Sizə təqdim etdiyim növbəti blogger Kristina Bazandır. 19 yaşı olmasına baxmayaraq, çox məşhur bloggerlərdəndir. O, İsveçrədə (Cenevrə) yaşayır. Boyu 173 sm, çəkisi 55 kq-dır. İdeal model ölçüsünə sahib olmaq istəmir. Dediyinə görə, dadlı olan istənilən yeməyi yeyir. Heç zaman pəhriz saxlamayıb. Saçlarının təbii rəngi xurmayı olsa da, tez-tez sarı rəng boyasından istifadə edir. Gözləri mavi rəngdərir.
Hələ 17 yaşında bloqunu yaradır. Artıq bir il sonra məşhur bloggerlər sırasında yer alır. Yaşının realda çox olduğunu qeyd etsələr də özü bunu təkzib edir və makiyajın onu şəkillərdə yaşlı göstərdiyini qeyd edir. Kristina tələbədir, eyni zamanda özünü model biznesində də sınamağa qərar verir. Beləliklə, 17 yaşında ikən sadə şəkillərdən və şəxsən özünün maraq dairəsindən ibarət olan “KAYTURE” adlı bloq açır. Lakin çox keçmədən məşhur fotoqraf Jo Simoes tərəfindən kəşf edilir. O, Kristinaya hərtərəfli kömək olur və model biznesində ilk addımlarını atmasına səbəb olur.
Kristina Bazan bir neçə reklama və jurnal cildləri üçün çəkilib. Onun bütün şəkillərini sevgilisi Ceyms çəkir. Onunla bütün ölkələrə, xüsusən də Nyu-York və Parisə səyahət etməyi çox sevir. Kiristina mehriban, səmimi, dostlarına dəyər verən insandır. O, internet mağazalardan geyim və ya aksesuar almağı çox sevir. Şəkillərdə adətən H&M, Zara, Topshop, Chanel brendlərindən geyinir və onları reklam edir. Geyimdə ən çox sevdiyi aksesuarlardır. Onları xüsusi zövqlə seçir. Bildirdiyinə görə, geyimə romantika və şarm qatan məhz düzgün seçilmiş aksesuarlardır.
Geyim alarkən ilk olaraq onun bədəndə duruşuna və yaraşıb-yaraşmadığına diqqət edir. İkinci diqqət etdiyi vacib məqam isə həmin geyimlə ən azından Universitetə gedib-gedə bilməyəcəyidir. Hündür ayaqqabıları bəyəndiyi andaca almağa üstünlük verir. Hərçənd, həmin ayaqqabılarla Universitetə getmir.
Kristina fransız, alman, ingilis, hətta rus dillərini mükəmməl bilir. Evdə valideynləri ilə rus dilində danışmağa üstünlük verir. Dəfələrlə LOOKBOOK–un cildində Kristinanın rəsmləri dərc edilir. 2011-ci ildə Kristina “Miss İsveçrə” adlı gözəllik yarışmasına qatılır. Müsabiqədə “Miss Fotogenik” titulu ilə təltif olunur.
XƏBƏR LENTİ
Hava haqqında - 25.12.2013
Bayram üçün kombin tövsiyələri
Qeyri-adi paxıllıq-VİDEO
Qəbul imtahanlarının vaxtları açıqlandı
İnstaqram üçün necə şəkil çəkdirməli?
Tez uzanan və güclü saçlar üçün 7 maska
"Borussiya"dan türk əsilli futbolçuya fantastik təklif
Almalı piroq (foto resept)
Uşaqlarda depressiya əlamətləri
Azərbaycanda koronavirusa görə ayrılmış karantin zonasından reportaj - VİDEO
HAVA necə olacaq? 10-yanvar
Balıq qoxusunu aradan qaldıran üsullar
Rianna "Victoria’s Secret"ə qarşı-FOTO
Qısa ətəkli ziyafət geyimləri
İş yerində yanlış davranışlar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dəriyə qulluqda gül suyu və yağı
Ətli mini zapekanka (foto resept)
Hər 10 qadına 22 uşaq düşür
Fəza təfəkküründən məntiqi sual(2)
Milli parklar təhlükədə
Yayın "qış" xəstəlikləri
Can Yamanı onlar da müdafiə etdilər
İvana Sert sevgilisi ilə tətildə
Yeni bankomatlar gəlir
Dabansız ayaqqabılar
Yeni Zelandiyada şəhər satışa çıxarıldı
Qara nöqtələr üçün bal maskası
Çində məktəbliləri qeyri-adi baş geyimi taxmağa məcbur edirlər - FOTO
Evdə heyvan saxlamağın faydaları
2014-cü ilin bahar ətirləri
Sənə qırmızı cox yaraşır
Ermənistan prezidentini öldürmək istədilər
Seyran Ohanyan Şuşa döyüşləri barədə: “Vuruşsaq da, yenə də məğlub olduq”
Kiçik top biskvitlər (foto resept)
Məşhur aparıcı övladını itirdi
Uşaqlara tez-tez hədiyyə almayın!
Uşaqları yemək yeməyə həvəsləndirək
Ronaldonun yeni klubu bəlli oldu
Müasir dərdin dərmanı - ...sevin!
Kömək gözləyən sevimli heyvanlar
8 qadın nazir təyin olundu
ŞAD XƏBƏR: Xankəndinə qatarla gedəcəyik - VİDEO
2017-ci il çanta dəbində çəhrayı
DİM 2500-dən çox abituriyentə xəbərdarlıq “SMS”ləri göndərdi
Azərbaycanda dərslərin başlaması barədə qərar verildi - RƏSMİ
Sirli təbiət-Hissə 2
HAVA necə olacaq?
Üç ölkədə Ebola virusuna yoluxanların sayı 18 mini keçib
Sürücülərin diqqətinə
- ŞƏRHLƏR