Bakıda hava 15°
USD AZN
EUR AZN

Qadin.Netlilərin körpələri (1)

YEGİŞ

Əziz xanımlarımız, növbəti silsilə xəbərimi Qadin.Netlilərin körpələrinə həsr etməyi qərara aldım. Əminəm ki, bu bir çoxları üçün maraqlı xəbər ola bilər. Qadin.Net - biz hamımız bir ailəyiksə, bir çox xəbərlərdə bir-birimizi yaxından tanıyıb, az da olsa xasiyyətimizə bələdiksə, nədən övladlarımızın maraq dairəsini, xasiyyətini, sevdiyi xüsusiyyətlərini bilməyək?! İnşAllah, bu xəbər saytdakı bacılarıma da düşərli olsun. Tezliklə onlar da öz şirin-şəkər balalarını bizlərə tanıtsın. Allah hamının balasını saxlasın. Ömrümüzün yaraşığı körpələrimizdir. Tanrım hər bir ailəyə bu sevinci yaşatsın. AMİN!

Başlayım özümdən, mənim dəcəl balam, ərköyün balam, 2008-ci il oktyabr ayının 20-si uzun ayrılıqdan sonra dünyaya gəlib. 5 yaşı var. Bağçaya, hazırlığa gedir. Yaddaşı çox yaxşıdır, belə davam etsə, dərdim olmaz. Dəcəlliyinə bəlkə də çatan olmaz, qardaşlarım ona Avropanın analoqu olmayan uşağı deyirlər. Amma dəcəl olduğu qədər də, ağıllıdır, təmizkardır. 6 aylığından pampersə əlvida deyib, gecəli-gündüzlü. Hərdən sözə baxır, hərdən də heç fərqinə varmır. Rəqs etməyi çox sevir. Deyir ki, mən rəqqas olacam (sənət də tapıb). Çox əliacıqdır, hər şeyini ortalığa tökür, bütün məhlənin də uşaqlarını evə gətirir ki, nə istəyirsiz götürün, təki mənlə oynayın. Sevdiyi yemək özü demişkən qyazok (yumurta), bir də makarondu. Bir sözlə, balam hər halıynan şirindi. Cümləmizin balaları Allaha əmanət, başımıza tac olsun!

Qadin.Netlilərin körpələri (1)

