Ətrafda olan bütün yaşıdlarınız, sizdən kiçiklər, karyera, cazibə, bacarıq baxımından sizdən heç də öndə olmayanlar ailə həyatı qurub, sevdikləri ilə xoşbəxt ömür sürürlər?Bəs siz niyə tənhasınız? Çünki, beyninizdə aşağıdakı fikirlər hökm sürür.
"Valideynlərim kimi ailə həyatı qurmaq istəmirəm"
Deməli, hələ də öz uşaqlığınızın təsiri altındasınız. Evdə olan söz-söhbətlər sizi bezdirdiyi üçün evlilik təklifini rədd edirsiniz. Elə bilirsiniz ki, sizin də ailəniz öz valideynlərinizinki kimi olacaq. Digər tərəfdən isə azadlığınızı itirəcəyinizdən qorxursunuz. Əgər düzgün həmdəm seçsəniz, bütün bunlar baş verməz.
"Heç kəs məni onun qədər hirsləndirmir"
Siz artıq "tora" düşmüsünüz. Çox gözəl başa düşürsünüz ki, fərqli insanlarsınız, amma onunla görüşməkdən imtina edə bilmirsiniz. Rəfiqələriniz də ondan ayrılmağınızı təklif edir. Onunla bağlılığınız özünüzə də xoş deyil. Amma özünüzlə bacarmırsınızsa, özünüzə sual verin: Bütün bu əzablara dözməyə dəyər? O, insanı yaddaşınızdan silin. Sizə dəyər verən insan tapın.
"Anam deyirdi ki, heç kəs məni sevə bilməz. Ona görə..."
...Çox kökəm, çox danışıram, gözəl deyiləm. Bir sözlə, məndən evinin qayğısına qalan xanım olmaz. Kişilər isə bu keyfiyyəti olmayan qadın tərəfə baxmaz. Axı, özünüz çox gözəl bilirsiniz ki, sevdiyiniz və sizi sevən insan üçün hər şeyi edə bilərsiniz. Həm də hər bir qadını olduğu kimi sevən insan var.
"Öz səhvlərimi təkrarlamaqdan qorxuram"
Həyatınıda "eks sevgili" anlayışı var. Bu sevginizə görə də özünüzü bağışlaya bilmirsiniz. Bəlkə də, sevgiyə tövbə etmisiniz. Amma unutmayın, bütün insanlar eyni deyil. Axı hamı sizi aldada bilməz. Həm də sevgi məsələsində bir dəfə yanıldığınız üçün, ikinci dəfə daha da təcrübəli olacaqsınız.
"Karyeram dağılacaq"
Əldə etdiklərinizin hamısı zəhmətinizin bəhrəsidir. Bütün bunları sevgi yolunda itirmək isə sizin üçün faciədir. Axı, niyə bu fikirlərlə özünüzü yükləyirsiniz? Niyə düşünürsünüz ki, sevgi sizi karyeranızdan ayıracaq? Əgər bu gün uğurlu karyera qurmusunuzsa, deməli, siz bacarıqlı xanımsınız və ailə həyatının öhdəsində də gələ bilərsiniz. Ağıllı xanımlar isə daima həyata qalib gəlirlər.
"Tələsən təndirə düşər"
Ən çox rast gəlinən haldır. Karyerapərəst xanımlar işləri haqqında fikirləşməkdən ailə həyatına vaxt qalmır. Gözlərini açanda isə görürlər ki, artıq ömrünün 30 ilini geridə qoyub. Bax, bundan sonra başlayır- həyəcan və təşviş. Nə qədər şablon səslənsə də qeyd edilməlidir ki, "dəmiri isti-isti döyərlər." Qız qaldıqca qızıla dönər" məsəli isə karyerapərəst xanımların bəhanəsidir.
"Ailədəki problemlər"
Bəzi ailələr uşaqlarına azadlıq vermirlər. Ona görə də gənc və yeniyetmə qızlar ailə problemlərindən azad olmaq üçün və azadlığı əldə etmək üçün kimə gəldi, tanımadan ailə həyatı qururlar. Lakin həmişə istədiklərinə nail ola bilmirlər. Başa düşmürlər ki, ailə həyatı sadəcə toydan və nigahdan ibarət deyil. Bunda isə əsas günahkar valideynlərdir. Məncə, valideynlər uşaqları ilə dost olmalı və onlara lazımı qədər azadlıq verib, lakin həmişə nəzarətdə saxlamalıdırlar.
Unutmayın hər bir qadın xoşbəxt olmağa layiqdir!
XƏBƏR LENTİ
Davudoğlunun Ermənistana səfərdədir
Hadise üsyan etdi
Göyərtilərin faydalı xüsusiyyətləri
Bülent Ersoy bu dəfə küçədə pul payladı-FOTO
Ən bahalı qidalar
Əslində isə bunu yeyirik
Su içərkən nəyə diqqət etməli?
Nataşa Koroleva boşanır?
QALİB SEÇİLDİ! - Şaxta baba, Şaxtacan...
Hicablı qadınlar üçün 2019 yaz dəbi
Azərbaycana bahar gəlib
Bakıda 22:00-a kimi qadağa
Rola görə inanılmaz dəyişikliyə məruz qalanlar
İŞİD üzvü Moskvaya gedib çıxdı
Sizin stiliniz hansıdır?
Gözəl güllər
Bakıda uşaqlara niyə belə əzab verirlər?
Rezidenturaya sənəd verənlərin sayı açıqlandı
Fərqli manikür nümunələri
Qadin.Net - 2 Yaşın mübarək!
Günün qoroskopu:Təşkilatçı olun!
Noutbuklar liderliyi itirir
XƏBƏRDARLIQ: Temperatur 6 dərəcə enəcək, güclü külək olacaq
Saç və dırnaq maskası
Pentaqon UNO-ların araşdırılması üçün işçi qrupu yaradır
Acun dünya məşhurları ilə bir siyahıda
Bryus Uillisin qızı ilə eşq yaşayır - FOTO
Ermənilər Ağdamın cəbhəyanı kəndlərinə 26 ədəd raket atıblar
Pəhrizinizə dəstək-karbohidratlar
Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlayır
"Kızım" FİNAL EDİR
Buludların üzərində piyada gəzinti
Vətəni canı bahasına qoruyanlar - VİDEO
Dünya ulduzları reklam çəkilişində - FOTO/VİDEO
Sürpriz alma şirniyyatı (foto resept)
Kafirin küfrü artdıqca...
"İstanbullu gelin"in final tarixi açıqlandı
Akın Akınözüdən HƏRCAİ ETİRAFI
Tailanddan “YouTube” və "Facebook"a sərt xəbərdarlıq
Hindistanda ikibaşlı ilan aşkar edilib - VİDEO
Fərqli dekorasiya modelləri
Yay ayı üçün toy geyimləri
Turabi finala qaldı-1 milyon qazana bilər!-FOTO
Nə içirik?
Varlılarla yoxsullar arasındakı 10 fərq
Hindsayağı pirojki (foto resept)
Uşaqlar üçün papaq və şərf modelləri (2)
Hava haqqında - 12.02.2014
Hava necə olacaq?
Ruzinizin artmasını istəyirsinizmi?
- ŞƏRHLƏR