Tərkibi:
Yumurta - 3 ədəd
Şəkər tozu - 8 xörək qaşığı+100 qram
Un - 8 xörək qaşığı
Qabartma tozu - 10 qram
Su -5 xörək qaşığı
Qatılaşdırılmış süd - 170 qram
Xama (20%-li) - 120 qram
Yarım limonun suyu
Qırmızı qarağat - 1 stəkan
Qara qarağat - 1 stəkan
Quru süd - 1 stəkan
Yoqurt - 180 qram
Kəsmik (yağlı) - 100 qram
Jelatin - 20 qram
(jelatınin halal formasını tapmayanlar aqar-aqar istifadə edə bilərlər)
Bəzək üçün:
Kokos
Hazırlanması:
İlk öncə biskviti hazırlayırıq. Bunun üçün yumurtanın sarısını ağından ayırırıq.
Yumurtanın sarılarını 4 xörək qaşığı şəkər tozuyla çalırıq. Ağ məhlul alınmalıdır. Çalmağa davam edə-edə 5 xörək qaşığı su əlavə edirik.
Yumurtanın ağını bir çimdik duz və 4 xörək qaşığı şəkər tozuyla beze halına gələnədək çalırıq.
Unu ələkdən keçirib ayrı qabda qabartma tozuyla qarışdırırıq. Üzərinə yumurta sarısınından hazırladığımız qarışığı tökürük. Ardından ehtiyatla bezeni töküb qarışdırırq.
Biskvit qabımıza mətbəx kağızı sərib yağlayırıq.
Xəmirimizi biskvit qabımıza töküb, 180 dərəcə istilikdə 30 dəqiqə bişiririk.
Hazır olduqdan sonra biskviti ortadan bölürük, alt tərəfini biskvit qabına yerləşdiririk.
İndi isə qarağatlı muss hazırlayırıq.
Bunun üçün qırmızı və qara qarağatları (dondurulmuş da ola bilər) blenderdən keçiririk. Üzərinə quru süd və 0.5 stəkan şəkər tozu əlavə edirik. Yenidən blenderdən keçiririk. Ardından kəsmik də töküb bir daha blenderdən keçiririk. Ən sonda isə yoqurtu tökürük, əvvəlcədən bişirilmiş jelatini də əlavə edib tez-tez qarışdırırıq. 5 dəqiqəlik soyuducuya qoyuruq.
Biskivit qabındakı biskivitin üzərinə mussun 2/3 hissəsini töküb biskivitin üst hissəsini yerləşdiririk. Üzərinə isə qalan mussu töküb yayırıq. 1 saat soyuducuda saxlayırıq.
Kremi hazırlayırıq. Qatılaşdırılmış südlə xamanı qarışdırıb mikserdə çalırıq və çala-çala yarım limonun suyunu tökürük.
Tortu biskvit qabından çıxarıb hər tərəfinə krem çəkirik və 30 dəqiqəlik yenidən soyuducuya qoyuruq.
Tortun üzərini kokosla bəzəyirik. Ortasına isə qarağat və bir-iki dənə nanə yarpağı yerləşdiririk.
Tortumuzu kəsdiyimizdə çox gözəl görünür.
Nuş olsun!
(Tərcümə olunub)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Daxili İşlər Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
“Vətən uğrunda” medallı hərbçimiz yoldaşlarına su apararkən şəhid olub
Praktik 4 üz maska
Yeni doğulmuş uşağını paltaryuyan maşında yudu
İrina Şeykin gecə libasları
Azərbaycanda təhlükəli sürüşmə
Məşhur aktyor üçüncü dəfə ata oldu-FOTO
Qarabağda darmadağın olan erməni ordusu qadınların ümidinə qalıb - VİDEO
Fahriyə Evcen bayram günü atasını yada saldı
İlham Əliyevdən Ermənistanla bağlı tvit
Dünyanın ən qədim çarpayısı tapılıb
Tarkandan maraqlı 2018-ci il arzuları
Qadınlara deyilməyəcək sözlər...
Ən həssası odur
Gül kələmi salatı (foto resept)
Ömrümüzün 11 ilini nəyə sərf edirik?
Rus dili - РҐС…
Türkiyədə yeni qadağa
“Sen anlat Karadeniz”in yeni mövsümü - VİDEO
“Harri Potter”in ulduzu ilk dəfə ata olacaq
Bu tələbələrə dərslik əvəzinə müavinət veriləcək
Məzəli şəkillər
HAVA necə olacaq? 22 Mart
10 Yaşında ana oldu
İlham Əliyev və Mehriban Əliyeva bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər
Bəxt üzükləri
Dövlət qurumlarında çalışanların işə çağırılması ilə bağlı AÇIQLAMA
Zərif yaxalığıın hazırlanması
Bulimiya nədir?
Sadə rulet (foto resept)
"Naznaz" peraşkisi (foto resept)
Nazirlikdən apteklərdə yeni qiymətlərlə bağlı
Unun qiymətinin qalxması xəbərinə nazirlikdən reaksiya
Kartoflu şorba
Pas və pas ləkəsinin çıxarılması
Merlin Monronun "Qızıl Globus"u rekord məbləğə satıldı-FOTO
Üzüyün fəlsəfəsi...
Çiyələkdən qurd çıxdı - Sosial media QARIŞDI/VİDEO
Leonid İvaşov: “Rusiya Ermənistanın tərəfində Dağlıq Qarabağ münaqişəsinə qarışmamalıdır”
Venesiyanın görməli yerləri
Azərbaycanda muzeylərə getmək istəyənlərə xoş xəbər
BÜRCLƏR bizə nə vəd edir? -16 MAY
Gicitikan salatı (foto resept)
"Xəzər status qazanmağa yaxındır?"
Google Glass başağrısı yaradır
Firuzə İbadova imicini dəyişdi - video
Alış-veriş asılılarına praktik təkliflər
Castin toydan sonra 5 milyonluq villada yaşayacaq - FOTO
Bakıda yanmış bina sakinlərinə müjdə
Belə də aparıcı olar?
- ŞƏRHLƏR