Bakıda hava +19°
USD 0.7843 AZN
EUR 0.9983 AZN
15:28Asi Diqqet.Diqqet son 3 gun yazmaq isteyen yazsin 15:08Zayka Her kese Allahin salami olsun 13:06GÜLÇİN Kim instaqramda qeydiyyatdan 13:06GÜLÇİN keçə bilir mənə kömek etsin xahiş edirəm 12:17 ♥♥S.Nur♥♥ Asi,sehifeden tamam cix,yeniden e mailini qeyd ele. 12:14Asi Men niye ismarc yaza bilmirem 11:16Fatma xanım Salam GÜNAY xanım 11:10GUNAY salam eziz xanimlar necesiz 10:52Asi Sukur Aysun canim sen yaxsi ol 10:40AYSUN MEMMEDOVA Asi her vaxtin xeyr canim bacim necesen?
28886

Quşları yaxından tanıyaq

Qaranquş

 

Yaşadığı yer: Qütblər xaric olmaqla dünyanın hər yeri.

Xüsusiyyətləri: 10-23 sm boyunda, “çəngəl” quyruqlu, geniş və uzun iti qanadlı, köçəri quşlar. Bir çoxları insanların evlərində yerləşir, başqaları yuvalarını ağaclarda qurur. Binaların dam altlarında və pəncərə oyuqlarında palçıq və gildən çanaq şəklində möhkəm yuvalar düzəldərlər. Dişi qaranquş erkəyinin tüpürcəyindən istifadə edərək ağzında palçığı toplayır, saman və otlarla 8 gün içində bir yuva qururlar. Geniş və yastı dimdiklərindən palçıqları sulamaq üçün mala kimi istifadə edirlər. Yuvalarının çoxusu ancaq bir qaranquşun girə biləcəyi qədər olur. Eni təxminən 20 sm, dərinliyi 10 sm-ə qədər olup içi tük və saçlarla döşənir. Bir yuvadan bəzən illərlə istifadə edirlər. Yuvalarını qruplar halında mağara, qayalıq və ağaclarda quran qaranquş növləri də var. 

Növləri: 100-ə qədər növü var. Ağac qaranquşu, qum qaranquşu, qaya qaranquşu, qır qaranquşu, yar qaranquşu ən çox tanınan növləridir.

Qaranquşlar adətən ağcaqanad "ovlayan" kiçik quşlardır, 79 növü tanınır, digərləri haqa məlumat yoxdur. Çoxusunun qarnı ağ, başı, quyruğu və qanadları qara, alın və boynu qəhvəyi rəngdədir, parlaq tükləri var. Qısa ayaqlarının dırnaqları iti olduğu üçün düz, yastı yerlərdə yaxşı dayanırlar. Əti yeyilmir. Üçkünc şəklində olan dimdikləri geniş açılaraq ağcaqanad və digər böcəkləri ovlayırlar. Çoxusu sürü halında yaşayır. Pis havalarda uçmayan böcək və hörümçəklərlə qidalanırlar. Qaranquşların alçaqdan uçması havanın pis olacağından xəbər verir. 

Yayın sonunda günlər qısalıb böcəklər azalanda bala və böyük qaranquşlar köç edərək qışı Afrikada keçirirlər. Yazda geri dönürlər. Digər köçəri quşlardan fərqli olaraq gündüz vaxtı köçürlər. Köçərkən bəzən şiddətli yağış və fırtınalar minlərlə qaranquşların ölməsinə səbəb olur. recourse 

Dişi qaranquşlar qəhvəyi rəngdə 4-5 yumurta yumurtalayır. Balalar ana-atasının ağzında gətirdikləri qida ilə böyüyürlər. Iki həftə içində yuvanı tərk edirlər. Qaranquşlar ildə 2-3 dəfə kürt yatır.

Köçub gəldikdən sonra qaranquş öz köhnə yuvasında bir sərçə görsə, onu çıxarıb qovmaya çalışır. Sərçəni çıxara bilməsə, yoldaşlarını çağırar, hamısı birdən yuvanı palçıqla dolduraraq sərçəni orda məhv edirlər. cray

Qaranquşlar şən olmaqdan əlavə, doğrudan da cəsurdurlar. Ətrafını diqqətlə gözdən keçirir, dostlarını, düşmənlərini öyrənir və ancaq layiq olana etimad edərlər. Bütün qaranquşlar böcək ovçusudur. Daim havada ovlayırlar, divarların üzərində olan böcəkləri uçarkən tuturlar, ovlarını parçalamadan udurlar.

