Bismilləhir-rahmənir-rahim
Elhamdü lilləhi rəbbil aləmin.
Vessalatu vəssalamu ala Rəsuluna Məhəmmədin və ala alihi və sahbihi əcmain.
Ey istədiyini istədiyinə istədiyi anda verən və istədiyi anda alma qüdrətinə sahib olan uca Rəbbim!
Ey dualara razılıq edən, bizə şah damarımızdan daha yaxın olan, əsirgəməyən, bağışlayan, lütf edən Rəbbim!
Ey təklərin ən yaxını, tək başına qalanların dostu, çarəsizlərin köməkçisi, kasıbların sonsuz sərvəti, zəiflərin qüvvəti olan uca Rəbbim!
Ey gecəni gündüzə, gündüzü gecəyə qatan, əzəməti və ucalığı olan, lütfkarlığı bol, rəhməti bol olan Rəbbim!.
Bütün həmdü sənalar şükrlər Sənədır, dua və niyazlar, yalvarış və yaxarışlar, dilə gətirdiyimiz gətirə bilmədiyimiz hər cür bənzərsiz həmd və səna ancaq Sənə məxsusdur Rəbbim!
Biz ancaq sənə ibadət edər və ancaq səndən kömək diləyərik, ancaq sənin üçün namaz qılar və ancaq sənə səcdə edərik, tək sənə yalvarar, ancaq sənə qaçar və sənə yaxınlaşdıracaq şeyləri qazanmağa çalışarıq.
Beləcə biz, hüzura gəldik, boynumuzu bükdük, əllərimizi sənə açdıq: - Ey Kərim və Rəhm olan Rəbbim! özümüzü sənin ucsuz-bucaqsız inayətinə, köməyinə, lütfünə, rəhmətinə, kəriminə buraxdıq.
Səndən kömək gözləyirik.
Bəlkə layiq deyilik, bəlkə üzümüz yox, bəlkə haqqımız deyil, ancaq bilir və təsdiq edirik ki: - Səndən başqa gedəcək yolumuz yox, Səndən başqa yapışacaq ipimiz yox, səndən başqa sığınacaq qapımız yox, səndən başqa kimsəmiz yox. Biz səni istəyirik, məqsədimiz Sənsən, bütün istədiyimiz sənin bizdən razı olmağındır, bizə yar və köməkçi olmağındır.
Ey (ol) əmriylə bilinən və bilinməyən, görünən və görünməyən saysız aləmləri yaradan və (yox ol) əmriylə də hər şeyi bir anda yox etmə gücünə sahib olan, Rəhman və Gufran olan, gerçək olaraq bilirik və bildiririk ki, Səndən başqa ilah yoxdur.
Ey ucalar ucası, var və bir olan Rəbbim! – ‘'Mənə dua edin, duanızı qəbul edim'' buyurdun.
‘'Duanız olmasa nəyinizə qiymət edim'' buyurdun. Bizim bu acizanə, xalisanə, salehanə, duamıza razılıq et,
Bizə şəxsinə qul və qurban olanlardan et,
Ən gözəl adlarınla bizə təcəlli et.
Bizi, haqqı bilənlərdən, haqqa tabe olanlardan və haqqı yaşayanlardan et.
Bizi, razılığı qazananlardan, Rəhməti Rəhmana qovuşanlardan et.
Bizi, zikrinlə dolub daşanlardan, Sənin yolunda ölənlərdən et.
Bizi, cənnətinə girənlərdən, cəhənnəmindən azad olanlardan et.
Yalvarırıq, bizi camalını görənlərdən et Rəbbim!
Sevimli Peyğəmbərimizə salatı salam, vəsilə, üstünlük və yüksək dərəcələr ikram et.
ONU vəd etdiyin məqamı mahmuda nail et.
Şübhəsiz sən vədindən dönməsin.
Əhli beytini, səhabələrini və ONUN izindən gedənlərdən et.
Bizi, iki dünya günəşinin sünnəsini yaşayanlardan et.
Bizi ONA qonşu olanlardan et.
ONU dərdimizin dərmanı, qaranlıq gecəmizin məşəli et.
Gözümüzün nuru, könülümüzün süruru et.
Bizi, ONUN yolunda çaşmadan gedənlərdən et.
Fəxri kainat olan peyğəmbərimizin şəfaətinə bizi də nail et.
Sən bağışlayıcısan, əfvi sevərsən, bizi və bütün inananları əff et.
Səhvlə işləmiş olduğumuz bütün günahları əff et.
Bizə Rəhmətinlə, şərəfinlə, bərəkətinlə rəftar et.
Bizə Kərəminlə, lütfkarlığınla, fəzlinlə ikram et.
Bizi bağışlayaraq bizə mərhəmət et.
Bizə tövbə və hidayət lütf et.
Tövbəmizi qəbul edib bizi bağışla.
Rəbbim!
Quranı Kərim hörmətinə, ONUN bərəkətiylə bizi əff et.
Bizi, Quranı Kərimi oxuyanlardan, anlayanlardan, yaşayanlardan et.
Quranı Kərimi dünyada yoldaş, qəbirdə yoldaş, nuruyla axirət şəfaətçisi et.
Bizə, Quranı Kərimin səadətini, salamatlığını nail et.
Bizi, Quranı Kərimin kəramətiylə mükərrəm et Rəbbim!
Bizi, son nəfəsimizdə iman ilə, İslam ilə, Quran ilə köçənlərdən et.
Sözü şahidlik, sözü tövhidi söyləyərək ruhlarını təslim edənlərdən et.
Bizi, ölmədən əvvəl ölənlərdən et Rəbbim!
Həyatda ikən etdiyimiz bütün ibadatlərimizi, lütfün ilə məqbul et.
Məmnuniyyətini qazandıracaq, qüsursuz qulluqda olma imkanlarını lütf et.
Bizi, razılığı qazanmaq üçün tələsənlərdən , saleh əməl işləyənlərdən et.
Həqiqi iman edənlərdən, yoluna yönələnlərdən, əmrinə qulaq asanlardan et.
Bir-birinə qarşı haqqı və səbri tövsiyə edənlərdən, zikr edənlərdən, şükr edənlərdən et.
Bəxtiyar qullarının əməllərini işləyənlərdən, muradına çatanlardan et.
Beləcə bizi razı olduğun sevimli və seçmə qullarından et Rəbbim!
Bizi, nəfsimizin dəli istək və arzularından mühafizə et.
Bizi, yaxşılıq etdiyində sevinən, pislik işlədiyində peşman olub əfv diləyənlərdən et.
Bizi, nemətlərin qarşısında nankorluq edənlərdən deyil, bol bol həmd edənlərdən et.
Bizi, hidayətə çatanlardan, müttəqi, muvahhid, mücahid olan gözəl qullarından et.
Bizə, küfrə açıq qapı buraxmayan bir iman nəsib et.
Bizə, xeyirli və dinc ömürlər lütfkarlıq et.
Ümid etdiklərimizə nail et, qorxduqlarımızdan əmin et.
Xəstələrimizə şəfalar lütf ele, dərdlərimizə dərmanlar bəxş ele.
Ya RƏBBİ, muradı olan qardaşlarımızın muradlarını lütf ele.
Borcu olan qardaşlarımıza borclarını qaytarma imkanlarını nəsib et.
Hamımıza yaxşılıqlar, gözəlliklər və xeyrlər lütf et.
Din və dünya işlərimizi islah et. Biz bilmərik istəməsini sən verərsən ən yaxşısını, haqqımızda xeyirlisini lütf et Rəbbim!
Bizi, Kövsər hovuzundan heç susamayacaq şəkildə bir qurtum da belə olsa içənlərdən
Bizi, bədbəxtlikdən azğınlıqdan və pozğun davranışlardan mühafizə et Ya Hakim.
Duamızı, ağızı dualıların, gözü yaşlıların, bağrı yanıqların dualarından et Ya Kərim.
Rəbbim! duamızı fəzlinlə, ikramınla qəbul et…. Sən hər şeyə qadirsən Rəbbim!
Sən ! Sənə açılan əlləri boş geri çevirməzsən ALLAHIM. Dualarımızı və bu duaya amin deyən bütün Qadın. Net-lilərin dualarını qəbul ele ey gözəllər gözəli Rəhman olan ALLAHIM. Amin. Amin. Amin…
XƏBƏR LENTİ
Azərbaycan coğrafiyasının inkişaf tarixi-6
Sağalmaz dərdin dərmanı tapıldı
"Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir
Bakıda bir düymə ilə hərəkət dayanacaq
Etibarnamə ilə maşın sürənlərə dərs olsun
Günün qoroskopu:Səfər etməyin!
Körpə masajı
Hərbçimiz Şuşada “Sarı gəlin”i ifa etdi - VİDEO
ABŞ-da koronavirusun “Tramp kokteyli” ilə müalicəsinə icazə verildi
Adobe Photoshop (Dərs-15)
Günün qoroskopu: Günəşi görmək istəyirsənsə kölgədən çıx
Cadu varmı? Ondan necə qorunmaq olar?
Ermənilər Qəbələyə gələ bilərlər
Maraqlı faktlardan (2)
Tovuzda xəzinə tapıldı
Anomal soyuqlar ABŞ-ı dondurub
Kerem Bürsin saç əkdirib
Uşaqlara ingilis dilini robotlar tədris edəcək
Bakı bir səyyahın dilindən
Klublarımız Çempionlar Liqası ilə vidalaşdı
Mülüzdə mədəniyyət mərkəzi
Toyuq salatlı taco (foto resept)
Hər kəsin qoxu reseptoru fərqlidir
Hamilə olduğunu zənn etdi, əslində isə-ŞOK Görüntü
Ağ Ev aparatında COVID-19-a yeni yoluxma
Evsizlər üçün xüsusi palto hazırladı
Qan qrupunuza görə bunları bilməlisiniz!
Üz formasını dəyişən qidalar
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Salyanda 2 koronavirus xəstəsi həbs olunub - VİDEO
Soyuq qışın donmuş xəstəlikləri
Azərbaycanda ilk dəfə: yalnız kasıblar üçün
Ermənistanla bağlı qərar verildi - Yayım Birliyinin açıqlaması
Zeynep Bastık toyunu növbəti dəfə təxirə saldı
Pələngə qızıl diş qoydular-FOTO
"Tibbi sığorta haqqında" qanuna dəyişiklik edildi
Pişiklər sevgilərini necə göstərir
Susuzluğun bədənə təsirləri və nəticələri
DİN-dən əhaliyə XƏBƏRDARLIQ
40 yaşından sonra dəblə necə ayaqlaşmalı?
Məşhur modeldən qalmaqallı açıqlama
Uğurlu piroq (foto resept)
Xəbərdarlıq: Yeni il bayramında ehtiyatlı olun !
Azərbaycanda vahid yanıq mərkəzi yaradıldı
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 119 yeni yoluxma
Fəttah Heydərovun dəfn ediləcəyi yer açıqlandı
Şakira mərasimə həyəcan qatdı - FOTO
Ərdoğan: Sübut edə bilməsən, alçaqsan, namərdsən
Prezident: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”
Bunu necə qəbul edim?
- ŞƏRHLƏR