Hamiləlikdə 13 problem, 13 həll!
Bir canlını içinizdə böyütmək və onu dünyaya gətirmək möcüzəvi bir duygudur. Hətta doğum təbiətin qadınlara bir hədiyyəsidir. Bu müddət analığa namizədlər üçün unudulmayacaq xatirələrə və yeni bir həyata açılan qapıdır. Bəzi gələcək analar hamiləliklərində xoşbəxt və məsud dövrlər keçirərkən, bəziləri sağlamlıq problemləriylə qarşılaşa bilərlər. Bu müddətdə analığa namizədlərin yaşaya biləcəyi problemləri və həllini öyrənək.
Baş ağrısı və qızdırma
Tərkibində normal səviyyədə asetaminofen olan dərmanlarla kifayətlənməlisiniz. Bununla birlikdə ibuprofen və naproksen maddələriylə çıxarılan hər cür antienflamatuardan uzaq dayanmalısınız. Çünki bunlar körpənizdə ürək problemlərinə və xüsusilə hamiləliyinizin 3-cü ayında amniyotik mayenin azalmasına səbəb ola bilər.
Öskürək
Bal yeməyi öyrənməlisiz. Bu, boğazınızı bir təbəqə ilə örtərək narahatlığı yatırmağa kömək edər. Bir çox öskürək siropu C kateqoriyası dərmanları kimi qiymətləndirilir. Bu dərmanlar insanlar üzərində sınanmamışdır və heyvanlar üzərində aparılan testlərdə də fetüs üçün risklər daşıdığına dair tapıntılara rast gəlinmişdir. Ona görə də öskürək dərmanlarından uzaq durun.
Bel ağrısı
Hamiləlik müddətində diyetə diqqət yetirilməli, həddindən artıq yeməkdən qaçınılmalı, kilo artımı nəzarətdə olmalıdır. Nizamlı məşqlərlə bel əzələləri qüvvətləndirilməlidir. Ayrıca, hamiləliyin son dövrlərinə qədər bel ağrısı səbəbiylə yuxu problemləri də yaşana bilər. Bu kimi vəziyyətlərdə də rahat yata bilməniz üçün xüsusi olaraq hazırlanmış hamilə yastıqlarından istifadə edə bilərsiniz. Hamilə yastıqları hamiləlik dövründə ana namizədlərinin daha komfortlu və rahat yata bilməsini təmin edər.
Bakterial infeksyalar
Əgər bədəninizdə öz-özünə keçməyən bir infeksya varsa, həkiminiz sizə B kateqoriyasında olan penilisin, eritromisin, amoksisilin, ya da azitromisin kimi antibiotiklər təqdim edə bilər. Ancaq tetrasiklin, doksisiklin və minosiklin qəbul etməməyə diqqət göstərməlisiniz, çünki bunlar körpənizin dişlərində rəng dəyişməsinə səbəb ola bilər.
Ürəkbulanması
Hamiləlikdə ürəkbulanmalar 4-8-ci həftələrdə başlayar, 10-cu həftədə artar və 14-cü həftəyə gələnə qədər davam edər. Bulanmanı artıran (məsələn; həddindən artıq səs-küy, işıq və qoxu) mühitlərdən uzaq dayanmaq, yemək bişirməmək, təmizlik maddələrindən istifadə etməmək, yağsız və qoxusuz yemək maddələrindən istifadə etmək ürəkbulanmanın qarşısını ala bilər. Şiddətli bulanma və qusmalarda həkimə müraciət etmək və müalicə almaq lazımdır.
Mədə yanmaları
Mədə yanması şikayəti "saç çıxarma" deyə adlandırılan 20-25-ci həftələrdə ortaya çıxar. Bu vəziyyətdə yemək daha çox yeyilməlidir, qaz yarada biləcək yağlı və ədviyyatlı yeməklərdən uzaq dayanılmalı, yatmadan dərhal əvvəl yemək yeyilməməlidir. Həkimin təklif etdiyi turşuluğu aradan qaldıran dərmanlar da alına bilər.
Qəbzlik və babasil
Bol maye qəbul etsəniz, şikayətləriniz azalar. Lifli qidalar, kəpəkli çörək, yulaf əzməsi, kəpəkli makaron, ərik, əncir, üzüm, göy noxud , düyü kimi qidalar sizi rahatlaşdırar. Səhər yeməyindən əvvəl ilıq su içmək faydalıdır. Babasildə qəbizliyi önləmək, lokal anestezik pomatlar istifadə etmək, uzun müddət ayaqda dayanmamaq lazımdır.
Əl və ayaqlarda uyuşma
Bu vəziyyət sinir təzyiqinə bağlı ola biləcəyi kimi qanda kalsium və müxtəlif mineralların azalmasıyla da bağlı ola bilər. B1, B2 vitamini və dəmir ehtiva edən dərmanlar faydalı ola bilər.
Sidik yolu infeksiyası
Bol su içmək, sidiyi uzun müddət tutmamaq, tualetdə genital bölgəni öndən arxaya doğru təmizləmək və cinsi əlaqədə gigiyenaya diqqət yetirmək sidik yolu infeksiyasını önləyər.
Şiş
Xüsusilə hamiləliyin son dövrlərində diqqətəçarpan şişləri azaltmaq üçün uzun davamlı hərəkətsiz şəkildə ayaqda qalmamaq, duzdan həddən artıq istifadə etməmək və istirahət edərkən ayaqların altına yastıq qoyub uzanmaq lazımdır. Ayaqdakı şişlərə əllərdəki və üzdəki şişliklərin də əlavə olunması preklampsinin (hamiləlik hipertansiyonu) işarəsi ola bilər. Bu vəziyyətdə mütləq həkiminizə müraciət etməniz lazımdır.
Göbələk infeksiyası
Hamiləlikdə bədənin müqaviməti azaldığı üçün bəzi infeksiyalar əmələ gələ bilər. Xüsusilə genital bölgənin isti havalarda nəmli qalması göbələk infeksiyası üçün zəmin hazırlayar. Buna görə analığa namizədlər pambıqlı alt paltar seçməlidirlər.
Sinə sallanması
İlk edəcəyiniz iş özünüzə uyğun bir büsthalter almaqdir. Ümumiyyətlə, hamiləlik büsthalterləri daha qalın asqılı olub, daha qavrayıcı xüsusiyyətlərə sahibdirlər. Beləcə, sinənizdəki böyümə səbəbiylə ortaya çıxan sallanma riskinə qarşı onları qoruya bilərsiniz. İki əlinizin ovuc içlərini bir-birinə dəydirib qollarınızı qaldırmaq və əllərinizi bir-birinə itələməklə də sinə sallanmasınin qarşısını alan hərəkəti edə bilərsiz.
Ayaq sancıları
Uzun müddət oturmaqdan, ya da uzun müddət gəzməkdən qaçının.. Həkiminizlə məsləhətləşərək maqnezium, ya da kalsium həblərindən istifadə edin.
Mütləq idman edin
Hamiləlikdə ən çox təklif edilən idman üzməkdir. Üzmə sayəsində həm əzələlər inkişaf edər, həm nəfəs məşqlərinə alışmış olarsız. Əgər üzmə idmanı üçün imkanlar əl vermirsə, bir başqa idman həddindən artıq olmamaq şərtilə gediş məşqləridir.
XƏBƏR LENTİ
Bu gün Od çərşənbəsidir
Damalı ətəklər yenidən dəbdədir!
Qurudulmuş pomidorlu, qozlu makaron (video-resept)
Toyuq filesindən qızılgül (foto resept)
İşləyən analar üçün məsləhətlər
Metro ticarətçilərinin aqibəti necə olacaq?
İdmançımız finişə hamıdan tez çatdı
Xalq artisti yeni imicdə-VİDEO
Azərbaycanda boşananların sayı açıqlandı
İçi doldurulmuş hind toyuğu budu (foto resept)
Portağallı toyuq qızarması (foto resept)
Sevimli şüşə qabımıza yeni görünüş verək
Ermənistanın Bərdəyə raket hücumunun nəticələri – VİDEO
Ayfon həvəskarlarına şad xəbər
Azərbaycanda qəribə heyvan skeleti tapılıb
Ən varlı yazıçıların SİYAHISI
Heyvanın inanılmaz faydaları
Tuba Böyüküstündən ayrıldıqdan sonra aktrisa ilə sevgili oldu
40 gün oldu
Hazal Kayanın yeni tərzi-FOTO
Bəzilər üçün müqəddəs əşya, bəziləri üçünsə adi suvenir
Ərdoğanı helikopterdən vurmaq istədilər
Nur Yerlitaş arıqlayıb belə oldu - FOTO
Ebru Şahin geyimi ilə diqqət çəkdi-FOTO
Fitovannalar
Pis xəbərlərin faydası da var
50 illik cütlük koronavirusdan öldü
Qara dəniz ölkələrinin gəncləri "Xocalıya ədalət" kampaniyasına dəstək nümayiş etdiriblər
"Kalaşnikov"un rəhbərini ABŞ-a buraxmadılar
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Münasibətdə 3 böyük xəta
Qız uşaqlarına toxunma paltarlar 2
ABŞ bunu etsə, savaş olacaq
Üzüm mürəbbəsi (foto-resept)
"Dərs vaxtı"nın 14 sentyabr cədvəli AÇIQLANDI
Çağatay Ulusoy YENİ İMİCDƏ-FOTO
Heidi Klum halloween geyimləri
Obama sərt bəyanat verdi
Saçlar sağlamlığınız haqqında nə deyir?
Burak Özçivit 14 fevralda 80 qadınla görüşəcək
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Xoruz yumurta toplayan qadını öldürdü
Alişan və Buse sevənlərinin rəğbətini qazandı
Müdafiə Nazirliyi: “Düşmən Ağbəndi atəşə tutur”
“Fənərbağça”nın futbolçusunda koronavirus aşkarlandı
Zakir Həsənov: "Düşmən vahimə içindədir"
Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz - SİYAHI
Azərbaycan üçün qorxulu proqnoz
Şənbə havası
Ozan Güvən xəstəxanalıq oldu-FOTO
- ŞƏRHLƏR