Bakıda hava 15°
USD AZN
EUR AZN

Qadin.Netlilərin körpələri (1)

YEGİŞ

Əziz xanımlarımız, növbəti silsilə xəbərimi Qadin.Netlilərin körpələrinə həsr etməyi qərara aldım. Əminəm ki, bu bir çoxları üçün maraqlı xəbər ola bilər. Qadin.Net - biz hamımız bir ailəyiksə, bir çox xəbərlərdə bir-birimizi yaxından tanıyıb, az da olsa xasiyyətimizə bələdiksə, nədən övladlarımızın maraq dairəsini, xasiyyətini, sevdiyi xüsusiyyətlərini bilməyək?! İnşAllah, bu xəbər saytdakı bacılarıma da düşərli olsun. Tezliklə onlar da öz şirin-şəkər balalarını bizlərə tanıtsın. Allah hamının balasını saxlasın. Ömrümüzün yaraşığı körpələrimizdir. Tanrım hər bir ailəyə bu sevinci yaşatsın. AMİN!

Başlayım özümdən, mənim dəcəl balam, ərköyün balam, 2008-ci il oktyabr ayının 20-si uzun ayrılıqdan sonra dünyaya gəlib. 5 yaşı var. Bağçaya, hazırlığa gedir. Yaddaşı çox yaxşıdır, belə davam etsə, dərdim olmaz. Dəcəlliyinə bəlkə də çatan olmaz, qardaşlarım ona Avropanın analoqu olmayan uşağı deyirlər. Amma dəcəl olduğu qədər də, ağıllıdır, təmizkardır. 6 aylığından pampersə əlvida deyib, gecəli-gündüzlü. Hərdən sözə baxır, hərdən də heç fərqinə varmır. Rəqs etməyi çox sevir. Deyir ki, mən rəqqas olacam (sənət də tapıb). Çox əliacıqdır, hər şeyini ortalığa tökür, bütün məhlənin də uşaqlarını evə gətirir ki, nə istəyirsiz götürün, təki mənlə oynayın. Sevdiyi yemək özü demişkən qyazok (yumurta), bir də makarondu. Bir sözlə, balam hər halıynan şirindi. Cümləmizin balaları Allaha əmanət, başımıza tac olsun!

Qadin.Netlilərin körpələri (1)

Hacəti-i Vuslat 

Yegiş, xəbərin uğurlu olacaq inşaAllah...
Mənim iki qızım var: Ruqiyyə və Leyla. Ruqiyyəm, ilk sevincim-2005-ci ildə soyuq dekabr ayının 21-də dünyaya gəlib. ... Uşaqların əsas xasiyyətləri elə ilk gündən bəlli olur. Körpəlikdən necə "mızı"idisə, indi də elədir, "Dəymə sınaram" tipindəndir (anam deyir mən də elə idim  feel). Kiçik qızım Leylam mənim sifarişimlə gəlib deyə bilərəm (Allahın izniylə), çünki atası "bir uşaq yetər" deyirdi, mən isə, "iki qızım olsun istəyirəm" deyirdim. Leylamız, 2006-cı ilin noyabr ayının 5-də, normadan iki həftə tez, amma biz gözlədiyimizdən iki həftə gec gəldi dünyamıza: nəticədə, xəstəxanaya idman köynəyin ilə gedib, gödəkcə ilə çıxdım blush Dediyim kimi, Leyluşum da körpəlikdən öz xüsusiyyətlərini göstərməyə başladı: maşaAllah iştah barəsində yaxşıdır, südü çatdıra bilmirdim, ikisini boşaltmasa əl çəkmirdi. Hətta, ilk sözü də "məm-məm" idi. İndi də deyirəm ki, Leyluş olmasa, Ruquş ölər acından, onun hesabına həvəsə gəlib yeyir mızmızam. Heç unutmaram: balacanın yenicə oturmağı öyrəndiyi vaxtları idi, qaşıq görən kimi ağzını açdığı üçün, böyüyüm qaşığı duzla doldurub körpəyə yedirdmişdi! Nə qədər duz yemişdi bilmirəm, xeyli su içdi... İkisi də iki il bədii gimnastikayla məşqul olublar, xeyli də uğurlu idilər, professional məşqlərə keçdikləri üçün daha getmədilər. Üzgüçülüyə həvəslidirlər, yaxşı üzürlər. Hərəsi müəyyən qabiliyyətlərimdən götürüb: böyük qızımın əli incəsənətə yatımlıdır, gözəl rəsmlər çəkir. Kiçik isə daha çox "ixtiraçıdır", fantaziyası da genişdir. Düzü şəkilləri baş-ayaq çəkən, rəqəmləri tərsinə sayan bir uşağın məktəbdə nə vaxtsa uğur əldə edəcəyinə inamazdım  Amma müəlliməsi çox razıdır (kiminin əvvəli, kiminin axırı). Həm də "qadın işləri"nə həvəskardır: ev yığışdırmaq (təbii ki, mənə lazım olanda yox! , yeməyin reseptini soruşsun, "qazana nə isə əlavə edəndə məni çağır" deyir... Hə, iki bacının saçyoldusundan da keçmə! Kiçiyin əli ağırdır deyə (ayaq tutmamış yumruğu ilə qab sındırırdı), elə hey böyük mızmızanı cırnadır. Onu da deyim ki, qızlarımı əkiz bilirlər, (arada mən də çaşıram) odurgirl_smiəkiz evlad arzum ürəyimdə qalmadı... Bunlar hamısı gözəldir, amma ən çox sevindiyim odur ki, övladlarıma yaradılış səbəbini anlada bilirəm, Allaha qul olmaq məqsədinin həyatlarında əsas olduğunu bilirlər. Bir ara kiçik gəldi ki, ay ana, suya dua oxuyursan haa sözlərini bilməyəndə "Allah, Allah" demək olar? Müsbət cavab alıb getdi. Xeyli vaxtdan sonra astaca göz oldum ki, görüm nə edirlər. Gördüyüm səhnə qarşısında sevincdən doldum: böyüyün harası isə ağrayırmış, kiçik oturdub onu divanda,  empathy əlinə verib təsbehi ki, zikr et. Özü də "Allah, Allah" deyərək oxuduğu suyu içirdir ona. Bir Ana olaraq ən böyük uğurum Allahı sevdirməyi bacarmaqdır!..love  

 melek babazade

Canım Yegişim, şirin-şəkər xəbər hazırlamısan. Mənim iki gül balam var. Oğlum Emilim. O, 2009-cu ilin may ayının 23-ü çox xahiş-minnətlə dunyaya gəldi, hazırda 4 yaş 5 aylıqdır. Balam ağıllıdır maşaAllah, amma çox dəcəldir. O yemək yəyənəcən həyatım sonür. Kim soruşsa ki, Emil, sənə nə alaq? - deyir kitab və kinder yumurta. MaşaAllah zehni yaxşıdır, çoxlu şeirlər, mahnılar bilir. Gəldik evimizin gülü Mələk balama. O, istənməyən uşaq olsa da, indi hamının sevimlisidir.love Qızım 2011-ci ilin mart ayının 15-i axır çərşənbə günü dunyaya gəldi. Hazırda 2 yaş 7 aylıqdır. Sözə baxan və bir o qədər də tərs qızdır, nəsə beyninə girdisə, mütləq etməlidir. O da qardaşı kimi çoxlu şeirlər bilir. Hətta qardaşından da çox. İkisini də çox sevirəm, necə deyərlər onlarla nəfəs alıram! Onlar haqqında yazmağa çox şey var, amma bura sığışdırmaq olmaz. Allah ballarımızı qorusun. Olmayanlara da bu gözəl paydan nəsib etsin, inşaAllah. girl_ang

R.G.AL-SU

Qızım Alsu 15 iyul 2009-cu ildə yayın çovğununda dünyaya gəlib, daha doğrusu xəstəxanaya gedərkən külək, yağış və dəhşətlə çaxan ildırım təcili yardım maşınına minməyə imkan vermirdi, havaya uçan çətirimizi hələ də tapa bilmirik pardon Amma onun gəlişi ilə elə bir günəş doğdu ki, gəl görəsən. Kaş bütün ömrünə eləcə günəş, şəfəq saça balamın girl_ang Çox sevir musiqini, rəqsi, bir də piano çalmağı, mən isə onun həkim olmağını arzulayıram. Oğlum Surac, 5 dekabr 2010-cu ildə qışın qarlı günündə dunyaya göz açıb, qəribə hobbisi var-qarşısına nə keçər götürüb ev qurar, meyvə, konfet, paltar asan şpilka - fərqi yoxdur, hər şeydən ev qurar, bir də ki təyyarənin dəlisidir, mən isə onun yaxşı bir vəzifədə olmağını istəyirəm. Allah bütün balaları qorusun və valideynlərin zəhmətinin bəhrəsini versin.

Nazlı

“Uşaq evin gülüdür” – deyib atalarımız.
Doğulmağı ilə həyatıma bir dünya sevinc bəxş edən, ömrümün bəzəyi, həyatımın mənası, gözümün işığı olan gül balamloveİsaxan balam 2008-ci il iyun ayının 3-ü dünyaya göz açıb. Düzdür, 7 il intizarda qoydu məni, amma sonunda şükürlər olsun gəldi. Allah bütün arzusunda olan xanımlarımıza ana olmağı nəsib etsin, inşaAllah. Bir az da ərköyündür mənim balam. Hər şeylə maraqlanır, özünə aid oldu, olmadı, çox sual verir, o qədər danışır ki. Allah salamat eləsin bütün balaları. girl_ang

Sabrina Melodi

Oğlumun adı Pərvizdir (qısacası totuş smile). O, 2010-cu ilin iyun ayının 21-i anadan olub. Hal-hazırda 3 yaş 5 aylıqdır. Şirin-şəkər balam, şirin olduğu qədər də çox dəcəldir. Dəcəlliklərindən yazsam dastan olar biggrin Amma çox şükür ki, dəcəl olduğu qədər də zehinli və ağıllı uşaqdır. 2 yaşından saymağı bacarır, çoxlu sayda əzbər şeir bilir. Yemək yeməyə başlayanda bismillah deməyi, bitirəndə şükür Allah deməyi unutmur, hələ bir unudan böyüklərin də yadına salır smile Oğlum mənə çox bağlıdır, mən də ona, mənsiz yuxuya getmir. Ən sevdiyi xörək tənək dolması, onun sözü ilə desəm "qara dolma" nyam və dovğadır: bir sözlə əsl QarabağlıdırsmileAllah hamının balasını qorusun, olmayanlara bu gözəl duyğunu yaşamağı nəsib etsin, inşaAllah. Ən böyük arzum onu namaz qılan görməkdir.

nura84

2007-ci ilin iyun ayında böyük oğlum Xəyyam dünyaya gəlib. Gecə doğulduğu üçün bilmirəm 13-ü, yoxsa 14-ü dünyaya gəlib. Yəni həkim 13 iyun yazıb. Qaynanamgil deyirlər saat 12-ni kecmişdi, niyə 14-ü yazmayıblar?pardonNə isə, 2-gün ad günü edirik. dance1 İndi 6-yaşı var. 1-ci sinifdə oxuyur. 2 ildir şahmatla məşğuldur.

Balacam-Hikmət, 2009-cu il fevral ayının 15-i dünyaya gəlib. MaşAllah çox aktiv uşaqdır, çox da danışır. Deyirəm jurnalist olacaq. O da hələ ki, şahmata gedir, amma güləşə qoymaq fikrimiz var. Enerjisini ancaq güləşdə çıxarda bilər.

Ayka S

Canım Yegişim, bildiyin kimi mənim bir qızım var. 2010-cu il 4 iyul saat 5:00-da həyatıma şirin-şəkər, gözəl mələy, Sevgi ilə gələn elə Sevgi balam oldu. Mənim balam, həm gözəl, həm agıllı, dünyalar qədər şirin bir qızdır, hal-hazırda 3 yaş 4 aylıqdı. Elə çoxbilmiş danışıqları var ki, hamıya deyəcək qadasın alım, haçan çağırsan bəliii. Məşquliyyəti ancaq bər-bəzəkdi, geyim-keçimdi. Mənim kolfilərimi geyinər, mən 1 ayda 50 kolfi alıram, geyinir cırır. Ən çox "Maşa və ayı" cizgi filminə baxır. Çox vaxt keçirdirəm. Balam artıq rusca danışır, şeirlər bilir. Namaz qılır, sözlərini tam deməsə də, herəkətlərin eyni ilə edir, o mənim bal balamdı, Allah onu bizə çox görməsin. Gözümün işığıdır, həmişə demişəm ki, uşaqsız ev, ailə heç nədir...Arzu edirəm ki, Rəbbim bütün arzusunda olanlara şirin-şəkər bala nəsib etsin, inşAllah. Allah sənin də balanı saxlasın.

Qadin.Netlilərin körpələri (1)

قنڶ Ra Gunel Mi Le Yu قنڶ

Salam, mənim adım Güneldir. Mənim 3 övladım var: 2 qız, 1 oğlan. Böyük qızımın 7 yaşı var, adı Mirvaridir, çox dəcəldir. Hobbisi ancaq oynasın, dərs oxumasın,gamer6 avqust 2006-cı ildə, bazar günü dünyaya gəlib. 2-ci qızımın 5 yaşı var, adı Ləmandır. Çox ağıllı və sakitdir, hobbisi nazlanmaqblush 8 oktyabr 2008-ci ildə çərşənbə günü dünyaya gəlib. Oğlum 1 yaş 5 aylıqdır, çox şirindir və oynağandır, hobbisini hələ bilmirəm. 21 aprel 2012-ci ildə şənbə günü dünyaya gəlib.

Beren Saat

Allah hamının balasını saxlasın, içində bizimkini də. Şirin-səkər, ağıllı, bacarıqlı, düşüncəli və o qədər də çox dəcəl oğlum var. Abdullazadə Elcan Elçin oğlu. 2011-ci il avqustun 30-u Qax rayonunda anadan olub. Hər 2 ailənin ilk nəvəsi olduğu ücün çox sevilir və özünü sevdirməyi bacarır. Oğlumun yalnız 2 hobbisi var: biri musiqi-çalğı alətlərinə həvəsi çoxdur, pianoda, sazda, qarmonda, gitara, sintizatorda bacardığı kimi çalmağı və oxumağı sevir. Incəsənət aləminə həvəsi çoxdur, qandan keçib. Televizorda hansı mahnı çalınsa- muğam, estrada, qarşında duracaq, guya oxuyurmuş kimi başlayır mızıldanaraq yellənməyə. 2-cisi maşınlara həvəsi var. Atası maşın sürəndə özü də oturur, atasına deyir sən çək əlini mən sürürəm. Başqa uşaqlar kimi oyuncaqlarla heç arası yoxdur, oynamır. Indi də Maşa və Ayıya baxmağa başlayıb. Bağçaya gedir, bağçada da müəllimələrinə, xalalarına özünü sevdirib love Oğlumuz üçün arzularımız, xəyallarımız böyükdür, inşaAllah arzularımız da, xəyallarımız da bir gün gercək olar... girl_ang

Səslərin sayı: 22
208
6683
loading...
Şərhlər
Offline
Aysel İ.
Xəbərin günün müəəlifi olub canım. good Layiq olduğu yerdədir. bomb Təbrik edirəm. Burdakı qızların hamısının yanaqlarından çoxlu çoxlu öpürəm. kiss Oğlan uşaqlarınnın isə gözlərindən. Allah hamsını saxlasın. Hamsı çooox şirindi. air_kiss
14 oktyabr 2013 20:30
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
PƏRVANƏ ƏLİYEVA......
Gunun muelifi bacimi tebrik edirem.Uqurlarin cox olsun. give_ros air_kiss
14 oktyabr 2013 20:27
Offline
Melek Babazade
Titi,
Yooox ay baci heleki bizimki rol oynamirlar.heleki hemiwe bele qucaqlawirlar.inwallah hemiwe bele olarlar.twk canim
14 oktyabr 2013 20:19
Offline
Flowers
Körpələrimiz günün müəllifi oldu ee bunu da bacardılar biggrinTəbriklər
14 oktyabr 2013 20:19
Offline
meryem eliyeva
cox gozel xeberdi allah haminin balasini saxlasin yeqinki heyatimizda balarimizdan sirin eziz hecne yoxdu onlari her seyden herkesden cox sevirik allah ovlad hesretinde olanlarada bu gozel duygunu qismet etsin
14 oktyabr 2013 20:14
Offline
Gulshen_q
Maşaallah.Elə bil bütün uşaqlar hamsı bir ananın balalarıdır ee.Göz dəyməsin.Allah bəd nəzərdən saxlasın, inşaallah.Çox gözəl, çox şirin və də ağıllı (görünüşləri bunu deyir) uşaqlardılar. laughing
14 oktyabr 2013 20:13
Offline
Hacət-i Vuslat
Lalem QIZLARIN BIR NUR PARCASIDI...

Çox sağol qəlbi nurlu bacım love
Hacət-i Vuslat,
Nece gozel qizlariniz var bacim? Allah qorusun. Allah imanlarini kamil etsin insAllah. size halal olsun, usaqlarda bele Allah sevgisi yaratmisiniz.gozellerim menim, cox sirindiler hem de.

Allah sonsuz razı olsun bacım, Rəbbim hər kəsə xoşbəxt Ana, Ata olmağı nəsib etsin! give_ros
14 oktyabr 2013 20:06
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Aminim
[quote=55595]ALLAH butun gul balalari saxlasin ,hamisi sirindiler ,xalanin balasi Amini yeyerem[/quote]
Amin canım.Allah gözəl balalarına dəyməsin
14 oktyabr 2013 19:52
imza: qadin.net
Offline
Ayka S
Titi,
amin insAllah baci. deymez o ne sozdu. usaqlar menim ureyimdi
ALLAH üreyine göre versin
14 oktyabr 2013 19:39
Offline
Titi
Caaaan cox sagolç xalasi bele getse sizlerden kolfi isteyecem

sirinime qurbandi dunyanin butun kolfileri
inşallah canim menim ALLAH senede nesib etsin gozel sozlerin ucun cox sagol.

amin insAllah baci. deymez o ne sozdu. usaqlar menim ureyimdi.
14 oktyabr 2013 19:34
Offline
creativka
Allah butun balalari saxlasin,arzulayanlara qismet.yegiwim,men bu xeberde iwtirak ede bilmedim,meni bagiwlayarsan da love
14 oktyabr 2013 19:33
imza: DUNYANIN EN XOWBEXT ANASI
Offline
Ayka S
ayyyy bunun qadasin alaram ele. balamin namazina qurban. cooooox sirindi baci, agilli usaga oxsayir. baci sen heeeeç narahat olma, burda sirinimin xalalari çoxdu. balam ne qeder istese her xalası alib verer ona. Allah nezerini ustunden eskik etmesin insAllah.
Titi,
Caaaan cox sagolç xalasi bele getse sizlerden kolfi isteyecem crazy inşallah canim menim ALLAH senede nesib etsin gozel sozlerin ucun cox sagol.
14 oktyabr 2013 19:29
Offline
suna eliyev
Allah anali atali boyutsun.Bu dunyada tek masum usaqlardir.
14 oktyabr 2013 19:23
Offline
canim
ALLAH butun gul balalari saxlasin ,hamisi sirindiler ,xalanin balasi Amini yeyerem

cox gozel alinib canim ,ugurlu ,davamli olsun,olmayan qizlarimiza Allah sirin paylarini qismet etsin
14 oktyabr 2013 19:09
Offline
✰Serenay Sarıkaya✰
AYY YERIM BEN BUNMLARI COK TATLILARRRR
14 oktyabr 2013 18:56
Offline
Titi
ay ayyyyy qurban olaram ele bunlara. nece sirindiler hamisi. Allah qorusun hamisin, insAllah valideynlerine xeyirli ovlad olarlar. bacim xeberin super. uzagi sabaha gunun muellifi olacaqsan. YEGiŞ,
ay baci menim nisanlim nece yarasiqli oglan olub. beh-beh darixdime lap onuncun. qizlar deyim bilin, o menim nisanlimdi ve kimese vermek fikrim de yoxdu. ona basqa gozle baxani oldurerem, qisqaniram hamiya. Yegis mama toyu ne vaxt eliyirsizeee yas kecir axi. balaca olmasina gore narahat olma, evvel men onu saxlayaram, sonra boyuyub o saxlayar da meni wink Allah saxlasin bacim.

Hacət-i Vuslat,
Nece gozel qizlariniz var bacim? Allah qorusun. Allah imanlarini kamil etsin insAllah. size halal olsun, usaqlarda bele Allah sevgisi yaratmisiniz.gozellerim menim, cox sirindiler hem de.

Ayka S,
ayyyy bunun qadasin alaram ele. balamin namazina qurban. cooooox sirindi baci, agilli usaga oxsayir. baci sen heeeeç narahat olma, burda sirinimin xalalari çoxdu. balam ne qeder istese her xalası alib verer ona. Allah nezerini ustunden eskik etmesin insAllah.


melek babazade
hele siz bunlarin mehribanligina baxin. yoxsa bizi kimi ancaq sekil cekdirende qucaqlasirlar? smile Allah mehriban elesin hemise

R.G.AL-SU
nece sirindilereee masallah. yeqin oglun yaradici insan olacaq baci. hobbisi dogrudan maraqlidi. Allah qorusun.

Nazlı
Baci ozu gec gelibe qesden intizarda qoyub ki sonra onu cox istesinler. cox sirin usaqdi, Allah qorusun.

Sabrina Melodi
Ay bunun bismillah deyen diline qurban. baci cooooox sirin oglun var masallah. men deyim sen bil, boyusun qizlar el cekmeyecek ondan, arxasinca dusecekler. Allah saxlasin

nura84
Bilinir agilli usaqdilar. yadimizda yaxsi saxlayaq ki, dunya uzre sahmat cempionatinda Xeyyam ve Hikmet adi gorende yadimiza dussun. Allah yollarini aciq etsin.

قنڶ Ra Gunel Mi Le Yu قنڶ
Ayalllla ne gozel üçlükdü bunlar. bir-birilerine hec oxsamirlar. amma her üçü sirindi. cubbuluya bax hele yeyerem men seni. Allah qorusun baci.

Beren Saat
Bu da bizim proqramist sirinimiz. Allah arzularina catdirsin insAllah



Ay Yegis menim onsuz da ureyim gedir usaqlardan otru, niye bunlari gosterib şişirdirsen meni?
14 oktyabr 2013 18:56
Offline
Aminim
Yequş çox sağ ol canım ,belə maraqlı ,şirin xəbərin hazırlamısan .Uğurlarrr

Rəvuşum Allah sənədə qismət etsin


Yeqiş cox gözәl xәbәr hazırlamlsan. canım.Superdi balalarınız.Allah hır birinin bәxtini versin

gözəl günün olsun bacım.Amin!
14 oktyabr 2013 18:40
imza: qadin.net
Offline
Aminim
Simpaticni oglandi)))))
xahis edirem hami menim nisanlimdan gozunu ceksin

boyyyy gəlinim özünü yetirdi ki.
14 oktyabr 2013 18:38
imza: qadin.net
Offline
gulnaz semedova
gozel balalardi, allah saxlasin girl_ten
14 oktyabr 2013 18:37
Offline
NAR çiçəyi
Allah saxlasin bu gozel, sirin balalari... kiss inseAllah xeyirli ovlad olsunlar.Ata analarina bash ucaligi getirsinler.Rebbim intizarinda olan xanimlarimizada bele sevimli ovladlar nesib etsin.AMIN. girl_ang Bu ARADA Lalem QIZLARIN BIR NUR PARCASIDI... love Bele gozel xebere gorede Yegis tesekkurler girl_ten
14 oktyabr 2013 18:37
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!