Bakıda hava +29°
USD 0.7843 AZN
EUR 1.0618 AZN
13:50GÜLÇİN Online olan her kəsə salam! 13:32nigar dadasova ceske yanimda olaydin EZIZ ATAM 11:28AYSUN MEMMEDOVA bir coxumuz bu insandan ders goturmeliyik 11:26AYSUN MEMMEDOVA http://www.youtube.com/watch?v=NfFbFaJSdOs 11:23♥AyTaDj HəSəNzAdə♥ ♥Aynişka Gülüm♥,Ad gunun mubarek canim 10:41Gözel Gözlum darxiriramee menede sms yazin 10:11HUSNA www.youtube.com/watch?v=-nV1WxvsfTk 09:53Terane Allahverdiyeva Allahin selami olsun size.necesiz qizlar. 09:21Nigar Senin de sabahin xeyir,Lemanim,canim 08:35leman Sabahiniz xeyir ezizlerim necesiz? Gununuz ugurlu olsun
26049

Quşları yaxından tanıyaq

Qaranquş

 

Yaşadığı yer: Qütblər xaric olmaqla dünyanın hər yeri.

Xüsusiyyətləri: 10-23 sm boyunda, “çəngəl” quyruqlu, geniş və uzun iti qanadlı, köçəri quşlar. Bir çoxları insanların evlərində yerləşir, başqaları yuvalarını ağaclarda qurur. Binaların dam altlarında və pəncərə oyuqlarında palçıq və gildən çanaq şəklində möhkəm yuvalar düzəldərlər. Dişi qaranquş erkəyinin tüpürcəyindən istifadə edərək ağzında palçığı toplayır, saman və otlarla 8 gün içində bir yuva qururlar. Geniş və yastı dimdiklərindən palçıqları sulamaq üçün mala kimi istifadə edirlər. Yuvalarının çoxusu ancaq bir qaranquşun girə biləcəyi qədər olur. Eni təxminən 20 sm, dərinliyi 10 sm-ə qədər olup içi tük və saçlarla döşənir. Bir yuvadan bəzən illərlə istifadə edirlər. Yuvalarını qruplar halında mağara, qayalıq və ağaclarda quran qaranquş növləri də var. 

Növləri: 100-ə qədər növü var. Ağac qaranquşu, qum qaranquşu, qaya qaranquşu, qır qaranquşu, yar qaranquşu ən çox tanınan növləridir.

Qaranquşlar adətən ağcaqanad "ovlayan" kiçik quşlardır, 79 növü tanınır, digərləri haqa məlumat yoxdur. Çoxusunun qarnı ağ, başı, quyruğu və qanadları qara, alın və boynu qəhvəyi rəngdədir, parlaq tükləri var. Qısa ayaqlarının dırnaqları iti olduğu üçün düz, yastı yerlərdə yaxşı dayanırlar. Əti yeyilmir. Üçkünc şəklində olan dimdikləri geniş açılaraq ağcaqanad və digər böcəkləri ovlayırlar. Çoxusu sürü halında yaşayır. Pis havalarda uçmayan böcək və hörümçəklərlə qidalanırlar. Qaranquşların alçaqdan uçması havanın pis olacağından xəbər verir. 

Yayın sonunda günlər qısalıb böcəklər azalanda bala və böyük qaranquşlar köç edərək qışı Afrikada keçirirlər. Yazda geri dönürlər. Digər köçəri quşlardan fərqli olaraq gündüz vaxtı köçürlər. Köçərkən bəzən şiddətli yağış və fırtınalar minlərlə qaranquşların ölməsinə səbəb olur. recourse 

Dişi qaranquşlar qəhvəyi rəngdə 4-5 yumurta yumurtalayır. Balalar ana-atasının ağzında gətirdikləri qida ilə böyüyürlər. Iki həftə içində yuvanı tərk edirlər. Qaranquşlar ildə 2-3 dəfə kürt yatır.

Köçub gəldikdən sonra qaranquş öz köhnə yuvasında bir sərçə görsə, onu çıxarıb qovmaya çalışır. Sərçəni çıxara bilməsə, yoldaşlarını çağırar, hamısı birdən yuvanı palçıqla dolduraraq sərçəni orda məhv edirlər. cray

Qaranquşlar şən olmaqdan əlavə, doğrudan da cəsurdurlar. Ətrafını diqqətlə gözdən keçirir, dostlarını, düşmənlərini öyrənir və ancaq layiq olana etimad edərlər. Bütün qaranquşlar böcək ovçusudur. Daim havada ovlayırlar, divarların üzərində olan böcəkləri uçarkən tuturlar, ovlarını parçalamadan udurlar.

