Son zamanlar qadına qarşı zorakılıq halları artmaqdadır. Bu zorakılıq hərəkətləri adətən kişilər tərəfindən edilir. Belə halların qarşısının alınmasında ailənin öhdəsinə böyük vəzifələr düşür. Valideynlər oğlan uşaqlarının zorakılığa meylli olduğunu hiss etdikdə vaxt itirmədən bunun qarşısını almaq üçün bir sıra yollara əl atmalıdırlar. Bunun üçün lazım gəldikdə psixoloq və pedaqoqlardan yardım istənməlidir. Yoxsa gələcəkdə bədbəxt hadisələrin baş verməsi qaçınmaz ola bilər.
Elə bir neçə müddət bundan öncə Türkiyədə baş vermiş bir hadisə buna bariz nümunədir. Bu cinayət hadisəsi Türkiyənin televiziya kanallarında günlərlə müzakirə mövzusu olmuşdu. Həmin hadisə yanlış anlaşılmaların bəzən insan həyatına son qoyduğuna nümunə sayıla bilər. Bəs hadisə necə baş vermişdi? Bir ailənin gəlini telefonla kiminləsə danışırmış. Söhbəti bitirdikdən sonra qaynı ondan kiminlə danışdığını soruşub. Gəlin isə suala "Sevgilimlə danışırdım" deyə cavab verib. Bunu eşidən qaynı əsəblərini cilovlaya bilməyib. Gəlinlərinin qardaşına xəyanət etdiyini düşünüb və mətbəx bıçağı ilə onu qətlə yetirib. Daha sonra polis idarəsinə gedərək cinayət işlədiyini etiraf edərək təslim olub. Polis qadının telefonunu araşdırıblar. Və bu araşdırmalardan əldə edilən nəticə insanın tüklərini ürpədir. Sən demə, gəlin qətldən öncə telefonla öz həyat yoldaşı ilə, yəni qatilin qardaşı ilə danışıbmış. "Sevgilim" dedikdə öz həyat yoldaşını nəzərdə tutubmuş. Qatilə nə qədər iş verildiyini bilmirəm. Bildiyim tək şey budur ki, cavan bir gəlinin həyatı heç nədən puç oldu. Özünü müdafiə etmək şansı verilmədən, "Sevgilin kimdir?" soruşulmadan mühakimə edildi.
Əminəm ki, belə hadisələrin, səhv anlaşılmaların qurbanları az deyil. Belə hadisələrin qurbanları da əsasən qadınlar olur. Ən azından insanları mühakimə etmədən səbəbini soruşmaq lazım deyilmi? "Niyə etdin?", "Səbəb nədir?" deyə soruşmaq çoxmu çətindir?
XƏBƏR LENTİ
Bu şəlalədən tez qaçmaq gərəkdir
Gölköy kəndində koronavirusdan belə qorunurlar-FOTO
Gündəlik geyim kombinasiyaları (2)
Bermud üçbucağının sirri açıldı
Moskva küçələrində “Tesla Cybertruck” peyda oldu – VİDEO
Hündürlüyü iki metr olan düyü növü təqdim edilib
Azərbaycanda koronavirusa yoluxanların sayı 10 mini ötdü
Müəllimlərə veriləcək testlər
Gələn il təqaüdlər arta bilər
Ulduzun yoldaşı ayrılıq xəbərlərini təsdiqlədi
Siqareti tərgitməyə mane olan əsas səbəb tapıldı
"Azərbaycanda qadınların siyasi fəallığı artır"
Dekabr ayında Moskva
Həddindən artıq tərləmənin həlli
Xoşbəxt münasibətləri öyrədən 10 şey (1)
Koronavirusla bağlı SON STATİSTİKA
Dünyanın ən qorxulu yerləri
Fahriye Evcen xəstəxanadan çıxdı
Piknikə gedərkən açıq rəngli geyinin
Təhlükə hər gün böyüyür
Mən şəkil çəkirəm dərs- 4
Bred Pitt 30 yaşlı aktrisa ilə eşq yaşayır? - FOTO
Səhiyyə sahəsində 28 saxta diplom aşkarlandı
Dünyanın ilk trilyoneri o ola bilər
Bryus Liyə niyə lənət oxudular?
Emin ayrıldığı Leyla və qızı Əminədən danışdı
"Sovetski"dəki kiçik sahəli evlərlə bağlı qərarda yenilik
Xəzərin suyu niyə çəkilir?
Məşhur müğənninin səsi batdı
Cəlilabadda möhtəşəm Alov festivalı
Yemək, yuxu, idman, intim həyat və s. üçün ən uyğun vaxtlar - HƏKİMLƏRİN TÖVSİYƏLƏRİ
Popkorn üzərində rəsmlər
Problem sənsən!
Sevimli uşaq şerləri
Hamiləlikdə dodaq baxımı necə olmalıdır?
HAVA necə olacaq?- 5 APREL
Tərəvəz ilə bişmiş toyuq (foto resept)
Milyarderin dediyini etdilər adambaşı 1 milyon qazandılar
Tibbdə inqilab: insana tamamilə süni ürək qoydular
Kraliçanın yeni biznesi uğurlu oldu
Səhər yeməyi üçün tavada bibərli pomidor (foto-resept)
3D makiyaj sənətkarı Luca Luce
DÇ-2014-ün simvolik yığması seçildi
Meqan və Harri Madonnanın evini kirayələyəcəklər?
Ailə üçün ünsiyyətdə səhvlər
HAVA necə olacaq?
Ronaldodan yeni il ab-havalı AİLƏ FOTOsu
Azərbaycanda uşaq ölümü daha çox bu rayonda baş verir
Nə yediyiniz deyil, nə qədər yediyiniz vacibdir
Emre Altuğ Çağlanın sualına bu cür cavab yazdı-FOTO
- ŞƏRHLƏR