Bir çox cahil insanların fikrincə dinimizdə qadının təhsil almasına yaxşı baxılmır. Lakin unudurlar ki, İslam dini elmə böyük qiymət verir. “Qurani - Kərim”də buyrulur : “Heç bilənlə bilməyənlər bir sayıla bilərmi?” Peyğəmbərimiz(s.a.v) də “ Beşikdən məzaradək elm öyrənin” buyurmuşdur. Yəni qadınlarımızın elmə yiyələnməsini əngəlləmək istəyənlərin dini əsas gətirmələri heç də düzgün hesab edilmir.
Gəlin birlikdə aydınlıq gətirək: İlk öncə təhsilli qadınla, təhsilsiz qadın arasındakı fərqi müqayisə edək. Bildiyimiz kimi hər bir qadın ilk növbədə həm də anadır. “Uşaqlarınızı tərbiyə edin və elm öyrədin” şüarını əsas götürərək, bunu hansı şərtlər daxilində, hansı qadın daha yaxşı bacara bilər?
Təbii ki, qadının ailə ocağındakı ən başlıca vəzifəsi uşaqları düzgün tərbiyə edib, düzgün yetişdirməsidir. Qadın bu yolda ən bacarıqlı tərbiyəçidir. Bu baxımdan qadınların elm və biliyə sahib olmaları nə dərəcədə vacib bir amildir, bunu hər kəs dərk etməlidir. Bilirik ki, uşaqların tərbiyəsi lap kiçik yaşlarından başlayır. Təhsili, biliyi, bacarığı mükəmməl olan bir qadın, doğru –dürüst övladlar yetişdirməkdə təbii digərindən fərqlənəcək. Hələ bu bacarıqlara qadının özü ilə bərabər doğulmuş həya, ismət və əxlaq da əlavə olunarsa, deməli, gələcək üçün mükəmməl bir şəxsiyyət yetişdirmək yolunda heç bir maneə qalmır deməkdir. Hətta sübuta yetirilmişdir ki, elm və biliyə sahib olan qadınlarımız həyat yoldaşları tərəfindən daha çox sevilib hörmət olunanlardı.
Bu gün cəmiyyətimizdə belə bir fikir formalaşıb: “Oğlan uşaqları təhsil almaqda birinci sırada olmalıdırlar, çünki onlar gələcək ailəsi üçün pul qazanmaq kimi məsuliyyətli bir problemlə qarşılaşacaqlar”. Doğrudur, kişi ailə başçısı kimi bu məsuliyyəti daşıyır və daşımalıdır. Ancaq bu o demək deyil ki, ailə qurduğu qızın ali savadı olmamalıdır. Olacağı halda nə qədər sağlam bir ailənin formalaşması daha qəbuledilən deyilmi?
Bu gün qızlara təhsil sarıdan diqqətin azalması səbəbləri nədir? Bir çox səbəblər var ki, məhz bu səbəbləri üstün tutaraq bəzi valideynlər qızlarını təhsil almaq hüququndan məhrum edirlər. Qızlar üçün ancaq “ev işləri, tikmə, naxış, mətbəxt işlərinin” daha çox vacib olduğunu üstün sayırlar. Bu doğrudanmı belədir? Həqiqətənmi qızlarımız təhsildən çox ev işlərinə diqqət ayırmalıdırlar? Bəs onda yuxarıda dediyimiz savadlı, bilikli, əxlaqlı övlad yetişdirmək üçün bu qadınlar çətinliklə qarşılaşmayacaqlarmı?
Bir başqa səbəb isə erkən nigaha üstünlük verilməsidir.Çox acınacaqlı bir haldır ki, bu gün yuxarı sinif şagirdləri arasında dərsə gələn şagirdlərin əksəriyyətini oğlanlar təşkil edir. Bu təbii daha çox regionlarda rast gəlinən bir haldır. Qızlar birmənalı olaraq ailə qurması üçün “hazırlanır” və yaxud gələcək nişanlısı artıq ona dərsə davam edib ictimaiyyət içinə çıxmağa qadağa qoyur. Bu halın özü gələcəkdə qadının kişidən asılı hala düşüb onun köləsinə çevrilməsinə yol açmırmı? Savadı olmayan bir qadın haqqında kişinin düşündükləri ancaq bu ola bilər : “Sən otur yeməyini bişir”, “sənə söz demək düşmür”, “sənin haqqın yoxdur” və s. Bu məhz təhsili olmayanlar üçün deyilə bilən sözlərdi. Bunu da ancaq “vəzifəsindən” istifadə edən kişilər qadını susdurmaq üçün söyləyərlər. Hətta ailədə mübahisələr yarandığı halda kişilərin ən güclü “silahı” – “səni boşayaram, gəlib mənə möhtac olarsan yenə” sözüdür. Ağır kəlmədir, başa düşürəm,amma savadlı, ağıllı qadın kişinin bu düşüncələri qarşısında heç vaxt aciz qalmaz axı. Bu düşüncədə olan kişilər də əslində elmə, biliyə sahib olsalar da düzgün düşünmə təfəkküründən uzaqdırlar. Qadın deyib “susdurmaq” istədikləri onların övladlarının anası, evinin qadını deyilmi? Bütün bu xoşagəlməz hallarda, qadın hüquqlarını bilərsə, özünü daha yaxşı müadfiə etməyə nail olmazmı?
