Hamı kimi mən də öz uşaqlığımı keçirdirdim. Mənim üçün ən böyük xoşbəxtlik valideynlərimin yanımda olması idi. "Valideynlərimin məni heç vaxt tək qoymazlar" deyirdim. Ən çox da atam. Atam mənim üçün bir arxa, dayaq idi. Ata hər qız üçün vacibdir.
Atamla aramız yaxın deyildi. Atamdan qorxmuşam və çəkinmişəm. Heç vaxt onunla oturub söhbət etməmişəm. Aramızda məsafə olub. Atamın heç vaxt məni tərk edib gedəcəyini fikirləşmirdim.Ta ki, avqustun 14-nə kimi.
Etməsin heç kəsi qoy Haqqu-Təala atasız
Yoxdu beş günlük olan ömürdə məna atasız.
2007-ci il avqust ayının 13-ü idi. O vaxt mənim 14 yaşım vardi. Atam işdən evə gəldi. Birinci dəfə idi ki, atamla dalaşdım. Kitab üstündə. Mən qışqırırdım, amma atam isə mənə baxıb gülürdü. Səhərisi gün işə getdi. Günorta ölüm xəbəri gəldi.
Atam məni tərk etmişdi. Bu dünyada tək qoymuşdu. Xəbəri eşidəndə qolum-qanadım sındı. Atamın çiyinlər üstündə son dəfə evə gəlişi… Heç vaxt yadımdan çıxmır. Atamın dəfni bibimgildə oldu. Atamın hərəkəti gözümün önündən ,danışığı, səsi qulağımdan getmirdi. Axşam olurdu, atamın işdən gələn vaxtı qulağım səsdə olurdu. Atam qapını döyəcək və pis yuxudan duracam. Günlər keçdikcə onun yoxluğuna dayanmaq çətin olurdu.
Necə izah eləyim mən bu dərin dəryanı
Çünki yazmaqla qurtarmaz bu böyük mənanı.
Neçə dost ilə qohumla sürəsən dünyanı
Ata yoxdursa, demək boşdu bu dünya atasız.
Atam ölümündən əvvəl həmişə deyərdi: "Birinci mən öləcəm".
Axırıncı dəfə evdən çıxanda evə, mənə, bacıma yatan yerdə baxıb, anamı qucaqlayıb gedib. Öləcəyini bilirdi.
Atamla bağlı arzularim urəyimdə qaldi. Nə nəvə üzü gördü, nə övlad toyu görmək qismət oldu.
Əvvəllər kiminsə yanında ata, ana mahnısı oxuyanda və ya danışanda ağlayırdılar. Ürəyimdə deyirdim ki, gör neçə il keçib hələ də ağlayırlar. İndi isə özüm eləyəm. Adamın öz başına gəlməyincə qarşındakı insanı başa düşmürsən.
Gərək valideynin qədrini sağlığında biləsən. Öləndən sonra gec olur. İllər keçdikcə burnumun ucu göynəyir. Atamı geri qaytarmaq üçün nələr verməzdim. Allahın qisməti belədir.
Kiminsə valideyni rəhmət gedibsə Allah rəhmət etsin,sağ olanlara Allah can sağlığı versin. Amin!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaq ensiklopediyası - 9
Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 279 yeni yoluxma
Müğənni tək makiyajına 20 min verdi
Azərbaycanda bir qar yağdı, tut ucundan çıx göyə...
Gözəl bilərzik modelləri
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
İşgəncəyə məruz qalmış it
Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşların fərdi kartı olacaq
Azərbaycanda qızıl hasilatı kəskin artıb
Peşə məktəblərində oxuyanlara dərsliklər pulsuz veriləcək
Məşhur aktrisada beyin xərçəngi aşkarlandı-FOTO
Ev şəraitində maska hazırlığı
Sənin "Selfie"n varmı? - Varsa, demək..
Xalq şairi həkim səhvinin fəsadlarını yaşayır
Qadın qısqanclığı
Pulunu ala bilməyən usta tikdiyi evi dağıtdı-FOTO
Ankara qan içində
Ermənistan üçün dərs olan aprel döyüşləri və ya geriyə yolu olmayan məğlubiyyət
Pensiyaçıların NƏZƏRİNƏ!
Köhnə əşyaları həyata necə qaytaraq?
Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad ediləcək - SƏRƏNCAM
Prezidentin köməkçisi: “İş saatlarına dəyişiklik edilib”
Lavaşdan ətli piroq (foto-resept)
Azərbaycanda daha 43 nəfər koronavirusdan öldü: 4077 yeni yoluxma
Ramil ermənilərə od qoyub
Ulduzun yoldaşı ayrılıq xəbərlərini təsdiqlədi
Azərbaycanda müəllimlər imtahan olunacaq
Məşhurların doğulduğu evlər (foto)
Kağızdan fil düzəldən - FOTO
Yunuslara qarşı ittiham irəli sürüldü
Qadınlar üçün çantalar
Turizm və növləri
Röya pərəstişkarlarını BELƏ SEVİNDİRDİ - FOTO
Pensiyalar nə qədər artırıldı? - RƏSMİ
ADOBE PHOTOSHOP - DƏRS 2
Müsəlman qadın Almaniyada XİN məruzəçisi oldu
Məşhurlar əvvəl və sonra
Vintaj geyim üslubu
Hədiyyə qablarından özünə don tikdi
Ukraynanın köməyinə çatdılar
Azərbaycanda sürüşmə sahələri aktivləşdi
Ərdoğan Ankaradakı terrordan danışdı
2017-nin yaz trendi ayaqqabıları
Xeyirxahlığın ölmədiyini göstərən şəkillər
Mahsun xanımı və qızı ilə - FOTO
Körpə dünyaya gəlir, ona qayğı lazımdır (3-cü hissə)
Pendirli yarım ay (foto resept)
Günün ulduz falı
Milli Qəhrəman haqqında film çəkilir
Disleksiya
- ŞƏRHLƏR