Bakıda hava 13°
USD AZN
EUR AZN
09:39Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41129

Qadın.Net-i necə tapmısınız?

Qadın.Net-i necə tapmısınız?


Statistikaya görə 2000-ci ildən axtarış sistemlərində qadınlar haqqında Web səhifələrin sayı 4 dəfə artıb. Bu saytların içərisində gender (qadın və uşaq hüquqları) haqqındakı saytların sayı 9 dəfə artmışdır. Bu faktlar onu göstərir ki, �Qadınlar və cəmiyyət� mövzusuna maraq daima artır.
İnformasiya texnologiyaları (İT) sahəsinin hazırda ən sürətli inkişaf edən istiqamətlərindən biri İnternetdir.XXI əsr informasiya cəmiyyəti (İC) və yüksək texnologiyalar əsridir. İC insanlara öz potensiallarından geniş istifadə etməyə və öz cəhdlərini reallaşdırmağa imkan verir. İnformasiya resurslarının yaradılması və ondan düzgün istifadə insanların fəallığından, kompyuter savadından, informasiya mədəniyyətindən asılıdır. Hazırda ölkələr və dünya səviyyəsində Qadın şəbəkələri mövcuddur. Məsələn, Londonda ingilis dilində Beynəlxalq qadın şəbəkələri fəaliyyət göstərir: AVIA: Women's World-Wide Web (www.avia.org), təşkilatın məqsədi bütün dünya üzrə qadınlar arasında əlaqə və əməkdaşlığın aktivləşdirilməsi və dəstəyidir. Praktiki fəaliyyəti isə jurnalların, kursların, resurs təşkilatların və tədbirlərin pulsuz sorğu kitabçalarının, xəbərlər bülletenlərinin nəşri; "Qadın-rəssamlar" qalereyasının təşkili və s. Saytda-qadın hərəkatı barədə informasiya, beynəlxalq qadın hərakatı haqqında məlumatlar da var. ABŞ-da (Nyu-Cersi) Center for Women's Global Leadership (www.rci.rutgers.edu) adlı qadın saytı fəaliyyət göstərir. Saytda qadınları maraqlandıran mövzular haqqında ingilis dilində informasiyalar verilir. Saytın bölmələri: "Mərkəz barədə", "Siyasi proqram və qadın hüquqlarının qorunmasına dair proqram", "Bütün dünyada qadınların liderliyinin və təhsilinin inkişafı proqramı", "Siz nə edə bilirsiniz", "Nəşrlər", "Mərkəz yenilikləri", "Məqalələr və resurslar", "İstinadlar"(qadın problemləri üzrə təşkilatların saytlarına istinadlar). Artıq bu gün dünyadakı Azərbaycan qadınlarını birləşdirən Qadın Səbəkəsinin, vahid veb-portalının (www.azerbaijanwomen.az) yaradılmasına ehtiyac var. Bu portal bizim qadın soydaşlarımızın harada yaşamalarından asılı olmayaraq, onlara bir-birlərini tanımaları üçün bələdçilik edə bilər. Digər tərəfdən onlar arasında əməkdaşlığı möhkəmləndirər, qadınları maraqlandıran məsələlərin birgə müzakirəsinə kömək etmiş olar.
Azərbaycanda ev xanımları ilə bərabər işgüzar xanımlar da az deyil. Bu xanımlar həm də ev işlərinin öhdəsindən gəlməyi, vaxtlarını duzgün bölüşdürməyi bacarmalıdırlar. Bu işdə onlara İnternet yardım edə bilər. Belə ki, lazımı məsləhətlərin vaxtında alınmasında, insanlarla informasiya mübadiləsinin aparılmasında və lazım olan xəbərin tez çatdırılmasında (təbriklər, e-məktublar), alqı-satqı, bank hesabından pul köçürmələri, sifarişlərin edilməsi (mağazalara, restoranlara, gözəllik salonlarına, nəqliyyat xidmətlərinə) və s. kimi işlərin görulməsində İnternetin rolu böyükdür. Yəni, xanımların tələbatının çoxunu əks etdirən saytların və ya portalların olması onların işini yüngülləşdirər, vaxt itgisini azaldar, axtarış sistemindən istifadə etmələrinə ehtiyac yaranmaz. Yəqin elə bu səbəbdəndir ki, İnternet qadınların ehtiyaclarını tam dolğun ödəyə bilmir.

Hazırda Azərbaycan dilli resurslarda qadınlar və uşaqlarla bağlı bir neçə sayt mövcuddur ki, bunlar haqqında növbəti yazıda...

İndi isə gəlin birlikdə baxaq,bizlərə də maraqlıdır,nəyi axtarırdınız ki, Qadın.net saytına rast gəldiniz və ya bu sayta gəlmə səbəbiniz hansıdır?

Səslərin sayı: 15
161
12598
loading...
Şərhlər
Offline
Hacət-i Vuslat
Facebook səhifəssində qızlara bir skrab yazdım ki,paylaşsınlar.Dedilər heyifdir,gəlin saytımızda ərtaflı xəbər formasındaa hazırlayın.Mən də gəldim.İşə bax ki, o qədər xəbər hazırlamışam,amma məni bura gətirən xəbəri hələ də hazırlamamışam biggrin
4 dekabr 2014 22:00
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Qəribə
Men de təsadüfən gördüm.
13 sentyabr 2014 17:22
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Xalidə Həsənzadə
Men bura moda haqqinda yazmişdim saytin adi cixdi mende qeyd oldum bura
13 sentyabr 2014 17:15
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Masallah hami da resept axtarirmis nece de isguzar xanimlarimiz var! biggrin
24 aprel 2014 19:13
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
♥NiLuFeR♥
SALAT RESEPTI AXTARANDA QADIN.NETI GORDUM VE QEYDIYYATDAN KECIB BU SAYTIN DAIMI ISTIFADECISI OLDUM smile
14 yanvar 2014 20:58
Offline
Elvida
menim adgunum idi googleden yazdim tortlar sirniyyatlar geldi qadin net.gordum cox maraqli seyler var girdim INSALLAH yanvarin 7si adgunumdur yenede burdan resseptler goturecem laughing
6 yanvar 2014 10:39
Offline
איסון ממדוב.
Mən googleden şirniyyat axtarışına çıxıb özümü burda tapdım
25 dekabr 2013 22:24
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Ramile Isgenderova
Mən Google - de təsadüfən gördüm şəkillərə baxdıqda. Sonra qeydiyyatdan keçdim və Qadın.net-in daimi istifadəçisi oldum. give_ros give_ros give_ros

Gələk nə axdardığıma mən Fahriyyə Evcen və Leyla Qoşqar haqqında bir qəzet üçün foto axdarırdım və bu saytı onda gördüm. İkisinində tapıb əyəndiyim şəkilinin altında saytın adı var idi. Beləcə saytla tanış oldum və beyəndiyim üçün qeydiyatdan keçdim. dance1
22 dekabr 2013 04:24
Offline
FİDAN HÜSEYNOVA
Ne qeseng xeberdi indi gorurem hele. men 2013 un fevralinda yeni hamile qalmisdim ogluma. men burda qeydiyyatda olmadigim ucun menim kecmis qonsum ve yaxin dostum burada qeydiyyatda olan GULCIN menimcun cinsiyyet hesabladi burda. belelikle saytin adini oyrendim ve men de qeydiyyatdan kecdim. onu da deyim ki evveller reseptler filan axtararken mutemadi olaraq rastima cixirdi. qeydiyatdan kecmek aglimdan kecmemisdi. cunki bu derece seviyyeli durust bir sayt oldugunu bilmirdim. ama yaxsi ki bura daxil oldum. meni xosbext edirsen ay QADIN.NET yxsi ki varsan tesekkurler sene... girl_ang
22 dekabr 2013 02:41
Offline
Narmin Mamedova
Men hemishe yemek reseptleri xtariram ele bu yolla qadin neti tapdim sonra cox beyendim ve bashqalarinada meslehet gordum.Amma cox gec qeydiyyatdan kecdim
25 noyabr 2013 01:21
Offline
ÖzDüNyAm
men yuxu yozmalara baxirdim bele tapdim.
19 sentyabr 2013 15:45
imza: вəLi кoвudaм мəи ..
Çüикi üz gösтəяsəм, asтaя isтəyəcəк iиsaи`Laя vaя ..|!
Offline
Rzayeva Guler
Men salat resepti axtarirdim sonra bu sayit qabagima cixdi ve giriirdim cox vaxtlar qonaq Kimi gelirdim. Sonra qeydiyatdan kecdim
10 sentyabr 2013 18:55
Offline
Farida_Asadova
maska axtarirdim internetde qadin ,net de tapdim.
26 avqust 2013 18:49
Offline
Cavid
maraqlı xəbərdi)mən bura yeməy resepi axtaranda rast gəldim.yoldaşıma dedim mənimçün qeydiyyatdan keçdi.nə yaxşı ki tapmışam buranı.
25 iyun 2013 19:08
Offline
♥Sevgilimi çox sevirəm♥
men aksesuarlara baxirdi bu zaman tapdim yaxsiki tapmisam
25 iyun 2013 19:00
Offline
Afaq Qeniyeva
men burani universitet vaxtimda tapmiwdim ama hec qeydiyatdan kecmemiwdim. gelib marali meslehetler alib cixirdim. sonra gordum ki yox bura menim elimden cox tutacaq ve qeydiyatdan kecdim. hecde pewman deyilem eksine cox wadam love
12 may 2013 14:02
Offline
♥A.Ravana♥
Saçım çox tökülürdü,həddindən çox.Kosmetoloq məsləhəti ilə cürbə-cür ,bahalı maskalar,şampunlar alıb işlətmişdim.Amma nə fayda!Bir gün dedim görəsən təbii bir maska olsaydı,bəlkə onun xeyri daha çox olar.Və oturdum internetin qabağında "Saç tökülməsi üçün maskalar" yazdım bu sayt qarşıma çıxdı. Reqistrasiya olundum.Çox sevdim vaxt tapan kimi,ürəyim darıxan kimi gəldim bu sayta .Belə-belə artıq bu sayt mənim ikinci ailəm oldu
7 aprel 2013 23:47
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
Beren Saat.
3il bundan evvel hamileydim ogluma,hamilelik haqda maraqlanirdirdim bu sayiti gorrdum,o zamanlar qonaq kimi girirdim,ama indi uzvi kimi.. girl_cray .
16 mart 2013 18:53
Offline
♥●๑۩۩๑●•٠·DENIZ GOZLU♥●๑۩۩๑●•
Sac ucun maskalar axtararken bacim teşadufen bu sayti tapdi ozu ucun qeydiyyat acdi mene daha cox maraqli geldi sehveni deyişib ozum haqqinda melumatlari yazdim. Ne yaxşiki bu sayti tapmişam
16 mart 2013 18:42
Offline
Gümüş
Tesadufen rastlasdim ve xosumz geldi.
24 fevral 2013 10:37
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )