Əziz və hörmətli istifadəçilər!
Çox dəyərli xanımlar və bəylər!
Bu gün Qadin.Net saytının 2 yaşı tamam olur.
Gəlin 2 yaşa qədəm qoymuş, milli saytlar içərəsində özünəzməxsus xüsusiyyətləri ilə fərqlənən saytımızın inkişaf tarixinə səyahət edək.Qadin.Netin yaranma tarixi haqqında artıq keçmiş məqaləmizdən məlumatınız vardır.Oxumayanlar aşağıdakı linkdən tanış ola bilərlər:
http://qadin.net/index.php?newsid=1004
Təbii ki,həmin məqalədə göstərilmiş statistik məlumatlar indi çox dəyişmişdir.Sonda mən sizlərə yeni statistik məlumatları da yazacam.Amma hələ ona qədər 2010-cu il fevral ayından bu tərəfə saytda olan dəyişikliklər haqda məlumat alaq.
13 fevral 2010-cu il tarixinə qədər Hörməti Adminstratorumuz Ramil bəyə saytdakı yeni ideyalarla bağlı fikirlər yazmışdım.Növbəti fikrim xəbərlərin yalnız mən tərəfdən deyil,eyni zamanda istifadəçilərin də hazırlamasına şərait yaradılması ilə bağlı idi.Hətta bu barədə ona araşdırdığım xarici bir saytı da nümünə olaraq göstərmişdim və bəyənilmişdi.Nəticədə saytda bəhs edilən tarixdə aşağıdakı xəbər dərc olundu.
http://qadin.net/index.php?newsid=706
Bu xəbərin dərc olunmasından sonra çox ümüdlənmişdim,sayta baxanlardan başqa,həm də aktiv fəaliyyət göstərən könüllülərin gəlməsi bizim üçün yeni bir addımın başlanğıcı olacaqdı.
Və... Günlərin bir günündə ilk könüllü istifadəçimizdən müraciət aldım.Sizcə,kim olsa yaxşıdır? Bizim hörmətli Psixoloqumuz Aytən Mahmudova.O,saytımızı bəyəndiyini söylərək,öz gözəl və faydalı xəbərlərini göndərməyə başladı. Beləliklə,28 fevral 2010-cu il tarixindən yeganə xəbər yerləşdirən istifadəçi Selcan_Xatundan sonra Ayten xanım da fəaliyyətə başlamış oldu.Bu xəbəri ilə:
http://qadin.net/index.php?newsid=742
Sonra Kukla adlı bir istifadəçimiz cəsarətlənərək saytımıza ilk xəbərini göndərdi.
http://qadin.net/index.php?newsid=880
Daha sonra Valeryanka adlı istifadəçimiz redaksiyamıza xəbər göndərdi.Amma xəbər çox kiçik mətndən ibarət idi.Düşündüm ki,bu halda xəbəri dərc etmək olmaz,amma istifadəçini də həvəsdən salmaq istəmirdim.Xəbərə əlavə məlumatlar yazıb dərc etdim.Nəticə isə məni təəccübləndirdi.Tez bir zamanda xəbərə 2000-dən çox baxış sayı qeydə alındı.Anladım ki,xanımlarımızın bu kimi məlumatlara daha çox ehtiyacı vardır.Xəbər aşağıdakı linkdə:
http://qadin.net/index.php?newsid=897
Hə,hörmətli istifadəçilər,sonrakı addımımız sayı artmaqda olan fəal istifadəçilərimizi daha da həvəsləndirmək üçün status hədiyyə edilməsi idi.Bu addım da düşündüyümüz nəticəni verdi.İlk hədiyyə verdiyimiz status xəbərimiz:
http://qadin.net/index.php?newsid=949
Bər müddət saytın inkişafı bu cür statusların verilməsi ilə davam etdirildi.Bu arada layihənin yaradıcı, texniki qrupu eləcədə administrasiya həyəti saytın yeni dizaynı və əlavə rubrika,bölmələrin yaradılması işini görməkdə idilər.Və nəhayət həmin gün gəlib yetişdi. 17 avqust 2010-cu il sayt fərqli bir simada, daha böyük imkanlarla istifadəçilərinin ixtiyarına verildi.Adminstrator Ənvər bəyin gözəl əl qabiliyyətini də istifadəçilərimiz görmüş oldular.
http://qadin.net/index.php?newsid=1624
Bunların ardından sürətlə saytda yeniliklər davam etməyə başladı.Əvvəlcə ”Dostlarım”bölməsi yaradıldı.
http://qadin.net/index.php?newsid=1899
Sonra "Reyting" və "Hədiyyə göndər" funksiyaları açıldı.
http://qadin.net/index.php?newsid=1927
"Qonaqlarım" və "Online yazışma"
http://qadin.net/index.php?newsid=2006
http://qadin.net/index.php?newsid=2116
Növbəti yenilik kimi hələ çoxdan fikrimdə olan “Müsabiqələr” bölməsinin açılmasını Adminstrasiyaya təklif etdim.Sağ olsunlar,qəbul etdilər. 23 sentyabr 2010-cu ildə ilk Qadın.Net müsabiqəsi başlamış oldu.
http://qadin.net/index.php?newsid=2063
Qeyd edim ki,yeniliklər yalnız yaradıcı qrup və Adminstrasiya tərəfindən deyil,eyni zamanda istifadəçilər tərəfindən də edilmiş oldu.İstifadəçi (hazırda Redaktor)Narmişa saytda virtual dərslərin keçilməsini təklif etdi. 17 sentyabr 2010-cu il tarixində ilk virtual dərs “Namaz Dərsləri”nə başlanıldı.
12 oktyabr 2010-cu ildə istifadəçi (hazırda Yazar) Gulshen_q “Bütöv Azərbaycan!” adlı bölmənin yaradılmasını təklif etdi və bu təklif də tez bir zamanda reallaşdırıldı.
http://qadin.net/index.php?newsid=2228
Kollektivimiz üçün bu addımı daha bir yenilik kimi qeyd etmək lazımdır. 24 noyabr 2010-cu il tarixində Adminstrator Ramil bəyin təşəbbüsü ilə “Online kinoteatr” bölməsi yaradıldı və ilk filmimiz nümayiş olundu.
http://qadin.net/index.php?newsid=3054
Sonra saytımız üçün önəmli olan bir bölmə “Mağaza” bölməsi yaratdıq.Bu bölmə demək olar ki, əksər xarici qadın saytlarında vardır.Niyə də bizdə olmasın?! Almaniyada fəaliyyət göstərən, dünyanın tanınmış ticarət markaları ilə çalışan dostlarımız sayəsində, istifadəçilərimiz fərqli seçimlərdə yüksək keyfiyyətli malları əldə etmə imkanı qazanmış oldular.
http://qadin.net/index.php?newsid=3942
Sonda çoxlarında qisqanclıq hissləri yaradan irəliləyiş və uğurlarımızın bariz sübutu olan statistik göstəriciləridə nəzərinizə çatdırmaq istərdik. Bir il əvvəl 1000-dən çox daimi qeydiyyatlı istifadəçi vardısa, hal-hazırda bu rəqəmlər 3000 və daha böyüklərini göstərməkdədir. Ötən il məlumat bazasında aktiv edilmiş ümumilikdə 700-ə yaxın yazı, məqalə, xəbər vardısa indi bu rəqəmlər 2600-ü göstərir. Eyni zamanda ötən il şərh sistemi olmasa belə, yeni funksiyaya olan maraq və təlabat özünü rəqəmlərdədə göstərdi. Hal-hazırda arxivlərdə 59.000-dən çox istifadəçilər yazılmış şərh saxlanılmaqdadır. İnkişaf olduqda qayda pozuntularının olmasıda normal bir haldır. Hazırda 6 ban edilmiş - saytdan istifadəsi məhdudlaşdırılmış istifadəçi var. ))
Bütün bunları yazmaqda məqsədimiz əsla statistik göstəricilərlə öyünmək deyil. Bir il ərzində seçilmiş düzgün yol və atılan doğru addımlar, redaksiya üzvlərinin qayda qanunlara riayet edən fəaliyyəti və məhz siz istifadəçilərin sevgisi nəticəsində layihə ən azı 3 dəfə fəaliyyətini, əhatə dairəsini genişləndirmişdir.
Bu "kiçik" uğurlarla kifayətlənmək niyyətində deyilik )) Odurki yeniliklərimizi və uğurlarımızı izləməkdə davam edin...
Qadin.Netin bu günə qədər ayaqda durmasına maddi baxımdan öz köməyini və səyini əsirgəməyən,lahiyə rəhbəri,Hörmətli webmasterimiz Ramil Hüseynova və ona dəstək olan Ənvər bəyə öz dərin minnətdarlığımı bildirirəm.
P.S. - Reklamcıları da unutmamışıq! Əvvəllər saytın adı gələndə tanımırıq deyirdilər )) Maşallah indi tanış olublar artıq. Lakin unutmayın ki, biz öz fikirlərimizi, layihənin inkişafını istənilən gəlirli reklamdan üstün tuturuq. Odur ki, təkliflərinizi edərkən diqqətli olun )))
Hər şey könlünüzcə olsun
Qadin.Net 2 yaşın mübarək!
Növbəti yaş gününə qədər xanımlarımızı və eləcə də Səndən faydalanan hər bir istifadəçimizi sevindirməyə davam edəsən!
Əziz istifadəçilər,İnşallah,bir gün də gələr,Qadin.Netin Ad gününü real olaraq böyük bir təmtəraqla keçirərik.Hələ ki,virtual tortumuzu qəbul edin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hadiseye söz atdı 6 illik həbs cəzası ilə üzləşdi
Soyuq qış günlərində bədəni təmizləyən 3 pilinq
Bakı bulvarında daha bir nəhəng layihə
Acun Türkiyə gözəli ilə SEVGİLİDİR?-FOTO
Nobel qardaşlarının Azərbaycandakı izi
Varikoz xəstəliyi
Nə ehtiyac var, bunlar kimə lazımdır axı?!
Qeyri-adi ev əşyaları
Özəl universitetlərə qəbul olanlar kimlərdir?
Yüzlərlə tələbə köpükləndi
Əcnəbi mütəxəssislərin işə cəlb edilməsi mexanizmi yaradılacaq
Ermənilər cəbhədə gərginlik yaratmaqda davam edirlər
Zəhərli qidalar
Yeni Zelandiya və Fici artıq yeni ilə qədəm qoydu
Yüksək balla tələbə ola bilməyənlər barədə AÇIQLAMA
Dəbli payız geyimləri
Dırnaqlarınızı qoruyun
Bakı Şərqlə Qərbin qapısı sayılır
İsti çayin ziyanı
2017-ci ilin ən yaxşı kosmos fotoları
Təhsil Nazirliyindən daha bir yenilik
Tanış olun: dünyanın yeni, ən yaraşıqlı canisi - FOTO
HAVA necə olacaq?-13 dekabr
Məşhur voleybolçu model olmağa çalışır-FOTO
Zidan evlənir
Günün qoroskopu: ailədə harmoniyanı qoruyun
Yeni doğulan körpələrdə qəbizliyi necə aradan qaldırmalı?
Asan tort (foto resept)
Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
Keytin şahzadə Diananı xatırlatdığını sübut edən FOTOLAR
Kibariyenin əri başqası ilə nikaha girdi
Stresdən necə çıxmaq olar?
Füzuli rayonunda minaya düşmüş şəxslərin ölümlərindən əvvəl çəkdikləri son VİDEO
The Best Of Rashid Behbudov (2002)
Azərbaycanda koronavirusa daha üç yoluxma faktı qeydə alındı
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Yeni trend: Afrika hörüyü
Sərnişin təyyarələrində yeni qadağa
Qarnını görənlər inana bilmirlər - FOTO
Mehriban Əliyeva "Qreys Kelli: Şahzadə və stil ikonası" sərgisində
"Çocuklar duymasın" serialı final etdi
Mərkəzi Bankdan kreditlərin manatla verilməməsi ilə bağlı
Onlar diqqətsizliyimizdən varlanırlar
Yeni doğulmuş körpəyə gigiyenik qulluq
Çəkinin artmasına səbəb olan xəstəliklər
2018-ci ilin unudulmayan trendləri
Keçmişdən gələn insan-sirli hadisələr
Geometrik sırğalar
XİNGAL (foto resept)
Hansı daha yaxşıdır: çay yoxsa qəhvə
- ŞƏRHLƏR