Gün ərzində bitməyən stress və yaşadığımız gərginliklər... Bunlar bir qədər sonra bizim davamlı olaraq hər şeydən şikayət etməyimizə səbəb olur. Gün ərzində davamlı olaraq oradan-buraya qaçan bədənimiz axşamlar eyni tempdə davam edə bilmir. Bir müddət sonra iflasa uğrayır. Çox hərəkətli iş günündən sonra kim axşam 1 saat məşq edir? Axşamımızı faydalı işlərlə keçirmək yerinə nə edirik? Televiziyanın pultunu əlimizə alıb saatlarla o serial sənin, bu film mənim, tənbəl-tənbəl oturub axşamımızı öldürürük.
2. MARAQ
Sevgilimizə, həyat yoldaşımıza soruşduğumuz sualların heç bir zaman ardı-arası kəsilməz. Hər zaman onlarla əlaqədar olan daha çox şey öyrənmək və bizimlə əlaqədar nə düşündüklərini bilmək istəyirik. Hansımız ən yaxın yoldaşımızın və ya sevgilimizin gündəliyini qarışdırmadıq ki? Və ya onun e-poçt qutusuna girib maillərini oxumadıq ki? Əgər bunları etməsəydik, bizə hazırlanan sürpriz ad günü qonaqlıqlarını və ya həyat yoldaşlarımızın bizim haqqımızdakı gerçək düşüncələrini necə öyrənə bilərdik ki?
3. ACGÖZLÜK
Hər zaman daha çox və daha ləziz yeməklər istəyirik. Əgər şirniyyatdan söhbət gedərsə, əsla xeyr deyə bilmərik. Bir dilim şokoladlı tort bütün cazibəsiylə qarşımızda dayanarkən və bizə "məni yesən, daha enerji dolu və cazibədar olacaqsan" deyə qışqırarkən bizim onu rədd etməyimiz mümkündürmü? İstədiyimiz qədər tox olaq… Bu sözləri xatırlayaq: “İnsan yemək yeməmişsə, yaxşı düşünə bilməz, sevişə bilməz, yata bilməz”.
4. QÜRUR
Təbii ki, hamımız qiymətliyik. Bu səbəbdən də qürurluyuq! Amma qürurumuzu təmin etmək üçün ifrata varmaq olmaz! Unutmayın, özünüzü nə qədər çox sevsəniz, xarici dünyaya da eyni ölçüdə özünüzü təqdim edərsiniz. Başqalarını sevmədən əvvəl özünüzü sevməlisiniz ki, başqaları da sizi sevsin…
5. DEDİ-QODU
Dedi-qodu etmək özümüzü çox yaxşı hiss etməmizə səbəb olur. Hər zaman danışacaq bir şey tapırıq. Başqalarını çəkişdirmək bizi xoşbəxt edir. "Mən dedi-qodu etməyi sevmirəm" deyən insanların belə əslində dedi-qodu etdiyini və böyük bir həzz aldığını da görürük. Dedi-qodunu kiminlə etdiyinizə diqqət yetirməlisiniz. Unutmayın, yerin də qulağı var! Sizə tövsiyəmiz - əsla bir-biriylə səmimi olan iki adamdan biriylə digərini çəkişdirməyin. Bir gün sonra hər ikisi də sizə düşmən ola bilər.
6. ALIŞ VERİŞ
Canınız çox sıxıldığı zaman, kefiniz olmayanda nə edərsiniz? Alver, deyilmi? Hansımız “Birini alana biri pulsuz” kampaniyalarından heç geyməyəcəyimiz bir geyim almadıq ki? Və ya 50 % endirim kampaniyalarına aldanaraq, 50 % qənaət etdiyimizi düşünərək nələr-nələr almadıq ki! Yeni paltar satın almanın bizi daha xoşbəxt etdiyi mübahisəsiz bir gerçəkdir! Hətta müalicəyə getmənizə belə ehtiyac yoxdur. Dərdlərinizdən xilas olmanız üçün alverə çıxmanız kifayətdir! Alverə çıxdığınız zaman yalnız endirim olduğu üçün məhsul almayın. “İşinizə yarayarmı” deyə düşünün. Sonra qərarınızı verin!
