Bakıda hava +21°
USD 0.7844 AZN
EUR 1.0088 AZN
23 sentyabr 23:43《YEGiŞ》 Haminizcun darixmiwam 23 sentyabr 23:43《YEGiŞ》 Online olan dostlarima opucukler 23 sentyabr 23:25Zayka Salam xanimlar sohbet elemek istemirsiz? 23 sentyabr 23:24Q Hər kəsi salamlayıram. Axsaminiz xeyr. 23 sentyabr 23:24Fatma xanım Su PERİSİ,GÜLÇİN xoş gördük 23 sentyabr 23:21SU PERISI QADIN NETLILER SIZI SEVIREEEM 23 sentyabr 23:21SU PERISI axwaminiz xeyir NARINIM ESNAM 23 sentyabr 23:20GÜLÇİN Hər kəsi salamlayıram!Çoooooox darıxıram(( 23 sentyabr 23:06Elvinsahbazov salam her kesin axsaminiz xeyirli olsun 23 sentyabr 22:23PƏRVANƏ ƏLİYEVA...... Narin gel sohbet otaqina mende darixiram(((
28027

İnnab - təbiətdən gələn sağlamlıq

İnnab - təbiətdən gələn sağlamlıq

Azərbaycanda innab bitkisi çox qədim zamanlardan becərilir. Bu bitki Murdarça (Rhamnaçae İ) fəsiləsinə Ziziphus cinsinə aid olub, 50-dən artıq növü birləşdirir. İnnab bitkisinin yarpaqları sadə, növbə ilə düzülmüş, çılpaq və parlaq yaşıldır. İnnab meyvəsi müxtəlif formada: armudvari, silindrik, dəyirmi, çəlləkvari, yumurtaşəkilli və geniş konus şəkilli olur.

Meyvələrin dadı şirin, turşa şirin olur.Onların yumşaq sarımtıl ləti vardır.Meyvə qırmızı, açıq qəhvəyi və tünd qəhvəyi rəngdə olur. Meyvənin bir ədəd çəyirdəyi var. İnnab meyvəsinin tərkibində tanin, zülal, P vitamini, pektin maddələri, C vitamini, müxtəlif turşular və çoxlu mikroelementlər vardır.İnnab meyvəsində olan rutin maddəsi insanın qan təzyiqini aşağı salır.

İnnab günəşdə qurudularaq hazırlanan, iri meyvələri olan və çərəz kimi çayla təqdim edilən son dərəcə ləzzətli və faydalı şəfalı bitkidir.

İnnab çiçəkləri bal arıları üçün yararlı qidadır. Belə xüsusiyyətlərinə görə innab meyvələrindən yeyinti sənayesində və təbabətdə geniş istifadə edilir.

İnnab bitkisinin müsbət xüsusiyyətlərindən  biri də onun məhsula faraş düşməsidir. Bağda əkilmiş ting ikinci il məhsul  verir.

İnnab bahar aylarında xoş qoxulu sarı rəngli çiçəklər açır. İlk başlarda yaşıl ikən yetişkinləşdikcə qırmızıya və qara-bənövşəyi rəngə dönür.

İnnab - təbiətdən gələn sağlamlıq

İnnabın  faydaları:

İnnab dərman qədər faydalı bir meyvədir.

Bəlğəm problemi yaşayırsınızsa, innab bitkisi bəlğəminizi bir gündə yox edər.

Böyrək xəstələri duz yeməyi azaldaraq innab meyvəsini yeməlidir, çünki sidikqovucu xüsusiyyəti vardır.

Bağırsaqları işlədir.

Bədənə rahatlıq verir.

Şəkər xəstələrinin rahatlıqla yeyə biləcəkləri bir meyvədir.

Uşaqların bəslənməsində də mütləq yemələri lazım olan bir qidadır.

Bronxit, asma kimi ağciyər xəstəliyinə qarşı faydalıdır.

İnnab suyu ürək-damar xəstəliklərinə yaxşı təsir göstərir.

Özünüzü yorğun və əldən düşmüş hiss edirsinizsə, innab sayəsində enerjinizə qovuşa bilərsiniz.

Xüsusilə qış aylarında davamlı öskürən, soyuqlayan, qrip olan kəslərdə innab son dərəcə müalicə edici xüsusiyyətinə malikdir.

İnnab qandakı mikrobları təmizləyir.

Tez-tez qəbiz olursunuzsa, innab yemək məsləhətdir, bu zaman bağırsaqlarınız normal şəkildə işləməyə başlayacaq.

Xolesterol və damar xəstəliklərinə qarşı və  bir sıra faydaları vardır.

İnnab - təbiətdən gələn sağlamlıq

İnnab meyvəsi 21 gün müalicə məqsədilə səhər ac qarnına 2 ədəd meyvə olmaqla yeyilə bilər.

 İnnab yarpağının çayından bronxit, asma, mədə və bağırsaq narahatlıqlarında istifadə edilir. 

Hazırlanması: 4 stəkan südə 30-60 qr. meyvə qoyularaq 15-20 dəqiqə qaynadılır. Gündə 4 dəfə 1 stəkan içilməlidir.

Səslərin sayı: 8
94
8128
Şərhlər
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Qadin.TV
Son yazılar
Son şərhlər
Ən çox oxunulanlar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )