Bakıda hava 24°
USD AZN
EUR AZN
08:50Xəyalə Murad Cüməniz Mübarək! 08:50Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41013

Anamın həsrəti....

 

Anamın həsrəti....

 

 Bu gün niyəsə həsrət boğurdu məni. Anamdan ayrı keçən 7-cı ilim tamam oldu. Qürbət eldən asan deyil hər dəfə vətənə getmək. Məcbursan elə burda qəlbində həsrət çəkməyə. "Yoxdur onsuz bir günüm"- dediyim olurdu mənim də, amma hər günümü onsuz yaşayıram.

Ana hər bir qıza dayaqdır, bir yoldaşdır. Bir zamanlar ondan uzaq qalsam yaşaya bilmərəm deyə düşünərdim, amma baxın, 7 ildir yaşayıram ondan uzaqda. O qədər uzaqda ki, əlim də çatmır, yolum da. Bir zamanlar ondan öyrənərdim yemək bişirməyi, deyərdim "Sənsiz heç bir yeməyimin dadı olmaz". Amma 7 ildir onsuz bişirirəm yeməklərimi, dadı da öz yerində. Bir zamanlar məsləhət almaq üçün qaçardım anamın yanına, oturub qarşısında danışardım hər şeyi.  Deyərdim sən olmasan dərdimi  kimsəylə paylaşa bilmərəm mən, amma artıq 7 ildir  yoldaşımla paylaşıram. 

 Bu 7 illik uzaqlıq bir həsrətdir qəlbimdə. Hər gün  üzərinə daha bir damla əlavə olunur. Bir zamanlar anamın həsrətindən qəlbimdə böyük həsrət  dəryası  yaranar deyə qorxarkən,  artıq 7 illik uzaqlıq  yaradıb o dəryanı qəlbimdə mənim.

Heç asan deyil ondan uzaqda olmaq. Anan vətəndə yatarkən, sənin qürbətdə yatmağın. Heç asan deyil xəstə yatasan burda, başının üstündəsə  qayğıkeş ananı  görməyəsən. 

 7 illik bu həsrət mənə çox şey öyrədib. Həyatımdan dərslər almışam zaman-zaman.  Yaşıma yaş artdıqca anam olduğu kimi qalır.Heç asan deyil qəlbində dağ boyda həsrət çəkmək. Daha darıxmaqdan da o yana  keçib bu həsrət...

Bəs əgər bir gün vətənimə qayıtsam, görən tapa biləcəmmi onu elə qoyduğum yerdə? Görən tanıyarmı məni bir daha gözü önündə görəndə? Qucaqlayarmı yenidən "daş ürəkli" qızını? Sığal çəkərmi yenidən dizi üstə qoysam başımı? Ya sinəsinə uzansam, eşidə bilərəmmi yenidən ürəyinin döyüntüsünü?  Bəs boynuna sarılsam, o əvəzsiz ətrini yenidən hiss edərəm mi? 

 

Allah hər birinizin anasına can sağlığı versin, kimsə anasından uzaq düşməsin...

