Bakıda hava +13°
USD 0.7843 AZN
EUR 1.0046 AZN
21:38۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰ Ayyyyy :) inşAllah 21:35Fatma xanım Nə oldu restoran açdınmı gözləyirəm ha unutmamışam 21:33Fatma xanım Mən də çox şad oldum 21:33۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰ Lamiye xanim xoş gununuz bol olsun. 21:32۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰ Salam Fatma xanim cox sagolun ,şad oldum sizi gormeyime 21:27Fatma xanım Moon _Floverd necəsən 21:26♥ŞahiN Lamiyə♥ Salam Xoş günüvə gəlim necəsən? 21:26♥ŞahiN Lamiyə♥ Salam Xoş gününə 21:23۰۪۫۰۪۫۰₪MoOn-FloWeR₪۰۪۫۰۪۫۰ HEYYY :) SALAMLAR.XOW GORDUK. 17:41Nigar Salam eziz qadin netli bacilarim necesiz inwAllah?
28866

Hündürdaban ayaqqabılarla necə düzgün gedilir?

Hündürdaban ayaqqabılarla necə düzgün gedilir?

    Hündürdaban ayaqqabı ayağın barmaq qisminə çox təzyiq etdiyi üçün ayaqda və topuqda narahatlığa səbəb olur. Bunun qarşısını almaq üçün bu cür ayaqqabılar geyinmək istəyən qadınların hər gün ayaqyalın müəyyən hərəkətləri etmələri lazımdır. Balerina duruşu əhəmiyyətli məşq hərəkətidir. Gündə ən az bir dəfə ayaq barmaqları ovularaq elastikləşdirilir. Xüsusilə baş barmaq uca doğru əyilməlidir. 

Rahat ayaqqabı geymə sənəti 

   Babetler heç də təhlükəsiz deyil! Babet ayaqqabılar da ən az iti burunlu və dikdaban ayaqqabılar qədər təhlükəlidir. Düz və yumşaq dəridən hazırlanan bu modellər ayağı nə dəstəkləyir, nə də qoruyur. Ayaqyalın gəzmək bundan daha yaxşıdır!

   İdman ayaqqabıları ayaq sağlamlığı üçün çox yaxşıdır. Amma əgər ortopedik deyilsə, ən az hündürdaban ayaqqabılar qədər problem yarada bilir.

   Ayağı çox sıxan dar ayaqqabılar sinirlərə təzyiq edəcəyi üçün sağlamlığa ziyandır. Ayaqdakı forma pozğunluqları və istənməyən döyənəklər də buna görə əmələ gəlir!

   Yaxşı ayaqqabı çox düz olmamalı, barmaqlar içində rahatlıqla hərəkət etməli, dərisi yumşaq və elastik olmalıdır.

    Estetik görünmək üçün geyilən və uzun müddət üzərində durulan hündürdaban ayaqqabılar bel, ayaq ağrılarına və tarazlıq pozğunluğuna gətirib çıxarır.

 Səhv ayaqqabı seçimi barmaqların şəklinin dəyişməsinə, ağrı və  bir çox problemə səbəb ola bilər.

Hündürdaban ayaqqabılarla necə düzgün gedilir?

  Dikdaban ayaqqabıda model seçimi çox əhəmiyyətlidir. Ayaqqabının nömrəsi ayağa tam uyğun olmalıdır. 

  Hündürdaban ayaqqabılar içində ən sağlamları önü açıq, yay üçün olan modellərdir. Bağlı burun hər vaxt risklidir. Çünki açıq ayaqqabılarda ayağın ön tərəfə etdiyi təzyiq daha az olur və barmaqlar daha rahat hərəkət edə bilir.

   Hündürdaban ayaqqabı geyən qadının həm duruşu, həm də görünüşü dəyişir. Hündürdaban ayaqqabı geyinmək eyni zamanda həm ayaqlarınızın incə görünməsinə, zərifliyinizin ön plana çıxmasına səbəb olar.

 Ancaq hünürdaban ayaqqabıyla gəzmək məşəqqətli bir işdir. Bunun üçün dabanı az hündür olan və rahat qəlibli ayaqqabılar geyinmək məsləhətdir.

  Kiçik və asta addımlarla məşq edin. Dizinizi bükməməyə çalışın, addım atarkən iki ayağınız bir-birinə paralel və yaxın olsun. Unutmayın: ayaqqabının dabanı nə qədər çox hündürdürsə, addımlarınız da o qədər kiçik olur.

  Hündürdaban ayaqqabıyla gəzdiyiniz zaman dizlərinizin bükülməməsi lazımdır. Ayaqqabı ayağınızı əsla sıxmamalıdır, hava üçün kifayət qədər boşluq olmalıdır.

 Ayaqqabınızı diqqətlə seçin, hər ayaqqabının dabanı eyni deyil. Gəzərkən ayaqqabının dabanına diqqət edin, əgər gəzərkən daban yellənirsə, demək, keyfiyyətsiz bir seçim etmisiniz.

 Hündürdaban ayaqqabılarla necə düzgün gedilir?

Hündürdaban ayaqqabılarla necə düzgün gedilir? 

Ayaqqabınız rahat olmalıdır:

1. Əgər bir ayaqqabının gövdə qismi sərtdirsə, bu, ayağınızın incidə bilər. Belə vəziyyətlərdə bu bölgəyə bir az su vurun və barmağınızla masaj edərək dərini yumşaldın. Ya da xüsusi aparatlardan istifadə edin.

2. Dabanın iç tərəfi, ayaqqabının altında qalan qisim ayaqqabının möhkəmliyini təyin edir. Əgər bir ayaqqabının bu hissə möhkəm deyildirsə, geyindiyiniz zaman ayaqlarınız yerə möhkəm basmayacaq.

3. Ayaqqabınız çox sürüşür? O zaman bir cüt ayaqqabı qoruyucu ala bilərsiniz.

4. Əgər ayaqqabınızın içində barmaqlarınız narahat dayanırsa, ayaqqabınızı qəlibə saldıra bilərsiniz. 

Hündürdaban ayaqqabılar təbii olaraq sizi önə doğru əyilməyə məcbur edəcək. Buna görə də çiyinlərinizi və başınızı geridə tutmağa diqqət edin.

Səslərin sayı: 10
98
6165
Şərhlər
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Qadin.TV
Son yazılar
Son şərhlər
Ən çox oxunulanlar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )