Adətən qız uşağı anasından görüb-götürür. Buna görə də ana hər bir davranışı ilə qızına bir örnək olmalıdır. Bu məqsədlə bundan uzun zaman əvvəl yaşamış, əsilzadə ailəyə mənsub Ümamə xanımın gəlin köçən qızına yazdığı məktubu gənc xanımların nəzərinə çatdırmağı münasib hesab edirik.
Bu məktubun bütün qızlarımız üçün nümunə olacağı fikrindəyik. Əvvəlcədən onu qeyd etmək istəyirik ki, məktubda qeyd olunanlar xüsusilə dövrümüzdə hər bir gənc qızın çox ehtiyac duyduğu nəsihətlərdir.
“Əziz qızım!
Əgər hər hansı bir qız valideynləri zəngin və əsilzadə olduğu üçün evlənməyə ehtiyac hiss etməsəydi, nə sən, nə də ki, mən heç vaxt evlənməyə ehtiyac hiss etməzdik. Halbuki vəziyyət bu cür deyildir.
Əziz balam!
İndi qırx illik evlilik təcrübəmə dayanaraq sənə bəzi tövsiyyələri vermək istəyirəm. Bu tövsiyələri düzgün qiymətləndirib buna müvafiq şəkildə hərəkət etsən, həyatın boyu rahat yaşayarsan. Ömürgün yoldaşınla aranız heç bir zaman pozulmaz. Bu dünyada xoşbəxt ömür sürdüyün kimi axirətdə də əbədi xoşbəxtlik əldə edərsən.
1- Qənaətkar ol! Ərinin gətirdiyi hər şeyi məmnuniyyətlə və sevərək qəbul et.
Cunki qənaətkar olmaq qəlbi sakitləşdirər.
2- Deyilənlərə həmişə yaxşı qulaq as və hər zaman ərinin sözləri və istəkləri ilə razılaş.
Ona qarşı çıxmaqdan çəkin və sözlərinə etiraz etmə. Bir-birinizi anlamağa, başa düşməyə çalışın.
Əgər bu cür hərəkət etsən, sən rəbbimizin razılığını da qazanarsan.
3- Ərinin olduğu hər yerə xüsusi etina və hörmətlə yanaş. Ömürgün yoldaşının gözünə çirkin bir şeyin dəyməməsi üçün diqqətli ol. Bil ki, xarici görünüş daxilə-qəlbə də nüfuz edər. Evin daim təmiz, baxımlı və gözəl ətirli olsun.
4- Həyat yoldaşının yemək saatı və yatmaq vaxtına diqqət et. Ərin yeməyini adətən nə zaman yeyirsə, yeməyi də buna müvafiq vaxtda hazırlamalısan. Ərinin yuxu rejimini qaydada saxlamaq üçün işlərini vaxtında bitir.
Çünki aclıq insanı xasiyyətsiz edər. Yuxusuzluq isə əsəbiliyə gətirib çıxarır.
5- Evinin mallarına və əşyalarına münasibətdə diqqətli davran. Malına və əşyana sahib çıxman sənin öz işini yaxşı bildiyinin göstərər. Gördüyün işləri başa qaxma! Əgər belə etsən, yaxşılıq fayda deyil, zərər gətirər.
6- Ərinin yaxınları ilə gözəl münasibət qur. Onlarla yaxşı davran ki, o da sənin yaxınların ilə yaxşı dolansın. Unutma, gülü sevən tikanına dözməlidir. Onsuz da dünyada nemətlərlə yanaşı çətinliklər də olur. Övladlarına ərinin qohumlarının yanında onun öz yaxınları ilə münasibətdə nüfuzunu zədələyəcək, onu alçaldacaq və hörmətsiz edəcək söz söyləmə!
7- Ərinin sirlərini hec kimə demə! Əgər sirlərinizi ətrafa yaysan, səninlə arası dəyər.
Hətta, vəfasızlıq etməyəcəyindən belə əmin olmaz ki, bu da sənə olan sevgisinin azalması ilə nəticələnə bilər.
8- Qızım! Ərinə hörmət göstərməkdə, onun istəklərini yerinə yetirməkdə qüsura yol verməməlisən. Sozlərinə muxalif hərəkət edərək ona qarşı gəlməməlisən. Əgər ona qarşı çıxsan, asi olsan, onun əsəbiləşib qəzəblənməsinə, hətta düşməncə davranmasına səbəb olarsan. Ərinin məyus və kədərli anlarında sən də onun dərdinə şərik ol.
O nəşəlidirsə, sən də elə görünməyə çalış.
9- Ərinə nə qədər hormət və təzim etsən, ozunu ona bir o qədər cox sevdirə bilərsən.
Onun razı qalacağı şəkildə hərəkət etsən, bir o qədər onun sevgisinə nail olarsan.
10- Ərinin almaqda cətinlik cəkəcəyi, gucunun catmayacağı şeyləri istəmə! Bu, həm sənin,
həm də onun Cənnətə düşməyinizə əngəl olar. Belə ki, peyğəmbərimiz (s) buyurur:
“Elə bir zaman gələcəkdir ki, bir insanın həlakı xanımının, ana-atasının və övladının əli ilə olacaq. Ona kasıb olduğu üçün ayıb edərlər, gücünün çatmadığı təkliflər və istəklər irəli sürərlər. Beləliklə, o kəs bu istəkləri təmin etmək üçün dininin əldən çıxmasına səbəb olan yollara uyar və Cəhənnəmə düşər”.
11- Qadının gözəl xasiyyətlisi, saleh olanı yoldaşı üçün cənnət nemətidir. Pis olanı və şərlisi isə cəhənnəm əzabından hesab edilir. Sən ərin üçün cənnət neməti ol! Ona əzab çəkdirmə!
Bunları edə bilmək ancaq onun istəklərini öz istək və arzularından, onun razılığını sənin üstünlük verdiyin şeylərdən üstün tutmaqla mümkündür. Həmişə öz istək və arzularını ön plana çıxarsan, bu nəsihətlərə əməl etmək mümkün olmaz”. Dövlətlərdə, millətlərdə, iş yerlərində və ailələrdə əmin-amanlığın əldə edilməsi üçün son sözü kişinin söyləməsi vacibdir. Hər ağızdan bir hava çıxsa, hər şey bərbad olar. Sənə məlum olsun ki, uca Allah ailədə son sözü demək hüququnu kişiyə verib. Allah Qurani-Kərimdə kişiləri qadınlar üzərində hakim qıldığını bildirmişdir. Nisa surəsinin 34-cü ayəsində oxuyuruq: “Kişilər qadınlar üzərində hakimdirlər”. Buna görə, qadın da öz fikrini deməlidir, ancaq son söz kişinindir. Kişi səhv addım atsa belə, dinə uyğun atdığı üçün Allah-təala o işin nəticəsini xeyirə yönəldər.
Evdə “sənin dediyin deyil, mənim dediyim olacaq” davası olsa, o evdə rahatlıq olmaz.
Necə ki, kişi iş yerində müdirini razı salmaq üçün çalışır, öz işini itirməməsi üçün müdirin razı qalmasının şərt olduğunu, işdə əmin-amanlığın bundan asılı olduğunu bilir, qadın da öz rahatlığı üçün bütün gücü ilə ərini razı sala bilmək üçün çalışmalıdır. Ərinin öz xanımından razı qalması qadının da rahat və razı olması deməkdir.
Bu dediklərim qadın tərəfindən qəbul edilib tətbiq edilmədikcə ailədə əmin-amanlıq və xoş-güzəran olmaz”.
XƏBƏR LENTİ
Ondine lənəti-FOTO
Təcili yardım niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı prosesi sadələşdirilir
9 yaslı Ömərin qeyri-adi bacarığı-VİDEO
Milli komandamız gerilədi
Ayaqqabı təmizliyi üçün praktik üsullar
Olmazsa olmazımız "sırqalar"
Sınaqdan çıxmış cavanlıq cövhəri
Barak Obama yay məzuniyyəti zamanı oxuyacağı kitabların siyahısını bölüşüb
Fatih Terimin qızına 80 min avroluq üzük
ABŞ-la İran arasında buzlar əriyir
Sinoptiklərdən xəbərdarlıq: hava kəskin dəyişəcək
MN: "Tapşırıq verilib ki, düşmənin atəş nöqtələri susdurulsun"
Gözəl köynək düymələri
H&M qadın geyimləri
BİR SEVGI HEKAYƏSI
Ukrayna Rusiya ilə sərhədi tamamilə bağlayacaq
Melaniya Tramp Ağ Evi bəzədi - VİDEO - FOTO
Bu qəsrdə ruhlar yaşayır
Möhtəşəm binalar
Həyatın olması üçün bunlar olmalıdır
İşləmək, yoxsa işləməmək?
Ancelina Coli bu dəfə yeni münasibəti ilə gündəmdədir-FOTO
44 min insan koronavirusdan şəfa tapıb
Məşhur aktyor "Feysbuk" səhifəsini bağladı
Günün ulduz falı
Zehni sağlamlığa mənfi təsir edən vərdişlər
Qalib Azərbaycan əsgərlərinin rəqsi - VİDEO
Onun adı Azərbaycan jurnalistikası tarixinə qızıl hərflərlə yazılıb
Çox yemək istəyinin qarşısını almaq üçün 3 qayda
Abituriyentlərin Bakı Ali Neft Məktəbinə marağı rekord həddə çatıb
Gün ərzində dərinin sağlamlığını pozan 4 hal
Kəlağayıların əsil qiyməti
Olimpiya çempionumuz Bakıda sürücüləri cərimələdi
Adriana Limaya əkizi qədər bənzəyir - FOTO
Arqan yağının dəriyə təsiri
Yaz yorğunluğunu depressiyaya çevirməyin
Dəfn və qəbir yerlərinin satılması problemini necə çözməli...
Aksesuarlar
Keçən ilin möhtəşəm şəkilləri
17 il əvvəl çökmə baş verən mədəndən sağ tapıldı
Market sifarişini gətirən kuryer qadını öldürdü
O da "Sefirin kızı"nda olacaq
Musiqidən alınan keyfin sirri açıldı
"Mən daha çox vergi ödəməliyəm" - BİLL GEYTS
Qripi sağaldan 3 detoks
Professor-müəllimlər işə dəvət olunur
Hava haqqında - 30.08.2013
Siqaretin "ağ"ına da lənət, mentollusuna da
Azərbaycanlı gənc Londonda “Ən Yaxşı Nitq” diplomu qazandı - FOTO
- ŞƏRHLƏR