“Həyat qadını”...Yəqin ki, bu söz hər kəsə tanışdır. Bir çoxlarımız bu sözün mənasını dərk edirik. Necədə pis səslənir elə deyilmi? Kimdir bunun günahkarı? Həmin yolu seçmiş qadınmı, yoxsa onu bu vəziyyətə düçar edən cəmiyyət və yaxud həyat şəraiti, maddiyyatmı?
Hər halda insan iradəsi bu məsələdə ən önəmli faktorlardan biridir. Fikrimcə, iradəsi güclü olan insan heç bir zaman bu kirli yola baş vurmaz. Əvəzində nə qazandığından asılı olmayaraq bu yolu ağlının ucundan belə keçirməz. Seyr etdiyimiz bir çox kinolar bu cür səhnələri qabarıq şəkildə əks etdirir. Kimi qadının maddi çətinliyi, kimisinin övladlarını saxlama düşüncəsi qadını bu yola salır. Real həyatda da belə hadisələr çoxdur. Ancaq acı bir həqiqətdir ki, son zamanlar bu iyrənc əməl maddi çətinlik səbəbindən çox sevimli peşə növü kimi ortaya çıxmışdır.
İnsanların düşüncə tərzi dəyişdikcə bu çirkin əmələ adi hal kimi baxanların sayı da çoxalır. Hər halda hər biriniz razılaşarsınız ki, ətrafında, hansısa qohumunda, qonşusunda bu halla qarşılaşanda istər-istəməz o insandan uzaq gəzirik. Onunla bir yerdə görünməyi isə fəlakət hesab edirik. Məgər bunu həmin qadın başa düşmür? Başa düşürsə niyə vaxt var ikən tövbə edib, doğru yola qayıtmır. Yəqin qınaqlara tuş gələcəyindən qorxur, ya da öz həyatından məmnundur.
Qadının ən böyük var-dövləti onun isməti, namusudur. Bu keyfiyyətləri itirən isə qadın adını çoxdan itirmişdir. Qızlar öz gözəl, parlaq gələcəklərini, qadınlar isə ailələrini, övladlarını düşünərsə əminəm ki, bu hallar müəyyən çərçivədə aradan qalxar. Dünya insanlarına müraciət etməyə gücümüz çatmaz. Ancaq öz ölkəmizin gələcəyində nəyi isə dəyişdirə bilərik. Sağlam nəsil yetişdirmək hər birimizin öhdəsinə düşən ən məsul, şərəfli və bir o qədər də məsuliyyətli vəzifədir. Bu vəzifəni yerinə yetirmək üçün isə namuslu, tərbiyəli qadın-ANA tələb olunur. Düşünürəm ki, bu məsuliyyətləri dərk edən qadın heç bir zaman pis işlərə yol verməz.
Həyatda hər şeyə nail olmaq olar. Ləkələnmiş adı geri qazanmaq isə müşkül məsələdir. Neyləyirəm o var-dövləti ki, əvəzini öz təmiz adımla ödəməliyəm..
Fikirləriniz çox önəmlidir...
XƏBƏR LENTİ
Əli Əsədovdan ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı QƏRAR
Mobil telefon bir neçə saniyəyə enerji yığacaq…
Dodaqlarım tez-tez uçuqlayır, nə etməliyəm?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Maraqlı şəkillər
Bakıda ayaqyolusu olan avtobuslar işə düşdü
Tubaya üç rejissordan təklif gəldi
Enli şalvarlar
Zövq oxşayan ayaqqabılar
Süni tənəffüs cihazındakı xəstələrin sayı artdı
BMT rəsmisindən maskalarla bağlı AÇIQLAMA
Bütün internet bu görüntülərdən danışır
Yağış, qar, külək - Sabahın havası
10 yaşlı dahi
Sabahın HAVAsı
Bakını daha təmiz və gözəl görmək üçün.
Qızı ilə eyni yaşda görünən qadının gözəllik sirləri
Dünyanın ən uzun insanı
HAVA necə olacaq?
Bahalaşmaya qəti yox
Ermənilər terrorçuları Qarabağa gətirirlər
Yağlı yeməklərdən QAÇIN! - Beyini “iflic edir”
Qocalmağa başlamışıq
I Avropa Oyunlarında ilk qızıl medallar bu gün veriləcək
Koreyada plastik cərrahların dünyanı ÇAŞ-BAŞ SALAN ƏMƏLİYYATLARI - İnanılmaz FOTOLAR
Qadının həyatı haradan başlanır?
Mədə qıcqırması və müalicəsi
Ev dekorasiyasında yeni dövr
"Çukur"da yeni aktyor
İntim gellə qaşınmaya son
Lobyalı ət
Google rouminqsiz plana keçir
Murad Yıldırım bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Məşhur aktrisa gəncliyindən danışdı
Tarixə təkrar baxış: Dərbənd qalası - FOTOSESSİYA
Maştağada qəribə yırtıcı peyda olub - FOTO
Müəllimlərin yay məzuniyyəti ilə bağlı açıqlama
Kadir Doğulu
Kompüter gücündə telefon
Küçəyə atılan it özünə iş tapdı
Günün ulduz falı
Cəbhədən xəbər var
Avropanın rəmzi komandası - SİYAHI
Görməniz lazım olan yerlər (1)
Hava haqqında
İxtisar zamanı hansı işçilərin işdə saxlanmaqda üstünlük hüququ var?
Adət ənənə "Toy"
İmumniteti hansı vitaminlər gücləndirir?
Bədən tipləri
Olimpiadanın talismanları göstərildi
- ŞƏRHLƏR