Qaranquş cinsləri:

Quşları yaxından tanıyaq

Qum qaranquşu

Ev  qaranquşu
Bənövşəyi qaranquş
Qır qaranquşu
Quşları yaxından tanıyaq
Ağac qaranquşu 
Qaya qaranquşu 

 

Sərçə

 

Erkək sərçənin üst tərəfi xətli qəhvəyi rəngli, alt tərəfi bozdur. Dişi sərçə isə solğun sarı və qəhvəyi rəngdədir. Uzunluğu 14 sm-dir. Erkək sərçəyə yaxından baxanda canlı rəngləri ilə diqqət çəkir. Bağçalar, parklar və tarlaların çox məşhur, səs-küylü quşudur. Sərçənin vətəni Avrasiya və Şimali  Afrikadır, Cənubi Amerikadan başqa dünyanın hər yerində var.

Ən çox yayılan növü ev sərçəsidir. Köçəri deyillər. İnsanlara yaxın ərazidə və tarlalarda yaşayırlar.

Digər növləri: Qar sərçəsi, qaya sərçəsi, İtaliya sərçəsi (melez), meşə sərçəsi, söyüd sərçəsi, çöl sərçəsi

Bu quş soxulcan, tırtıl, böcək, dənlə qidalanır. Taxıl dənələrini və tumurcuqları yediyi üçün ziyanlı quşlar arasına daxil olub. 

Saçaq altlarında, divar çıxıntıları, oyuqlar, ağac və kollarda çör-çöpdən düzəltdikləri, olduqca diqqətdən kənar yuvalarını tük və yunla “döşəyir”, bu yuvaya 3-8 yumurta qoyurlar. 11-12 gün kürt yatırlar. Erkək və dişi kürt sərçələr balalar böyüyənədək ailədən uzaqlaşmazlar. Balalar yumurtadan çıxandan 2 həftə sonra yuvanı tərk edirlər. Ata-ana sərçələr yay ərzində 3-4 dəfə bala çıxarır. 

İndi də sizə bəzi sərçə cinslərinin şəkillərini təqdim edirəm, adları tərcümə olunmur.

Atticora 

Carpospiza
Delichon 
Montifringilla
Progne
Quşları yaxından tanıyaq
Petronia 
Passer
Neochelidon 
 Haplochelidon

 

Göyərçin

Latıncadan Aves olaraq adlandırılan göyərçinlər onurğalılar qrupunda, məməlilər arasındadır. Orta böyüklükdə, kiçik başlı, qısa boyunlu və qısa ayaqlı quşlardır. Dimdiyi qısa və zəif, ucu bir qədər aşağıya doğrudur. Meyvə, dən və ya çəyirdəkli toxumla qidalanır.

Haqqında:

Ağaclarda və qayalıq yerlərdə yaşayırlar. Qütblər xaric olmaqla dünyanın hər tərəfində göyərçinləri görmək olar. Xarakterik özəlliyi ondan ibarətdir ki, uçmağa yararlı qanadları var, bədənləri tüklə örtülüdür, yumurta ilə çoxalırlar və istiqanlıdır. Olduqca sürətli uçurlar. Göyərçinlər sabit istiliyə malikdirlər. Bədən temperaturu 38-40 dərəcə arasında dəyişir.

Çox göyərçin növlərinin sümüklərinin içi boş olduğu üçün kövrək skeletə malikdirlər. Bədənin bəzi yerləri tüksüzdür-dimdik, barmaq. Bəzi göyərçin növlərində barmaqlar dırnaqlara qədər  tüklü olur.

Göyərçinlər yatarkən bəzən bir ayağını gövdələrinə tərəf çəkib yatırlar. Bunun səbəbi nədir? Səbəbi odur ki, onlar bədənlərindəki isitilik azalmasın. Quşların ayağında tük olmadığı üçün bu açıq nahiyələrdən istiliyin azalması mümkündür.  

Dişiləri əsasən bir cüt yumurta yumurtlayıb kürt yatır. Çox  nadir hallarda üç yumurtaya və ya tək yumurtaya kürt yatıldığı müşahidə edilib. Balalar 24-25 gündən sonra tək başlarına yem yeməyə başlayırlar.

Göyərçin saxlayırsınızsa, onların hər zaman təmiz suyu olmalıdır, özü də kifayət qədər, xüsusilə də bala çıxaran vaxt onların suya olan tələbatı artır.