7. QISQANCLIQ
Qısqanclıq hər insanın təbiətində var. Az və ya çox… Məsələn, sevgiliniz həm yaraşıqlı, həm seksual, həm də əyləncəlidirsə, onu qısqanmamaq mümkün olarmı? Təbii ki xeyr! Onu boğmayacaq şəkildə yüngül qısqanclığa - bəli. Ancaq onun sizdən nifrət etməsinə səbəb olacaq davranışlara - xeyr! Əvvəlcə qısqanc olduğunuzu qəbul edin. O duyğularla yaşayarkən, qısqanclığınızı rədd etməniz sizə heç bir şey qazandırmayacaq. Məsələn, sevgilinizə belə bir cümlə qura bilərsiniz: "Sevgilim, mənim qısqanc olduğumu sən də bilirsən. O qızın sənin ətrafında dolaşaraq sənə pərəstiş etməsindən narahat oluram." Bütün gecəni mədə ağrılarıyla keçirməkdənsə, sevgilinizlə açıq danışmağın faydalı olacağını düşünürük.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu çiçəklər təəccüb doğurur
Saçları uzadan xardal yağı
Evlilik verilişləri bağlanacaq, bütün aparıcılar eyni filmə çəkiləcək
Cazibədar xanımlar üçün donlar
Kahı salatı (foto resept)
Azərbaycanın yunan-Roma güləşçiləri İstanbulda yarışacaqlar
Zebra keks (foto resept)
Uşağınızdan sizə məktub!
Dirsəkdəki qaralmaları aradan qaldıran üsullar
Qadınların kişilərdə sevmədiyi 5 xüsusiyyət
Ön cəbhədə şiddətli atışma
Yeni doğulmuş QOCA - Körpə görənləri dəhşətə gətirdi
Onların da geyimləri var
Daha bir ölkə İŞİD-i vuracaq
Koronavirusla bağlı təhlükəli fırıldağın üstü açılıb
"Qeysəriyyə kəsiyi ilə doğuşda uşağın və ananın sosial uyğunlaşması daha zəif olur"
Dəbli çantalar
Dəbli çantalar
Şəkidən Bakıya qatarla gəlin gətirdilər
Ay qana boyandı
Türkiyəli yazıçıdan Adriana Limaya qeyri-adi EVLİLİK TƏKLİFİ - FOTO
İdeal insanların həyata baxışı
"İrəvanda xal qalmadı", yoxsa...
2019-da 2000-ci illərin trendləri geri qayıdır
Günün qoroskopu: Cəsarətli olun!
Binə hava limanı bağlanır
XİN: Ukraynadakı Azərbaycan vətəndaşlarının təhlükəsizliyi məsələsi nəzarət altındadır
İş yerini dəyişmək istəyən müəllimlərə XƏBƏRDARLIQ
İlham Əliyev və xanımı ən böyük idman kompleksində
Azərbaycan tarixindən yüz şəxsiyyət-19
Qeybətin mənfi tərəfləri
Milli Kino Günü qeyd olunacaq
Milli parklar təhlükədə
Qarderobunuzu qışa hazırlayın
WhatsApp-ın azərbaycanlı istifadəçilərinə şübhəli mesajlar gəlir
İranlı ekstrasensdən şok proqnoz
Qeyri-adi güldanlar
Günün qoroskopu:Səbrsizlik etməyin!
Tanınmış milyarder Bodrumda çimərliyi bağlatdırdı - FOTO
Xarakterimizdən xəbər verən qaş formaları
Azərbaycanda yeni şəxsiyyət vəsiqələri veriləcək
Gəlinin fatasını qaldıran bəy şoka düşdü - FOTO/VİDEO
Demet Akalın xainlikdə ittiham olunur
Serenaya məhkəmədən rədd cavabı
Noxudlu burger (foto resept)
Uşaqların yetişdirilməsində hansı kitabları oxuyuruq?
Beren Saat Kənan Doğulunun sözünü yerə saldı-FOTO
Beyni ölmüş ana sağlam uşaq dünyaya gətirdi
Bakıda ağzı olmayan uşaq dünyaya gəldi
Azərbaycanda şaxta rekord həddə çatacaq
- ŞƏRHLƏR