Qaranquş cinsləri:

Quşları yaxından tanıyaq

Qum qaranquşu

Ev  qaranquşu
Bənövşəyi qaranquş
Qır qaranquşu
Quşları yaxından tanıyaq
Ağac qaranquşu 
Qaya qaranquşu 

 

Sərçə

 

Erkək sərçənin üst tərəfi xətli qəhvəyi rəngli, alt tərəfi bozdur. Dişi sərçə isə solğun sarı və qəhvəyi rəngdədir. Uzunluğu 14 sm-dir. Erkək sərçəyə yaxından baxanda canlı rəngləri ilə diqqət çəkir. Bağçalar, parklar və tarlaların çox məşhur, səs-küylü quşudur. Sərçənin vətəni Avrasiya və Şimali  Afrikadır, Cənubi Amerikadan başqa dünyanın hər yerində var.

Ən çox yayılan növü ev sərçəsidir. Köçəri deyillər. İnsanlara yaxın ərazidə və tarlalarda yaşayırlar.

Digər növləri: Qar sərçəsi, qaya sərçəsi, İtaliya sərçəsi (melez), meşə sərçəsi, söyüd sərçəsi, çöl sərçəsi

Bu quş soxulcan, tırtıl, böcək, dənlə qidalanır. Taxıl dənələrini və tumurcuqları yediyi üçün ziyanlı quşlar arasına daxil olub. 

Saçaq altlarında, divar çıxıntıları, oyuqlar, ağac və kollarda çör-çöpdən düzəltdikləri, olduqca diqqətdən kənar yuvalarını tük və yunla “döşəyir”, bu yuvaya 3-8 yumurta qoyurlar. 11-12 gün kürt yatırlar. Erkək və dişi kürt sərçələr balalar böyüyənədək ailədən uzaqlaşmazlar. Balalar yumurtadan çıxandan 2 həftə sonra yuvanı tərk edirlər. Ata-ana sərçələr yay ərzində 3-4 dəfə bala çıxarır. 

İndi də sizə bəzi sərçə cinslərinin şəkillərini təqdim edirəm, adları tərcümə olunmur.

Atticora 

Carpospiza
Delichon 
Montifringilla
Progne
Quşları yaxından tanıyaq
Petronia 
Passer
Neochelidon 
 Haplochelidon

 

Göyərçin

Latıncadan Aves olaraq adlandırılan göyərçinlər onurğalılar qrupunda, məməlilər arasındadır. Orta böyüklükdə, kiçik başlı, qısa boyunlu və qısa ayaqlı quşlardır. Dimdiyi qısa və zəif, ucu bir qədər aşağıya doğrudur. Meyvə, dən və ya çəyirdəkli toxumla qidalanır.

Haqqında:

Ağaclarda və qayalıq yerlərdə yaşayırlar. Qütblər xaric olmaqla dünyanın hər tərəfində göyərçinləri görmək olar. Xarakterik özəlliyi ondan ibarətdir ki, uçmağa yararlı qanadları var, bədənləri tüklə örtülüdür, yumurta ilə çoxalırlar və istiqanlıdır. Olduqca sürətli uçurlar. Göyərçinlər sabit istiliyə malikdirlər. Bədən temperaturu 38-40 dərəcə arasında dəyişir.

Çox göyərçin növlərinin sümüklərinin içi boş olduğu üçün kövrək skeletə malikdirlər. Bədənin bəzi yerləri tüksüzdür-dimdik, barmaq. Bəzi göyərçin növlərində barmaqlar dırnaqlara qədər  tüklü olur.

Göyərçinlər yatarkən bəzən bir ayağını gövdələrinə tərəf çəkib yatırlar. Bunun səbəbi nədir? Səbəbi odur ki, onlar bədənlərindəki isitilik azalmasın. Quşların ayağında tük olmadığı üçün bu açıq nahiyələrdən istiliyin azalması mümkündür.  

Dişiləri əsasən bir cüt yumurta yumurtlayıb kürt yatır. Çox  nadir hallarda üç yumurtaya və ya tək yumurtaya kürt yatıldığı müşahidə edilib. Balalar 24-25 gündən sonra tək başlarına yem yeməyə başlayırlar.

Göyərçin saxlayırsınızsa, onların hər zaman təmiz suyu olmalıdır, özü də kifayət qədər, xüsusilə də bala çıxaran vaxt onların suya olan tələbatı artır.

Bəzi göyərçin cinsləri:

Ağ göyərçin

Mavi  göyərçin

Qırmızı  göyərçin

Trakya göyərçini
Quşları yaxından tanıyaq
Sarı  göyərçin
İstirahət edən  göyərçin lol
Quşları yaxından tanıyaq

 

Qağayı

 Qağayılar böyük quşlardır, əsasən boz və ya ağ rəngdə olurlar, çoxusunun başında qara xallar da olur. 

Haqqında: Cəsurdurlar, üzün dimdiyi var. Iri gövdəli quşlardır. Qağayılar rahat və sürətli uçur. Boyları 25-80 sm-dir. Suyun üzərinə qonur, az üzür və suya baş vurmur. Qidaların əsas hissəsini molyusklar, xərçənglər və kiçik balıqlar təşkil edir. Doymaq bilməyən quşlardır. Iri qağayılar quş yumurtalarını və balalarını da yeyir. Dənizə atılan plastik qablar da qağayılar üçün ölümcül ola bilir. Ölü tapılan qağayıların mədəsində plastik qab hissələrinin olduğu aşkarlanmışdır. Bir neçə növünü çıxmaq şərtiylə dənizdən uzaq yaşamırlar. Qağayılar toplu halda əsasən bataqlıqlarda və su kənarlarında yuva qururlar. 

Böyük qağayıların balaları 4 ilə bir quş olarkən kiçik növlərdə bu 2 ilə qədərdir. Bundan başqa maraqlıdır ki ağızları vasitəsilə qağayılarda cütləşmə olur.

Növləri:

Qağayıların bir çox növü vardır; böyük və ya gümüş qağayı, (Larus argentatus); kiçik qağayı (L.canus) ; qarabaşlı qağayı ( L.ridibundus); cücə v (L. minutus); qara qağayı (L. fuscus) və s.

Qağayıların tükü ağ, açıq kül rəngi və qara rəngdə olur. 

Qağayılar bütün işlərini birlikdə edirlər. Bir yerdə ov edir, istirahət edir, leş axtarır və dalaşırlar. Çoxusu birlikdə yuva qurmağa üstünlük verir. Bir neçəsi alçaq ağaclarda yuva qurar, dəniz yosunu və ətrafdakı digər bitkilərdən böyük yuva düzəldərlər. Dişi qağayı qəhvəyi rəngdə 2-3 yumurta qoyur. Erkəklə dişi quşlar kürt oturur. Həm erkək, həm də dişilər balaları qidalandırır. Yumurtadan çıxmış balalar 4-6 həftədən sonra uçmaya başlayırlar.

Qağayı cinsləri:

Qara ayaqlı qağayı 

Quşları yaxından tanıyaq
 Qaranquş quyruqlu  qağayı 
Quşları yaxından tanıyaq

Qara quyruqlu  qağayı

Quşları yaxından tanıyaq

Qara belli qağayı

Quşları yaxından tanıyaq

Və sonda bu videoya da baxın, doyunca gülün. Qarğa itlə top-top oynayır biggrin

 

Səslərin sayı: 22
157
3403
Şərhlər
Offline
alisa1971
lovable_madam,nə gözəllik, quşları mən çox-çox sevirəm.Amma , hamısını yox. Ən çox sevdiyim quş bülbüldür. Ətraflı məlumat üçün çox sağ ol. give_ros
22 may 2013 15:47
Offline
lovable_madam
oynayan qagayilar qeshengdiey birde goyercinler.

Komik olduqları üçün onları daha çox bəyəndiz. crazy

tsk cox gozel xeberdi mende quslari cox sevirem rayonda evmizde yalan olmasin 10_15 qus yuvasi var olarin sesi insana rahatliq verir tsk

Yadıma düşmüşkən deyim, bizdə bina evidir, düz pəncərədən baxanda bir ağac var gecə quşlar qonur ora düz səhərəcən oxuyurlar. biggrin


cox maraqli xeberdir tewekkurler/ quslar ne qeder yasayir onu niye yazmamisan?/ quslari cox sevirem ama saxlamagi yox.

Düşündüm ki bu qədər məlumat bəsdir, hələ 5 video və 31 şəkli demirəm. fellow
22 may 2013 15:47
Offline
DENIZ
məndə quşları çox sevirem ətraflı məlumat verdiyiniz üçün çox saqolun
22 may 2013 15:44
Offline
lovable_madam
Nə gözəl

Gözəl günün olsun.

o xeberki xosuma gelmedi ona serh yazmiram xeberiniz heqiqeten xosuma geldi

Çox sağ olun, hə, bu xəbərdə əziyyətim daha çoxdur. biggrin

aaa ne gozel etrafli melumat vermisiz qushlar haqqinda.men qushlari cox sevirem.