Bəzi göyərçin cinsləri:

Ağ göyərçin

Mavi  göyərçin

Qırmızı  göyərçin

Trakya göyərçini
Quşları yaxından tanıyaq
Sarı  göyərçin
İstirahət edən  göyərçin lol
Quşları yaxından tanıyaq

 

Qağayı

 Qağayılar böyük quşlardır, əsasən boz və ya ağ rəngdə olurlar, çoxusunun başında qara xallar da olur. 

Haqqında: Cəsurdurlar, üzün dimdiyi var. Iri gövdəli quşlardır. Qağayılar rahat və sürətli uçur. Boyları 25-80 sm-dir. Suyun üzərinə qonur, az üzür və suya baş vurmur. Qidaların əsas hissəsini molyusklar, xərçənglər və kiçik balıqlar təşkil edir. Doymaq bilməyən quşlardır. Iri qağayılar quş yumurtalarını və balalarını da yeyir. Dənizə atılan plastik qablar da qağayılar üçün ölümcül ola bilir. Ölü tapılan qağayıların mədəsində plastik qab hissələrinin olduğu aşkarlanmışdır. Bir neçə növünü çıxmaq şərtiylə dənizdən uzaq yaşamırlar. Qağayılar toplu halda əsasən bataqlıqlarda və su kənarlarında yuva qururlar. 

Böyük qağayıların balaları 4 ilə bir quş olarkən kiçik növlərdə bu 2 ilə qədərdir. Bundan başqa maraqlıdır ki ağızları vasitəsilə qağayılarda cütləşmə olur.

Növləri:

Qağayıların bir çox növü vardır; böyük və ya gümüş qağayı, (Larus argentatus); kiçik qağayı (L.canus) ; qarabaşlı qağayı ( L.ridibundus); cücə v (L. minutus); qara qağayı (L. fuscus) və s.

Qağayıların tükü ağ, açıq kül rəngi və qara rəngdə olur. 

Qağayılar bütün işlərini birlikdə edirlər. Bir yerdə ov edir, istirahət edir, leş axtarır və dalaşırlar. Çoxusu birlikdə yuva qurmağa üstünlük verir. Bir neçəsi alçaq ağaclarda yuva qurar, dəniz yosunu və ətrafdakı digər bitkilərdən böyük yuva düzəldərlər. Dişi qağayı qəhvəyi rəngdə 2-3 yumurta qoyur. Erkəklə dişi quşlar kürt oturur. Həm erkək, həm də dişilər balaları qidalandırır. Yumurtadan çıxmış balalar 4-6 həftədən sonra uçmaya başlayırlar.

Qağayı cinsləri:

Qara ayaqlı qağayı 

Quşları yaxından tanıyaq
 Qaranquş quyruqlu  qağayı 
Quşları yaxından tanıyaq

Qara quyruqlu  qağayı

Quşları yaxından tanıyaq

Qara belli qağayı

Quşları yaxından tanıyaq

Və sonda bu videoya da baxın, doyunca gülün. Qarğa itlə top-top oynayır biggrin

 

Səslərin sayı: 22
158
4230
Şərhlər
Offline
Fatma xanım
toyuq-cücə saxlamarsınız

toyuq-cücəni 10 metlik setkaya salırıq axşamda hinləri var orda yatırlar , qaynım ilana görə kirpi almışdı onlarıda yedilər bircə tısbağaya gücləri çatmır , hətta pişik balalaıdı tapıb onlarıda yeyiblər
22 may 2013 16:27
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Asi
lovable_madam,
cox maraqli xeberdir/ ama mene nece il yasayr maraqlird/ 5 ilden coxdurki quwu ucurtmuwam helede qaytmayb/ tutuquwu novu idi ama danwmirdi/ yazgim geldi ucrtdum/ 2 defe serce saxlamwam onuda ucurtmuwam.
22 may 2013 16:26
imza: Namaz Qılanlar 2 yerə Bölünür:
Allaha məhəbbətdən və cəhənnəm qorxusundan qılanlar..
Çalışın 1cidən olun. Allah sevənlərini görmək istəyir..Onun kimsəyə ehtiyacı yoxdur O ehtiyacsızdır...

Offline
lovable_madam
Ona görə ki, hava nəm olur, böcəklərin qanadları ağırlaşır deyə, yüksəklikdə uça bilmir, alçaqdan uçurlar, bundan da qaranquşlar istifadə edirlər

Məntiqə bax e. crazy

Madam, əyləncəli xəbər oldu.

Təşəkkür edirəm, əzizim give_ros

Bənövşəyi qaranquş xoşuma gəldi.

Mənim də. girl_cray

Sərçə etibarlı quşdur.

Mən sevmirəm no
22 may 2013 16:26
Offline
J e a l o u s y
Axır ki sənin də bir quşa olan sevgini öyrəndim

He vallah,ha baxdimquslara axir ki birini beyendim biggrin
22 may 2013 16:24
imza: "Əgər qadın beş vaxt namaz qılar, Ramazan ayını oruc tutar, ayıb yerlərini qoruyar və Allaha asilik olmayan işlərdə ərinə itaət edərsə Cənnətin istənilən qapısından daxil olar"
Muhəmməd Peyğəmbər (s.a.v.)
Offline
lovable_madam
nə yaxşı itdi bizikim olsaydı indi o qarğa çoxdan yox idi ümumiyyətlə maraqlı xəbər hazırlamısan

Sizin it quşları yeyirsə siz toyuq-cücə saxlamarsınız biggrin
Çox sağ olun şərhinizə görə give_ros
22 may 2013 16:24
Offline
J e a l o u s y
Axır ki sənin də bir quşa olan sevgini öyrəndim

He vallah,ha baxdimquslara axir ki birini beyendim biggrin
22 may 2013 16:23
imza: "Əgər qadın beş vaxt namaz qılar, Ramazan ayını oruc tutar, ayıb yerlərini qoruyar və Allaha asilik olmayan işlərdə ərinə itaət edərsə Cənnətin istənilən qapısından daxil olar"
Muhəmməd Peyğəmbər (s.a.v.)
Offline
lovable_madam
Amma goyercini xoslayiramee ,gozel qusdur

Axır ki sənin də bir quşa olan sevgini öyrəndim biggrin


mence quslari sevmeyen olmaz hele yaz aylarinda onlarin ceh cehlerin esidmek

Biz də hər gün eşidirik. crazy

ebiet gozeldir,amma bul bul coox gozeldir,seher tezden,axsam ve gece oxuyor,caler cagirer,tesekkurler

Bülbülü görməmişəm. Siz də sağ olun.
22 may 2013 16:20
Offline
Fidan
ay nə gözəl xəbərdi kefim açıldı lap,quşları çox sevirəm,xəbərə görə çox sağolun bacı give_ros
22 may 2013 16:19
Offline
Fatma xanım
nə yaxşı itdi bizikim olsaydı indi o qarğa çoxdan yox idi
ümumiyyətlə maraqlı xəbər hazırlamısan
22 may 2013 16:15
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Sonay Quluzade
Qaranquşların alçaqdan uçması havanın pis olacağından xəbər verir. Ona görə ki, hava nəm olur, böcəklərin qanadları ağırlaşır deyə, yüksəklikdə uça bilmir, alçaqdan uçurlar, bundan da qaranquşlar istifadə edirlər.
ovlarını parçalamadan udurlar. Ona bəzi adamlara quş beyin deyirlər də, sən bir onun budunu ayır, qolunu ayır, tikə-parça elə sonra ye də, görməmişlik zaddı lol.
Bənövşəyi qaranquş xoşuma gəldi.
Sərçə etibarlı quşdur.
Göyərçin gözəllər gözəlidir. İstirahət edən göyərçin bəlkə elə yazıq yumurta qoyur.
Böyük qağayıların balaları 4 ilə bir quş olarkən kiçik növlərdə bu 2 ilə qədərdir. Böyüklüklə deyil ha mocking.
Qarğa itlə top-top oynayır Qarğanı da saxlayardın qarğakimilərə də.
Madam, əyləncəli xəbər oldu.
22 may 2013 16:13
Offline
lovable_madam
Vallah men yaxindan tanimaq istemirem,sagol baci.Hardan tapmisan bu xeberi?

Xəbərimin son cümləsini oxu. biggrin

Sekillerine baxanda etim urperir.Amma xeyli eziyyet cekmisen baci bu quslara gore,Tesekkur

Həşəratları heç sevmirəm, amma quşlara qarşı laqeyd deyiləm. biggrin Sən də sağ ol.


bilmirem mende zorla dedilerki ye xeyrlidir mende yedim ama heqiqeten dadli idi naym nyam))

Bir də yemə daha, günah.. negative
22 may 2013 16:13
Offline
Qəribə
tebiet gozeldir,amma bul bul coox gozeldir,seher tezden,axsam ve gece oxuyor,caler cagirer,tesekkurler
22 may 2013 16:10
Offline
kerimova sabrina
mence quslari sevmeyen olmaz hele yaz aylarinda onlarin ceh cehlerin esidmek
22 may 2013 16:09
Offline
J e a l o u s y
Amma goyercini xoslayiramee ,gozel qusdur
22 may 2013 16:07
imza: "Əgər qadın beş vaxt namaz qılar, Ramazan ayını oruc tutar, ayıb yerlərini qoruyar və Allaha asilik olmayan işlərdə ərinə itaət edərsə Cənnətin istənilən qapısından daxil olar"
Muhəmməd Peyğəmbər (s.a.v.)
Offline
MADONUN - DOSTU
dash bilmirem mende zorla dedilerki ye xeyrlidir mende yedim ama heqiqeten dadli idi naym nyam)) nyam
22 may 2013 16:06
Offline
J e a l o u s y
Vallah men yaxindan tanimaq istemirem,sagol baci.Hardan tapmisan bu xeberi? sarcasti Qusdu,bocekdi,ne bilim hesartdi bunlarla aram yoxdu hang Sekillerine baxanda etim urperir.Amma xeyli eziyyet cekmisen baci bu quslara gore,Tesekkur
22 may 2013 16:05
imza: "Əgər qadın beş vaxt namaz qılar, Ramazan ayını oruc tutar, ayıb yerlərini qoruyar və Allaha asilik olmayan işlərdə ərinə itaət edərsə Cənnətin istənilən qapısından daxil olar"
Muhəmməd Peyğəmbər (s.a.v.)
Offline
lovable_madam
cox geseng xeberdi.tesekkurler.sevimli quslarim coxdu.evdede bacimin bir tutuqususu var.hal hazirdada meni qoymur yazmaga,elimi disliyir.

A, nə yaxşı, mən də hərdən istəyirəm tutuquşu alım, amma danışan cins olsun. Siz onu qəıfəsdə saxlamırsınız yıqin ona görə dişləyir. biggrin

HƏƏ DÜZDÜ CANIM DƏYMƏZ CANIM

give_ros


Madamım yenə gözəl xəbər hazırlamısan, çox seviram quşları, hələ indi evimdə bap-balaca Papuqayım var onunla maaqlaniram o qədər gözəldirki... Qarğa ilə itin top oynaması.. əla idi Çox sağ ol canım mənim

Cann, bəyəndinsə nə gözəl... girl_ten Sənin tutuquşunun adı nədir bəs? danışır? fellow
22 may 2013 15:59
Offline
Fidan Məmmədova
Mən təsəvvür elədim sən necə üzülmüsən o vaxtı, hə heyvanlar elə özləri komediyalardır. Sən də sağ ol şərhinə görə

HƏƏ DÜZDÜ CANIM biggrin DƏYMƏZ CANIM
22 may 2013 15:53
Offline
tutu abbaszade
cox geseng xeberdi.tesekkurler.sevimli quslarim coxdu.evdede bacimin bir tutuqususu var.hal hazirdada meni qoymur yazmaga,elimi disliyir.
22 may 2013 15:52
Offline
lovable_madam
ŞİRİNİM NƏ GÖZƏL XƏBƏR YAZMISAN, ÇOX POZİTİV BİR ENERJİLİ, QUŞLARI MƏN DƏ ÇOX SEVİRƏM,LAP ÜRƏYİM GEDİR, AMA BALACA VAXTI BACIMGİLİN BİR BALACA QARANQUŞ BALASINI NECƏ ÖLDÜRDÜYÜ GÖZÜMÜN ÖNÜNDƏN GETMİR,ELƏ YAZIĞIM GƏLMİŞDİ Kİ,QUŞCIĞAZA,ÇOXX AĞLAMIŞDIM O GÜNAHSIZ QUŞA GÖRƏ, BƏNÖVŞƏYİ QARANQUŞ,SARI,MAVİ AĞ GÖYƏRÇİN LAP ƏLADII, BİRİNCİ DƏFƏ İDİ QAĞAYILARIN OYNAMAĞINI GÖRDÜM. ƏSLİNDƏ DİQQƏTLƏ FİKİR VERSƏK QUŞLARIN ÇOX MÖCÜZƏLƏRİNİ GÖRƏ BİLƏRİK, MƏN QARANQUŞLARIN SÖHBƏTİNƏ BƏNZƏR BİR MƏNZƏRƏ GÖRMÜŞƏM,BALACA VAXTI BİZİM QAPININ YAXINLIĞINDA QARANQUŞ YUVA QURMUŞDU,HƏR DƏFƏ OLARIN NƏ ETDİYİNİ İZLİYİRDİM

Mən təsəvvür elədim sən necə üzülmüsən o vaxtı, hə heyvanlar elə özləri komediyalardır. biggrin Sən də sağ ol şərhinə görə

lovable_madam,nə gözəllik, quşları mən çox-çox sevirəm.Amma , hamısını yox. Ən çox sevdiyim quş bülbüldür. Ətraflı məlumat üçün çox sağ ol

Gözəl günün olsun, nə yaxşı ki bəyəndin. request

məndə quşları çox sevirem ətraflı məlumat verdiyiniz üçün çox saqolun

Buyurun. Xoşdur mənə. love
22 may 2013 15:52
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Qadin.TV
Son yazılar
Son şərhlər
  • 17:12 - Müəllif: Dəniz84
    Sabahın hava proqnozu (6)

    Sabahın hava proqnozu

    S.S.90...S A M I R...Yoooxxx...toy yoxduu...amma gedesi yerlerim coxduuHəəə) yolun açıq olsun, işin avand olsun inşallah. day başını daşa niyə vurusan? deyəsən getmək istəmədiyin yerlərdi hıyyy?
  • Qısa boğazlı çəkmələr

    Bəyəndiklərim oldu. Qısa boğazlı çəkməm yarasız hala düşüb artıq yeniləmək vaxtıdır.
  • 17:10 - Müəllif: YAGMUR
    Yas və toyla bağlı müraciət (2)

    Yas və toyla bağlı müraciət

    yasda cay lap yaxsi, esline ele olmalidi sen yasa bas sagligina gelirsen yoxsa yemeye/bu qerar tesdiqlense yaxsi olar ve toylarda da yemek cox olur 2-3 cur olsa besdi
  • 17:10 - Müəllif: Dəniz84
    Payızı sevməyin 10 səbəbi (13)

    Payızı sevməyin 10 səbəbi

    Payızda bir sevmədiyim çətir götürməkdir. Ona görə papaqlardan istifadə edirəm. Payızda yağış yağarkən islanana qədər yağışın altında duraram. Zövq alıram bundan
  • Sabahın hava proqnozu

    Dəniz84Niyə Ay Samir sənin də gedəsi toyun var??Yoooxxx...toy yoxduu...amma gedesi yerlerim coxduu
  • Yuxu mövqeyinizə görə əlaqəniz

    Fatma xanımYatmağında mövqeləri varmış heç bilmirdimƏlbəttə var Fatma xanım, məsələn siz yatarkən daha çox necə yatırsınız? Mən sol tərəfi üstə yatıram)))
  • Uşaqlarla əylənməyin yolları-1

    AsiCox sagol Denizim sabundan basqa digerlerini yoxlamaga deyer Seher NurCox maraqlidirlar, amma butun bunlari etmeye sebr lazimdir. Pembe Deftercox maraqlidir..uwaqlarinda eylenmeye haqqi var axi...deniz baci coox sagol maraqli melumata gore..sonuncunu elemeye deyerTəşəkkürlər xanımlar, bəli uşaqlar üçün əylənməyə və əyləndirməyə dəyər. Allah hər birimizə səbr versin. Bu əyləncələr həm də uşaqlarınız üçün faydalıdır.
  • 17:05 - Müəllif: Dəniz84
    Qurani Kərimin Əl-Əla surəsi (10)

    Qurani Kərimin Əl-Əla surəsi

    (Allahdan)qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.
  • Qurani-Kərimin Əz-Zuha surəsi

    Oxuyan gölzəriniz və paklaşan qəlbiniz yorulmasın xanımlar.
  • 17:03 - Müəllif: Dəniz84
    Əhaliyə xəbərdarlıq (1)

    Əhaliyə xəbərdarlıq

    Doöurdan da yenə qış gəlir belə xəbərlər inşallah eştmərik. əgər binalara verilən istilik sistemləri normal işləsə əhali qazdan və keyfiyyətsiz sobalardan istifadə etməz.
Ən çox oxunulanlar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )