Çoxsaylı xanımlarımız atlar üçün şampunun saçlara faydası ilə maraqlandığı üçün mən də bu şampunlar haqqında araşdırma apardım. Bəzi qadınların dediyinə görə, atlar üçün şampunu istifadə etdikləri zaman, onların əvvəl zəif olan saçları güclənir, parlaqlaşır və daha qalın olur. Gəlin görək at üçün şampunun faydası nədir?
Beləliklə, at üçün şampunun müsbət cəhətləri:
- Saçların uzanmasını sürətləndirir.
- Saçları daha parlaq edir.
- Saçlar əvvəlkindən daha “sözəbaxan” olur.
- Saçlar sağlam görünüş qazanır.
- Saçlar gur və həcmli olur.
- Saçları uzun müddət təmiz saxlayır. Əgər əvvəl saçlarınızı hər gün yuyurdunuzsa, bu şampunu istifadə etdikdə buna ehtiyac qalmır.
- Saçlarınızı kəpəkdən xilas edir.
- Saçlarınızın ucu iki hissəyə bölünmür, yəni haçalanmır.
- Ən əsası tərkibi təbii komponentlərdən ibarət olduğu üçün dəridə allergiyaya səbəb olmur.
Bu şampun həm də rəngli saçlar üçün yaxşıdır ki, saçları gücləndirdiyinə görə saç tökülməsinə və qırılmasına imkan vermir.
Bəs at üçün şampunların çatışmayan cəhətləri varmı?
Bəzi xanımlar at üçün şampunu istifadə etdikdən sonra saç diblərinin qaşındığını, saç dərisinin yapışqan kimi olduğunu qeyd ediblər. Ancaq onlar şampundan istifadəni dayandırmayıblar, bir neçə həftədən sonra bu əlamətlər yox olub. İstifadə edənlərin fikrincə, bu şampunlar istifadədən iki həftə sonra öz təsirini göstərir. Saç dibinin qaşınması isə şampunun təsiri ilə yeni tüklərin çıxması ilə izah olunur.
Bəzi xanımlar söyləyirlər ki, istifadədən sonra saçlarında heç bir dəyişiklik hiss etməyiblər. Bu isə o deməkdir ki, onların saçları onsuz da sağlam və gözəldir. Bəzilərinin dediyinə görə isə at şampunun daimi istifadəsi tədricən saçda proteinin parçalanmasına səbəb olur.
Bu şampunlar qışda, saçlar zəiflədiyi zaman istifadə edildikdə daha faydalı olur. At üçün şampunun tərkibi də adi isdifadə etdiyimiz şampunun tərkibi ilə eynidir. Tərkibinə natrium sulfat, qliserin oleat, qlikol destearat, və s daxildir. Ancaq bu maddələr at şampunlarında miqdarca daha çoxdur və onları təşkil edən faydalı maddələr də daha yüksəkdir.
Bəs bu şampunları necə seçmək olar?
Əvvəlcə saçınızın strukturunu və problemlərini bilməlisiniz. Əgər saçlarınız kəpəkli və ya yağlıdırsa, saç itkisi varsa, arı yapışqanı, qətran qatışığı olan şampun seçin. Yox əgər saçlarınız qırılırsa, lanol və kollagen tərkiblisini seçin. Allergiyaya meyllisinizsə, qətran və keratin tərkibli at şampunu seçin.
Saçlarınızın uzanması üçün istifadə edəcəyiniz at şampununu düzgün istifadə etməlisiniz:
Bu ancaq yağlı və normal saçlar üçündür, quru saçlara məsləhət görülmür.
Daxildə heç bir ciddi xəstəliyiniz və dəridə probleminiz olmamalıdır.
Saçı yuduğunuz zaman mümkün qədər az miqdarda istifadə etməlisiniz.
Hər dəfə bu şampunla saçınızı yuduqdan sonra, keyfiyyətli balzam istifadə edin.
Yaxşı olardı ki, bununla birgə həftədə bir dəfə təbii komponent tərkibli, bərpaedici saç maskası istifadə edəsiniz.