Səslərin sayı: 16
122
5915
loading...
Şərhlər
Offline
איסון ממדוב.
Can çox kövrəltdiz məni
10 dekabr 2014 19:46
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Aysel İ.
Çox kövrəltdin məni Xəyalə((
4 noyabr 2014 13:38
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
♥NiLuFeR♥
Allah hər birinizin anasına can sağlığı versin, kimsə anasından uzaq düşməsin...Amin!!!
13 mart 2014 22:49
Offline
aska
ALLAH REHMET ELESIN!SENEDE SBR VERSIN!ALLAHIM UREYINDEKI YANGINI DINDIRSIN INSALLAH TSK...give_ros
30 oktyabr 2013 11:25
Offline
Aysun Memmedova
Allah cemi olenlere rehmet,qalanlara can sagligi versin.Mende anamdan,atamdan 2 ildi ayriyam qurbet elde coooooooooxxxxxxx darixiram insallah bu yaxinlarda gedecem dance1
12 sentyabr 2013 14:08
Offline
Rzayeva Guler
Alah haminin anasina atasina can sagliqi uzun omur versin
12 sentyabr 2013 14:01
Offline
SEVINC
alah rehmed etsin, size de sebir versin
11 sentyabr 2013 00:32
Offline
kesemenli efqane
Allah rehmet elesin....................
25 iyul 2013 00:46
Offline
Letafet Babayeva
allah rehmet etsin bacim cox pis oldum inan cox
25 dekabr 2012 22:28
Offline
Sevda-Nur
crying crying crying Canim bacim...
İnan mene göz yaşlarim imkan vermedi mene yazini tam aydin şekilde oxumaga....Allah sebrini versin ezizim Allah ANANİN ruhunu şad elesin yeri behişt olsun.AMİN.
Heyatdi de canim bacim...Mecburen barişmaliyiq heqiqetleriyle...Barişmasaq ne olasidi ki?....Deryadan bir damla kimiyik biz bendeler deniz hansi terefe aparsa o yana da gedesiyik...Allah aileni sene cox görmesin ezizlerinle birge...
Heyat bu qeder acimasizdi...En cox istediyini en cox axtardigini sene en cox lazim olani ele anda alir ki senden...Ne qeder axtarsan da tapa bilmirsen o ehtiyacini çekdiyin insanlari...Hamimizin itirdiklerimiz var...Sen tek deyilsen ki gözel bacim...
Allah sebir versin.....
25 dekabr 2012 22:16
Offline
Sabrina Melodi
Çox kövrəldim...ALLAH səbr versin,qəbri nurla dolsun.
25 dekabr 2012 22:04
Offline
Ruhəngiz
ALLAH sənə də səbr versin bacım.ALLAH anana rəhmət eləsin.Mənim anam-atam da 18 ildir haqq dünyasına köçüblər.
25 dekabr 2012 21:59
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Muslimah
baci mende seni cox gozel basa dusurem,anamnan kilometrelerle uzagdayam,bu il deyesen 5 il hesretden sonra goruseeyik,insallah.
1 dekabr 2012 18:41
Offline
merlinka
allah rehmet etsin
1 dekabr 2012 18:35
Offline
S.S.90...Samir...
ALLAH SEBR VERSIN!
24 oktyabr 2012 02:47
Offline
DUYĞUMLA MƏN...
yazacaqdimki neceyeni bu 7 ilde hec get gel,internetle danismaqda olmayib? cox pis kobudluga yol verecekdim, yaxsiki serhlerin birinde tesadufenn gozum satasdi bir cumleye,aydin oldu mene ayriligin sebebi. elebil tok vurdu meni allah rehmet elesin canim,senede allah sebr versin.
24 oktyabr 2012 02:30
Offline
Gulichka
cox duyqulandim.oxuyannan duz bir saatdi aqlayiram.mende qerib yerdiyem.anamcun cox darixiram.hhamileyem.anamin yanimda olmasini ele isteyirem.birinci hamileliyimde her cetinniyim olanda anamin yanina qacirdim.indi ise hekim mene yataq veziyyetinde olmaqimi deyir.anacan kas senin yaninda ola bilerdim.allah hec bir valideyini evladinin ustunden eksik etmesin.
3 oktyabr 2012 02:23
Offline
๑۩۩๑E.Eliyeva๑۩۩๑
ALLAH BUTUN VALIDEYINLERE UZUN OMUR VERSIN. VALIDEYININ ITIRENLEREDE ALLAH REHMET ELESIN ICINDE MEN DE OLMAQLA. ATAMA COX BAGLI OLMUSAM HAL HAZIRDA 8 IL TAMAM OLDU DUNEN ONU ITIRMEYIMIN GOZUMUN QABAGINDA VALIDEYINLERINIZIN QEDRINI BILIN!
15 sentyabr 2012 12:47
Offline
BELLA
sizi basa düsürem.Allah rehmet elesin.men de anamdan ayri qürbet elde yasiyiram.Allah bütün analara can sagligi versin.Amin.
14 sentyabr 2012 21:42
Offline
Nigar
Milana.M (XƏYALƏ MURAD),
Allah rehmet etsin yeri cennet olsun sizin ne kecirdiynizi men yaxwi bawa duwurem cunki 7 ildir menimde atam rehmete gedib cox agirdir heyat menecrying
3 sentyabr 2012 12:11
imza: Allahın cümləmizə yar olsun amin
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Bakıda 400 manata toyuq satılır - FOTO