Çox sağ olun şərhinizə görə give_ros

men qushlari cox sevirem\,bu xeber menimcun cox maraqli oldu men ozum papuqy saxlayiram isterdim onlar haqdada yazilsin.cox maraqla oxudum tesekkur edi

Tutuquşunu mən də çox sevirəm, şirin olurlar.
22 may 2013 15:43
Offline
Fidan Məmmədova
ŞİRİNİM NƏ GÖZƏL XƏBƏR YAZMISAN, ÇOX POZİTİV BİR ENERJİLİ, QUŞLARI MƏN DƏ ÇOX SEVİRƏM,LAP ÜRƏYİM GEDİR, AMA BALACA VAXTI BACIMGİLİN BİR BALACA QARANQUŞ BALASINI NECƏ ÖLDÜRDÜYÜ GÖZÜMÜN ÖNÜNDƏN GETMİR,ELƏ YAZIĞIM GƏLMİŞDİ Kİ,QUŞCIĞAZA,ÇOXX AĞLAMIŞDIM O GÜNAHSIZ QUŞA GÖRƏ, BƏNÖVŞƏYİ QARANQUŞ,SARI,MAVİ AĞ GÖYƏRÇİN LAP ƏLADII, BİRİNCİ DƏFƏ İDİ QAĞAYILARIN OYNAMAĞINI GÖRDÜM. ƏSLİNDƏ DİQQƏTLƏ FİKİR VERSƏK QUŞLARIN ÇOX MÖCÜZƏLƏRİNİ GÖRƏ BİLƏRİK, MƏN QARANQUŞLARIN SÖHBƏTİNƏ BƏNZƏR BİR MƏNZƏRƏ GÖRMÜŞƏM,BALACA VAXTI BİZİM QAPININ YAXINLIĞINDA QARANQUŞ YUVA QURMUŞDU,HƏR DƏFƏ OLARIN NƏ ETDİYİNİ İZLİYİRDİM
22 may 2013 15:42
Offline
Asi
cox maraqli xeberdir tewekkurler/ quslar ne qeder yasayir onu niye yazmamisan?/ quslari cox sevirem ama saxlamagi yox.
22 may 2013 15:40
imza:
ÖMRÜ RAMAZAN OLANIN AXİRƏTİ BAYRAM OLAR!
Offline
AYSUN MEMMEDOVA
tsk cox gozel xeberdi mende quslari cox sevirem rayonda evmizde yalan olmasin 10_15 qus yuvasi var olarin sesi insana rahatliq verir tsk
22 may 2013 15:39
imza: İki şeyi unut; yaptığın iyiliği ve sana yapılan kötülüğü. iki şeyi unutma; ALLAH’ı ve ölümü.
Yeni istifadeçilər xeber hazrlamaqda çətinlik çəksəz kömək edə bilərəm.
Offline
GÜMÜŞ
NAHIRE
Sizi urekden yebrik edirem. allah saxlasin. allah butun evlad arzusunda olanlara qismet elesin.
22 may 2013 15:39
Offline
๑۩۞۩l _ SEVKA _ ๑۩۞۩๑
oynayan qagayilar qeshengdiey birde goyercinler.
22 may 2013 15:38
Offline
lovable_madam
maraqlidir men goyercin eti yemiwem cox dadli olur.bala serceni boyuyene kimi saxlamiwam.heyetimi doluda qaranquwdu.evimizin divarinda yuva varrr.boyusunler olarida yeyecem

Ay necə qıymısan o cuppulu göyərçinə? cray Aaaa, yemə day heç bir quşu girl_cray

Qarga top ile oynayan kadrlara baxdim cox guldum.xeberinizi cox beyendim ay cox sevincliyem ele indice bibi oldum nece sevincliyem deye bilmirem sevicimi ilk sizinle bolusdum

Bəyəndiyinə sevindim, təbrik edirəm, böyük uşaq olsun, amin.
22 may 2013 15:37
Offline
yegane haciyeva
men qushlari cox sevirem\,bu xeber menimcun cox maraqli oldu men ozum papuqy saxlayiram isterdim onlar haqdada yazilsin.cox maraqla oxudum tesekkur edirem
22 may 2013 15:37
Offline
๑۩۞۩l _ SEVKA _ ๑۩۞۩๑
aaa ne gozel etrafli melumat vermisiz qushlar haqqinda.men qushlari cox sevirem.
22 may 2013 15:36
Offline
NAHİRƏ
o xeberki xosuma gelmedi ona serh yazmiram xeberiniz heqiqeten xosuma geldi bye
22 may 2013 15:36
Offline
Utopya
O qədər maraqla oxudmki inana bilməzsiz. Super xəbər idi. İlk dəfə idiki bildimki qaranquş ağcaqanad yeyir. Nə gözəl laughing
22 may 2013 15:35
imza: O biri dünyada əbədi eyş-işrətdə yaşamaq ümidi ilə ibadətlə məşğul olanlar az şey verib çox şey alan alverçilərlə oxşardır.
Offline
NAHİRƏ
Qarga top ile oynayan kadrlara baxdim cox guldum.xeberinizi cox beyendim good