Adət etmədiyiniz hava şəraitində, yəni yayda çox isti olduqda, xaricdə və cənubda olduqda bu şampunu işlətməyin.
Saçınızın vəziyyətinə fikir verin. Saçınızda narahatlıq, qaşınma, yanma hiss etdiyiniz an, bu şampundan istifadəni dayandırın və əvvəl istifadə etdiyiniz adi, saçınıza uyğun şampun işlədin.
Ardıcıl olaraq at şampunu işlətməyin. Bir flakon şampun istifadəsindən sonra 2-3 ay fasilə edin, sonra yenisini almağa qərar verin. Yaxşısı budur ki, saçınıza təsirinə fikir verəsiniz.
Yadda saxlayın ki, saçlara az intensiv təsir edən dayçalar üçün olan şampundur.
Saçdakı bəzi problemləri müşahidə etdikdən sonra deyə bilərik ki, bu at şampunlarını daimi istifadə etmək məsləhətli deyil. Çünki saçlar silikonla örtülür, ağırlaşır, bir müddət keçdikdən sonra qırılır. Nəticədə bu şampun səbəbiylə saç nazikləşir və kövrək olur.
XƏBƏR LENTİ
İntiharların 15 ümumi səbəbləri (2)
Sabahın HAVASI
Pakistanın birinci xanımı Milli Azərbaycan Tarixi Muzeyində olub
Can Yamanla Demet AYRILDI
Səmada uçan NAMƏLUM OBYEKT insanları vahimələndirdi - FOTO
Gürcüstandakı həmvətənlərimiz prezident seçkilərində səs verə biləcəklər
HAVA necə olacaq? 21 İyun
Ən çox sevdiyim hobbi
Azərbaycanda ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb
Bakıda yeni böyük ajiotaj
Hamilə olduğunu doğuşdan 4 saat əvvəl bildi - FOTO
Qəribə və nadir heyvanlar (4)
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Paytaxtda güclü külək olacaq
Bakıda yeni metro stansiyası
305 kq arıqladı və ...
Hande və Murad bir-birini sildi
Hamilə qadınlardan gözlənilməz hərəkət
Yas mərasimində qovurma bişirsək, yaxşı olar, yoxsa aş?
Gecə geyimləri
Günün ulduz falı - 08.10.2013
Şəkil çərçivəsi düzəldək
Havalar soyuyur, yağış yağacaq
Məşhurın FOTOsu müzakirəyə səbəb oldu
Payız dekorasiyası
Avqustda ilan sancmaları artıb
Şahzadə Beatrisin arzusu ürəyində qaldı-SƏBƏB
Günün Ramazan təqvimi (3 iyul)
Üz dərisinə qulluq
Qısa qol köynəklər
Bayram bazarlığı: Əliniz cibinizdə olsun!
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Günün ulduz falı
Murad Bozdan TOY AÇIQLAMASI-FOTO
Azərbaycanda sərt karantin günlərində kimlərin işləyəcəyi məlum oldu
Pensiyalar artacaq
Ağ dəriyə qovuşmaq artıq asandır
YAP-dan manat açıqlaması
Avtobuslarla bağlı yeni qadağa
Prezidentin köməkçisi erməni lobbisinin işğalçılığa “töhfələrini” ifşa etdi
"Şirin fantaziya" tortu (foto-resept)
Böyük dövlətlər Kimə qarşı hərəkətə keçdi
Birotaqlı mənzildə 130 pişik saxlayırmış
Uşaq ensiklopediyası(16)
Göz sağlığı ilə əlaqəli yanlış bilinən doğrular
Messi: "Əvvəlki səhvləri etməyəcəm"
İlham Əliyev “Milan Expo 2015” sərgisində
Günün qoroskopu: Pozitiv gündür!
Xanımlarımızın kompleksləri
Azərbaycanda internet: niyə ehtiyat variant yoxdur?
- ŞƏRHLƏR