Əziz Xanımlar,uşaqlarınız üçün maraqlı olan bir nağılı sizlərə təqdim edirəm. Ümid edirəm ki,uşaqlarınız çox xoşuna gələcək. Buyurun bu da nağılımız.
Biri var imiş,biri yox imiş. Bir meşədə Tülkü ilə dovşan yaşayırmış. Bir gün meşədə tülkü ilə dovşan qarşılaşır.
Tülkü:
-Dovşan qardaş,mən yalnız qalmış tülküyəm. Heç kimim yoxdu. Bu böyük meşədə tək başıma
gəzməkdən bezmişəm. Gəl səninlə dost olaq.
Dovşan tülkünün bu təklifini qəbul edir. Meşədə birlikdə gəzməyə,bir yerdə yeyib-içməyə başlayıblar.
Günlər keçir,aylar keçir. Tülkü dovşana pis davranmağa,pis sözlər deməyə başlayır.
Dovşan tülkünün bu sözlərinə artıq dözə bilməyir. Özünü “Kimin əvvəli,kimin axırı”-deməklə sakitləşdirir .
Günlərin bir günü bunlar acır. Nə yeyək,nə yeyək?- deyə düşünərkən,dovşanın ağlına bir fikir gəlir:
-Tülkü qardaş,gəl bir dərəyə gedək balıq tutaq. Bu gün də qarınımızı balıqla doyuzduraq. Tülkü
dovşanın bu təklifini qəbul edir.
Dərəyə çatdıqları zaman tülkü dovşana deyir:
-Bizim balıq tutmaq üçün heç nəyimiz yoxdur axı?
-Sən fikir etmə. Heç nəyə ehtiyacımız yoxdur. Sənin quyruğun var?
-Var.
-Yaxşı. Sən quyruğunu dərəyə sallayacaqsan. Balıqlar sənin quyruğunu yem zənn edib yeməyə çalışacaqlar.
Sən tez quyruğunu sudan çıxardıb,balığı vedrəyə salarsan. Yaxşı?
-Yaxşı-deyə tülkü cavab verir.
Tülkü quyruğunu suya sallayır və gözləməyə başlayır. Bir saat gözləyir,iki saat gözləyir. Aylardan da yanvar ayı idi. Tülkü bir də görür ki, sudan çıxmağına imkan yoxdu. Quyruğu su ilə bərabər buz tutub.
Quyruğunu çəkməyə başlayır. Amma,çıxmır ki,çıxmır. Soyuqdan dişləri bir-birinə dəyərək:
-Aman dovşan qardaş,nə olar məni burdan qurtar.- deyə yalvarır. Dovşan iki addım geriyə çəkilir və deyir:
İndi mənə yalvarmağının bir faydası yoxdu. Sən mənə pis sözlər deyərkən,pis davranarkən bu günün sabahını düşünmədinmi ? Sən məni hər zaman yazıq kimi görürdün,amma bax indi sən acınacaqlı vəziyyətə düşdün. Boş yerə çırpınma. Quyruğunu qopar. Səbr etməyi öyrənməlisən. Bax bir neçə aydan sonra yaz fəsli gələcək. Sənin də quyruğun o zaman çıxar dərədən.- dedi və arxasına baxmadan oradan uzaqlaşdı. Tülkü ilə dovşanın dostluğu da orada bitdi.
(Türk xalq nağılı)
XƏBƏR LENTİ
Məşhur aktyoru oğruya oxşatdılar-FOTO
Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırıldı
Zeytun yağlı yaşıl pomidor yeməyi (foto-resept)
Neft yenidən ucuzlaşdı
Olimpiya çempionumuzla bağlı ilginc məlumat
Bakı metrosunda yenilik
Gəlinliyin tarixi
Bu proqramı telefonunuzdan dərhal silin
Etiraf
Cennifer Lopez son paylaşımı ilə Diqqət Çəkdi-FOTO
Günün ulduz falı
Kickstarter də sındırıldı
Ən çox görülən yuxular və mənaları
Çin aya insan göndərəcək
Dünyanın ən böyük Yeni İl Şam ağacı işıqlandırıldı - VİDEO
Alman kilsəsindən müsəlmanlara dəstək
Xudavəng monastırı ilə bağlı erməni yalanları - VİDEO
Ağ-qara illüstrasiyalar
Magistr olmaq istəyənlər üçün xəbər var
Gözəllik içkiləri
Azərbaycanda hərbçilərə yeni imtiyazlar veriləcək
Bu həftəsonu qadağa olacaq? - İbrahim Məmmədovdan açıqlama
Qida demə, zəhər de!
Zövqə uyğun ayaqqabılar
Uşaqların dilində "Sevgi" nədir?
Bakı metrosunda havayı internet
Gün boyu necə pozitiv olaq?
50 yaşı olduğuna inanmayacaqsınız
Azərbaycanın son zamanlar Rusiyadan aldığı hərbi texnikaların adları açıqlandı
"Tibbi sığorta haqqında" qanunuyla bağlı işçi qrup yaradıldı
Azərbaycana 30 sm qalınlıqda qar yağdı
Beyonsun heykəli hazırlandı-FOTO
Analar gününüz mübarək!
Ağrıyan dişi 5 dəqiqəyə sakitləşdirin
Günün qoroskopu: maraqlarınızı qurban verməyin
Burak bacısı ilə FOTO paylaşdı
10 min dollarlıq yeək sifarişi ilə diqqət çəkdi
Uşaqlar niyə yalan danışır?
Günün ulduz falı - 27.12.2013
Qeyri-adi tortlar
Bu pendir və şor məhsullarının satışı qadağan edildi!
Yaralıyam, dəymə…
Azərbaycan dili - XVIII dərs
Göbələkli qovurma (foto-resept)
Orta məktəblərdə iş dəftərlərinin istifadəsi ilə bağlı açıqlama
Bir kişinin aşiq olduğunu necə başa düşmək olar?
Məsləhətinizə ehtiyacım var
Göz quruluğunu aradan qaldırmaq üçün 3 yol
Gəlinlik
Günün ulduz falı
- ŞƏRHLƏR