ay cox sevincliyem ele indice bibi oldum nece sevincliyem deye bilmirem sevicimi ilk sizinle bolusdum lol
22 may 2013 15:33
Offline
MADONUN - DOSTU
maraqlidir nyam men goyercin eti yemiwem cox dadli olur.bala serceni boyuyene kimi saxlamiwam.heyetimi doluda qaranquwdu.evimizin divarinda yuva varrr.boyusunler olarida yeyecem wink
22 may 2013 15:30
Offline
lovable_madam
Çox sevdiyim xəbərim dərc edildi, girl_ten təşəkkürlər, şərhlərinizi gözləyirəm, şərh yazmaq xatirinə şərh yazmayın. Cavab verməyəcəm. biggrin

P.S. Xəbərdə qeyd etmişəm, bir də deyim təkrar olsun lol Bu xəbərimi saytımızın gözəl redaktoru Afət xanıma həsr etmişəm, məndən hədiyyə olsun! love
22 may 2013 15:17
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Yazarlar
Qadin.TV
Son yazılar
Maraqlıdır!
Son şərhlər
  • 14:08 - Müəllif: Q
    Xəstəlik - 1 (9)

    Xəstəlik - 1

    Ətraflı məlumat üçün təşəkkür edirem. Bəzilərini bilirdim. ๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑ Allah bizi xesteliklerden qorusun,xestelere şefa versin Amin!
  • 14:08 - Müəllif: S.N.
    Mənfur mən (24)

    Mənfur mən

    Cox maraqli geldi mene.Ilk fursetde oqlumla oturub izleyeceyem.Ushaqlari ne cox sevirsiniz?Cox saq olun,heqiqeten komeyiniz deyir analara.Cox saq olun,Aqats_fan.
  • Gözəlliyiniz üçün 13 məsləhət

    Nəzrin Sac ucun olanlari edecem amma men dislerin agarmasi ucun soda ile limon suyunu qatisdirib elemisem faydasi olur faydali xebercun tesekkurler Fatima AhmedovaQargidali ariqladirmis elaaaa ilk serh mennen nigar dadasovaTesekkurler Ellada BabayevaMən dişlərin ağarması üçün limonla duzu bilirdim.Özümdə istifadə eləmişəm.Amma dişlər qamaşır bir şey yeyəndə. ღNarınღNə gözəl məsləhətlərdir. Çox sağ ol Dəniz paylaşdığın üçün. ayten abbasovasuppa meslehetlermiwww AYSUN MEMMEDOVADenizim cox saqol faydalanacam insallah YAGMURcox yaxsi meslehetlerdi,cox sag olunHər birinizin qəlbiniz kimi gözəl olduğunuza inaniram. Bu məsləhətlərlə gözəlliyimizi qoruyaq. Ancaq ən əsası qəlimizin gözəlliyini qoruyaq. Hamınıza minnətdaram.
  • 13:54 - Müəllif: S.N.
    Yuxularımız bizə nə deyir? (19)

    Yuxularımız bizə nə deyir?

    Men hemishe yuxu gorurem ve oz yuxularimi da ozum yoza bilirem.Buna gore de cox vaxt yuxularimdan qorxuram.Hetta evdekiler men yuxu danishanda deyirler ki,sen allah sn imkanin varsa,hec danishma.
  • Gözəlliyiniz üçün 13 məsləhət

    cox yaxsi meslehetlerdi,cox sag olun
  • Erməni deputat Azərbaycanı müdafiə etdi

    Hardadiiiiii.....?
  • 13:42 - Müəllif: HUSNA
    Bu rayonlarda qaz olmayacaq (1)

    Bu rayonlarda qaz olmayacaq

    Aysuncum,yalan sohbetdi,qazlarimiz kesilmiyib,qeseng plov suzmusem qaz uste
  • Gözəlliyiniz üçün 13 məsləhət

    Denizim cox saqol faydalanacam insallah
  • Gözəlliyiniz üçün 13 məsləhət

    suppa meslehetlermiwww
  • Pendirli, yulaflı çubuq(foto resept)

    Cox gozel dadli gorunur
Ən çox oxunulanlar
Sizin seçiminiz:
Yaz
Yay
Payız
Qış