Bakıda hava +13°
USD 1.0485 AZN
EUR 1.1676 AZN
15:37°ღ PreNseS•.♥.•°ღ Da meni unutufsunuz Bitti baslar :) darixdim suzin ucun ))) 13:24ÖzDüNyAm Xanimlar sayta "domik" sirniyatinin rsepti var? 11:32♥คฬкเ๓เ ς๏א รєשเгє๓♥ Uduzduq((Ama teki canimiz sag olsun.
34516

Vitamin çatışmazlığının həlli

Mən bu resepti bir sağlamlıq verilişində eşitdim, tez yazdım və sizinlə paylaşmağa tələsdim. İnanın ki, çox effektlidir. Mən bu reseptin bir başqa formasından istifadə edirəm. Yəni mənim reseptimdə qara gavalı yoxdur, amma fındıq var.Hərəsindən 200 qramdır. Bir də ki, mən bunu səhərlər boş mədəyə qəbul edirəm. Ən geci bir ay ərzində immuniteti elə gözəl və sağlam yolla qaldırır ki, inanılmazdır!

Sizinlə paylaşmaq istədiyim bu resepti  mart-aprel aylarınadək qəbul etmək lazımdır. Bu qarışım vitamin çatışmazlığı zamanı çox böyük dərmandır. Bundan əlavə, hamiləlik dönəmində də istifadə etmək olar. Bu zaman uşaq ana bətnində bu vitaminlərlə qidalandığı üçün onda raxitlik əlamətlərinin büruzə verməsi faizi  aşağı düşür. 

Tətkibi:

100 qr qara kişmiş

100 qr qaysı (quru ərik)

100 qr qara gavalı

100 qr əncir qurusu

100 qr qoz ləpəsi

100 qr bal

1 ədəd limon 

Vitamin çatışmazlığının həlli

Qoz qabıqlı olmalıdır. Onu qabıqdan təmizlədikdən sonra ölçün ki, 100 qr olsun. Qozun tərkibində bol miqdarda Omeqa-3 yağı var və daha yaxşı olar ki, ləpə halında almayasınız.Qabıqlı qoz alın. Bal və qoz ləpəsindən başqa bütün ərzaqları ətçəkən maşından keçirin. Qozu isə bıçaqla xırda-xırda doğrayın. Üzərinə bal əlavə edib qarışdırın.

Alınan kütləni mütləq şüşə qabda və soyuducuda saxlayın. Hər gün yeməkdən 30 dəqiqə əvvəl bir yemək qaşığı qəbul edin.

Səslərin sayı: 6
62
7526
Şərhlər
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Qadin.TV
Son yazılar
Son şərhlər
Ən çox oxunulanlar
Birinci Avropa oyunları...
Canlı izləyəcəm
TV-dən izləyəcəm
Vaxtım yoxdur!
Mənə maraqlı deyil
İdmançı kimi iştirak edəcəm :)