Hacəti-i Vuslat 

Yegiş, xəbərin uğurlu olacaq inşaAllah...
Mənim iki qızım var: Ruqiyyə və Leyla. Ruqiyyəm, ilk sevincim-2005-ci ildə soyuq dekabr ayının 21-də dünyaya gəlib. ... Uşaqların əsas xasiyyətləri elə ilk gündən bəlli olur. Körpəlikdən necə "mızı"idisə, indi də elədir, "Dəymə sınaram" tipindəndir (anam deyir mən də elə idim  feel). Kiçik qızım Leylam mənim sifarişimlə gəlib deyə bilərəm (Allahın izniylə), çünki atası "bir uşaq yetər" deyirdi, mən isə, "iki qızım olsun istəyirəm" deyirdim. Leylamız, 2006-cı ilin noyabr ayının 5-də, normadan iki həftə tez, amma biz gözlədiyimizdən iki həftə gec gəldi dünyamıza: nəticədə, xəstəxanaya idman köynəyin ilə gedib, gödəkcə ilə çıxdım blush Dediyim kimi, Leyluşum da körpəlikdən öz xüsusiyyətlərini göstərməyə başladı: maşaAllah iştah barəsində yaxşıdır, südü çatdıra bilmirdim, ikisini boşaltmasa əl çəkmirdi. Hətta, ilk sözü də "məm-məm" idi. İndi də deyirəm ki, Leyluş olmasa, Ruquş ölər acından, onun hesabına həvəsə gəlib yeyir mızmızam. Heç unutmaram: balacanın yenicə oturmağı öyrəndiyi vaxtları idi, qaşıq görən kimi ağzını açdığı üçün, böyüyüm qaşığı duzla doldurub körpəyə yedirdmişdi! Nə qədər duz yemişdi bilmirəm, xeyli su içdi... İkisi də iki il bədii gimnastikayla məşqul olublar, xeyli də uğurlu idilər, professional məşqlərə keçdikləri üçün daha getmədilər. Üzgüçülüyə həvəslidirlər, yaxşı üzürlər. Hərəsi müəyyən qabiliyyətlərimdən götürüb: böyük qızımın əli incəsənətə yatımlıdır, gözəl rəsmlər çəkir. Kiçik isə daha çox "ixtiraçıdır", fantaziyası da genişdir. Düzü şəkilləri baş-ayaq çəkən, rəqəmləri tərsinə sayan bir uşağın məktəbdə nə vaxtsa uğur əldə edəcəyinə inamazdım  Amma müəlliməsi çox razıdır (kiminin əvvəli, kiminin axırı). Həm də "qadın işləri"nə həvəskardır: ev yığışdırmaq (təbii ki, mənə lazım olanda yox! , yeməyin reseptini soruşsun, "qazana nə isə əlavə edəndə məni çağır" deyir... Hə, iki bacının saçyoldusundan da keçmə! Kiçiyin əli ağırdır deyə (ayaq tutmamış yumruğu ilə qab sındırırdı), elə hey böyük mızmızanı cırnadır. Onu da deyim ki, qızlarımı əkiz bilirlər, (arada mən də çaşıram) odurgirl_smiəkiz evlad arzum ürəyimdə qalmadı... Bunlar hamısı gözəldir, amma ən çox sevindiyim odur ki, övladlarıma yaradılış səbəbini anlada bilirəm, Allaha qul olmaq məqsədinin həyatlarında əsas olduğunu bilirlər. Bir ara kiçik gəldi ki, ay ana, suya dua oxuyursan haa sözlərini bilməyəndə "Allah, Allah" demək olar? Müsbət cavab alıb getdi. Xeyli vaxtdan sonra astaca göz oldum ki, görüm nə edirlər. Gördüyüm səhnə qarşısında sevincdən doldum: böyüyün harası isə ağrayırmış, kiçik oturdub onu divanda,  empathy əlinə verib təsbehi ki, zikr et. Özü də "Allah, Allah" deyərək oxuduğu suyu içirdir ona. Bir Ana olaraq ən böyük uğurum Allahı sevdirməyi bacarmaqdır!..love  

 melek babazade

Canım Yegişim, şirin-şəkər xəbər hazırlamısan. Mənim iki gül balam var. Oğlum Emilim. O, 2009-cu ilin may ayının 23-ü çox xahiş-minnətlə dunyaya gəldi, hazırda 4 yaş 5 aylıqdır. Balam ağıllıdır maşaAllah, amma çox dəcəldir. O yemək yəyənəcən həyatım sonür. Kim soruşsa ki, Emil, sənə nə alaq? - deyir kitab və kinder yumurta. MaşaAllah zehni yaxşıdır, çoxlu şeirlər, mahnılar bilir. Gəldik evimizin gülü Mələk balama. O, istənməyən uşaq olsa da, indi hamının sevimlisidir.love Qızım 2011-ci ilin mart ayının 15-i axır çərşənbə günü dunyaya gəldi. Hazırda 2 yaş 7 aylıqdır. Sözə baxan və bir o qədər də tərs qızdır, nəsə beyninə girdisə, mütləq etməlidir. O da qardaşı kimi çoxlu şeirlər bilir. Hətta qardaşından da çox. İkisini də çox sevirəm, necə deyərlər onlarla nəfəs alıram! Onlar haqqında yazmağa çox şey var, amma bura sığışdırmaq olmaz. Allah ballarımızı qorusun. Olmayanlara da bu gözəl paydan nəsib etsin, inşaAllah. girl_ang

