Quranda tövsiyə edilən gözəl əxlaq xüsusiyyətlərindən biri də "bağışlayan və əfv edən olmaq"dır:
Quran əxlaqından uzaq yaşayan insanlar üçün bağışlamaq son dərəcə çətindir. Çünki edilən bir səhv qarşısında dərhal əsəbə qapılarlar. Ancaq Allah möminlərə bağışlamanın daha gözəl bir davranış olduğunu bildirmişdir:
Pisliyin qarşılığı, onun bənzəri olan pislikdir. Amma kim bağışlayarsa artıq onun əcri Allaha aiddir... (Şura Surəsi, 40)
Quranda "Kim səbr edər və bağışlarsa, şübhəsiz bu, əzmə dəyər işlərdəndir." (Şura Surəsi, 43) ayəsiylə də bağışlamanın üstün bir əxlaq xüsusiyyəti olduğu xəbər verilməkdədir.
Bəzi insanlar, qarşılarındakı adamı bağışladıqlarını söyləsələr də, bu kəslərin ürəklərindəki kin və əsəbilikdən xilas olmaları uzun sürər. Rəftarları ümumiyyətlə bu əsəbiliyi əks etdirəcək şəkildədir.Bağışlamaq isə səmimi olmalıdır.Bağışladıqdan sonra xoşgörülü və şəfqətli olmaqda fayda var. Bağışlayanların haqlı olduqları və qarşı tərəfin tamamilə haqsız olduğu bir vəziyyətdə belə heç tərəddüdsüz bağışlaya bilmək ən gözəl əxlaqa malik olmaq deməkdir. Bağışlama mövzusunda, səhvləri, böyük ,ya da kiçik olaraq ayırmazlar. Bir kimsə səhvlə böyük bir itkiyə səbəb ola bilər. Ancaq meydana gələn hər hadisənin Allahın idarəsində və bir qədər daxilində inkişaf etdiyini bilən insanlar, bu cür bir hadisə qarşısında təvəkküllü davranar və fərdi bir əsəbilik içərisinə girməzlər.
Edilən araşdırmalarda Amerikalı elm adamları, bağışlaya bilən insanların həm ruhən ,həm də bədənlə daha sağlam olduqlarını təyin etmişdilər. Stanford Universitetində vəzifəli elm adamı Frederic Luskin və qrupu, San Francisco şəhərində yaşayan 259 adam üzərində araşdırma etmişdilər. Təcrübəyə qatılan insanları 6 dəfə 1.5 saatlıq iclaslara çağıran bu elm adamları, etdikləri söhbətlərdə bağışlamağı öyrətməyi qarşılarına məqsəd qoymuşdular.Təcrübəyə qatılanlar özlərinə zərər verən kəsləri bağışladıqdan sonra, daha az acı duyduqlarını ifadə etmişdilər. Edilən araşdırmalar göstərmişdir ki, bağışlamağı öyrənən kəslər yalnız romantik olaraq deyil, fiziki olaraq da özlərini daha yaxşı hiss etməkdədirlər. Məsələn təcrübə nəticəsində stresdən qaynaqlanan kürək ağrısı, yuxusuzluq və mədə ağrısı kimi ruhi və fiziki ağrıların bu kəslərdə əhəmiyyətli ölçüdə azaldığı təsbit edilmişdir.
Bir sözlə,
Əsəbləşmək,nifrətlə yanaşmaq ən başda insanın sağlamlığını ciddi şəkildə pozan bir ruh halıdır.Bağışlamaq isə,adama çətin gəlsə də,əsəbin gətirdiyi bütün mənfilikləri ortadan qaldıran, insanın həm fiziki, həm ruhən sağlam bir həyat sürməsinə köməkçi olan gözəl bir davranış şəkli, üstün bir əxlaq xüsusiyyətidir. Ancaq ,təbii ki,bağışlamada əsl məqsəd ,hər şeydə olduğu kimi, Allahın razılığına uyğun bir əxlaqı yaşamaq olmalıdır.
Bəziləri deyirlər ki,bağışlamaq düzgün deyildir,sən bağışlayarsan,o qalxıb eyni hərəkəti bir də edər.Amma belə yanaşma doğru deyildir,mənə görə.Bu cür düşünəcəyiksə,onda yaşadığımız dünyada nə qədər insan küsülü,daxilində sızıntı,əsəbi halı ilə yaşayacaqdır...Bağışlamaq isə bir başqa duyğudur,bunu ancaq bağışlayanlar bilirlər...
Beləliklə,Hörmətli Qadin.Net istifadəçiləri,sizlər necə,bağışlaya bilirsinizmi? Və ya bu günə qədər bağışlamısınızmı?
Necə bir duyğudur sizə görə bağışlamaq?
XƏBƏR LENTİ
Kim tapar?
Qidanı dərmana görə seçin!
Ərdoğan: "Əgər mən Türkiyə prezidenti olsam..."
Bu gün Mehriban Əliyevanın Ad Günüdür!
Dünyanın ən balacaboy aktyoru dünyasını dəyişdi
Nüsrət bu dəfə işçisinə verdiyi maaşla gündəm oldu
Serenay “Yasak elma”da rol alacaq?
Qabyuyana qoymamalı olduğunuz qablar
Bu insanlar Koronavirusa daha az yoluxur
Sürücülər üçün məsləhət: maşın silkələnir - problem nədədir?
"Naznaz" peraşkisi (foto resept)
Valideyn olmaq asan deyil
Arıqlamaq üçün saqqız çeynəyin
Toxumaq dərsləri -3
"Sefirin kızı"ndan yeni qərar
Bu şəxslərə çiyələk yemək olmaz
Sərdar dünən boşandığı xanımını həkimə apardı
Hamiləlikdə qəbizlik
Azərbaycanlı heykəltəraş İstanbulda 36 büst qoyacaq
Kraliçanın əri görünüşü ilə hər kəsi qorxudur-FOTO
Meyvəli kokteyl (foto resept)
Son günlər intensiv zəlzələlərin baş verməsi ilə bağlı açıqlama
Meyvəli tuile
Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə
Günün qoroskopu - 04.11.2013
"Qalatasaray" darmadağın oldu, "Real" 1/8 finalda
Vanna otağını böyük göstərməyin 8 yolu!
Həkimlər xəbərdarlıq edir
Azərbaycanda COVID-a yoluxub ölənlərin faiz nisbəti bilindi - RƏSMİ
İdmandan əvvəl içilən qəhvə
Tarixi şəxsiyyətlər haqqında kitab hazırlanır
Dəbdə sarının gözəlliyi
Körpələrdə sarılığın olması və müalicəsi
Smartfon kosmosa göndəriləcək
Bakı məktəblərində işləmək istəyənlər üçün imtahan vaxtları açıqlandı
“WhatsApp”dan iki maraqlı yenilik
Azərbaycanda yeni zavod tikiləcək
Dərmanlara görə 50 minlik cərimə
Zövqə uyğun ayaqqabılar
Cəhənnəm adası: bura lənətlənmiş insanların məkanı idi
Avropa benzinə əlvida deyir
Günün ulduz falı
İlham Əliyevlə Sarkisyan dekabrın 1-də görüşəcək
Kıraç azərbaycanlı müğənnini məhkəməyə verdi
Həkimlərə qadağa!
Prezident xanımı və qızları ilə sərgidə - FOTO
Yağlı boya tabloları
Sumqayıtda qəribə yenilik
Meqan Markl ABŞ prezidenti olmağa hazırlaşır
Bakıda dünyanın ən iri miqyaslı festivalı təşkil olunacaq
- ŞƏRHLƏR