Hamısının bir ucu Kleopatraya gedib çıxır
Kleopatra reseprtləriBir anlıq düşünək ki, bəşəriyyət kosmetika, parfümeriya, baxım və gigiyena vasitələrindən istifadə eləmir. Dünyanın estetik görünüşünü boş verin, bütün dünya iqtisadiyyatının vəziyyəti indi başqa cür olardı.
Ən ucuzundan, canqurtaranından tutmuş, brendləşərək fantastik qiymətlərə satılan bu “min cür xırdavat”ın hər növü, hər çeşidi ən müxtəlif vaxtlarda, ən müxtəlif ölkələrdə, ən müxtəlif insanlar tərəfindən icad olunub, yaradılıb, ilkin versiyasından bu günki halına gətirilib.
Ətirlər, bədən yağları, dodaq boyaları, sürmələr, ənlik-kirşan, təravətləndirici maskalar, sabunlar, tərönləyicilər, hətta qadın bezləri...
Bir gözəllik layihəsi ilə bağlı bütün bu məhsulların tarixçəsini araşdıranda, qəribə (əslində, onun həyatını bilən adam üçün qəribə gəlməməli idi) bir şeyə təsadüf elədim. Bu məhsulların az qala hamısının ilkin, ibtidai tarixçəsi Misir hökmdarı və tarixin ən gözəl, ən maraqlı qadını Kleopatranın adı ilə bağlı olurdu.
Məsələn, bu günki halına Fransada gətirilmiş, bu ölkədə inkişaf yolunu keçmiş və Fransaya «gözəl ətirlər ölkəsi» adını qazandırmış parfümün ilkin reseptləri Kleopatranın məqbərəsindən tapılıbmış.
Onun reseptləri olduqca ibtidai imiş: xoş ətirli çiçəklərin sıxıb, yağını çıxarır, mayenin uzun müddət qala bilməsi üçün o müəyyən bitkilərlə, ədviyyatlarla qarışdırırdılar. Qarışımların müəllifi, istifadəçisi və qoruyucusu isə gözəl hökmdar qadının özü idi.
Qoltuqda soyulmuş alma...
O, öz dərisini, bədənini təravətli, gözəl saxlamaq üçün sarayında böyük bir «ordu» saxlayırdı. Dünyanın müxtəlif ölkələrindən gəlmiş loğmanlar ona bitkilərin, onların qarışımının xüsusiyyətini izah eləyir, bu bitkiləri toplayır, hökmdarlarının fantaziyalarına tələb verəcək şəfalı mayelər, dərmanlar, kosmetik vasitələr hazırlayırdılar.
Bədəni ətirli yağlarla ovuşduraraq, dərinin təravətli, cavan və gözəl saxlamaq fikri də Kleopatraya aid idi. Hökmdar qadının hamamxanasında bitki vannaları, ətirli buxaravermələr, müxtəlif bitkilərin qarışımından hazırlanmış maska prosedurları saatlarla vaxt aparırdı.
Su-kanalizasiya sisteminin hələ olmadığı, olan sistemlərin də hələ ibtidai vaxtlarında insanların qarşısında dayanan ən çətin məsələ yuyunmaq dərdi idi. Hamam ancaq ən varlı adamların özlərinə icazə verə biləcəkləri lüks idi. Vaxt o vaxt idi ki, insanların sosial statusu təkcə əyin-başından deyil, həm də ondan gələn qoxudan bilinirdi. Varlılar təmiz olurdu, kasıblardan isə pis qoxu gəlirdi.
Amma ən yaxşı hamamxanalar quraşdırmış varlıların da işi çətin idi. yaxıb-yandıran Misir günəşinin altında onlar qalın paltarlar geyinməyə məcbur olurdular, bu isə durmadan tərləmək demək idi.
Bunun çarəsini tapan (böyük ehtimalla tapdıran) da Kleopatra olmuşdu. Bu çarə də olduqca ibtidai idi — bədənə, qulaqların dibinə, qoltuqların altına sərinlik effekti verən bəzi bitkilərin və meyvələrin ya özü, ya qabığı, ya da yağı sürtülürdü.
Orta əsrlərdə Fransız əyan-əşrəflərinin qadınları qoltuqlarının tərləməməsi üçün qabığı soyulmuş almanı bütöv şəkildə qoltuqlarına gəzdirirdilər — bir alma bir gün ərzində qoltuğun bütün tərini özünə hopdurmağa və ətrafa xoş qoxu yaymağa qadir idi. Və kübar Fransz qadınları bu üsulun Kleopatra reseptlərindən birinin təhrif olunmuş versiyası sayırdılar.
İlk qadın bezi də onun kəşfi idi
Qadınların həyatını dəyişən, onlar üçün bəzi günlərdə yaşamağı asanlaşdıran qadın bezinin də ilk versiyası Kleopatranın məharəti idi. Onun əmri ilə hazırlanmış ilk qadın bezi yaxşı işlənmiş, keyfiyyətlə və ətirli papirus kağızın və yumşaq otlardan hazırlanan tampondan ibarət idi.
Tarixdə sevgi vampiri kimi qalan Misir Hökmdarı həm də əsl bitki vampiri idi. Sadə ölümlülərin ancaq yemək üçün istifadə elədikləri bitkilər, hətta heyvanlar onun əlinə düşəndə təyinatını, quruluşunu, tərkibini tamam dəyişmiş olurdu.
Ehtimallara görə, hökmdarın ölümü də ömrü boyu əsiri olduğu gözəllik sərhədlərindən kənara çıxmadı. Yəni necə yaşamışdısa, elə də öldü. Gözəl, şıq və qorxunc bir tərzdə — ilan zəhəri ilə. Rəvayətə görə, intihar eləmək istəyən hökmdar qadın öz gözəl boynunu diri və zəhərli ilanın dişinə batırmaqla ölüb.
Xoşbəxt olmağa qoymayan burun
Aradan əsrlər keçdi, zaman dəyişdi, amma insanın, xüsusilə də qadının gözəl, baxımlı olmaq, cavan qalmaq arzusu dəyişmədi. Hətta gündən-günə daha da gücləndi. Kleopatranın qədim üsulları ilkin versiyasını dəyişərək, mürəkkəbləşsə, bir çox kənar şeylərlə zənginləşdirilsə də, dünyada ən estetik məhsulların adı Misirin gözəl hökmdarının adına yaraşdırıldı.
Kleopatranı bu qədər gözəl olmaq ehtirasının, dərisini, bədənini təravətli saxlamaq arzusunun bu qədər çılğın olmasının səbəbi nə idi? Hər şey çox sadədi: məgər dünyanın ən sıradan qadınında da bu ehtiras yoxdurmu?
Xoşbəxt tale yaşamaq olar. Amma gözəl deyilsənsə, bu xoşbəxtlikdən dad ala bilmirsən. Gözəllik — qadının özünəinamının təminatı, onun ən güclü silahı, heç bir vəchlə vaz keçmək istəmədiyi sərvətidir. Qadının əsl xoşbəxtliyi — birinci növbədə, onun gözəlliyindədir...
Kleopatranın burnu isə xoşbəxt olmaq üçün kifayət eləmirdi...
Hazırladı: Sahilə
XƏBƏR LENTİ
Bu rayonda qaz olmayacaq
Fərqli yeni il ağacları
İçlikli badimcan (foto resept)
TƏBİB rəsmisi: “Yenidən qapanmalara getmək istəmiriksə, təlimatlara riayət etməliyik”
Hələ belə “gözəl” gözlərə rast gəlməmisiniz - Foto.
Yaylıqların fərqli bağlanışı
Əsla makiyajlı yatmayın!
ETİRAFLAR-"Xoşbəxt olmaq istəyirik!"
Şəkərdən ölənlər daha çox qadınlardır
Dodaq boyasının rəngi xarakterinizi göstərir
Kafe və restoran sahiblərinə ŞAD XƏBƏR - QƏRAR
Təhsildə yeni qaydalar olacaq
Başqa dünyaya keçid tapıldı-ŞOK FOTO
Köhnə geyimdən corab hazırlayaq
Göbələk şorbası (foto-resept)
Sobada pendirli kabak (foto-resept)
"Azərbaycanın NATO sammitində iştirakı...
Hindli milyoder işçilərini İstanbula tətilə göndərdi
Mikroskop altında böyüdülmüş 20 görüntü
HAVA necə olacaq?-11 Noyabr
Vilayət Eyvazov generala yüksək vəzifə verdi
Siena beynəlxalq şəkil mükafatları
Vaxtı keçmiş məhsullar yenidən satışa çıxarıldı - FOTO
2020 Qızıl Qlobus Mükafatının Sahibləri
Ingilis Dili-XIII Dərs
Rəqqasə Fatimə Leyla Əliyeva ilə... - FOTOLAR
Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər?
Rusiyaya daha bir şok
Kərə yağını əritməyin qaydası
Həm düşünək, həm gülək
Akının FOTOsu 20 dəqiqədə 150min LİKE yığdı
Azərbaycanda insan ömrünün uzadılması mərkəzi yaradılacaq
Nemtsovun Əliyev etirafı
Dadlı çiyələkli keks (foto resept)
Gözəl dəri üçün kartof maskası
Anamız üçün nə etmişik?
Azərbaycan tarixindən yüz şəxsiyyət-80
2013-cü ilin dəbdə olan rəngi
Balıq çubuqları (foto-resept)
Meyvə salatı
Mavi gözlü şəxsiyyət testi
Bu dərmanı almayın!
Püskürən vulkanın altında evləndilər - VİDEO
Ərdoğana cəza verildi
Amin Musayevin evindən eksklüziv görüntülər - VİDEO
Burada 8,7 milyon işsiz var
Millimizdə ciddi itki
"Taxt oyunları"nda "Starbucks" fincanı
Fahriye Evcen paylaşımı ilə diqqət çəkdi-FOTO
ABŞ-dan Rusiyaya xəbərdarlıq
- ŞƏRHLƏR