R.G.AL-SU

Qızım Alsu 15 iyul 2009-cu ildə yayın çovğununda dünyaya gəlib, daha doğrusu xəstəxanaya gedərkən külək, yağış və dəhşətlə çaxan ildırım təcili yardım maşınına minməyə imkan vermirdi, havaya uçan çətirimizi hələ də tapa bilmirik pardon Amma onun gəlişi ilə elə bir günəş doğdu ki, gəl görəsən. Kaş bütün ömrünə eləcə günəş, şəfəq saça balamın girl_ang Çox sevir musiqini, rəqsi, bir də piano çalmağı, mən isə onun həkim olmağını arzulayıram. Oğlum Surac, 5 dekabr 2010-cu ildə qışın qarlı günündə dunyaya göz açıb, qəribə hobbisi var-qarşısına nə keçər götürüb ev qurar, meyvə, konfet, paltar asan şpilka - fərqi yoxdur, hər şeydən ev qurar, bir də ki təyyarənin dəlisidir, mən isə onun yaxşı bir vəzifədə olmağını istəyirəm. Allah bütün balaları qorusun və valideynlərin zəhmətinin bəhrəsini versin.

Nazlı

“Uşaq evin gülüdür” – deyib atalarımız.
Doğulmağı ilə həyatıma bir dünya sevinc bəxş edən, ömrümün bəzəyi, həyatımın mənası, gözümün işığı olan gül balamloveİsaxan balam 2008-ci il iyun ayının 3-ü dünyaya göz açıb. Düzdür, 7 il intizarda qoydu məni, amma sonunda şükürlər olsun gəldi. Allah bütün arzusunda olan xanımlarımıza ana olmağı nəsib etsin, inşaAllah. Bir az da ərköyündür mənim balam. Hər şeylə maraqlanır, özünə aid oldu, olmadı, çox sual verir, o qədər danışır ki. Allah salamat eləsin bütün balaları. girl_ang

Sabrina Melodi

Oğlumun adı Pərvizdir (qısacası totuş smile). O, 2010-cu ilin iyun ayının 21-i anadan olub. Hal-hazırda 3 yaş 5 aylıqdır. Şirin-şəkər balam, şirin olduğu qədər də çox dəcəldir. Dəcəlliklərindən yazsam dastan olar biggrin Amma çox şükür ki, dəcəl olduğu qədər də zehinli və ağıllı uşaqdır. 2 yaşından saymağı bacarır, çoxlu sayda əzbər şeir bilir. Yemək yeməyə başlayanda bismillah deməyi, bitirəndə şükür Allah deməyi unutmur, hələ bir unudan böyüklərin də yadına salır smile Oğlum mənə çox bağlıdır, mən də ona, mənsiz yuxuya getmir. Ən sevdiyi xörək tənək dolması, onun sözü ilə desəm "qara dolma" nyam və dovğadır: bir sözlə əsl QarabağlıdırsmileAllah hamının balasını qorusun, olmayanlara bu gözəl duyğunu yaşamağı nəsib etsin, inşaAllah. Ən böyük arzum onu namaz qılan görməkdir.

nura84

2007-ci ilin iyun ayında böyük oğlum Xəyyam dünyaya gəlib. Gecə doğulduğu üçün bilmirəm 13-ü, yoxsa 14-ü dünyaya gəlib. Yəni həkim 13 iyun yazıb. Qaynanamgil deyirlər saat 12-ni kecmişdi, niyə 14-ü yazmayıblar?pardonNə isə, 2-gün ad günü edirik. dance1 İndi 6-yaşı var. 1-ci sinifdə oxuyur. 2 ildir şahmatla məşğuldur.

Balacam-Hikmət, 2009-cu il fevral ayının 15-i dünyaya gəlib. MaşAllah çox aktiv uşaqdır, çox da danışır. Deyirəm jurnalist olacaq. O da hələ ki, şahmata gedir, amma güləşə qoymaq fikrimiz var. Enerjisini ancaq güləşdə çıxarda bilər.

