Nədir sevgi?
Budur ki,sevgi çarəsizliyində çarə,qaranlıqda işıq,cəhənnəmdə cənnətin olduğu dünyadır sevgi.
Nədir sevgi?
Dənizlər belə dalğalanan anda həyatın durğunluğu,sevinci,kədəri,göz yaşı,ümidsizliyi,həm də ümididir sevgi... Həyatin sonluğu,ölümdən betər onsuzluğu,kainatın yoxluğu,gecələrin sonsuzluğu..
Nədir sevgi?
Həyatda gözlərini yummadan gördüyün yuxu. O anda belə yuxu içində yuxudur sevgi... Sevincin bəlkə son həddi,kədərin son nöqtəsidir. Həm də hər kəsi, hər şeyi sevə biləcəyin nöqtə...
Gözlərin parlaqlığı,göylərdən enən mələk,cəhənnəm odu kimi yandıran,həm də cənnət suyu ilə sərinlədəndir sevgi. Yoxluğunda belə göz yaşının töküldüyü yol,dəniz olub axdığı məcra,dalğalartək yerinə sığmayan,çağlayan, özünü sahilə vurandır sevgi...
Ləpələrin rəqsində,buludun ağlamasında,günəşin doğmasında,ayın belə batmasındadır sevgi. Sevgi odur ki,səmalar dar gəlir insana, kainat azlıq edir,bütün dünyanı istəyir, amma sahib olduğu yalnız xırda bir nöqtədir. Dünyanın mərkəzində görür özünü, amma uzaqdan baxdıqda yalnız qaranlıqdır sevgi... Ürəklərdə yer alan böyük qaraltı.
Təmizdir, safdır sevgi. Ürəklərdə yazılan, gözlərdə oxunan qalın romandır sevgi,oxunsa da qurtarmayan, sonu bilinməyən,bilinsə də görünməyən, görünsə də yaşanmayan nağıldır sevgi...
Nədir sevgi? Mələk olduğu qədər içəridə ölməz şeytandır. Ziddir hər şeyə,hər kəsə, bitməz-tükənməzdir ondan doğan həsrət, kədər.
Kor olduqda gözlərin,lal olduqda dillərin, ölmüş hisslərin ifadəsidir sevgi... Bilinməz sonsuzluğa uzanan gəmi,qaranlıq içində doğan günəşin,uzun bir yol, sonunu tapdığın dincliyin... Həyatda hər şeyin,hər kəsindir sevgi... Sinəndə vuran ürəyindir sevgi,hər döyüntüsü sənə aid,həyata duyduğun sevgidir sevgi.
Nədir sevgi?
Həyatda yaşadığın hər an, hər saniyə vurursa ürəyin,demək, bax budur sevgi...
Nədir sevgi?
Bədənin torpağa,ruhun Allaha,ürəyin isə yalnız ona aid olmağıdır sevgi...
Sevgi deyil incidən,
Sevgi deyil öldürən,
Kor olsan da bu həyatda
Sevgidir tək qəlbinlə gördürən...
Müəllif: Günay
Əziz xanımlar, bəs sizcə, sevgi nədir?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakı-Sumqayıt yolunda VACİB YENİLİK
Bill Gates-in reallaşması mümkün 7 bəşəri proqnozu
Oxumağı sevən uşaqlar üçün dünya klassikləri
Məşhur professor koronavirusdan qorunmağın ƏN ETİBARLI SİRRİNİ açdı
Azərbaycanda yeni zavod açılacaq-SƏBƏB
Saç tipinə görə maskalar
Kabaklı salat (foto resept)
Hava haqqında
Sevgi ve eqoizm
Türkiyə Gürcüstanda tunel tikintisinə maraq göstərir
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Gürcü valyutası da çökdü
Dünya bu fotolardan danışdı
Hələ belə hədiyyə görünməyib
Məktəblilər susuzlaşma həddindədirlər
Çeçələ barmağının sirləri
Christian Louboutin-dən
Əsəbləşən kimi yeyirsiniz? Bəs bu dəhşətlərdən xəbəriniz var?
Ətli və pendirli qutab (foto resept)
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müraciətin vaxtı uzadıldı
Bakteriyalarınızı çalışdırın
Taco salatı (foto resept)
Yağış, qar, külək - Sabahın havası
130 dollarlıq smartfon göstərildi
Fettuccine Alfredo (foto resept)
Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələri məhv edilib
"Erməni soyqırımı"nı tanıyan ölkələr - SİYAHI
Azərbaycanda Həcc ziyarəti üçün yeni qiymətlər açıqlanıb
Dünyanın ən uğursuz EVLİLİK TƏKLİFİ-VİDEO
Astronomlardan xəbərdarlıq: Planetimizi qara dəlik uda bilər
Qaxda daha bir "möcüzə"
Əriklə gözəlləşin
Symantec-in gəlirləri azalır
Qara üzümün faydaları
Putin: "Hərə üç uşaq doğsun"
Boyunbağılar
La Liqada xəyalların qarşılaşması: "Atletiko Madrid" "Barselona" ilə üz-üzə
Hadisənin paylaşdığı FOTO diqqət çəkdi
Beyonce 100 kq-lıq çəkisindən danışdı-FOTO
Gözəllik salonları və bərbərxanalar işləməyəcək
Dietoloq: Qışda portağal və naringi yemək ziyandır
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
Madonna şousuna 5 milyon xərclədi
İsrailin Ərdoğan şikayəti
Asteroid hansı ölkələri məhv edə bilər?
Siqaret çəkən qadınlar.
Təyyarə ilə səfər zamanı qulaqda yaranan problemlər
Bakıda bu qəsəbə plana düşüb?-SİYAHIYAALMA BAŞLADI
Medvedevdən acı etiraf
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
- ŞƏRHLƏR