Bakıda hava 15°
USD AZN
EUR AZN

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

Artıq bir neçə ildir ki, userlərimizin bir qismi virtual münasibəti realda da davam etdirir.

Etiraf edək ki, ünsiyyətin virtualdan reala keçidi haqda ilk dəfə söz edilərkən çoxumuza qəribə gəldi və bir mənalı qarşılanmadı..

Bu addımı atanlarsa aramızdakı daha cəsarətli xanımlarımız oldu.

Daha sonra ilk ümumi görüş keçirildi.

Ümumi görüş userlərimizin daha çoxluq təşkil etdiyi şəhərdə-paytaxtda təşkil edildi.

Sonrakı il isə ümumi görüşlərə  Sumqayıt, Mingəçevir də qoşuldu..

Artıq saytımızın yaranmasının 5-ci ilinə keçmişik..

Xanımlarımızın demək olar yarısı realda da ünsiyyət qurur.

Adətən ümumi görüşlərin yay aylarında təşkil edilməsinin səbəbi iş xanımlarının məzuniyyətdə olmaları, gəzinti, əyləncə üçün ən uyğun zaman olması ilə əlaqədardır.
Yayın sonuna çox az qaldı.

Bu yay da ənənəmizə sadiq qalaraq sayt istifadəçiləri ilə ümumi görüş keçirməyi planlaşdırırıq.

Sumqayıt şəhəri üçün   30 avqust 2013 -  cü il saat 13:00

Görüş yeri :                     Dənizkənarı park, "Sülh göyərçini" abidəsinin yanı

Bakı şəhəri üçün            31 avqust 2013-cü il saat 13:00

Görüş yeri :                      Dənizkənarı Milli park (Park bulvar)

Qeyd:  Görüşdə rəhbərlikdən Baş redaktor Ceylan Mumoğlu, sayt həkimi Kərəmova Natəvan, ekspert Məmmədova Fatma və redaktor  Quliyeva Afət  də  iştirak edəcəklər. 

Görüşlərə qatılmaq istəyənlər buyursunlar   laughing

Dediyimiz kimi yuxarıda göstərilən tarixlərdə Qadin.Net istifadəçilərinin görüşü təyin edilmişdi. 

Sumqayıt görüşü bəzi səbəblərdən həmin günü alınmasa da, sonrakı günlərdə userlərdən üçü  görüşə biliblər. Onlardan biri Aysel xanım (Tormento), digəri mən Gülşən xanım və Baş redaktor Ceylan xanım.

Bakı görüşü isə elə yazıldığı tarixdə həyata keçdi. 

Bakı görüşünə qatılan istifadəçilərimiz :

Baş redaktor Ceylan Mumoğlu, sayt həkimi Dr.Nata, ekspert Fatma xanım, Sapfir statuslu istifadəçi Shoko (Şəfəq), Firuzə statuslu istifadəçi Zerish (Zərifə), istifadəçi aynus18 idilər. 

Görüşdən xatirə şəkilləri ilə tanış olaq  laughing

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

Bu şəkildə user Shokonun qızının küsmə jesti Fatma xanımla Ceylan xanımın Qadin.Netlilərin simvolik dostluq əltutma jesitini kölgədə buraxıb  biggrin

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Sapfir statuslu istifadəçi Tormento (Aysel) ilə görüş, Sumqayıt.

 

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Ceylan xanımla söhbət zamanı qeyd etdi ki, Aysel xanımın nə qədər sadiq bir dost olduğunu canlı görüş zamanı bir daha təsdiq etmiş oldum. :)

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Saytımızın üzvü olmasa da, bizlərin halını hər zaman kənardan izləyən çox hörmətli Elmira xanım da qonağımız oldu, görüşdə iştirak etdi.

Ceylan xanımın dediyinə görə görüş sonunda qızı Aysel xanımdan xahiş etdi ki, artıq ona da saytımızda bir hesab açsın, buna çox şad olduq :) 

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)
Və nəhayət, Ceylan xanımla özüm də görüşdüm. 
Görüşümüzə saytımızın yeni istifadəçisi, həm də Ceylan xanımın keçmiş iş yoldaşı , hazırda isə mənim iş yoldaşım Dilarə xanımın da qatılması bir başqa rəng qatdı. 
Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

Görüşə qatılan hər bir xanıma sonsuz təşəkkürlər  winked

Səslərin sayı: 18
503
11120
loading...
Şərhlər
Offline
Sada
Ceylan Mumoğlu,
crazy
Könlü balıq istəyən yani....Corata elan edende deyərdik gərək görüşə gələnlərə "corat qutabı verıləcək" crazy Eybi yox yəqin bura yazmaq istəmirik amma dogurdan da tutarlı və "gizli"səbəblər məncə çoxdur..Sumqayit balaca şəhərdi axi...bir də gördün QAYNANA GƏLİN bir birindən xəbərsiz saytdadı..Görüşdə toqquşdular..heç bunu fikirləşməmisiz ki biggrin
6 sentyabr 2013 21:38
Offline
Ceylan Mumoğlu
Sada,
"YER SEÇİMİ" deyende Goyərçini deyirəm

Doğurdan da görüşmək istəyənlərə yer, saat bəhanədir fikrimcə, Aysel xanım necə oldu taaa Bakıdan həmin yerə qədər gəldi və görüşdü? fellow
Corat qəsəbəsi olsaydı belə görüşmək arzusu olanlar gələrdilər blum
6 sentyabr 2013 21:31
Offline
Sada
Ceylan Mumoğlu[/b,
ALLAH eleməsin mən "KORENNOY" Sumqayitliyam bilirsiz yəain..və Sumqayitli olmagim və orada yaşamagimla fəxr edirəm...Hətta Bakılı iş yoldaşlarım məni qısqanir Sumqayita cray "YER SEÇİMİ" deyende Goyərçini deyirəm..daha məktəb vaxlarımızdaki kimi deyil e..."bizim kişi ilə!" orada qədər görüşüb gəzmişik indi desəm ki görüşə güdirəm Göyərçinin yanina saat birdə bircə söz deyər ....daha onu yazmayim...amma axshamlar iynə atsan yerə düşməz elə bizimkilər qarışıq hamisi orda gəzib guya hava alırlar biggrin unknown
6 sentyabr 2013 21:09
Offline
Ceylan Mumoğlu
Sada,
Sumqayıtı bəyənmirsiz ? Eğib olsun biggrin
6 sentyabr 2013 20:55
Offline
Sada
Ceylan Mumoğlu,
crayCeylan xanim əslində Sumqayitlılar çox etibrlı olurlar girl_ten ..məncə siz görüşü elə Bakiya salardiz gərək onda daha çox gələrdilər.Sumqayitdaki yer ,saat seçimi və "şəkil" və s.saymadigim prooblemlər məncə mane olub..Şəxsən mənim xəbərim olmayıb.xəbər elan olunanda saytda olmamışam amma Sumqayitda idim sizin kimi qonaq qismində cray xeberim olsa da yazdigim kimi gələ bilməzdim amma telefon əlaqəsi ilə sizi bir azca qabaga dəvət edərdim.. give_ros
6 sentyabr 2013 20:47
Offline
aishvarya rai
Ne gozel Insallah goruslerinde birinde mende olaram haminiz cox gozelsiz Masallah Allah hemise mehriban etsin sayt davamli olsun
6 sentyabr 2013 20:41
Offline
Ceylan Mumoğlu
Bakuji,
menim geriye biletim 31-ne idi

Bilsəydik Sumqayıt userləri etibarsız çıxacaq, elə Bakı görüşünü ayın 30-u edərdik və sizinlə də canlı-canlı görüşərdik. Pepito bajı haqlıdır, görüşdə sizdən danışdı, heyifsləndi. Ona çox cəza verilib bu aralar, ilin axırına qədər bəsidir biggrin

Selvi,
Elə bil sənə toyda söz veriblər, Maşallah, nə qədər yazmısan blum
Təşəkkür edirəm xoş sözlərin üçün kiss

aynus18,
bele bir insanlarla bir masada eylesi sohbet eledim

Elə biz də sənin gəlişinə şad olduq, maraqlı usersən smile
6 sentyabr 2013 20:40
Offline
Aysel İ.
İncə-mincəyik də... Biz yemək yemirik elə-belə dadına baxırıq. Məs: Bir quzu ikimizə bəs edər.

Mən heç yeyən deyiləm.90-60-90-nam.quzu 3-ümüzə yetər????
6 sentyabr 2013 19:52
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Nigar
Mənim bu görüşdən xəbərim olmadı.çoox təəssüflər olsun.

can bacin qurban niye harda idinki xeberin olmadi?
6 sentyabr 2013 19:24
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Pervane
Mənim bu görüşdən xəbərim olmadı.çoox təəssüflər olsun.
6 sentyabr 2013 19:20
Offline
Selvi
Ay nə gözəl. Ceylan xanimin, Fatma xanimin,Gulşən xanımın şəkillərini görmüşdüm. Dr.Natayla isə şəxsi əlaqəmiz var, ilk dəfə TV görmüşdüm bu mehriban xanımı, çox mehriban,üzügülər bir xanımdır. give_ros Digər xanımları da gördüm, məmnun oldum. Ceylan xanım vətənə xoş gəlmisiz, sizin gülərüzlüyünüz həmişə bax belə olsun inşallah. Bu görüşün baş tutmasına çoxxx sevindim, Allah Qadın. Net sayıtımızı qorusun. Mən Ceylan xanıma şəxsi sms yazmışdım, çox görmək istəyirdim bu üzügülər xanımı, gəlməməyimin səbəbini dedim Ceylan xanıma.Anlayışlığını mənə göstərdi,, məni anladı. blum İnşallah məndə bu görüşə bir gün qatılaram, Allahım bunu mənə nəsib edər inşallah.Ceylan xanımın şirin balası Alpayı yenə görüncə çox sevindim, girl_ten Allah bu gül balanı qorusun. smile Bu görüşlər daima bax belə davamlı olsun inşallah...
6 sentyabr 2013 18:45
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
PePito
Bakuji,
ay qiz igidi oldyr amma haqqimi yeme )) Ceylan xanimdan sorush men onlara ne qeder dedim.ki gelein ayin 30 edek Bakujide gelmek isteyir.hetta gorushdede senden danishdiq ordada dedimki gelmek isteyirdi amma alinmadi.yeni menlik deyildii canim...
p.s. onsuzda QN -1250 manatdi ))) bundan oyana day ne silinsin ?))
6 sentyabr 2013 18:41
Offline
aynus18
deyirem ne yaxsi ki mende gorusde idim ve bele bir insanlarla bir masada eylesi sohbet eledim
6 sentyabr 2013 18:38
Offline
ARiEL_ViViAN(SaMiRə)
ayyyyy ne gozel olub bu goruwww.sizleri gormeyime wad oldum.davamli olsun goruwleriniz ve en esasi bizede qismet olsun :)
6 sentyabr 2013 17:15
imza: BAŞINI AŞAĞI SAL İŞİNLƏ MƏŞĞUL OL AMMA BAŞINI AŞAĞI SALACAQ İŞLƏ MƏŞĞUL OLMA...!
Offline
Bakuji
Ceylan Mumoğlu,

mence QN-lerini silmek lazimdi ulduzun )))
menim geriye biletim 31-ne idi, 1 hefte soz verdi ki, gorusu evvele salacam, sonra dedi adam coxdu alinmir, senin ucun mini gorush teskil edecem, sonra da qacdi aradan cixdi. dalinca danisim ne qeder ki offline-di tongue
6 sentyabr 2013 16:59
Offline
Ceylan Mumoğlu
Bakuji,
ulduz bajinin teskilatciligi fiaskoya ugrayib, ayri vaxt qalaktikalarla elleshir, qonaqliq davasi doyur

Ulduz bajını balaca şəkər qızının şəkərliliyinə bağışlamışam artıq biggrin
Daha təşkilatçı özüm olacam, kimsəyə verməm hi

P.S. Təəccüblə, "Niyə belə az?" yazanlar, gələydüz çoxalardıq da, hərə bir bəhanə gətirməsin, şərhlərdə ancaq bəhanələr oxuyuruq bully blum

R.G.AL-SU,
,Ceylan xanım maşallah yaman zaqar olmusunuzaaaa

Qarabalayam da mən onsuz da, solyariyə pul ödəməyə ehtiyac yoxdur, təbii yolladır bizlərdə lol
6 sentyabr 2013 16:30
Offline
₪Kristal KéLébék₪ (Nezrin.M.)
ALLAH mehriban etsin xanimlar girl_ang
6 sentyabr 2013 16:19
Offline
Nigar
dünyanın sonu deyil a bacı-gətirən yenə gətirər,fikir eləmə(ya da elə bilmə canını qurtara bilərsən məndən ,mən tutduğumu birakmam

a ne yaxwi seviremde tutdugun buraxmayan adamlari dance1 bilirsen o getiren adam artiq eli uwaqlidir ozde mawAllah 3 dene ona gore bir muddet cetin olsun recourse
6 sentyabr 2013 15:48
imza: Allahın cümləmizə yar olsun amin
Offline
AYGUN_1981.
niye bele az?

ALLAH MEHRIBAN ELESIN,GELEN IL INSHALLAH COX OLAR air_kiss
6 sentyabr 2013 15:40
Offline
Aysel
ALLAH mehriban elesin, dostluğunuz daimi olsun
6 sentyabr 2013 15:22
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!