 2012 15:53
Offline
Sunayka
Men hec bunu oxumamisdim nece de tesirli yazmimsiz size halaldir....bir heqiqet de var ki oxuduqca utandim...
28 fevral 2012 13:17
Offline
Senem
INWALLAH tezlikle torpaqlarimiz qaytarilar,cekilen eziyyete,gorulen vehwiliklere azda olmuw su sepilmiw olar
28 fevral 2012 12:29
Offline
Sabrin
İnşallah o gündə gələcək. Oxuduqca çox pis oldum
28 fevral 2012 09:17
Offline
Fatma xanım
leylahuseynova ,
Allah ağzından eşitsin
27 fevral 2012 12:25
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!