Bakıda hava 10°
USD AZN
EUR AZN
08:30Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41127

"Ana"

"Ana"
 
Zəng  çaldım anama,yenə də təkdir.

Dedim ki,səndə də höcətlik vardır.

Niyə tək qalırsan,gəlsənə bizə,

Dedi,qurban olum,yeriniz dardır.

                                     

Elə bil yuxudan birdən oyandım,

Dünya da gözümdə bir an qaraldı,

Həmişə dediyi bu adi sözlər

Bugün məni tutdu,yamanca aldı.

                                     

Sanki özgə kimi baxdım otağa,

Otaq-adi otaq,mebelsə çoxdur.

O qədər şeylərə əsir olmuşuq,

Ki evdə anaya yerimiz yoxdur.

                                       

Ən əziz tikəsin bizə verərdi,

Az yeyib hamıdan o tez doyardı.

Görəsən bəs anam,bircə otaqda,

O bəs çarpayını necə qoyardı?

                                   

Ana-bərəkətdir,ana nemətdir.

Ana olan evdə ruzi də olar.

Ana nəfəsi ilə qızınmayan kəs,

Kötüksüz ağac tək saralıb solar.

                                     

Ana balasının yanında qalsa,

Fərəhlə davranar,baxıb öyünər.

Bala ürəyində məhəbbət olsa,

Bir kiçik komada saray görünər. 
Səslərin sayı: 24
70
4826
loading...
Şərhlər
Offline
PePito
heqiqetende super yazmisiniz,bu gun realligidi ,herden mamaya deyirem gel qal bizde o da deyir yox yatmaga yeriniz yoxdu wink ,bu ser sanki meni ayiltdi cox sag olun
4 iyun 2011 09:21
Offline
Ummu Sumayya
Salam aleykum va rahmatuLlahi va barakatuhu!!!!
ALLAH razi olsun cox gozel weirdir!
ALLAH anasina sevgi olmayan qelbe sevgi versin!!!(((((
4 iyun 2011 02:17
Offline
Gülü
Cox gozel şerdir. Analarin yerini hec kes vermez, Ne qede analar ucun şer yazilsa azdir. Mende ilk defe anam rehmete gedende yandigimdan şer yazmişam. Senin bu yazdigin şeri urekden yazdigin hiss olunur.Allah butun analari var etsin, olen analarin yeri Cennet-Mekan olsun. Lap kovreldim, oz anam yadima duşdu. Yaziya gore teşekkurler xanim
4 iyun 2011 02:00
Offline
YusifGunel
LAP ANAMI ISTEDIM...
4 iyun 2011 01:38
Offline
C
Sitat: aynus18

gozel seirdi ALLAH ANALARI QORUSUN

amin
4 iyun 2011 01:34
Offline
Gulay Azizli
COX GOZEL KELMELERDI.TEWEKKUR EDIREM. ALLAH TALA ANALARIN HAMISIN HIFS ETSIN.CENNET ANALARIMIZIN AYQLARI ALTINDADI.MENDE ANAMI COX SEVIREM. OVLADLARIMA DA LAYIQLI ANA OLMAQA CALISIRAM
4 iyun 2011 01:28
Offline
Fatma xanım
Ananızın qədrini bilin insanlar sonra gec olur
canım şerin lap əladı
4 iyun 2011 01:26
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Afət
Düz deyiblər, ananın qədrini ana olanda bilərsən. Allah analarımızı bizə çox görməsin, bizi də övladlarımıza!
4 iyun 2011 01:23
imza: Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
Offline
musi
beyendim tesekkurler ,radioda seslendireceyem dinleyersiniz.
4 iyun 2011 01:23
Offline
aynus18
gozel seirdi ALLAH ANALARI QORUSUN
4 iyun 2011 01:17
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış