Amma bir gün... Həmin gün ki...
Oğlanın anası toya hazırlaşır və ən sanballı qızılların taxıb, geyinib bəzənir və evdən cıxır. Ana evdən cixandan 2-3 dəqiqə sonra oğlan dəliyə dönmüş halda evə gəlir. Anasını axtarır kı, pul alsın, anasını tapa bilməyən oğlan Vüsalənin üstünə hucum çəkib deyir ki, tez ol mənə pul ver. Vüsalə yalvarır ki, "qurban olum bilirsən ki, məndə pul yoxdu nolar döymə məni. Artıq balamızı hiss edirəm qarnımda, nolar məni döyüb ona xələl vermə." Yoldaşı bu sözləri heç vecinə almadan Vüsaləni döyməyə başlayır. Elə bu vaxt evin çöl qapısı açılır, oğlanın anası nəyinisə evdə unutduğu üçün evə geri dönür. Anasını görən oğlan Vüsaləni buraxıb, anasının otağına keçib ondan pul istəyir. Vüsalə də tez otağının qapısını bağlayıb ancaq dua edirki anasi təki oğluna pul versin ki o da çıxsın getsin evdən. Vüsalə çox yaxşı bilirki əgər anası pul verməsə yenə geri dönüb Vüsaləni döyəcəkdi. Amma Vüsalə oğlanın anası ilə mübahisəsindən elə başa düşürki yəqin anası oğluna pul vermir, ona görə otağında özünə gizlənməyə yer axtarır. Əvvələr onun ən çox gizləndiyi yer yatağın altı olurdu, indi də istəyir ki özünü ora salsın, amma qarnı böyüdüyündən yatağın altına girə bilmir. Çox çətinliklə divarla şkaf arasında yer edib özünü məcbur ora salır ki, bəlkə balasını qurtara bildi. Vüsalə balasını qorumaq üçün yer axtaran zaman ananın otağında nələr baş verir heç xəbəri də olmur...
İndi isə ananın otağında nələr baş verir ondan yazım. Oğlan anasının dalınca onun otağına keçıb ondan pul istəyir, anası bir miqdar versə də o razılaşmır lap çox pul istəyir. Anası isə bundan başqa pulu olmadığını deyəndə oğlanın gözü anasının boynundakı qızıllara sataşır (anası oğlunun həm də oğru olduğunu bildiyindən öz qızıllarını həmişə gizlədirmiş). Oğlan birinci özü anasının boynundan sepi çıxarmaq istəyir, anası qoymur ki vermərəm bu sepim çox bahalıdır. Oğlan anasını qızılların vermədiyini görüb onun boynundan yapışır. Anası əllərinin arasında çabalasada onun boğazını buraxmır. Öz anasını əlləri ilə boğub öldürür. Elədiyi əməldən peşman olmaq əvəzinə anasının üstündəki bütün qızılları çıxardır. Hətta anasının ağzındaki qızıl dişləri belə sökür. Bəli vəhşiyin bu dərərcəsi görünməyib, eşidilməyib də, ölü qadının ağzını açıb dişlərii zorla çıxartmaq...
Bütün bu olanlardan Vüsalənin xəbəri olmur. Onun məhkəmədə verdiyi ifadədə də deyir ki, mən eşidirdim ki, anası ilə dalaşır-mübahisə edir, fikirləşirdim ki, yəqin anası pul vermir deyə səsləri gəlir, mən də onda öz halımı fikirləşirdim ki, özümə gizlənməyə yer tapım... O heç vaxt anasını vurmamışdı, mən hardan biləydimki o öz doğma anasını öldürəcək?...
Həmən günü Vüsalə ana ilə oğlanın səsinin kəsildiyini görüb elə fikirləşir ki, yəqin anası oğluna pul verdi deyə sakitlik çökdü, amma gizləndiyi yerdən uzun müddət çıxmır ki, qoy çöl qapının səsi gəlsin, yəni oğlanın çıxıb getdiyinə əmin olsun. Amma səssizlik çökəndən 15-20 dəqiqə keçməsinə baxmayaraq bayır qapısınında səsi gəlmir... Bundan sonra Vüsalə şkafın dalından çıxıb qaynanasının otağına doğru gedir. Gördüyü mənzərə qarşısında şok olur... Yoldaşı anasını öldürüb, hətta dişlərini belə çıxarmışdı...
Ondan sən neyləmisən soruşanda???
- Öldürdüm q....ni, mənə pul vermirdi... İndi gələ apar özünlə goruna bu pulları...
Vüsalə tez arvadın sinəsinə qulağın qoyub deyir ki, bəlkə ölməyib və oğlana yalvarır ki, gəl təcili yardıma zəng edək. Oğlan Vüsaləni boğazından tutub divara dirəyərərk deyir. "Sən bilirsən ki ,sənidə heç gözümü qırpmadan öldürərəm. Bu haqda bir kəsə desən onsuz da belə bilirsən ki ,mənim əmilərim, qohumlarım məni tutulmağa qoymaz, heç polis belə cəsarət edib qapımıza gələ bilməz . Məni satsan nəinki səni hətta gedib sənin bacılarını və atanında qanına qəltan edərəm, bilirsən ki edərəm və mənə heç kim heç nə edə bilməz." Vüsalə təbiiki bilirdi ki, əri hər nə desən edə bilər, öz doğma anasına qıyan üstəlik meyidin ağzından qızıl dişlərini sökən insandan hər nə desən gözləmək olar. Ona görə öz canına görə, bətnindəki körpəyə görə, sevdiklərinə görə qorxur və Vüsalə çarəsizlikdən susmağa qərar verir...
Vüsalənin gecə saat 3 -ə qədər meyidin başında ağlamaqdan başqa əlindən bir şey gəlmir. Oğlan anasının meyidini gecəyarı xalçaya bükəndən sonra Vüsaləni məcbur edir ki, meyidi binanın zirzəmisinə aparmaqda ona kömək etsin. Vüsalə bunu istəməsə də ərindən o qədər qorxur ki... Əvvəlki kimi əmrə boyun əymək məcburiyyətində olur. O əri ilə birlikdə meyidi zirzəmiyə aparır və daha sonra onu orda basdırırlar. Əlbəttə ki, onun vəziyyətində olan istənilən qadın onun elədiyini edərdi... bəli onun yeganə günahı ərinin qorxusundan onun əmirlərini yerinə yetirmək olur. O oğlanla meyidi zirzəmiyə aparandan sonra evə gəlib oğlanın əmri ilə bütün əl izlərini silir. Oğlan da səhərə yaxın anasını bükdüyü xalçanı və ondan götürdüyü qızılların izin itirmək üçün evdən çıxarııb aparır. Səhərə kimi kefində -damaqda olduğu müddətdə Vüsalə nə edəcəyini bilmir, əlbətdəki qorxusundan heç kimə heç nə deyə də bilmir. Həm özü həm bacıları və ailəsini əsasda bətnindəki körpə üçün qorxur. O dəqiq bilir ki, ərini onsuzda heç kim tutub məslusiyyətə cəlb etməyəcək. Axı onun bu vaxta kimi çox əməlləri olub amma heç kimin cəsarəti çatıb məsuliyyətə cəlb etməyib. Ona görədə susur! Susur...
Ardı var...
P.S. Məncə Vüsalənin etdiyini çox qadın çarəsizlikdən edərdi, bəs sizcə başqa çixiş yolu var idimi?
XƏBƏR LENTİ
Reyhanlı ayran (foto-resept)
Qarağat kokteyli (foto resept)
Şuşaya alternativ mənbədən içməli su çəkilir - RƏSMİ
Avropanı fəth edən Balakən sakini rayonu ayağa qaldırdı
Tarkandan qızına milyonluq hədiyyə
O Ceki Çanın filminə çəkildiyi üçün işdən qovuldu
Qış mövsümündə saça qulluq
Gülben Ergen 1 aya 5 kq arıqladı-FOTO
Maqnitli manikür
Bakıda ildə 78 gün hava yağıntılı olur
Ən böyük şəbəkə Çində olacaq
Bonibonlu bisküvit (foto resept)
Region televiziyalarında "Bizim Yeni il"
Seren Serengil yenidən ərə gedir
Tuba 38 yaşını belə qeyd etdi
Bakıda çörək daşınmasında qadağa olacaq?
Zlatan İbrahimoviç Bakıya gəlir
"Arıqlamaq üçün eşq acısı çəkin"
Cərrahların pasiyentlərin qarnında unutduqları
Elektron siqaretlərdə virus tapıldı
Buz qayalarına belə dırmandılar
"Hər bir kəs ləyaqət, ədəb-ərkan, vətənpərvərlik hissini özü ilə irəli aparmalıdır"
Qərb ölkələrini bürüyən qəribə yeni ənənə
Desert üçün salat (foto resept)
Marsda həyat olduğu üzə çıxdı
"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Minsk Qrupu çərçivəsində mümkündür"
Yasin Quliyev ödənişsiz təhsil alacaq
Qarında qopan vəlvələ
Aktrisa ailə qurdu: "Vallah, ərə getdim" - FOTO
1 sözdən ibarət kitab
Çimərliklərin hansı halda açılacağı bilindi
Valideynlər övladlarına şəxsi nümunədirlər
Makaronun növləri və hazırlanması
Hipertoniya (təzyiq xəstəliyi)
Süni mayalandırma düşünənlər üçün düzgün qidalanma tövsiyələri
İctimai yerlərdə bu sayda toplaşmaq olar - YENİ QƏRAR
Müəllimlərin maaşından xəbər var!
Çağla Şikel məhkəməlik oldu_SƏBƏB
Qeyri-adi milyonçular
20 yaşlı tələbə deputat seçildi
Metropolitenin yeni rəisi kimdir?
Sahil daşlarından hazırlanmış əl işi
DİQQƏT! Bakıda bu marşrutun hərəkət sxemi dəyişdi
Pul elə yerdən çıxdı ki...
Dünyanın ən böyük pomidoru
Qubadlıya rayonun adı yazılmış yeni lövhə quraşdırıldı - VİDEO
Bir-birindən gözəl tortlar
Makiyajsız görüntülənən aktrisa qaçdı - FOTO
Azərbaycanda 10 il uşağı olmayan ailələrə müjdə
Həcc kvotası 600-dən 2000-ə qaldırılıb
- ŞƏRHLƏR