Əziz Qadin.Netlilər! Hər bir qadın kimi mən də hamilə qalmaq, ana olmaq arzusunda idim. Bu arzuma da çatdım. Ana olmağın, bətnində övladını hiss etməyin necə bir duyğu olduğunu sözlə ifadə etmək çətindir.
Evliliyimdən iki-üç ay keçmişdi. Evdə axşam üçün yemək hazırlayırdım. Hava çox isti idi. Birdən ürəyim bulandı. Tez hamama qaçdım. Özümü yaxşı hiss etmirdim. Fikirləşdim ki, yəqin istidəndir. Bir az oturub dincəldim, sonra işimə davam etdim. Axşam yemək yeyəndə yenə ürəyim bulandı. Yoldaşım tez narahat olan insandır. Dedi: "Bəlkə həkimə gedək?" Mən etiraz etdim. Bir-iki gün bu hal təkrar olundu. Mən artıq narahat olub tanış bir həkimə zəng etdim. Dedi: "Ola bilsin hamiləsən, test elə, bir xətt çıxsa gələrsən, müayinə edərəm". Hamilə olmaq ehtimalı heç ağlıma gəlməmişdi. Yaxındakı aptektən hamiləlik testi aldım. Test elədim və cavab: 2 xətt! Hamilə idim. Ana olacaqdım... Bu, möcüzə idi...
Axşam yemək yeyəndə bunu yoldaşıma dedim. O da çox sevindi. Daha sonra anama dedim. Anam o qədər sevindi ki, sevincdən şəkəri düşdü, ürəyi getdi. Sonralar qohumlar, yaxınlar öyrəndi. Hamı da eyni sözü deyirdi: "Sən artıq ikicanlısan. Özünə daha çox diqqət yetir!"
Yoldaşım qoymurdu ki, əlimi ağdan-qaraya vurum. Qaynanam da gəlib bizdə qalırdı deyə evdə elə bil "kraliça" idim. Nə desəm, "Baş üstə!" deyirdilər. Anam da işdən çıxandan sonra bizə gəlirdi.
Müəyyən səbəblərdən USM etdirə bilməmişdik. Artıq qarnım bilinirdi. Amma biz hələ nə uşağın cinsiyyəti, nə də sağlamlığı haqqında heç nə bilmirdik. Amma ginekoloqum ilə məsləhətləşirdim. Bir gün yoldaşım işindən icazə aldı, məni də evdən götürdü və USM müayinəsinə getdik. Nə öyrənsək yaxşıdır? İkicanlı deyil, üçcanlı imişəm. Əkizlərimiz olacaqdı. Özü də bir oğlan, bir qız! Düzünü desəm, mən də həmişə istəmişəm ki, əkizlərim olsun. Çünki əkizlərdən çox xoşum gəlir. Bir almanın yarısı kimidirlər. Evdəkilər öyrənəndə çox sevindilər. Ən çox da nənə-babalar, çünki 2 nəvə birdən olacaqdı.
Sonuncu USM müayinəsi zamanı həkim doğuşu iyunun 10-na təyin etdi. Amma sancılarım iyunun 12-də başladı. Xəstəxana evimizə yaxın olduğundan yoldaşım məni tez xəstəxanaya yetişdirdi. Fikir verdim ki, yoldaşımın əli-ayağı əsir. Məndən çox həyəcanlanırdı. Anam da orada idi. Mənə doğuşa girməzdən əvvəl "Qorxma, qızım, hər şey çox yaxşı olacaq" dedi. Yoldaşım da alnımdan öpüb məni yola saldı. 15:01-də doğuş stoluna çıxdım. 12 iyul 2006-cı il saat 15:22-də qızım, 15:24-də isə oğlum dünyaya gəldi. İkisini də qucağıma verdilər. Çox şirin idilər.
Adlarını da Zəhra və Hüseyin qoyduq.
Allah hamıya qismət eləsin.
XƏBƏR LENTİ
Problem sənsən!
HAVA necə olacaq?
Metobolizmanızı gücləndirin
Quzu ətli tantuni (foto resept)
2015-ci ilin aksessuarları
Gəlinlər üçün üzük sandıqçaları
Su da bahalaşdı
Sabahın hava proqnozu
Sevmək qovuşmaqdır, sən heç narahat olma
Hazal Kaya geyimi ilə diqqət çəkdi-FOTO
Bu gün Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
İranda zəlzələ, 35 yaralı
Bəzi tələbələrə əlavə təqaüdlər veriləcək
16 milyon illik bitki aşkar edilib
Azərbaycanda atasız uşaqların STATİSTİKASI
Gizlənməkdə sərhəd tanımayan uşaqlar
Zəvvarlar üçün günəş enerjisi ilə işləyən əvəzsiz çətir
Məryəm Üzerlidən gözlənilməz ETİRAF
Bakıda mənzillərin qiymətlərinə nə təsir göstərir?
iPhone və quqlofonlar...
Bu qidaları qətiyyən soyuducuda saxlamayın
HAVA necə olacaq?
Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA
Neft bahalaşmağa başladı
Ştrix-kodlarda ölkələrin prefiksləri
İki hissəli gəlinliklər
Dünya Kuboku: 3 şahmatçımız növbəti mərhələdə
Seren Serengil hamiləlik FOTOsu paylaşdı
Neslihan və Kadirdən yeni FOTO
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatdı
Bir kərə yüksələn bayraq, bir daha enməz!
İncə qaşı olanlar üçün parik qaş
Soyadlara görə stasionar telefon abunəçilərinin statistikası açıqlandı
Mənim arıqlama sirrim
"Sumqayıt təxribatı - “Qriqoryanın işi”
Seriallar
Təcili yardımın ən qəribə qeydləri-Bağırsaqda butulka
Uşaqlarımızı günəşdən necə qoruyaq?
Kilo almağın səbəbləri
Bibərin faydaları
Qarğıdalının faydaları
Badamlı kök piroqu (foto resept)
Mürəkkəb ləkəsi necə çıxar?
Ananaslı, şokoladlı ev tortu (foto resept)
İybilmə duyğusu yox olubsa, nə etməli?
Xarici turistlər bölgələrə axın etməyə başladı
Sevimli salat (foto resept)
Aya Sofyaya imam və müəzzin təyinatı olub
Granola (foto-resept)
Qadınlarımızın sayı açıqlandı
- ŞƏRHLƏR