Bakıda hava +21°
USD 0.7842 AZN
EUR 1.0506 AZN
02:07Nigar Eziz qadin netliler cumemiz mubarek olsun nece bele 01:59Lavinya Sentyabri ne tez getirdiz ama tez gelsin payiz ayidi 01:56Lavinya NAMAZ Teqviminde Sentyabr yazib qadin.net Avqust ayindayiq 01:14๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑ Qadinnet,turkler demis iyi geceler,tatli ruyalar! 00:44Minira Aslanzade Salam Qadin.netlilerim Cumaniz mubarek olsun 31 iyul 22:43Terane Allahverdiyeva Saytin wexsi heyetine salamlar.necesiz? 31 iyul 22:42zehra hasanova salam necesiz? 31 iyul 22:42Terane Allahverdiyeva Allahin selami olsun size. 31 iyul 21:40Fatma xanım Nilufer xos gunun olsun canim 31 iyul 21:38Ask Denizi:) Super sarkidirrrrrrrrr
26350

Quşları yaxından tanıyaq

Qaranquş

 

Yaşadığı yer: Qütblər xaric olmaqla dünyanın hər yeri.

Xüsusiyyətləri: 10-23 sm boyunda, “çəngəl” quyruqlu, geniş və uzun iti qanadlı, köçəri quşlar. Bir çoxları insanların evlərində yerləşir, başqaları yuvalarını ağaclarda qurur. Binaların dam altlarında və pəncərə oyuqlarında palçıq və gildən çanaq şəklində möhkəm yuvalar düzəldərlər. Dişi qaranquş erkəyinin tüpürcəyindən istifadə edərək ağzında palçığı toplayır, saman və otlarla 8 gün içində bir yuva qururlar. Geniş və yastı dimdiklərindən palçıqları sulamaq üçün mala kimi istifadə edirlər. Yuvalarının çoxusu ancaq bir qaranquşun girə biləcəyi qədər olur. Eni təxminən 20 sm, dərinliyi 10 sm-ə qədər olup içi tük və saçlarla döşənir. Bir yuvadan bəzən illərlə istifadə edirlər. Yuvalarını qruplar halında mağara, qayalıq və ağaclarda quran qaranquş növləri də var. 

Növləri: 100-ə qədər növü var. Ağac qaranquşu, qum qaranquşu, qaya qaranquşu, qır qaranquşu, yar qaranquşu ən çox tanınan növləridir.

Qaranquşlar adətən ağcaqanad "ovlayan" kiçik quşlardır, 79 növü tanınır, digərləri haqa məlumat yoxdur. Çoxusunun qarnı ağ, başı, quyruğu və qanadları qara, alın və boynu qəhvəyi rəngdədir, parlaq tükləri var. Qısa ayaqlarının dırnaqları iti olduğu üçün düz, yastı yerlərdə yaxşı dayanırlar. Əti yeyilmir. Üçkünc şəklində olan dimdikləri geniş açılaraq ağcaqanad və digər böcəkləri ovlayırlar. Çoxusu sürü halında yaşayır. Pis havalarda uçmayan böcək və hörümçəklərlə qidalanırlar. Qaranquşların alçaqdan uçması havanın pis olacağından xəbər verir. 

Yayın sonunda günlər qısalıb böcəklər azalanda bala və böyük qaranquşlar köç edərək qışı Afrikada keçirirlər. Yazda geri dönürlər. Digər köçəri quşlardan fərqli olaraq gündüz vaxtı köçürlər. Köçərkən bəzən şiddətli yağış və fırtınalar minlərlə qaranquşların ölməsinə səbəb olur. recourse 

Dişi qaranquşlar qəhvəyi rəngdə 4-5 yumurta yumurtalayır. Balalar ana-atasının ağzında gətirdikləri qida ilə böyüyürlər. Iki həftə içində yuvanı tərk edirlər. Qaranquşlar ildə 2-3 dəfə kürt yatır.

Köçub gəldikdən sonra qaranquş öz köhnə yuvasında bir sərçə görsə, onu çıxarıb qovmaya çalışır. Sərçəni çıxara bilməsə, yoldaşlarını çağırar, hamısı birdən yuvanı palçıqla dolduraraq sərçəni orda məhv edirlər. cray

Qaranquşlar şən olmaqdan əlavə, doğrudan da cəsurdurlar. Ətrafını diqqətlə gözdən keçirir, dostlarını, düşmənlərini öyrənir və ancaq layiq olana etimad edərlər. Bütün qaranquşlar böcək ovçusudur. Daim havada ovlayırlar, divarların üzərində olan böcəkləri uçarkən tuturlar, ovlarını parçalamadan udurlar.

Qaranquş cinsləri:

Quşları yaxından tanıyaq

Qum qaranquşu

Ev  qaranquşu
Bənövşəyi qaranquş
Qır qaranquşu
Quşları yaxından tanıyaq
Ağac qaranquşu 
Qaya qaranquşu 

 

Sərçə

 

Erkək sərçənin üst tərəfi xətli qəhvəyi rəngli, alt tərəfi bozdur. Dişi sərçə isə solğun sarı və qəhvəyi rəngdədir. Uzunluğu 14 sm-dir. Erkək sərçəyə yaxından baxanda canlı rəngləri ilə diqqət çəkir. Bağçalar, parklar və tarlaların çox məşhur, səs-küylü quşudur. Sərçənin vətəni Avrasiya və Şimali  Afrikadır, Cənubi Amerikadan başqa dünyanın hər yerində var.

Ən çox yayılan növü ev sərçəsidir. Köçəri deyillər. İnsanlara yaxın ərazidə və tarlalarda yaşayırlar.

Digər növləri: Qar sərçəsi, qaya sərçəsi, İtaliya sərçəsi (melez), meşə sərçəsi, söyüd sərçəsi, çöl sərçəsi

Bu quş soxulcan, tırtıl, böcək, dənlə qidalanır. Taxıl dənələrini və tumurcuqları yediyi üçün ziyanlı quşlar arasına daxil olub. 

Saçaq altlarında, divar çıxıntıları, oyuqlar, ağac və kollarda çör-çöpdən düzəltdikləri, olduqca diqqətdən kənar yuvalarını tük və yunla “döşəyir”, bu yuvaya 3-8 yumurta qoyurlar. 11-12 gün kürt yatırlar. Erkək və dişi kürt sərçələr balalar böyüyənədək ailədən uzaqlaşmazlar. Balalar yumurtadan çıxandan 2 həftə sonra yuvanı tərk edirlər. Ata-ana sərçələr yay ərzində 3-4 dəfə bala çıxarır. 

İndi də sizə bəzi sərçə cinslərinin şəkillərini təqdim edirəm, adları tərcümə olunmur.

Atticora 

Carpospiza
Delichon 
Montifringilla
Progne
Quşları yaxından tanıyaq
Petronia 
Passer
Neochelidon 
 Haplochelidon

 

Göyərçin

Latıncadan Aves olaraq adlandırılan göyərçinlər onurğalılar qrupunda, məməlilər arasındadır. Orta böyüklükdə, kiçik başlı, qısa boyunlu və qısa ayaqlı quşlardır. Dimdiyi qısa və zəif, ucu bir qədər aşağıya doğrudur. Meyvə, dən və ya çəyirdəkli toxumla qidalanır.

Haqqında:

Ağaclarda və qayalıq yerlərdə yaşayırlar. Qütblər xaric olmaqla dünyanın hər tərəfində göyərçinləri görmək olar. Xarakterik özəlliyi ondan ibarətdir ki, uçmağa yararlı qanadları var, bədənləri tüklə örtülüdür, yumurta ilə çoxalırlar və istiqanlıdır. Olduqca sürətli uçurlar. Göyərçinlər sabit istiliyə malikdirlər. Bədən temperaturu 38-40 dərəcə arasında dəyişir.

Çox göyərçin növlərinin sümüklərinin içi boş olduğu üçün kövrək skeletə malikdirlər. Bədənin bəzi yerləri tüksüzdür-dimdik, barmaq. Bəzi göyərçin növlərində barmaqlar dırnaqlara qədər  tüklü olur.

Göyərçinlər yatarkən bəzən bir ayağını gövdələrinə tərəf çəkib yatırlar. Bunun səbəbi nədir? Səbəbi odur ki, onlar bədənlərindəki isitilik azalmasın. Quşların ayağında tük olmadığı üçün bu açıq nahiyələrdən istiliyin azalması mümkündür.  

Dişiləri əsasən bir cüt yumurta yumurtlayıb kürt yatır. Çox  nadir hallarda üç yumurtaya və ya tək yumurtaya kürt yatıldığı müşahidə edilib. Balalar 24-25 gündən sonra tək başlarına yem yeməyə başlayırlar.

Göyərçin saxlayırsınızsa, onların hər zaman təmiz suyu olmalıdır, özü də kifayət qədər, xüsusilə də bala çıxaran vaxt onların suya olan tələbatı artır.

Bəzi göyərçin cinsləri:

Ağ göyərçin

Mavi  göyərçin

Qırmızı  göyərçin

Trakya göyərçini
Quşları yaxından tanıyaq
Sarı  göyərçin
İstirahət edən  göyərçin lol
Quşları yaxından tanıyaq

 

Qağayı

 Qağayılar böyük quşlardır, əsasən boz və ya ağ rəngdə olurlar, çoxusunun başında qara xallar da olur. 

Haqqında: Cəsurdurlar, üzün dimdiyi var. Iri gövdəli quşlardır. Qağayılar rahat və sürətli uçur. Boyları 25-80 sm-dir. Suyun üzərinə qonur, az üzür və suya baş vurmur. Qidaların əsas hissəsini molyusklar, xərçənglər və kiçik balıqlar təşkil edir. Doymaq bilməyən quşlardır. Iri qağayılar quş yumurtalarını və balalarını da yeyir. Dənizə atılan plastik qablar da qağayılar üçün ölümcül ola bilir. Ölü tapılan qağayıların mədəsində plastik qab hissələrinin olduğu aşkarlanmışdır. Bir neçə növünü çıxmaq şərtiylə dənizdən uzaq yaşamırlar. Qağayılar toplu halda əsasən bataqlıqlarda və su kənarlarında yuva qururlar. 

Böyük qağayıların balaları 4 ilə bir quş olarkən kiçik növlərdə bu 2 ilə qədərdir. Bundan başqa maraqlıdır ki ağızları vasitəsilə qağayılarda cütləşmə olur.

Növləri:

Qağayıların bir çox növü vardır; böyük və ya gümüş qağayı, (Larus argentatus); kiçik qağayı (L.canus) ; qarabaşlı qağayı ( L.ridibundus); cücə v (L. minutus); qara qağayı (L. fuscus) və s.

Qağayıların tükü ağ, açıq kül rəngi və qara rəngdə olur. 

Qağayılar bütün işlərini birlikdə edirlər. Bir yerdə ov edir, istirahət edir, leş axtarır və dalaşırlar. Çoxusu birlikdə yuva qurmağa üstünlük verir. Bir neçəsi alçaq ağaclarda yuva qurar, dəniz yosunu və ətrafdakı digər bitkilərdən böyük yuva düzəldərlər. Dişi qağayı qəhvəyi rəngdə 2-3 yumurta qoyur. Erkəklə dişi quşlar kürt oturur. Həm erkək, həm də dişilər balaları qidalandırır. Yumurtadan çıxmış balalar 4-6 həftədən sonra uçmaya başlayırlar.

Qağayı cinsləri:

Qara ayaqlı qağayı 

Quşları yaxından tanıyaq
 Qaranquş quyruqlu  qağayı 
Quşları yaxından tanıyaq

Qara quyruqlu  qağayı

Quşları yaxından tanıyaq

Qara belli qağayı

Quşları yaxından tanıyaq

Və sonda bu videoya da baxın, doyunca gülün. Qarğa itlə top-top oynayır biggrin

 

Səslərin sayı: 22
158
3469
Şərhlər
Offline
lovable_madam
lovable_madam,tewekkurle

Buyur, xoşdur. give_ros

Ay bunlar coxz sirin ve gozeldi sevirem quslari cox sagol madamciksari goyercin cox maraqliydi

Hə, mən də ilk dəfə idi ki sarı göyərçini gördüm şəkildən də olsa
crazy
22 may 2013 16:58
Offline
xeyale bedelova
ag goyrecin xosuma geldi amma cox teessuf ki menlik deyiller axi men el vura bilmirem quslara allerqiyam var ancaq uzaqdan baxa bilerem toxunmaq menlik deyil sag olun xebere gore give_ros
22 may 2013 16:57
Offline
lovable_madam
bala idi uça bilmirdim tutub sağladım sonra fikirləşdim acından ölər dedim buraxım amma uça bilmədi dedim bu burda qalsa pişik gelib yeyəcək qoy onu göyə atım uçub getsin ya da gedib hardasa ötursun yazıq getdi divara deydin sonra da yerə çox pis deydi yazıq 15-20 dəqiqədən sonra öldü..dünən axşama kimi fikirləşirdim ki, burda mən günah iş gördüm?

Can bacı, eybi yox, üzülmə, səm pis niyyətdə olmamısan, kömək etmək istəmişdin, dua et ALLAHA O bağışlayandır, Rəhm edəndir
22 may 2013 16:56
Offline
Smurfeta
Can bacı, sən təsəvvür elə ki təbiət qoynundasan də elə bir ömür boyu

aha hiss edirem ele biggrin serceler tebietinde cool Dunende balaca yeni ucmagi oyrenen serce dushub balkonumuza ozunu o qeder ora bura vurdu qoymadida komek edib,axiri usub getdi girl_ten

Nə bilim ay bacı, elə mən də çox baxdım, deidm göyərçindir, həm də videonun adında da qağayıl yox idi axı

Qushun ozune yaxshi fikir vermemissen yeqin.canin sag olsun smile
22 may 2013 16:54
Offline
lovable_madam
lovable_madam,NE GOZEL QUWLARDI AY MADAM BULAR ELA HEMIWEKI KIMIBIR DEFEDE LEMAN HAQQINDA XEBER HAZIRLAYARSAN

gözəl günün olsun, onu sən pözün hazırlayarsan day biggrin
22 may 2013 16:52
Offline
Ayka S
Ay bunlar coxz sirin ve gozeldi sevirem quslari cox sagol madamcik

sari goyercin cox maraqliydi girl_cray
22 may 2013 16:52
Offline
Asi
lovable_madam,
tewekkurler give_hea
22 may 2013 16:50
imza: Namaz Qılanlar 2 yerə Bölünür:
Allaha məhəbbətdən və cəhənnəm qorxusundan qılanlar..
Çalışın 1cidən olun. Allah sevənlərini görmək istəyir..Onun kimsəyə ehtiyacı yoxdur O ehtiyacsızdır...
Offline
Məryəm.
Üzüldüm bu xəbərə...

bala idi uça bilmirdim tutub sağladım sonra fikirləşdim acından ölər dedim buraxım amma uça bilmədi dedim bu burda qalsa pişik gelib yeyəcək qoy onu göyə atım uçub getsin ya da gedib hardasa ötursun yazıq getdi divara deydin sonra da yerə çox pis deydi yazıq 15-20 dəqiqədən sonra öldü..dünən axşama kimi fikirləşirdim ki, burda mən günah iş gördüm?
22 may 2013 16:50
Offline
lovable_madam
Quşum 1,5 aydır bizimlədi. Hələ danışmır ama danışan cinsdir. Adı RAY (cənnət). Oğlumun adı Muraddı 2 yaşı var ama ağlıyır ki, quşa ray yox Murad deyin

Day uşaq elə deyirsə siz də edin də. biggrin bacımgil də danışan cins aldı amma danışmadı ee dash

Xeber ela hazirlanib, yani butun detallari ile... ellerine sagliq canim.

Əla günün olsun, çox sağ ol love

Burada sercelerin sesinden yatmaq olmure tezdenden bashlayirlar dayanmaqlarida yoxdu hec bir deqiqe

Can bacı, sən təsəvvür elə ki təbiət qoynundasan də elə bir ömür boyu biggrin

Sosiskani yeyen goyercin deyil axi qagayidi...fakticiski goyercin sosiskani bele yeyede bilmez,ozu ele sosiskadan bir az boyukdude

Nə bilim ay bacı, elə mən də çox baxdım, deidm göyərçindir, həm də videonun adında da qağayıl yox idi axı crazy
22 may 2013 16:50
Offline
Nigar
lovable_madam,
NE GOZEL QUWLARDI AY MADAM BULAR ELA HEMIWEKI KIMI

22 may 2013 16:47
imza: Allahın cümləmizə yar olsun amin
Offline
lovable_madam
Çox sağ ol Madamım.Bu xəbərin lap maraqlı oldu mənim üçün.ALLAH köməyin olsun.ALLAHIN yaratdıqları belə gözəl varlıqlarla bizi məlumatlandırırsan.Bəlkə də 1 aydır 2 qaranquş gəlib qapımızın üstündəki qaz turbasında gecələyirlər.Gör yuvalarına görə sərçənin başına nə oyun gətirirlər eee.Qağayı deyəndə ilk öncə yadıma Dənizkənarı Park düşür.Dənizin üzərindən səs sala-sala uçurlar.Eyvanımızda da bir gün görürəm ki göyərçinlər yuva qururlar.Ağızlarında qurumuş budaqları gətirib elə gözəl yuva qurdular ki.Sonra 2 bala böyüdüb uçub getdilər.Amma o qədər ağlamışdım ki onların arxasınca.

Sən də sağ ol, gözəlim, love hə quşlar əbədi məskən salmır, kənddə qızılgük kolunun düz ortasında yuvası va idi, məncə qaratoyuq idi, sonra baxdım day yox oldular ordan.

Nə qədər quş var burda səhifəni axıra çıxa bilmirəm ki, şərh yazım.

31 şəkil, 5 videonu demirsən hələ. biggrin

lovable_madam,ele ona gore saxlamagi xowlamram/ oda hediye idi /

Araşdırdım indi, tutuquşular növlərindən asılı olaraq 10-70 il yaşaya bilirlər. request
22 may 2013 16:45
Offline
SEVIL
Quşum 1,5 aydır bizimlədi. Hələ danışmır ama danışan cinsdir. Adı RAY (cənnət). Oğlumun adı Muraddı 2 yaşı var ama ağlıyır ki, quşa ray yox Murad deyin biggrin lovable_madam,
22 may 2013 16:39
Offline
Dəniz84
Deyirəm də madamın Elza seyidcahanla qohumluğu var deyəsən.
Nə qədər quş var burda səhifəni axıra çıxa bilmirəm ki, şərh yazım.
give_ros
22 may 2013 16:36
imza: Hər kəsin möcüzə haqqında öz anlayışı var. Lakin bir möcüzə sizi ana və ata deyə çağıra bilər!
Xəbər hazırlama qaydaları


http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Smurfeta
Xeber ela hazirlanib, yani butun detallari ile... give_ros ellerine sagliq canim.
Burada sercelerin sesinden yatmaq olmure tezdenden bashlayirlar dayanmaqlarida yoxdu hec bir deqiqe girl_cray
Evimizde olanda ag goyercin saxlamisham,cox shirin idi hec yanada ushub getmirdi.
Sosiskani yeyen goyercin deyil axi qagayidi...fakticiski goyercin sosiskani bele yeyede bilmez,ozu ele sosiskadan bir az boyukdude biggrin
qagayilarin reqsi cox gozeldi yahoo
22 may 2013 16:35
Offline
Asi
lovable_madam,
ele ona gore saxlamagi xowlamram/ oda hediye idi /
22 may 2013 16:34
imza: Namaz Qılanlar 2 yerə Bölünür:
Allaha məhəbbətdən və cəhənnəm qorxusundan qılanlar..
Çalışın 1cidən olun. Allah sevənlərini görmək istəyir..Onun kimsəyə ehtiyacı yoxdur O ehtiyacsızdır...
Offline
lovable_madam
dünən bir sərçə balası öldü yazıq.. Videolar gülməli idi canım çox sağ ol

Üzüldüm bu xəbərə... Bəyəndiyinə sevindim. love

toyuq-cücəni 10 metlik setkaya salırıq axşamda hinləri var orda yatırlar , qaynım ilana görə kirpi almışdı onlarıda yedilər bircə tısbağaya gücləri çatmır , hətta pişik balalaıdı tapıb onlarıda yeyiblər

Kirpini də tikanları ilə birgə yeyə biliblərsə day mənim sözüm yoxdur o itə. dash
22 may 2013 16:34
Offline
J e a l o u s y
Mənə də Madam deyərlər, ola bilməz ki xəbərimi sevməyən olsun, bir-iki cümləsi ya şəkli də olsa bəyənilməlidir

Elbetde ki...Bravooo,alqis Madamima girl_ten good
22 may 2013 16:34
imza: "Əgər qadın beş vaxt namaz qılar, Ramazan ayını oruc tutar, ayıb yerlərini qoruyar və Allaha asilik olmayan işlərdə ərinə itaət edərsə Cənnətin istənilən qapısından daxil olar"
Muhəmməd Peyğəmbər (s.a.v.)
Offline
Ruhəngiz
Çox sağ ol Madamım.Bu xəbərin lap maraqlı oldu mənim üçün.ALLAH köməyin olsun.ALLAHIN yaratdıqları belə gözəl varlıqlarla bizi məlumatlandırırsan.Bəlkə də 1 aydır 2 qaranquş gəlib qapımızın üstündəki qaz turbasında gecələyirlər.Gör yuvalarına görə sərçənin başına nə oyun gətirirlər eee.Qağayı deyəndə ilk öncə yadıma Dənizkənarı Park düşür.Dənizin üzərindən səs sala-sala uçurlar.Eyvanımızda da bir gün görürəm ki göyərçinlər yuva qururlar.Ağızlarında qurumuş budaqları gətirib elə gözəl yuva qurdular ki.Sonra 2 bala böyüdüb uçub getdilər.Amma o qədər ağlamışdım ki onların arxasınca.
22 may 2013 16:32
imza: Qulun dili doğru olmadıqca ürəyi doğru olmaz.Ürəyi doğru olmadıqca da imanı doğru olmaz.
Offline
lovable_madam
He vallah,ha baxdimquslara axir ki birini beyendim

Mənə də Madam deyərlər, ola bilməz ki xəbərimi sevməyən olsun, bir-iki cümləsi ya şəkli də olsa bəyənilməlidir crazy

lovable_madam,cox maraqli xeberdir/ ama mene nece il yasayr maraqlird/ 5 ilden coxdurki quwu ucurtmuwam helede qaytmayb/ tutuquwu novu idi ama danwmirdi/ yazgim geldi ucrtdum/ 2 defe serce saxlamwam onuda ucurtmuwam.

Bəyə uçurtduöun quş nə vaxtsa qayıdır ki? Öyrənərəm görüm neçə il yaşayır tutuquşu
22 may 2013 16:29
Offline
Məryəm.
dünən bir sərçə balası öldü yazıq.. cray Videolar gülməli idi canım çox sağ ol
22 may 2013 16:29
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Yazarlar
Qadin.TV
Son yazılar
Maraqlıdır!
Son şərhlər
Ən çox oxunulanlar
Hansı TV kanalları izləyirsiniz?
Azərbaycan
Türkiyə
Rusiya
Müxtəlif
İzləməyə vaxt yoxdur!
Televizoru satmışıq ))