25 və daha çox yaşı olan, amma hələ də subay olan xanımların tez-tez rastlaşdığı sual:
- Niyə ərə getmirsən?
Belə bir sualın cavabı da ümumi şəkildə belə olur:
- Hələ ərə getmək istəmirəm.
- Ərə getməyə hazır deyiləm.
- Ürəyimcə olan namizədim yoxdur.
- Kimə gedim, elçi gələn var ki?
- Sevmədiyim, tanımadığım adama ərə gedə bilmərəm.
Amma bəzi ailələr oğullarının yaşı, maddi vəziyyəti, əsgərlik məsələsi, ailə məsuliyyətini dərk etməməsi və s. kimi faktorlara əhəmiyyət vermir. Bu halda valideynlərin həyatdan gözlədikləri ilə gənclərin gözlədikləri bir-birilə uyğun gəlmir. Digər tərəfdən, bəzi valideynlər oğullarının (xüsusilə də rayon yerlərində) cinsi həyatını sərbəst yaşaya bilmədikləri üçün evliliyə cinsi əlaqəyə olan ehtiyacının aradan qaldırılması kimi baxırlar. Bir çox qızlar da belə tip oğlanlarla ailə qurmaqdansa subay qalmağa üstünlük verirlər.
Tez ərə getmək əsas deyil, ən əsası doğru insanı doğru zamanda tapmaq və hər iki tərəfin də evliliyə hazır olmasıdır.
Psixoloqların yaşı 25-dən çox olan subay qızlarla söhbət zamanı gəldikləri nəticəyə görə, bu tip qızlar özlərini çox yalnız hiss edirlər, xüsusilə də dost-tanışları bir-bir evləndikdən sonra daha çox ümidsizliyə qapılırlar. Onlar özlərində hansısa problemin olduğunu düşünür və özlərini çirkin, bəxtsiz, maraqsız hesab edərərək yeni tanışlıqdan qaçırlar. İllər keçdikcə də daha az danışan, özünə qapanan, utancaq, bədbin olurlar. Onlar "Kökəldim, məni kim bəyənər?," "Ətrafda bu qədər gənc qız var ikən, məni kim alar?", "Mən heç kimə lazım deyiləm", "Nə üçün və ya kimin üçün yaşayıram? " kimi fikirlərə qərq olurlar.
Bu tip qizlar kiminləsə tanış olmanın həsrətini çəksələr də yuxarıda sadalanan xüsusiyyətlər onlara hər hansı bir addım atmağa mane olur.
Onlar iş yoldaşlarına və ətrafdakılara öz vəziyyətlərini göstərməmək üçün tez-tez "Mən həyatımdan çox məmnunam, subaylıq sultanlıqdır" kimi fikirlər səsləndirirlər.
Bu xəbər ağ atlı şahzadə gözləməkdən yoruldum deyənlər üçün evdə qalmanın səbəbləri haqqında bir araşdırmadır.
"Niyə evdə qaldım və niyə evlənə bilmirəm" suallarının məqbul cavablarını bu yazıda tapa bilərsiniz.
Gözəl və müsbət xüsusiyyətlərə sahib olduğunuz halda evlənəcək namizəd tapa bilmirsinizsə, bunlara diqqət yetirməniz lazımdır.
Evdə qalmağın əsas səbəbləri:
1-ci səbəb: Pul və karyera sevdası
Bir çox qadınlar üçün maddi azadlıq və karyera qurmaq həvəsi ön planda durur. Lakin unutmaq lazım deyil ki, maddi azadlıq və karyeraya çatdıqdan sonra yaş 30-u keçmiş olur. Bu yaşda qız üçün evləniləcək namizədlərin sayı daha az olur, çünki bir çox kişilər artıq evlənmiş olurlar. Digər tərəfdən, kişilərin böyük əksəriyyəti daha gənc xanımla evlənmək istəyirlər. Əlbəttə, oxumaq, təhsilli olmaq vacibdir. Ancaq sırf pul və karyera ucbatından evlilik fürsətlərini qaçırmaq düzgün deyil.
2-ci səbəb: Oğlanın ailəsi ilə birlikdə yaşamamaq istəyi
Evlənmək üçün namizədin gələcəkdə öz valideynləri ilə birlikdə yaşamaq istəyi və ya tək yaşamaqdan qorxması, iqtisadi problemlər kimi səbəblər də qadını evlilikdən uzaq tutan amillər sırasındadır.
3-cü səbəb: İllər keçdikcə istəklərin, tələblərin artması
20 yaşlı qızın istəkləri ilə 30 yaşındakı qızın istəkləri arasında çox fərq var. Belə ki yaş artdıqca oğlanın qarşısına qoyulacaq tələblər də bilavasitə artmış olur.
Uzun illər tək yaşamağa alışmısınız. Birlikdə yaşamaq isə fədakarlıq tələb edir. Romantik axşam yeməkləri, qarşılıqlı anlayış əlaqəni bir az daha irəli apara bilər. Fədakarlıq haqda düşünməyiniz yaxşı olar.
5-ci səbəb: Heç kimə möhtac deyiləm, ehtiyacım yoxdur
Hesab edirsiniz ki, özündən əminlik, məğrur duruş sizi güclü göstərir. "Başqasına ehtiyacım yoxdur" tərzində olan davranışlarınız qarşı tərəfi sizdən uzaqlaşdıra bilər.
6-cı səbəb: Mən uşaq istəmirəm
Əvvəlki dövrlərə baxanda bir çox şeylər dəyişib. Əvvəllər kişilər evlənməkdən qaçar, uşaq sahibi olmaq istəməzdilər. İndi isə qadınlar evlilikdən qorxur, uşaq dünyaya gətirməyi sonraya saxlamaq istəyirlər. Ağ atlı şahzadələr bundan heç xoşlanmırlar.
7-ci səbəb: Utancaqlıq
İlk 7 maddədə güclü qadın prototiplərinə toxunulub. Nəzakətli və utancaq olanların işi isə çox çətindir. Tövsiyəmiz: Kişilərin sevmədiyi utancaq rəftarlarından azad olun. Özünüzə inanın və ilk addımı atmaqdan çəkinməyin.
8-ci səbəb: Sosial fəaliyyət olmadan yaşamaq
Gününüzü yalnız evlə iş arasında bölməkdənsə, ara-sıra fərqli məkanları da ziyarət etməyi unutmayın. Bu, ağ atlı şahzadə ilə yollarınızın kəsişməsi üçün də bir fürsət ola bilər. Birgə gəzintilər, kino, teatr, toy kimi fəaliyyətlərdən qaçmayın.
XƏBƏR LENTİ
Davudoğlunun Ermənistana səfərdədir
Hadise üsyan etdi
Göyərtilərin faydalı xüsusiyyətləri
Bülent Ersoy bu dəfə küçədə pul payladı-FOTO
Ən bahalı qidalar
Əslində isə bunu yeyirik
Su içərkən nəyə diqqət etməli?
Nataşa Koroleva boşanır?
QALİB SEÇİLDİ! - Şaxta baba, Şaxtacan...
Hicablı qadınlar üçün 2019 yaz dəbi
Azərbaycana bahar gəlib
Bakıda 22:00-a kimi qadağa
Rola görə inanılmaz dəyişikliyə məruz qalanlar
İŞİD üzvü Moskvaya gedib çıxdı
Sizin stiliniz hansıdır?
Gözəl güllər
Bakıda uşaqlara niyə belə əzab verirlər?
Rezidenturaya sənəd verənlərin sayı açıqlandı
Fərqli manikür nümunələri
Qadin.Net - 2 Yaşın mübarək!
Günün qoroskopu:Təşkilatçı olun!
Noutbuklar liderliyi itirir
XƏBƏRDARLIQ: Temperatur 6 dərəcə enəcək, güclü külək olacaq
Saç və dırnaq maskası
Pentaqon UNO-ların araşdırılması üçün işçi qrupu yaradır
Acun dünya məşhurları ilə bir siyahıda
Bryus Uillisin qızı ilə eşq yaşayır - FOTO
Ermənilər Ağdamın cəbhəyanı kəndlərinə 26 ədəd raket atıblar
Pəhrizinizə dəstək-karbohidratlar
Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlayır
"Kızım" FİNAL EDİR
Buludların üzərində piyada gəzinti
Vətəni canı bahasına qoruyanlar - VİDEO
Dünya ulduzları reklam çəkilişində - FOTO/VİDEO
Sürpriz alma şirniyyatı (foto resept)
Kafirin küfrü artdıqca...
"İstanbullu gelin"in final tarixi açıqlandı
Akın Akınözüdən HƏRCAİ ETİRAFI
Tailanddan “YouTube” və "Facebook"a sərt xəbərdarlıq
Hindistanda ikibaşlı ilan aşkar edilib - VİDEO
Fərqli dekorasiya modelləri
Yay ayı üçün toy geyimləri
Turabi finala qaldı-1 milyon qazana bilər!-FOTO
Nə içirik?
Varlılarla yoxsullar arasındakı 10 fərq
Hindsayağı pirojki (foto resept)
Uşaqlar üçün papaq və şərf modelləri (2)
Hava haqqında - 12.02.2014
Hava necə olacaq?
Ruzinizin artmasını istəyirsinizmi?
- ŞƏRHLƏR