Səni xatırladım
Səni xatırladım bu axşam yenə,
Arada ayrılıq olmamış kimi.
Bir vüsal duyğusu çökdü sinəmə,
Həsrət səsimizi almamış kimi.
Bəlkə bir olanda duymamışdım heç,
Demə, dəli kimi sevmişəm səni.
Amma boş-boşuna göylə əlləşib,
Yerdə əllərimdən vermişəm səni.
Bəlkə tale imiş, bəlkə bəxt imiş,
Yolumuz yarıda qurtarmalıymış.
Büküb qayğısına ömür-gün bizi,
Müxtəlif tərəfə aparmalıymış.
Sənə oxşadıram gözəl qızları,
Amma gözlərindən sənə oxşamır.
Gözlərin illərdir yolumu kəsib,
Çəkilən dumana, çənə oxşamır.
Yaxşı ki işim var, qayğılarım var,
Ömrü bölə bilmirəm yaxın-uzaqla.
Yoxsa bu divanə düşüncələrdən,
Qaça bilərdimmi sinəmdə dağla.
Hərdən yuxu kimi görünür mənə,
Sanıram, yuxuda görmüşəm səni.
Bir yaz çiçəyitək könlüm istəyib,
Nə vaxtsa bir bağdan dərmişəm səni.
Amma tuta bilmirəm bu aldanışdan,
Axı, yaz ömrümdə olmusan mənim.
Yaşımın duyğulu, xoş vədəsində,
Girib ürəyimdə qalmisan mənim.
Onda görkəmim də, yaşım da başqa,
Ağ saçım gözümdə dağ olmamışdı.
Ürəyim sevgidən köksümlə birdi.
Ağrıyıb üzümə ağ olmamışdı.
`
Səni xatırladım bu axşam yenə,
Elə sevindim ki, nə yaxşı varsan.
Həyatda yolumuz qovuşmasa da,
Barı duyğularda mənim olarsan.
Yoxdur
Biz ayrı düşəli nə qədər keçib,
Niyə dolanırsan gözlərində nəm?
O uğursuz günə, urvatsız eşqə,
Mən daha ömrümü həsr eləmirəm.
Təkcə yaddaşımda o günlər qalıb,
Təkcə yaddaşıma o hisslər hakim.
Həsrətin hər şeyi gözümdən salıb,
Təzdən duyğulansam nə olacaq ki?
Üşütdün könlümü qar çiçəyi tək,
Baharı payızdan seçə bilmədin.
Sən mənim olmaqdan keçdin, özün bil,
Ucuz inadından keçə bilmədin.
Mən elə düşdüyüm yolda qalmışam,
Gündə bir fəsil tək dəyişəmmirəm.
Nisgillə, həsrətlə çox döyüşmüşəm,
Daha gücüm yoxdu, döyüşəmmirəm.
İndi nə umursan bu daş adamdan,
Yanında suçu yox, günahı yoxdur.
O uzaq illərdə qalan sevginin,
Dünəni varıydı, sabahı yoxdur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yeni kommunal xidmət limitləri tətbiq olunacaq
İtaliya COVID-19-dan ölümə görə dünyada birinci oldu
BÜRCLƏR bizə nə vəd edir? -3 İyun
Energetik içkilər qadağan olundu
Amnesty İnternational İsraili biabır etdi
Parlament Azərbaycanda hərbi vəziyyətin ləğv edilməsini təsdiqlədi - VİDEO
Bakının bu ərazisində qaz olmayacaq
Sevgini necə gücləndirməli?
O da "Çukur"da olacaq
2017-ci ildə ən çox qazanan musiqicilər - Forbes siyahısı
Sosial fobiya və ondan azad olmağın yolları.
Şah plov (foto resept)
Ronaldunun sevgilisi də məşhur türk filmi haqqında yazdı - FOTO
Yoqurt yeyin, sağlam olun (I hissə)
Hamilələr üçün vacib qidalar
Dadlı, ləzzətli əl işləri
Kosmosda həyat üçün Yer kürəsindən daha əlverişli planetlər tapılıb
Dünyanın aparıcı plastik cərrahiyyə mütəxəssiləri Bakıya toplaşır
"Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur"
Bağçalara verilən ərzaqlar keyfiyyətlidirmi? - AÇIQLAMA
Kəlbəcərlilərin Ərdoğan sevgisi Türkiyə mediasında - VİDEO
"Fənərbaxça"dan şok addım
NASA kosmosda “robot otel” qurur
Orxidea gülləri
Azərbaycanlı tələbələr maraqlı qurğu hazırladı: “Su qıtlığının qarşısını ala biləcək” - VİDEO
Dövrə
Yonca haqqında bilmədiklərimiz
Virtual alış-veriş artır
Banan qabığı təbii məlhəmdir
Rahatlıq üçün hazırlanmış mebellər
Unudulmayan Qremmi mükafatı geyimləri
Qubadlının işğaldan azad olunan kəndlərinin görüntüsü - VİDEO
İspan dili 3-cü dərs
Barak Obamanın reytinqi rekord səviyyədə düşdü
Filematalogiyanın xeyri
Sağlam hamiləlik keçirmək üçün...
Körpəsi diş çıxaran analara tövsiyələr
HAVA necə olacaq?- 14 fevral
Bu zalım dünyada doğulma...
Ebru Şahin reklam qiymətini artırdı
Madonna Konsertlərini Ləğv etdi-SƏBƏB
Türkan Şoraydan ÜZÜCÜ XƏBƏR
Hansı xəstəlikdən əziyyət çəkənlər oruc tuta bilməzlər? - RƏY
Azərbaycan ordusu düşmənin zenit qurğusunu dəqiq atəşlə məhv etdi - VİDEO
Şuşanın elektrik enerjisi ilə təminatı ilə bağlı VACİB AÇIQLAMA - VİDEO
Facebook-da çoxdan gözlənilən yenilik
Körpə alt təmizliyində əhəmiyyətli 6 nöqtə
Hollivudda film və serialların çəkilişi bərpa edilib
Hava haqqında
Əsgərlər intihar edə bilməyəcək
- ŞƏRHLƏR