Bu gün bu fikir də elə bil dəb halını alıb: qız 22 yaşındadırsa, artıq kənardan ona “evdə qalmış” kimi baxırlar. Valideynlər isə gecə-gündüz qızının bəxti açılacağı günü həsrətlə gözləyir,sanki bir ağır “yükü” daşıyırlar kimi narahatçılıq keçirirlər. Bu əslində yanlış düşüncədir. Araşdırmalar da bunu sübut edib ki, ailədə boşanmaların əksəriyyəti məhz erkən nigahın nəticəsində baş verir. Təhsilini tam başa vurmuş, müəyyən biliyə və savada yiyələnmiş bir qız gələcək həyatını qurmaqda da, onu qoruyub saxlamaqda da digərindən üstün olacaq. Deməli, qızları vaxtından tez nigaha cəlb etməkdənsə, onları daha düzgün bir yola, elm öyrənmə yoluna yönəltmək lazımdı.
Mən demirəm ki, biliyindən, savadından sui- istifadə edib qadınlar ailədə “hakimiyyət” davası döysünlər. Yaxud da bilikli olmaqlarını əsas tutub üstünlüklərini nümayişkarcasına önə çəksinlər.Əsla, ailə adlandırdığımız kiçik bir dövlətin başçısı kişilər olmalıdır. Bu bizim milli dəyərlərimizin ən qiymətli olanlarından biridir. Qızlarımızı təhsildən yayındıran bütün valideynlər bu gün bunu anlamalı və qəbul etməlidirlər artıq. Xoşbəxt övlad, sağlam ailə başçısı, əxlaqlı və tərbiyəli bir övlada sahib olmaq istəyirsinizsə, təhsili ikinci plana keçirməyin. Mən onu deyərdim ki, ən gözəl qız tərbiyə etmək ona həm milli-mənəvi dəyərlərimizi öyrətmək, həm də təhsil verməkdir.
Bu ikisi bir arada olarsa qızlarımız qadın zənginliyinin ən uca zirvəsində olarlar!
Bu gün ali məktəbdə təhsil alan qızlarımızın sayı nə qədər çox olsa da, yenə də oxumağı ikinci plana keçirənlərə də rast gəlmək olur. Daha çox pedaqoji sahəyə üstünlük verən qızlarımız dəqiq sahalərdən uzaqdırlar. Bunun da özəl səbəbləri var təbii. Çünki qadın müəllimlik sənətinə sahib olarsa, kişilər işləməyə icazə verirlər. Bu gələcək xəbərlərdə bir başqa mövzunun müzakirəsi ola bilər deyə bu haqda çox yazmayacam. Bu günsə, deyəcəklərimi bu sonluqla bitirmək istəyirəm:
Xoşbəxt gələcəklərini təmin etmək üçün biliyə və təhsilə yer ayıran qızlarımız həqiqətən alğışa layiqdirlər!
XƏBƏR LENTİ
Milli Azərbaycan Tarixi Muzeyində yeni eksponat
AFFA klubları cərimələdi
Bitcoinlar hakerləri fəallaşdırıb
Bergüzar Korel mahnı oxudu - VİDEO
"Dünya Gözəli - 2014" seçiləcək
"Cenevrə-2" iştirakçıların siyahısı hələ razılaşdırılmayıb
Britni Spirs keçmiş ərinə 110 min ödədi
Hande Demet haqqında danışdı
Bu günün hava proqnozu-01.11.2013
Ana südü hansı orqanın məhsuludur?
Gözlər qəlbin aynasıdır
Bela Hadid geyimi ilə yenə təəccübləndirdi - FOTO
Xroniki burun tıxanıqlığı
Doğulmağın, yaşamağın çətin - getməyin asan olduğu bədbəxt ölkə
Bakıda "Şalvarsız aksiya": bu nədir?
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
Saçlarımızı qoruyaq
Bu gün yağmursuz hava olacaq
Oğlan uşaqları üçün yataqlar
Portağallı piroq (foto resept)
Adeli görənlər tanımadı-FOTO
Bakıya yağış yağacaq
2017-ci ilin xüsusi donları
Bu il 2020-ci ildən daha qısa olacaq
Restorana səyahət
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Nazir hər iki ayağını itirmiş Qarabağ qazisi ilə bağlı GÖSTƏRİŞ verdi
Ən nüfuzlu brend seçildi
Aslı Enverin paylaşımı HEYRƏTLƏNDİRDİ - FOTO
Kiçik xalçaların toxunma qaydası (Video)
Kafir
Su çərşənbəniz mübarək!
"Final yolunda gözəl qələbə qazandıq, amma..."
İngilis çayı (foto-resept)
Əlil və şəhid ailələrinə yeni yaşayış binaları veriləcək
Ərdogan Azərbaycana başsağlığı verdi
Şeyma Subaşı Trampa yazdı
ÜST: Pandemiyanın başa çatması üçün dünya əhalisinin 70 faizinin vaksinasiyası lazımdır
Evini zibilxanaya döndərənlər...
Cəbhədən xəbər var
HAVA necə olacaq?- 4 MAY
Havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ
Yağış yağacaq, şimal küləyi əsəcək
Kişi tipləri (Onu tanıyırsınızmı?)
Türkiyə MN: “Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”
Yaşam indeksi ən yüksək olan şəhərlər – SİYAHI
Hansı soğan daha faydalıdır: sarı, ağ yoxsa qırmızı?
Valideynlərə deməkdən çəkinidiyimiz 15 şey
Qarpız naxışlı peçenye (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-3 Fevral
- ŞƏRHLƏR