Ayka S

Canım Yegişim, bildiyin kimi mənim bir qızım var. 2010-cu il 4 iyul saat 5:00-da həyatıma şirin-şəkər, gözəl mələy, Sevgi ilə gələn elə Sevgi balam oldu. Mənim balam, həm gözəl, həm agıllı, dünyalar qədər şirin bir qızdır, hal-hazırda 3 yaş 4 aylıqdı. Elə çoxbilmiş danışıqları var ki, hamıya deyəcək qadasın alım, haçan çağırsan bəliii. Məşquliyyəti ancaq bər-bəzəkdi, geyim-keçimdi. Mənim kolfilərimi geyinər, mən 1 ayda 50 kolfi alıram, geyinir cırır. Ən çox "Maşa və ayı" cizgi filminə baxır. Çox vaxt keçirdirəm. Balam artıq rusca danışır, şeirlər bilir. Namaz qılır, sözlərini tam deməsə də, herəkətlərin eyni ilə edir, o mənim bal balamdı, Allah onu bizə çox görməsin. Gözümün işığıdır, həmişə demişəm ki, uşaqsız ev, ailə heç nədir...Arzu edirəm ki, Rəbbim bütün arzusunda olanlara şirin-şəkər bala nəsib etsin, inşAllah. Allah sənin də balanı saxlasın.

Qadin.Netlilərin körpələri (1)

قنڶ Ra Gunel Mi Le Yu قنڶ

Salam, mənim adım Güneldir. Mənim 3 övladım var: 2 qız, 1 oğlan. Böyük qızımın 7 yaşı var, adı Mirvaridir, çox dəcəldir. Hobbisi ancaq oynasın, dərs oxumasın,gamer6 avqust 2006-cı ildə, bazar günü dünyaya gəlib. 2-ci qızımın 5 yaşı var, adı Ləmandır. Çox ağıllı və sakitdir, hobbisi nazlanmaqblush 8 oktyabr 2008-ci ildə çərşənbə günü dünyaya gəlib. Oğlum 1 yaş 5 aylıqdır, çox şirindir və oynağandır, hobbisini hələ bilmirəm. 21 aprel 2012-ci ildə şənbə günü dünyaya gəlib.

Beren Saat

Allah hamının balasını saxlasın, içində bizimkini də. Şirin-səkər, ağıllı, bacarıqlı, düşüncəli və o qədər də çox dəcəl oğlum var. Abdullazadə Elcan Elçin oğlu. 2011-ci il avqustun 30-u Qax rayonunda anadan olub. Hər 2 ailənin ilk nəvəsi olduğu ücün çox sevilir və özünü sevdirməyi bacarır. Oğlumun yalnız 2 hobbisi var: biri musiqi-çalğı alətlərinə həvəsi çoxdur, pianoda, sazda, qarmonda, gitara, sintizatorda bacardığı kimi çalmağı və oxumağı sevir. Incəsənət aləminə həvəsi çoxdur, qandan keçib. Televizorda hansı mahnı çalınsa- muğam, estrada, qarşında duracaq, guya oxuyurmuş kimi başlayır mızıldanaraq yellənməyə. 2-cisi maşınlara həvəsi var. Atası maşın sürəndə özü də oturur, atasına deyir sən çək əlini mən sürürəm. Başqa uşaqlar kimi oyuncaqlarla heç arası yoxdur, oynamır. Indi də Maşa və Ayıya baxmağa başlayıb. Bağçaya gedir, bağçada da müəllimələrinə, xalalarına özünü sevdirib love Oğlumuz üçün arzularımız, xəyallarımız böyükdür, inşaAllah arzularımız da, xəyallarımız da bir gün gercək olar... girl_ang

Səslərin sayı: 22
208
6683
loading...
Şərhlər
Offline
GulenaY
Hacət-i Vuslat,
ta quda sayiliriq mene dexli yoxdu gelinlerime yaxshi bax,ellerin deyse gelif seni birteher eleyejjjem orda lol
14 oktyabr 2013 12:25
Offline
Aminim
Ne gozel xeberdir Bu YEQISIM.ALLAh saxlasin her birinizin ovladlarini imanli kamill olsunlar insallah..

Gözəl günün olsun canım.Səndə tezliklə yaşayasan bu şirinliyin dadını Amin!
eqisim Aminimin edasina bax sen sekilde ALLAh sevindirsin onun saridan seni her zaman.

İnşAllah canım səninlə bahəm
14 oktyabr 2013 12:24
imza: qadin.net
Offline
Hacət-i Vuslat
GulenaY,
Bax bacı, şəklini çəkdim şərhinin, dokument etdim-tak şto əlimdən çıxa bilməzsən diablo
İnşaAllah!. Demişəm ilk şərhimdə, Yegişin bu silsiləsi uzun ömürlü olacaq. çünki qızlarımızın əlindən amanı olmayacaq, elə hey bəbəşkalar gələcək dünyaya: bacılar-qaqaşlar, İLKLƏR!
14 oktyabr 2013 12:23
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Aminim
Xeber xoshuma gelmedi bu ne xeberdi bu bu bu aglamali xeberdi bildin Yegish,gelmeyecem bu xebere Vaxt gelecek bu xeberin silsilesinde Mahira,Ravana,Dombish,SerRas,Seli ve men bu xeberde olacagiq O ki,qaldi burda her kesin balasini ALLAH saxlasin,qizlar,saglam shekilde boyusunler,oyuncaq,qida,gezmek,geyim qitligi gormesinler..shirinlerinizi ALLAH size bagishlasin...Ushagliglarini yashaya bilsinler...Doymek isteyende ise nenem demish eliniz qurusun neter de vurureee

İnşAllah bu balaların ayağı düşərli olacaq sizlərə.bax ölmüyüb sag-qalsam tezlikle mehz yeniiden bu xabere qayidacam.


Yeqiş bu xəbəri hazırlamaqda çox yaxşı etmisən ,çox bəyəndim,ardını gözdüyürəm.

Amin Fidanım Allah sənədə qismət etsin cox sag ol canım dəstəyin ücün
14 oktyabr 2013 12:23
imza: qadin.net
Offline
Ayka S
Hacət-i Vuslat,
demeyeee hACAN elimi attsam kolfiye ciriq ciriqdii of of biggrin gulme gulme başina geler haaaaaaaaaaaaa
14 oktyabr 2013 12:20
Offline
Aminim
GulenaY,
Allah o xalayada qismət etsin inşAllah
14 oktyabr 2013 12:19
imza: qadin.net
Offline
GulenaY
Sachlarin kechi yigan qirmizi paltar qiz vareeee dishleyerem onu choxlu choxlu,xala vampirdi balam crazy

Hacət-i Vuslat,
olurem de ekiz ushaqlarchun,ekiz oglum olsa qizlarini alajjjaaam lol
14 oktyabr 2013 12:19
Offline
Hacət-i Vuslat
Hacət-i Vuslat,
oyyyyyyyy oyyyyy az senin ne gozel əkizlərin var aa bacui ALLAH SAXLASİN BEXTLERİ GOZEL

çox ağol bacışım. Sənin şirinindən fərqləri odur ki, onlar qolfilərlə banditlik etmirlər blum
Ne gozel xeberdir Bu YEQISIM.ALLAh saxlasin her birinizin ovladlarini imanli kamill olsunlar insallah..
Lalem ozun kimi dinli imanli bboyudursen ehsen men senin kecen defe dediklerinden sonra lap yaxsi bilmisdim,ALLAh qorusun

Rasiməm, əsmər şəkərim, çox sağol bacı. Allah gözəl qəlbinə görə versin, Allah səbrini azaltmasın can bacım! kiss
14 oktyabr 2013 12:17
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
GulenaY
Xeber xoshuma gelmedi recourse bu ne xeberdi bu bu bu aglamali xeberdi bildin Yegish,gelmeyecem bu xebere recourse Vaxt gelecek bu xeberin silsilesinde Mahira,Ravana,Dombish,SerRas,Seli ve men bu xeberde olacagiq tongue O ki,qaldi burda her kesin balasini ALLAH saxlasin,qizlar,saglam shekilde boyusunler,oyuncaq,qida,gezmek,geyim qitligi gormesinler..shirinlerinizi ALLAH size bagishlasin...Ushagliglarini yashaya bilsinler...Doymek isteyende ise nenem demish eliniz qurusun neter de vurureee blum
14 oktyabr 2013 12:15
Offline
Ayka S
SəRRaS,
Amin yerlim amin insallah canim
İnşallah sende bu xeberde yer alarsan.
14 oktyabr 2013 12:10
Offline
Fidan
Allah saxlasın bu balaları,hamısı şirin balalardı,ümumiyyətlə mən uşaqları çox sevirəm,çünki onlar məsumdular.Allah bəxtlərini gözəl etsin,əməli saleh övladlardan olsunlar,atalı-analı xöşbəxt olsunlar.Amin. girl_ang Yeqiş bu xəbəri hazırlamaqda çox yaxşı etmisən kiss ,çox bəyəndim,ardını gözdüyürəm.
14 oktyabr 2013 12:07
Offline
Serras
Ne gozel xeberdir Bu YEQISIM.ALLAh saxlasin her birinizin ovladlarini imanli kamill olsunlar insallah..
Lalem ozun kimi dinli imanli bboyudursen ehsen men senin kecen defe dediklerinden sonra lap yaxsi bilmisdim,ALLAh qorusun.
Ayka S canim sip sirin qizin basina tac olsun.
Yeqisim Aminimin edasina bax sen sekilde ALLAh sevindirsin onun saridan seni her zaman.
Rebbim butun evleri kopre sevinci sevindirsin INSALLAH.
uGURLAR cann.
14 oktyabr 2013 11:57
Offline
Ayka S
Narin Yilmaz,
onda gerek evimi maqazin edimde crazy

YEGiŞ,
az az baxaq ders goturek gorursen hec bir usaq tek deyil axi bir bizimki yaslarina bax tekliylerine baxHacət-i Vuslat,
oyyyyyyyy oyyyyy az senin ne gozel əkizlərin var aa bacui ALLAH SAXLASİN BEXTLERİ GOZEL
14 oktyabr 2013 11:56
Offline
Narin...
he bele getse acacam

He cunki basqa care yoxdu canim. biggrin
14 oktyabr 2013 11:52
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Ayka S
Ay ALLAH menim meleyime bax ANAN qurban olsun sene
Narin Yilmaz,
he bele getse acacam cooox sagol amin
14 oktyabr 2013 11:50
Offline
nigar
Ayyy Allah yeyerem men bunlariiii.Allah saxlasin hamisiniiiii
14 oktyabr 2013 11:47
Offline
Happiness-lady
AY ALLAH NE SIRIN BALALARDI BUNLAR MASALLAH MASALLAH ALLAH PIS GOZDEN QORUSUN. AY YEQIS NE KARIZMATIK OGLUN VAR mocking ALLAH QORUSUN EVLADLARINIZI girl_ang
14 oktyabr 2013 11:45
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
Ruhəngiz
Ay Yegiş,çox gözəl xəbərdir.ALLAH bütün balaları saxlasın.AMİN.Ölkəmiz sakitçilik,xoşbəxtlik içində olsun ki balalarımızın gələcəyi də yaxşı olsun.Heç bir balaya göz yaşı qismət olmasın.Olsa da yalnız sevinc göz yaşları olsun.AMİN İNŞALLAH.
14 oktyabr 2013 11:39
imza: Böyük insanlar hadisələri,dahi insanlar isə nəticələri düşünür.
Offline
Günel Əsədova
Çox maraqlı,çox gözəl xəbər hazırlamısan Yegiş,çox sag ol ki,bu şirin,bu şəkər,bu nazlı bu duzlu balaları bizimlə tanış etdin.Allah hamısını qorusun.Allah hamısını atalı-analı böyütsün.Qoy gələcəkdə bu balalarınızla qürur duyasınız əzizlərim.Amin!
14 oktyabr 2013 11:24
Offline
balaca-zelzele
ayyy bunlar ne sirindi air_kiss ALLAH saxlasin hamisin girl_ang
14 oktyabr 2013 11:19
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış