Bakıda hava +7°
USD 0.7844 AZN
EUR 0.9847 AZN
01:59Sema https://www.youtube.com/watch?v=p78lOSwqKTw 01:19S.S.90...S A M I R... Hər insan dinclik verər Kimiləri gəlincə, kimiləri gedincə 01:08S.S.90...S A M I R... Bəzi zamanlarda tənhalıq xoşbəxtliyin özü olur..! 23 noyabr 22:38S.S.90...S A M I R... Baki hec Vaxt Sevmedi....Ebedi Sevenleri... ,Nedense ... 23 noyabr 21:17Dəniz84 Baxdım Narinim Baxdım.))) 23 noyabr 20:56•●Narın●• Dəniz84 xahiş edirəm tez şəxsiyə bax bacı, zəhmət olmasa...
29711

Məmməd Əmin Rəsulzadə-Unudulmaz dahi lider!

Məmməd Əmin Rəsulzadə-Unudulmaz dahi lider!

Ah,Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq! Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.

Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi- müqəddəsi köksümüzdə bəsləmək istiyoruz: bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı. Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: biz. Ərəbistanı göstəriyorlardı”.

Bu sözlər Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri, Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkir və əvəzolunmaz şəxsiyyət olan Məmməd Əmin Rəsulzadəyə aiddir.

 1884-cü ilin soyuq yanvar ayının 31-i idi. Bakının Novxanı kəndində Azərbaycan üçün tarix yazacaq bir körpə dünyaya göz açdı.  “Rus-müsəlman” məktəbində təhsil alan Məmməd Əmin Rəsulzadə Bakı texniki məktəbində elə rus dilində də təhsilini davam etdirdi. Gənc yaşlarından inqilabi fəaliyyətə başlayan M.Ə.Rəsulzadə 17 yaşında ikən rus müstəmləkəsinə qarşı gizli mübarizə aparan “Müsəlman gənclik təşkilatı” nı yaratdı. 

Məmməd Əmin Rəsulzadə-Unudulmaz dahi lider!

Türk və İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olan- Azərbaycan Demaokratik Respublikası- deyilərkən ilk ağıla gələn Məmməd Əmin Rəsulzadə olur.ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən elan edildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini qeyd etmişdir.

Siyasi fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılığını da davam etdirən M.Ə.Rəsulzadənin “Müxəmməs” adlı ilk əsəri “Şərqi Rus” qəzetində çap olunmuşdur.  Ə.Rəsulzadənin Əli bəy Hüsenzadənin  redaktor olduğu Fyuzat, həmçinin Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. 1908-ci  il dekabrın 5-də Məhəmməd Əminin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi.  

M.Ə.Rəsulzadə Türkiyədə olarkən "Yeni lisançılar və türkçülər" məqaləsini,  Təbriz həyatından bəhs edən "Bir xan" adlı kiçik hekayəsini, "Dil – ictimai bir əməldir" yazısını "Şəlalə" jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan türkcəsini  göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.

M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə "Azəri türkü" (1928-1931), sonra isə "Odlu yurd" (1929-1930)jurnalları və həftəlik "Bildiriş" (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində"Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal" (1932-1934) qəzeti və "Qurtuluş" (1934-1938) jurnalı çap edilirdi.

1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan "Azərbaycan respublikası haqqında bəzi qeydlər" adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Onun 1936-cı ildə Berlində "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsi çap edilmişdir. 1938-ci ildə Berlində alman dilində "Azərbaycan problemi" və 1939-cu ildə Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət savaşı" kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar 1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstanbulda nəşr olunmuş "İslam-türk ensiklopediyasının" 1-ci cildində "Azərbaycan ləhcəsi" adlı məqaləsi çap edilmişdir. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın kültür kələnkləri" adlı kitabı işıq üzü görmüşdür. Onun "Çağdaş Azərbaycan ədəbiyyatı" (1950-ci il) və "Çağdaş Azərbaycan tarixi" (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir. 

Məmməd Əmin Rəsulzadə-Unudulmaz dahi lider!

1955-ci il mart ayının 6-da gecə saat on birə on dəqiqə qalmış Məmməd Əmin Rəsulzadə dünyaya gözlərini əbədi bağladı... Ölərkən də dilində “Azərbaycan, Azərbaycan, Azərbaycan!” kəlməsi bitən bu dahinin vəfatı bütün türk dünyası üçün ağır bir itki oldu.

 Məmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim M. Ə. Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" 24 dekabr 1992-ci il tarixli, 254 nömrəli Sərəncamı imzalamışdır.

Bundan əlavə ulu öndərimiz Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M. Ə. Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" 29 dekabr 1993-cü il tarixli, 79 nömrəli Fərmanı imzalamışdır.

Bu gün "Bir kərə yüksələn bayraq, bir daha enməz!" şüarı böyükdən kiçiyə hər kəsin dilinin əzbəridir. Bu şüar bizlərə Məmməd Əmin Rəsulzadədən yadigar qalan bayrağa hörmət simvolu, azadlıq hərəkatının devizidir.

Sonda isə sizlərə Məmməd Əmin Rəsulzadənin öz səsi ilə xalqa müraciətini təqdim edirəm. 

  

Səslərin sayı: 9
94
5737
Şərhlər
Offline
Belke bir gun...
men ibtidai sinifde oxuyanda ders otagimizin divarinda Memmed Emin Resulzadenin shekli asilmishdi,cox sevirdim onu.cox tesir bagishlayirdi mene... derslerimi oxumaga da heveslenirdim elebil.evde de daim onun haqqinda xosh sözler eshitmishdim... indi de yalniz Sevincime teshekkür etmek gelir icimden,bashqa da hec ne...
31 yanvar 2013 19:55
Offline
Almaz S.
Louis Vuitton,
Haqlısan,Almaz, qəlbimizdən silə bilmədikləri üçündür ki, bu gün fəxrlə ONDAN danışa bilirik.

Sən də sağ ol canım, yada saldın Allah səndən razı olsun.
31 yanvar 2013 19:53
Offline
Louis Vuitton
Nəinki onun ad günü, artıq Xocalı faicəsinin tarixi belə unudulur..Necə ki, bu yaxınlarda 20 yanvar hadisəsinin baş verdiyi ili bilməyənlər olmuşdu..

Bunu unutdurmamaq üçün bizlərin üstünə çox böyük bir vəzifə düşür. Hər birimiz, istər müəllim, istər həkim, istər mühəndis, istər evdar qadın, istərsə də fəhlə olan hər bir kəs övladı üçün bu tarixi şəxsiyyətlərdən danışmalı, onları tanıtmalıdırlar.

Gülşən xanım nə etsələr də onu bizim qəlbimizdən didərgin sala bilməyəcəklər.Necə ki, bunu edə bilən olmayıb indiyə kimi.....

Haqlısan,Almaz, qəlbimizdən silə bilmədikləri üçündür ki, bu gün fəxrlə ONDAN danışa bilirik.
Leyla Alizade,
Ehmedova fidan,
LEQENDA.,
MUSTI93.NET,
Şərhləriniz üçün hamınıza bir daha minnətdaram.
31 yanvar 2013 19:40
Offline
Ilayda
Qadinlarimizin tehlindede RESULZADENIN
31 yanvar 2013 19:36
Offline
Almaz S.
Gulshen_q,
Bizim və bizimdən əvvəlki dövrün qəlbindən çıxara bilməsələr də gənclərin, yeni nəslin qəlbindən çıxara bilərlər..Elə bilirsiz məktəblilər hamsı bu günkü tarixi bilirlər?Nəinki onun ad günü, artıq Xocalı faicəsinin tarixi belə unudulur..Necə ki, bu yaxınlarda 20 yanvar hadisəsinin baş verdiyi ili bilməyənlər olmuşdu..

Bildiklərimi danışmalıyıq,təbliğ etməliyik unudulmağa qoymamalıyıq.Bu bizim borcumuzdu.
31 yanvar 2013 19:20
Offline
Gulshen_q
Gülşən xanım nə etsələr də onu bizim qəlbimizdən didərgin sala bilməyəcəklər.Necə ki, bunu edə bilən olmayıb indiyə kimi.....

Bizim və bizimdən əvvəlki dövrün qəlbindən çıxara bilməsələr də gənclərin, yeni nəslin qəlbindən çıxara bilərlər..Elə bilirsiz məktəblilər hamsı bu günkü tarixi bilirlər?Nəinki onun ad günü, artıq Xocalı faicəsinin tarixi belə unudulur..Necə ki, bu yaxınlarda 20 yanvar hadisəsinin baş verdiyi ili bilməyənlər olmuşdu..
31 yanvar 2013 19:15
Offline
MUSTI HM
ILK VE TEK ONDERIM MEHEMMMED EMIN RESULZADE RUHUNUZ SAD OLSUN!!!!!!!!HER DEFE RESULZADE SOZUNU ESIDENDE OZUMDEN ASILI OLMAYARAQ UREYIM PARCALANIR...HEYIF COOOOOOOOOX HEYIF MEZARI BU GUN DE QERIB OLKEDEDIR!ONUN RUHU DA AZERBAYCANA BAGLIDIR1AZERBAYCAN ONA O DA AZERBAYCANA BAGLIDIR!!!!
SEN BIZIMSEN BIZIMSEN DURDUQCA BEDENDE CAN
YASA YASA COX YASA EY SANLI AZERBAYCAN!!!!!!!!!!
MEHEMMED EMIN RESULZADE! 31.01.1884-06.03.1955
31 yanvar 2013 19:13
Offline
Almaz S.
Gulshen_q,
[quoteSağlığında özünü, yoxluğunda isə nəslini didərgin saldılar vətəndən..Bilmirəm bu, onun xoşbəxtliyidir, ya bədbəxtliyi--Onun adına, tarixdəki yerinə yoxluğunda belə hələ də həsəd aparırlar....]

Gülşən xanım nə etsələr də onu bizim qəlbimizdən didərgin sala bilməyəcəklər.Necə ki, bunu edə bilən olmayıb indiyə kimi.....
31 yanvar 2013 19:11
Offline
Gulshen_q
Bunu ancaq gözlərini yumarkən də "Azərbaycan, Azərbaycan, Azərbaycan" deyə birinin ruhu duya bilər...

Bu hadiseni ilk dəfə oxuyanda elə pis olmuşdum,ağlamağım gəldi ağlaya bilmədim bir gun qeher boğazımda yumurlanmışdı .Elə indi də elə bil tok vurdu ALLAH rəhmət eləsin.Qəbri nurla dolsun.

belke de tarix erzinde Azerbaycani onun qeder seven ikinci biri olmayacaq. o heqiqeten de cox boyuk,mudrik insan idi.

Çox həyacanlandım.Xalqının başına gələn müsibət əyan olub ona...

Sağlığında özünü, yoxluğunda isə nəslini didərgin saldılar vətəndən..Bilmirəm bu, onun xoşbəxtliyidir, ya bədbəxtliyi--Onun adına, tarixdəki yerinə yoxluğunda belə hələ də həsəd aparırlar....
31 yanvar 2013 19:03
Offline
Almaz S.
Çox sağ ol Sevinc qəlbim fərəhlə doldu, mən O böyük insanın səsini eşitdim,indi necə qəhərlənməyəsən.Allah ona rəhmət etsin,qəbri nurla dolsun.Üzündən nur tökülən mərdlik yağan bu insan heç vaxt yaddan çıxmamalıdı.Biz fəxr edirik onunla tək adını eşitmək kifayətdir ki,qəlbin fərəhlə vursun.
Gulshen_q,
"Bax bu qəbirdən keçən il qışda gecəyarı dəhşətli zarıltı, fəryad gəlirdi..Sanki bir insana kimsə əzab verirmiş kimi.."Həmin günün tarixini soruşan N.Yaqublu heyrətdən daha çox təəssirlənir.Çünki həmin gün məhz 20 YANVAR 1990-CI İL idi...

Çox həyacanlandım.Xalqının başına gələn müsibət əyan olub ona...
31 yanvar 2013 18:47
Offline
LEQENDA.
Azerbaycan Oguzlar Yurdudur ve Turk Cumhuriyyetidir. Imancimiz Islam, Milletimiz Oguz Turku, Dilimiz Oguz Turkcesi. Oguzlugumuz Ozumluyumuzdur: M.E.Resulzade Milli Duwuncelerimizin Ozudur. Tewekkurler.
31 yanvar 2013 18:42
Offline
Ehmedova Fidan
M.e.Resulzade hec vaxt unudulmayacaq ona goreki" Bir daha yukselen bayraq bir daha enmez" .kelimesi Azerbaycan xalqi var olduqca unudulmayacaq.Amma teessuf ki Respublika seviyyesinde anilmir bele bir sexsiyyet xebere gore tesekkur.YASA,YASA EY SANLI AZERBAYCAN!!!
31 yanvar 2013 18:38
Offline
Gozel Qasimzade
Gulshen_q,
belke de tarix erzinde Azerbaycani onun qeder seven ikinci biri olmayacaq. o heqiqeten de cox boyuk,mudrik insan idi.
31 yanvar 2013 18:36
Offline
Ayka Alizade
M.Ə.RESULZADE Azerbaycanin tarixinde coox onemli bir yeri var...o qelblerde yawayacaq
31 yanvar 2013 18:35
Offline
B.Ulviyye
nun haqda oxuduqlarım içində mənə ən çox təsir edən-onun ölümündən sonra belə Azərbaycanı düşünərək vətənin, xalqın başına gələnlərə üzülməsi, fəryad etməsidir.M.Ə.Rəsulzadənin həyatı, fəaliyyəti haqda ilk kitab müəlliflərindən olan N.Yaqublu Ankarada məzarlıqda M.Ə.Rəsulzadənin qəbrini ziyarət edərkən məzarlığın keşikçisi qəbirdə uyuyan bu adamın kimliyini soruşur.Biləndə ki, vətənini çox sevən, xalqı üçün həyatından (azadlığından, ailəsindən) keçən biridir, sözünə davam edib deyir ki,-"Bax bu qəbirdən keçən il qışda gecəyarı dəhşətli zarıltı, fəryad gəlirdi..Sanki bir insana kimsə əzab verirmiş kimi.."Həmin günün tarixini soruşan N.Yaqublu heyrətdən daha çox təəssirlənir.Çünki həmin gün məhz 20 YANVAR 1990-CI İL idi

Bu hadiseni ilk dəfə oxuyanda elə pis olmuşdum,ağlamağım gəldi ağlaya bilmədim bir gun qeher boğazımda yumurlanmışdı .Elə indi də elə bil tok vurdu ALLAH rəhmət eləsin.Qəbri nurla dolsun.
31 yanvar 2013 18:33
Offline
Louis Vuitton
Azərbaycan xalqı yaşadıqca Məmməd Əmin Rəsulzadəni də yaşadacaq.

Bu bizlərin borcudur!
.Dilini sevən,dinini sevən,xalqını,vətənini sevən bu dahi Türk övladı olub,biz də onun nəslinin davamçısı olaraq o dahiyə layiq olmaliyiq.

Layiq olmaq üçün hər birimiz çalışmalıyıq.
.Men cox xosbextemki dovletimizin bele unudulmaz dahi insani olub

Azərbaycan xalqı xoşbəxtdir ki, belə bir oğul məhz onun payına düşüb.
Ulu onder, dahi sexsiyyet,vetenini seven ve veteni ucun buyuk xidmetleri olan insan!

Bie sözlə, fəxr edilməli bir insan!
Allah sene rehmet etsin.

Amin!
Belə gözəl bir xəbəri qələmə aldığınıza görə Sevinc xanım sizə dərin təşəkkürümü bildirirəm...

gozel xebere gore cox sagolun canim bacim

Sevinc xanım, sizə bu mövzu üçün minnətdatam.

Bu mənim vətəndaşlıq borcumdur.
Çünki həmin gün məhz 20 YANVAR 1990-CI İL idi..

Bunu ancaq gözlərini yumarkən də "Azərbaycan, Azərbaycan, Azərbaycan" deyə birinin ruhu duya bilər...
Deniz84,
xanim cabarova,
Gozel Qasimzade,
Təşəkkür edirəm şərhləriniz üçün, xanımlar.
31 yanvar 2013 18:19
Offline
Gozel Qasimzade
Allah Memmed Emin Resulzadeye rehmet elesin! onun Azerbaycan ucun elediklerini her kes ede bilmez. insaAllah bir gun onun qebrini ziyaretelemek qismetim olar.
31 yanvar 2013 18:13
Offline
♥Selena♥
"Mövcüd Azərbaycan respublikasının yaranması Məmməd Əmin Rəsulzadənin uzun sürən mübarizəsinin nəticəsi olub. Fəövqəladə şəxsiyyət olan Məmməd Əmin Rəsulzadə nəinki Azərbaycan, Şərq, eləcə də Qərbdə demokrat və siyasi xadim kimi tanınıb. Məmməd Əminin ən böyük qayəsi Azərbaycanın istiqlalı olub", deyə M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə bildirib.
Məmməd Əmin Rəsulzadənin cümhuriyyətin süqutundan sonra dediyi, şüara çevrilən bu sözləri də onun Azərbaycanın yenidən müstəqillik qazanacağına inamını əks etdirir: "Azərbaycanın bu qədər fəlakətlər nəticəsində ələdə etdiyi qazanc varsa, o da istiqlal fikrinin rüsüxüdür. İndi istiqlal və hakimiyyəti milliyyə sevdası ilə yaşayan bir Azərbaycan gəncliyi vardır ki, "Çeka"nın amansız edamlarına rəğmən gecə-gündüz çalışır, ilk fürsət və imkan gözləyir. Bu fürsət gəlincə, o meydana çıxacaq və o zaman yanıq könüldə atəşin cizgilərlə mənən nəqş olunan bayrağı maddətən yüksəldərək deyəcəkdir- Bir kərə yüksələn bayraq bir daha enməz!".
Ömrünün qalan hissəsini Paris və Berlində keçirən dövlət xadimi Məmməd Əmin Rəsulzadə 1955-ci ildə Ankarada, 71 yaşında uzun sürən şəkər xəstəliyindən vəfat edir. Məmməd Əmin Rəsulzadə Türkiyənin Ankara şəhərində Əsri qəbristanlığında dəfn edilib.

Allah Azərbaycanın böyük oğluna rəhmət etsin. Amin.
Sevinc xanım, sizə bu mövzu üçün minnətdatam.
31 yanvar 2013 17:58
imza: Çox darıxmışdım Qadın.Net üçün. Yenidən burda olduğum üçün çox şadam smile
Offline
xanim cabarova
BELE DAHI INSANLAR 100 ILDEN BIR DUNYAYA GELIR.TARIXEN DE AZERBAYCANIN ISTIQLALIYYETI DIGER OLKELERIN PAXILLIGINA SEBEB OLUB.INDI DE.ALLAH REHMET BELESIN XALQIN BOYUK OGLU
31 yanvar 2013 17:32
Offline
Nigar
Bu gün "Bir kərə yüksələn bayraq, bir daha enməz!" şüarı böyükdən kiçiyə hər kəsin dilinin əzbəridir. Bu şüar bizlərə Məmməd Əmin Rəsulzadədən yadigar qalan bayrağa hörmət simvolu, azadlıq hərəkatının devizidir.
ALLAH rehmet etsin gozel xebere gore cox sagolun canim bacim
31 yanvar 2013 17:24
imza: Allahın cümləmizə yar olsun amin
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Qadin.TV
Son yazılar
Son şərhlər
Ən çox oxunulanlar
Ən çox bəyəndiyiniz kompot çeşidi hansıdır?
Feyxoa
Albalı
Şaftalı
Çiyələk
Heyva
Alça
Digər...