Hörmətli istifadəçilər! Azərbaycanın ilk milli qadın portalı, Milli İnternet Mükafatının sahibi – Qadin.Net layihəsi olaraq hər zaman görülən işlərdə kəmiyyətə deyil keyfiyyətə böyük əhəmiyyət verdiyimizin şahidisiniz. Təsadüfi deyil ki, dünyanın bir çox ölkələrində yaşayan həmyerlilərimiz bu kimi bir çox özəlliklərə görə günlərinin böyük əksəriyyətini məhz bu layihə ilə keçirirlər.
Dəyərli zamanını Qadin.Net-lə birlikdə keçirən, bizləri ailənin doğma üzvü edən istifadəçilərimiz üçün onların diqqət və əməyinin qarşılığı olmasa belə, kiçik, daimi müsabiqə xarakterli Reytinq sistemi hazırladıq. Öncə qeyd edək ki, Reytinq səhifəsində şərh yazma və hazırladığı xəbərə daha çox baxış sayı toplama üzrə fərqlənən istifadəçilərin, müəlliflərin siyahısı, reytinq cədvəli nümayiş olunur. Belə ki, gün ərzində daha çox şərh yazan istifadəçi günün şərhlər üzrə qalibi olaraq qeydə alınır. Həftə ərzində ən çox baxış sayı toplayan xəbərin müəllifi isə həftənin xəbər müəllifi kimi qalib olaraq qeydə alınır.
Reytinq səhifəsində yazılan şərhlər, xəbərlərə toplanan baxış sayları hesablanaraq hər an ən yeni məlumatlar əks etdirilir.
Reytinq sisteminin ən önəmli məqamı isə ilk yerin sahibi olan istifadəçilərin daimi olaraq mükafatlandırılmasıdır. Yəni bu bir müddət üçün deyil, hər zaman üçün keçərlidir.
İlk yerin sahibləri hər zaman ayrılmış pul mükafatlarını alacaqlar. Bu haqda qaydalar hissəsində ətraflı şəkildə məlumat ala bilərsiniz.
Reytinq səhifəsində ( http://rating.qadin.net/ ) nümayiş olunan siyahı və yazılarla bağlı izahat:
1. Yazılar sistemi
Ötən ayın qalibləri - Bu siyahıda gördüyünüz 3 istifadəçi geridə qalan bir ay ərzində saytda yayımlanmış xəbərlər içərisindən ən çox izlənilmiş xəbərlərin müəllifləridir.
Ötən həftənin qalibləri - Bu siyahıda gördüyünüz 3 istifadəçi geridə qalan bir həftə ərzində saytda yayımlanmış xəbərlər içərisindən ən çox izlənilmiş xəbərlərin müəllifləridir.
Bu həftə üçün seçilənlər - Bu siyahıda 10 istifadəçinin adı nümayiş olunur və real zaman üçün reytinqin gedişatı nümayiş olunur. Siyahıda bu həftə üçün saytda yayımlanmış xəbərlər içərisindən ən çox izlənilmiş xəbərlərin müəllifləridir.
2. Şərh sistemi
Ötən ayın qalibləri - Bu siyahıda gördüyünüz 3 istifadəçi geridə qalan bir ay ərzində, saytda yayımlanmış bütün xəbərlərə ən çox şərh yazmış şəxslərdir.
Ötən günün qalibləri - Bu siyahıda gördüyünüz 3 istifadəçi ötən gün ərzində, saytda yayımlanmış bütün xəbərlərə ən çox şərh yazmış şəxslərdir.
Bu gün üçün seçilənlər - Bu siyahıda 10 istifadəçinin adı nümayiş olunur və real zaman üçün reytinqin gedişatı nümayiş olunur. Siyahıda adları nümayiş olunan istifadəçilər saytda yayımlanmış bütün xəbərlərə hal-hazırda ən çox şərh yazmağa davam edən şəxslərdir.
Qeyd edilən məbləğ, pullar real pullardır! Heç bir simvolik xarakter daşımır!
Siz əldə etdiyiniz pulları istənilən online ödəmə imkanı olan xidmət (məs: Mobil telefonlarınız üçün balansın artırılması, kommunal xidmətlərinizin ödənişi, internet xidməti üçün aylıq ödənişlər və s.) üçün istifadə edə bilərsiniz, yaxud nəğd şəkildə (50 AZN-dən az olmamaq şərti ilə) tələb edə bilərsiniz.
Ödənişlərlə bağlı dəqiq siyahı və məlumat üçün [email protected] ünvanına müraciət etməklə bütün ödəniş edilə bilinəcək xidmətlərin siyahısını əldə edə bilərsiniz.
Qaydalar:
1. Yazılar sistemi
1.1. Yazılar sistemində həftənin qalibi 15 AZN qazanmış olur.
1.2. Yazılar sistemində hər bir istifadəçi bir ay ərzində maksimum 1 (bir) həftənin qalibi imkanına sahibdir.
1.3. Eyni istifadəçi bir ay ərzində qaydalarda qeyd edilən göstəricidən artıq sayda (2, 3, 4-cü dəfə birinci olma) qalib olarsa – onun birinciliyi ləğv edilir və qalib olaraq ikinci yerin sahibi müəyyən olunur. İkinci yerin sahibi qalib olduğu halda qalibə əvvəlcədən ayrılmış məbləğin 50%-i təqdim olunur.
1.4. Yazılar üzrə ayın qalibi olaraq, ay ərzində ən çox baxış sayı toplamış istifadəçinin, müəllifin xəbəri qəbul olunur.
1.5. Yazılar üzrə ayın qalibi olmuş istifadəçi 25 AZN qazanmış olur.
2. Şərh sistemi
2.1. Şərhlər sistemində günün qalibi 4 AZN qazanmış olur.
2.2. Şərhlər sistemində hər bir istifadəçi həftə ərzində maksimum 2 (iki) dəfə qalib olma imkanına sahibdir.
2.3. Eyni istifadəçi həftə ərzində qaydalarda qeyd edilən göstəricidən artıq sayda (3, 4, 5, 6, 7-ci dəfə birinci olma) qalib olarsa – onun birinciliyi ləğv edilir və qalib olaraq ikinci yerin sahibi müəyyən olunur. İkinci yerin sahibi qalib olduğu halda qalibə əvvəlcədən ayrılmış məbləğin 50%-i təqdim olunur.
2.4. Şərhlər üzrə ayın qalibi olaraq ay ərzində ən çox şərh yazmış istifadəçi qəbul olunur.
2.5. Şərhlər üzrə ayın qalibi olmuş istifadəçi 20 AZN qazanmış olur.
3. Göstəricilərə süni müdaxilə, digər
3.1. Süni şəkildə öz göstəricisini artırmaq üçün qadağan olunmuş formalarda ("flood") şərhlər yazan istifadəçilər ilk xəbərdarlıqdan sonra “eyni tərzdə” davam edildiyi halda istifadəçinin hesabı nəzarətçilər tərəfindən qeydə alınaraq qara siyahıya əlavə edilir. Qara siyahıya əlavə edilmiş istifadəçilər Reytinq cədvəlindən bütün zamanlar üçün uzaqlaşdırılmış hesab edilirlər!
3.2. Süni şəkildə öz göstəricisini artırmaq üçün qadağan olunmuş formalarda xəbərlərə ("flood") baxış sayı toplamaq istəyən istifadəçilər ilk xəbərdarlıqdan sonra “eyni tərzdə” davam edildiyi halda istifadəçinin hesabı nəzarətçilər tərəfindən qeydə alınaraq qara siyahıya əlavə edilir. Qara siyahıya əlavə edilmiş istifadəçilər Reytinq cədvəlindən bütün zamanlar üçün uzaqlaşdırılmış hesab edilirlər!
3.3. Bütün qeyd edilən mükafatlar Azərbaycan Respublikası ərazisində ediləcək ödənişlər üçün keçərlidir. Ölkə xaricində yaşayan, qalib olmuş şəxslər öz mükafatlarını Azərbaycan Respublikası ərazisində yaşayan başqa bir şəxsə hədiyyə edə bilərlər!
3.4. Ödənişlər hər təqvim ayı ərzində bir dəfə edilir. Qaliblər mükafatlarını hər təqvim ayının 15-25 tarixləri ərzində alma imkanına sahibdirlər. Sonrakı müddətdə müraciətlərə baxılmır!
Hər birinizə uğurlar arzulayırıq!
XƏBƏR LENTİ
Sərnişinlərə şad xəbər
Yaşı 25-dən yuxarı olan xanımların problemləri
Prezident İlham Əliyev hərbi qulluqçulara ali hərbi rütbə verdi
Dolmabalıq (foto resept)
Boyası qaçmış saç diblərini necə gizləməli?
Şokolad xülyası (foto resept)
Bakı 4-cü yerdədir
Günəş vannaları dəri xəstəlikləri yarada bilər
30 gün ərzində necə gözəlləşmək olar?
Əli Əsədov Vətən müharibəsi ilə bağlı sərəncamlar verdi
Müslüm Maqomayev haqqında serial
Aslı Enverin paylaşımı HEYRƏTLƏNDİRDİ - FOTO
Leyla Əliyeva Heydər Əliyev Mərkəzində "Klassik avtomobil sərgisi"nin açılış mərasimində
Bir ilə 60 kiloqram arıqlayıb ideal bədən quruluşuna yiyələndi - FOTO
2019-un trend saç rəngləri
"Braziliyaya dünya çempionu olmaq üçün gəlmişik"
Qızlar üçün: "Onu evlənməyə necə razı salaq?"
"Xanım kaprizi" tortu (foto resept)
Təhsil Nazirliyindən “Bayraq yürüşü”
Günün qoroskopu: Qətiyyətli, əzmli olun
Müasir gəlinlər üçün fərqli nişan üzükləri
Dəri pencək alarkən bunlara diqqət edin!
85 yaşlı kişi əkiz atası oldu
HAVA necə olacaq?
Pilates haqqında doğru bildiyimiz yanlışlar
Enerjili qadınların sirri nədir?
Fərqli çarpayı modelləri
Mütləq izləməli olduğunuz moda filmləri
Sürücülər üçün məsləhət: maşını qışa hazırlayırıq
"WhatsApp"da YENİLİK!
Aleyna Tilkinin sevgilisi açıqlama verdi-FOTO
Çox dəyərli araşdırmalar
Gənc qızlar üçün gündəlik geyimlər
Sentyabr ayının qalibləri!
İmmuniteti gücləndirmək üçün bu salatı yeyin.
Ayrılıq xəbəri yalan çıxdı
Bu avtobusun hərəkət sxemi dəyişdirildi
43 dinozavr yumurtası tapıldı
HAVA necə olacaq?
Bu dəfə üzsüz adamı bağrına basdı
YouTube-dan SÜRPRİZ!
Beyni necə sakitləşdirmək olar?
"Türkiyənin Jennifer Lopezi" -dən FOTOsessiya
BÜRCLƏR bizə nə vəd edir?-30 noyabr
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
29 şəhər və rayonda monitorinq imtahanı keçiriləcək
Məşhur müğənninin cəsədi tapıldı
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 161 yeni yoluxma
İsti havaların hamilə qadınlara təsiri
Qara noqtələrə son
- ŞƏRHLƏR