Hər bir valideyn öz övladının ailə qurmasını istəyir. Ən çox da qız övladlarının. Çünki qız övladları valideynlərin həssas yeridir. Nədənsə qızların yaşı bir az artanda və ərə getməyəndə daha da aqressivləşirlər. Xüsusilə evdə çox qız övladı olan valideynlər. Sanki qız övladlarını yük hesab edirlər. Qohum-qonşu isə həmin ailəni qınayır. "Evdə qalmış" deyirlər qızlara. Ata-ana isə bu hadisəni özlərinə utanc verici hesab edir. Amma hamı bilir ki, qapısı döyülməmiş qız olmur, bütün qızların qapısı döyülür və elçi gəlirlər. Bu münasibətin alınmaması isə ya qızdan, ya elçi gələn ailənin problemli olmasından və.s problemlərdən asılı olur.
Bizim ailədə də belə hal yaşanır. Bunu sizlərlə də bölüşmək istəyirəm.
Biz ailədə üç bacıyıq. Böyük bacımın 24, ortancıl bacımın 20, mənim isə 18 yaşım var. Böyük bacımın qisməti elə bil bağlanıb, elçi gələnlər olur, ancaq problemli ailələr olur deyə alınmır. Ətrafımızdakılar da anama deyir ki, üç qızın var, heç birini köçürtməmisən, hamısı evdədi, bu utanc bir hadisədir. Çoxları məsləhət görür ki, ikinci qızını ərə ver heç olmasa. Bacım isə razılaşmır, deyir ki, böyük bacım ərə gedəndən sonra mən də gedərəm. Hamı anamı qınayır. Anam da hər gün ağlayır, pis olur. Qohum-qonşu deyir ki, sözünüz keçmir uşaqlarınıza, üstünüzdə qalacaqlar. Anamgil də utanır. Evdə bütün günü pis ab-havadır.
Yaşımızın çox olmamasına baxmayaraq artıq evdə sıxıntı var. Bəlkə də üç qız olduğumuza görə belədir. Belə bir halın hansısa bir ailədə yaşanıb-yaşanmaması mənə çox maraqlıdır.
Sizlərdən də məsləhət gözləyirəm. İnanın, məsləhətinizə çox ehtiyacımız var. Amma xahiş edirəm, siz də bizi qınamayın. Hər kəs öz fikirlərini mədəni şəkildə bildirsin. Bu saytda yaşca böyük xanımlarımız çoxdur, onlardan məsləhət gözləyirəm. Mənim problemimə kömək edin, çox pisəm.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Maraqlı İlluziyalar
2018-ci ilin unudulmaz tərz sahibi məşhurlar
Koalaların nəsli kəsilə bilər
Zibillikdəki avtomobildən "sənət əsəri" yaratdı - FOTO
Müğənniyə olan sevgisi onu bu hala saldı - FOTO
Azərbaycanda psixoloji xidmət haqqında qanun qəbul edilə bilər
Günün ulduz falı
Ön cəbhədə şiddətli atışma
"Bakıdakı qalmaqal qorxulu yuxu idi, onu unutmaq lazımdır"
QOZ peçenyesi 4 variantlı tərkibdə(foto resept)
Evdəki dekorasiyanı tamamlayan divar kağızları
Gözəl sırğalar
"Jozefina" tortu (foto resept)
Yeni növ avtomobil kreditləri: bəla, yoxsa rahatlıq?
8 May-Şuşanın işğalı günüdür!
Can Yamanın yeni serialının yayım tarixi bəlli oldu - VİDEO
Şəhid oğlu hər kəsi göz yaşına boğdu: “Atamı cəmi doqquz il qucaqlaya bildim” - VİDEOREPORTAJ
Lavrov: “Moskva BMT-nin Qarabağdakı fəaliyyətlərə qoşulmasını gözləyir”
Həzmi asanlaşdıran çaylar
Tülin Şahin
Rihanna yeni albomla geri qayıdır!
Mədəmizi döndərən DÖNƏRlər
Məşhur aktrisa koronavirusa yoluxdu
Gənc skeletə bənzəmək üçün əməliyyat olundu-FOTO
Bir ilə 90 kq arıqladı-FOTO
Telekanal qazisini böyük coşqu ilə qarşıladı - VİDEO
Ramazanın 25-ci günüС‚ duası
Xoşa gəlməz ağız qoxusunun qarşısını necə almalı?
Cəbhədə son durum
“Dərs vaxtı”nın bu günə olan cədvəli açıqlandı - FOTO
100 yaşlı məhbusa ölüm hökmü verildi-FOTO
Azərbaycan qatarlarında möhtəşəm yenilik
Evdə bəzənə biləcək tort formaları
İki yüzdən çox rolda səhnəyə çıxan sənətkar
Unikal əməliyyat: 2 yaşlı oğlanı zorla arıqlatdılar
Kişilər sosial şəbəkələrdə
İnternetdə davranış milyonlarla itki yaratdı
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Günün ulduz falı
"iPhone" istifadəçilərinə bəd xəbər: "xəstəlik" var
Koronavirusla bağlı son STATİSTİKA
Qeyri-adi ayaqqabılar
Bu ölkə Putinlə savaşa girir?
BÜRCLƏR bizə nə vəd edir?-13 Avqust
Dişləri ağartmağın təbii yolları
"Azerspace-1" 50 milyon dollar pul qazanıb
2011-ci ilin çılçıraq modelləri
İlanların sayı artıb
Daha bir ölkə birdəfəlik plastik torbalardan imtina etdi
2018/2019 Qış gözəllik trendləri
- ŞƏRHLƏR