    Qiymətlər isə fərqlidir - 5 manatdan 250 manata qədər...
  • Türkiyəli aktyor "Emmy" mükafatına namizəd oldu- FOTO

    Qeyd edək ki, bu nominasiya üzrə 11 ölkədən 44 aktyor yarışır
  • Eser Yenenler doğulacaq körpəsinin adını açıqladı-FOTO

    Türkiyəli aktyor Eser Yenenler və xanımı Berfu Yıldız 2 ay sonra doğulacaq körpələrinin adını açıqlayıblar.
  • 09:18 - Müəllif: Xəyalə Murad
    Sıla onunla ayrıldı (1)

    Sıla onunla ayrıldı

    Türkiyəli müğənni Sıla Gençoğlu illərdir birlikdə çalışdığı musiqişi dostu Efe Bahadırla ayrılıb.
  • Cennifer Lopez keçmiş əri ilə bir arada-SƏBƏB

    Dünya şöhrətli müğənni Cennifer Lopez nişanlısı Aleks Rodriqeslə birlikdə keçmiş əri müğənni Mark Entoni və onun sevgilisi Rafaella Modunya ilə görüşüb.
  • 12:06 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (476)

    Hüquqşunas məsləhəti

    cialis vs viagra where can i buy levitra cialis cost http://forum.dsvfortuna05-nachwuchs.at/viewtopic.php?f=12&t=2004pBlo51s4dXhttps://api.gridpointweather.com/community/showthread.php?tid=187912pBlo51s4dX vardenafil 20generic cialis tadalafil buy ed drugs online cialis 10mg http://baitbuddies.de/forum/viewtopic.php?f=21&t=143821pBlo51s4dXhttp://mybbcentre.ca/showthread.php?tid=103106&pid=112845#pid112845pBlo51s4dX buy vardenafil online no prescriptioncialis daily ciallis cialis vs viagra http://bodydragon.com/forum/showthread.php?p=37239#post37239pBlo51s4dXhttp://forum.ssphydraulics.com/showthread.php?t=73353&p=77094#post77094pBlo51s4dX vardenafilcialis tadalafil nexium 40 mg cialis 20mg http://vb.sukrbnat.net/showthread.php?p=1088919&posted=1#post1088919pBlo51s4dXhttps://rouxro.com/forum/viewtopic.php?f=11&t=281652pBlo51s4dX where to buy levitracialis super active lipitor 20mg cialis http://dichtersbuurt-hengelo.nl/forum/showthread.php?tid=33156&pid=62687#pid62687pBlo51s4dXhttp://bicyclethai.com/viewtopic.php?f=2&t=131445pBlo51s4dX vardenafilcialis coupon vardenafil 20mg cialis online http://www.social.catscraftmc.com/showthread.php?tid=642638&pid=1148060#pid1148060pBlo51s4dXhttp://pentiumnetworks.nn.pe/mybb/showthread.php?tid=294801&pid=427161#pid427161pBlo51s4dX buy generic levitra uk
  • 91 yaşında İnstaqram fenomenidir - FOTO

    Yaxşı ki nəvəsinin sözünü eşidib
  • 27 yaşlı şahzadənin inanılmaz sərvəti – FOTO

    Evlənsə moddan düşəcəy
  • Nazirlikdən vətəndaşlara VACİB XƏBƏRDARLIQ: Bu gün...

    Havanın temperaturu Abşeron yarımadasında 27-31, Bakıda 29-31 dərəcə isti təşkil edəcək.
  • 637 bal toplayan qız: “İnternatda oxumuşam…” – VİDEO

    Oxuyan uşaq hər yerdə oxuyur
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!