Bakıda hava 15°
USD AZN
EUR AZN

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

Artıq bir neçə ildir ki, userlərimizin bir qismi virtual münasibəti realda da davam etdirir.

Etiraf edək ki, ünsiyyətin virtualdan reala keçidi haqda ilk dəfə söz edilərkən çoxumuza qəribə gəldi və bir mənalı qarşılanmadı..

Bu addımı atanlarsa aramızdakı daha cəsarətli xanımlarımız oldu.

Daha sonra ilk ümumi görüş keçirildi.

Ümumi görüş userlərimizin daha çoxluq təşkil etdiyi şəhərdə-paytaxtda təşkil edildi.

Sonrakı il isə ümumi görüşlərə  Sumqayıt, Mingəçevir də qoşuldu..

Artıq saytımızın yaranmasının 5-ci ilinə keçmişik..

Xanımlarımızın demək olar yarısı realda da ünsiyyət qurur.

Adətən ümumi görüşlərin yay aylarında təşkil edilməsinin səbəbi iş xanımlarının məzuniyyətdə olmaları, gəzinti, əyləncə üçün ən uyğun zaman olması ilə əlaqədardır.
Yayın sonuna çox az qaldı.

Bu yay da ənənəmizə sadiq qalaraq sayt istifadəçiləri ilə ümumi görüş keçirməyi planlaşdırırıq.

Sumqayıt şəhəri üçün   30 avqust 2013 -  cü il saat 13:00

Görüş yeri :                     Dənizkənarı park, "Sülh göyərçini" abidəsinin yanı

Bakı şəhəri üçün            31 avqust 2013-cü il saat 13:00

Görüş yeri :                      Dənizkənarı Milli park (Park bulvar)

Qeyd:  Görüşdə rəhbərlikdən Baş redaktor Ceylan Mumoğlu, sayt həkimi Kərəmova Natəvan, ekspert Məmmədova Fatma və redaktor  Quliyeva Afət  də  iştirak edəcəklər. 

Görüşlərə qatılmaq istəyənlər buyursunlar   laughing

Dediyimiz kimi yuxarıda göstərilən tarixlərdə Qadin.Net istifadəçilərinin görüşü təyin edilmişdi. 

Sumqayıt görüşü bəzi səbəblərdən həmin günü alınmasa da, sonrakı günlərdə userlərdən üçü  görüşə biliblər. Onlardan biri Aysel xanım (Tormento), digəri mən Gülşən xanım və Baş redaktor Ceylan xanım.

Bakı görüşü isə elə yazıldığı tarixdə həyata keçdi. 

Bakı görüşünə qatılan istifadəçilərimiz :

Baş redaktor Ceylan Mumoğlu, sayt həkimi Dr.Nata, ekspert Fatma xanım, Sapfir statuslu istifadəçi Shoko (Şəfəq), Firuzə statuslu istifadəçi Zerish (Zərifə), istifadəçi aynus18 idilər. 

Görüşdən xatirə şəkilləri ilə tanış olaq  laughing

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

Bu şəkildə user Shokonun qızının küsmə jesti Fatma xanımla Ceylan xanımın Qadin.Netlilərin simvolik dostluq əltutma jesitini kölgədə buraxıb  biggrin

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Sapfir statuslu istifadəçi Tormento (Aysel) ilə görüş, Sumqayıt.

 

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Ceylan xanımla söhbət zamanı qeyd etdi ki, Aysel xanımın nə qədər sadiq bir dost olduğunu canlı görüş zamanı bir daha təsdiq etmiş oldum. :)

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Saytımızın üzvü olmasa da, bizlərin halını hər zaman kənardan izləyən çox hörmətli Elmira xanım da qonağımız oldu, görüşdə iştirak etdi.

Ceylan xanımın dediyinə görə görüş sonunda qızı Aysel xanımdan xahiş etdi ki, artıq ona da saytımızda bir hesab açsın, buna çox şad olduq :) 

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)
Və nəhayət, Ceylan xanımla özüm də görüşdüm. 
Görüşümüzə saytımızın yeni istifadəçisi, həm də Ceylan xanımın keçmiş iş yoldaşı , hazırda isə mənim iş yoldaşım Dilarə xanımın da qatılması bir başqa rəng qatdı. 
Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

Görüşə qatılan hər bir xanıma sonsuz təşəkkürlər  winked

Səslərin sayı: 18
503
11120
loading...
Şərhlər
Offline
Bakuji
Shekilleri gormeye shad oldum, hemishe gezmeklerde!
PePito yaritmadi, yoxsa men de cox arzulayirdim gorushmeyi )))
ama gorushe gelenler gozlediyimden az imish, men deyirdim 20 nefer falan olar. ulduz bajinin teskilatciligi fiaskoya ugrayib, ayri vaxt qalaktikalarla elleshir, qonaqliq davasi doyur blum
6 sentyabr 2013 15:14
Offline
N.....e
H4cət-i Vusl4t
Pay atoynan-mən elə bilirəm incə-mincə qızlarsıze,necə də yeyib içmək həvaskarısız maşaAllah-süfrə açmaqdan qorxum yoxdur,gözüm üstə yeriniz var,sizdən yaxşı olmasın,yaxın bacılarım var-Allah sevgisi birləşdiri bizi-hərdən birimizin evində yığışırıq,alışqınım yani

İncə-mincəyik də... Biz yemək yemirik elə-belə dadına baxırıq. Məs: Bir quzu ikimizə bəs edər.
6 sentyabr 2013 15:05
Offline
MAYA EL
maşallah olsun tfu-tfu çox gözəlsiz həmdə çox mehriban bu görüşlərdən nə vaxtsa mənədə nəsib olar lap paxıllığım tutur
6 sentyabr 2013 15:01
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
N.....e
Ceylan Mumoğlu
Deyirəm ay xanımlar, bir də gördüz sayt subaylarının toyuna gəlib Qadin.netlilər, necə olar görəsən?

Super. ƏLa ideyadır Ceylan xanım, İnşAllah o da olar.
6 sentyabr 2013 15:00
Offline
Almaz S.
Axır ki,şəkilləri görə bildim,eybi yox görüşdə iştirak etməsəm də şəkillərə baxanda və şərhləri oxuyanda hamı ilə görüşmüş kimi hiss etdim özümü.İnşAllah nə vaxtsa bizə də qismət olar.Bakıda olsaydım,qisməti məcbur edərdim winked ancaq heyf yolum uzaq idi.Hər birinizi görməyə şad oldum,qəşəng xanımlarımız var maşAllah
6 sentyabr 2013 14:59
Offline
أحبك
Ay nə gözəlll, səbirsizliklə gözlədiyim şəkilləıri gördüm axırki. ALLAH hər zaman mehriban etsin. Hamınızı görməyə çox şadam. Ceylan xanımı, Fatma xanımı, Gülşən xanımı ,həkimimizi,ümumiyyətlə görüşə gələn qızların hamısını sifahidə olsa tanıyirdim, indidə lap yaxından gördüm.(yəni böyük həcimli şəkildə). Hamınızı xoş gördük xanımlar. girl_ten Vallah hamınızı gördüm çox sevindim. Set zəif oldugundan girə bilmirdim internetə ki şəkillərə baxım.İşdən girmişəm. Axırki gördüm. Hamınız gözəlsiniz maşALLAH deyim göz dəyməsin. Lap "paxıllığım" tutdu, girl_cray keşkə məndə olaydım orda. Allah salamat etsin hamınızı. AMİN. Bir sözlə çox gözəl görüşünüz olub .
6 sentyabr 2013 14:46
imza: فراق
Offline
DENIZ
COX gozel davamli olsun
6 sentyabr 2013 14:34
Offline
Samir Aliyev
Davamli olsun
6 sentyabr 2013 14:15
Offline
PePito
Mən artıq dəvəti çoxdan almışam

cok kotusuzz angry ne vaxt olacaq qonaqliq deyin onda ele bir yerde gedek ))) amma yemekleri men secemem tongue
6 sentyabr 2013 14:00
Offline
Ceylan Mumoğlu
PePito,
gorek Ayselde devet elesin sonra heqqi deyiremee

Şəfəq, paxıllanma, bəsdi lol Mən artıq dəvəti çoxdan almışam blum
6 sentyabr 2013 13:57
Offline
PePito

Daha da gözəl olub e

niye aciq verirsiz menee kusdum ))) hemdee men Ayselden devet gozleyirem )))oglan evinde toydu qiz evinin xeberi yoxduu )) Ayselgile qonaq getmeye hazirlashiram arada vaxtim edim gorek Ayselde devet elesin sonra heqqi deyiremee )))ozude qonaq gedende ozel yemeklerim var deyecem onlari bishirsin )))
6 sentyabr 2013 13:50
Offline
Ceylan Mumoğlu
Louis Vuitton,
xüsusi təyyarə ilə sizi gətirəcəm bura

Bahoo, mən indidən başlayım onda yoldaşıma hava atmağa lol
6 sentyabr 2013 13:47
Offline
PePito
Can bacı qızın niyə qaşlı-qabaqlı durub şəkildə?

neyese hirslenmishdi sonrada bashladi kusmeyee )) sifete baxee qizda )))
6 sentyabr 2013 13:46
Offline
Məryəm.
MaşaAllah. Davamlı olsun İnşaAllah.Elə bil bu görüşdə görüşə gələn az oldu.
6 sentyabr 2013 13:46
Offline
Ceylan Mumoğlu
PePito,
cox isteyirdimkmii toydan sonra seni birde grum deyishmisen ya yox baxmaq isteyirdim

Daha da gözəl olub e blum
6 sentyabr 2013 13:46
Offline
PePito
sualının cavabını öz imzandan oxu de

cani yanmasin onun xeyallarinin arxasinca burdan taa sumqayita gedib )))
6 sentyabr 2013 13:45
Offline
Louis Vuitton
Sada,
İki il döz sənin deputatlığa namizədliyin irəli sürüləcək smile
Ceylan Mumoğlu,
Niyə də olmasın?! Ya da xüsusi təyyarə ilə sizi gətirəcəm bura blum
6 sentyabr 2013 13:44
Offline
PePito
Goruse gede bilmemek mene cox tesir etmisdi,ozun de bilirsen ki her yay deyirik Selcan xanim gelecek,gelmir.nece ildi gozduyurduk.

amma heyiff biz seni gormedik,cox isteyirdimkmii toydan sonra seni birde grum deyishmisen ya yox baxmaq isteyirdim o da alinmadi )))
6 sentyabr 2013 13:42
Offline
Ceylan Mumoğlu
Louis Vuitton,
Ceylan xanım, lap yerim görünür ki, burda. Bilirsiniz də bizim görüş nə vaxt olacaq?

Hə, Vallah,sizin də, sevimli redaktorumuz Afət xanımın da yeri görünürdü.
Bıy, bizim görüş nə vaxt olacaq ki? Olmaya mən İstanbula qayıdandan sonra sürpriz hazırlayıb bura gəlirsiz? blum
6 sentyabr 2013 13:40
Offline
Sada
Louis Vuitton,
"EKSPERT" oldun belədi də..studiya da bagladirsan wacko Vallah cixacam televiziyadan seni o qədər tərifləyəcəm ki..bəlkə namizədliyimi irəli verdin mən də redaktordan zaddan bədabəddə nəzarətci qo crazy yasiniz
6 sentyabr 2013 13:39
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )