Günlük ədəbi dəyərlərdən uzaq küçə insanının danışıq dilində danışan insanların xüsusiyyətləri:
Bu tip insanlar bu cür danışıqla bir növ qorunma mövqeyi alırlar. Özlərinə fərqlilik və xüsusilik qatmağa cəhd edirlər. Nəzarət düşkünü olaraq söyüş və lənət sözləri ilə güc qazanmağa və qarşısındakını əzməyə çalışırlar. Diqqət çəkmək, basqın olduqlarını sübut etmək və başqalarının reaksiyasını ölçmək üçün söyüşdən istifadə edirlər.
Yuxarıdan baxanlar
Bu insanlar hər şeyi bildiklərinə inanırlar. Öz aləmlərində zəka fışqıran fikirlərini ətrafındakı adi insanlara bəxş edərlər.
Belə bir "fərqləri" olduğunu düşündükləri üçün də başqalarına yuxarıdan baxmağa haqları olduğunu hesab edirlər. O qədər yuxarıda olduqları üçün də başqalarının səsini belə eşitməzlər. Bu davranışları ilə ətrafdakı insanlarda çatışmazlıq duyğusu oyandırmağı sanki məqsədə çevirmişlər. Çox zaman da hörmətsiz olurlar. Belələri ilə ünsiyyət qurmaq çətindir. Onlar ancaq öz fikirlərinin doğruluğuna inanan tiplərdir. Əgər əsəbləriniz sağlamdırsa, sırf əylənmək xatirinə onları danışdıra bilərsiniz. Amma məndən soruşsanız, bu, heç də sağlam bir əyləncə növü deyil.
Bəhanə tutqunları
Bir anlıq hər zaman bəhanəsi olan bir insanla birlikdə olduğunuzu təsəvvür edin. Nə qədər darıxdırıcıdır, deyilmi? Çünki, belə insanlarla birlikdə olmaq həqiqətən çətindir. Əvvəla, onlara etibar etmək olmur. Bəhanələr axtararkən zamanla ipin ucunu qaçırırlar və həqiqəti görmək bacarıqları dəyişir. Onlar üçün bəhanə tapmaq asılılıq halını alır. Bəzən elə yaradıcı, ağla, xəyala gəlməyən elə bəhanələr tapıb inandırıcı tərzdə söyləyərlər ki, təqdir etməmək mümkün olmur. Onlardan əla ssenarist olar.
Belə insanlar çox sevimli olmaq istəyirlər. Amma daxilinizdə bir bulantı yaradarlar. Sözlərini birbaşa söyləməzlər, zarafatla deyərlər, lakin bu, zarafatdan çox kinayəyə bənzəyər. Onlar kinayəni zarafat sandıqları üçün əslində düşmənlik və qısqanclıq dolu ifadələrdən istifadə etdiklərinin fərqinə varmazlar. Kənardan baxsanız, beləsinin halına yana da bilərsiniz, amma kinayəyə özünüz məruz qaldıqda bu, ağlınıza gələn son şey olacaq. Sizi əsəb girdabına salacaq, bundan narahat olduğunuzu bildirdikdə isə böyük ehtimalla geriyə addım atıb, "Elə şey olarmı, canım, mən səni çox istəyirəm" mənasına gələcək sözlərlə, üzsüz sevgisi ilə əzməyə çalışacaqdır. Beləsi ilə ünsiyyətdə olmaq üzünüzə bir gülüş maskası taxmaq deməkdir. Uzun müddət ünsiyyət saxlasanız, maska üzünüzə yapışa bilər, xəbəriniz olsun.
Qeybət edənlər
Onlar ikiüzlü, hiyləgər və qısqanc insanlar olur. Bəzən olan hadisələrdən durmadan bəhs edirlər. Və danışarkən də özlərini belə müdafiə edirlər - "Mən həqiqətləri danışıram". Ancaq danışdıqları həmin həqiqətlərə aid olan insanların bunlar haqqında eşidilməsini və bilinməsini istəmədiklərini düşünməzlər. Amma heç bir dedi-qodu da olduğu yerdə qalmaz. Qulaqdan-qulağa ötürülən hekayə onu yaşayan insanın qulağına başqa cür gəlib çatır. Bu dəyişməz qaydanı unutmayın: bir insan sizə birinin qeybətini edirsə, başqasına da sizin qeybətinizi edir.
Sözü kəsənlər
Bilirik ki, insanlar danışarkən sözlərinin kəsilməsinə tab gətirmirlər. Bu, çox insan üçün belədir. Bəs sözü kəsənlər kimlərdir? Gəlin onları tanıyaq.
Sözü kəsənlər daha çox nəzarət etmək istəyənlər, liderlik hədəfləri olanlar, qarşısındakılara əhəmiyyət verməyənlər və həyəcanına təslim olanlardır. Onlar əslində qorxar, başqalarına hökm etmək cəhdi ilə onların sözlərini kəsərək öz qorxularından yaxa qurtarmağa çalışırlar.
XƏBƏR LENTİ
Müğənni Kris Kelmi vəfat edib
Ütü necə təmizlənməlidir?
Əgər kədərlisinizsə, ancaq səbəbini bilmirsinizsə...
Fitneslə düzgün məşğul olmaq
Bütün dünya müsəlman olacaq?
Ən bahalı yataq dəsti
"Məqsəd yaxşı oxumaq yox, stress atmaqdır"
Şüşədə buzlu naxışlar
217 min dollarlıq çanta satıldı-FOTO
Dünyada qızıl dəyərə minir
Rusiyaya giriş çətinləşdi
Məşhur müğənni koronavirusdan öldü - FOTO
Uşaqlara MANNA və DÜYÜ sıyığı
Gündəlik həyatımızda istifadə etdiyimiz Atalar Sözləri!
"Oskar" mərasimində qalmaqal
Kliniki ölüm
Paint tutorial
Körpə haqqında doğru bildiyimiz 10 yanlış
Bizim fotomodellər
Ted Kruz ABŞ prezidenti postu uğrunda mübarizəni dayandırıb
Saçlarımıza qulluq edək
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Hava haqqında
Harison Ford yenidən “İndiana Cons” rolunu oynayacaq - VİDEO
Günün qoroskopu: səmimi, nikbin və gülərüz olmağa çalışın
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Azərbaycan ombudsmanı beynəlxalq təşkilatlara bəyanat göndərdi
Qadın.Net-i necə tapmısınız?
Troya muzeyi dünyanın diqqətində
Merve yenə İMİCİNİ DƏYİŞDİ-FOTO
Dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı tapşırıqlar verildi
Koronavirusa qalib gələn Pink: "Dəhşət idi"
Günün ulduz falı
Kök xanımların nifrət etdiyi 22 cümlə
Gürcü salatı (foto resept)
"Sigara böreyi" (foto-resept)
Körpələrin ideal boy və çəkiləri
Cərcis Peyğember (ə) ziyarətgahından görüntülər
ABŞ-da 40 milyon üçün dilənən ermənilər
Aspirin maskaları ilə təmiz, parlaq dəriyə sahib olun!
Günün qoroskopu: təşəbbüskar olun
Qaçqın ailələri üçün problem: necə etməli?
Meyvə-tərəvəz buketləri
Çikaqoda iki qatar toqquşub, yaralılar var
İstirahət gününün HAVAsı
Dənizdə böyük faciə; 400 ölü
Qadınlıq haqqında 10 mif (2)
Ağdamın azad olunması kadrları “Haber Global”da - VİDEO
Foqtsla bağlı qərar verildi
Ingilis Dili-XV Dərs
- ŞƏRHLƏR