Bakıda hava +9°
USD 0.7845 AZN
EUR 0.9801 AZN
02:09قلب Ro-Xe-Sa قلب Ceylan xanim,Sen gözəllər gözəlindəndə gözəlsən gözəlim! 02:08Qəribə xosbext olasiniz insallah.Amin! 02:08Qəribə Neçə belə gözəl illər geyd edesiniz. 02:07قلب Ro-Xe-Sa قلب Her zaman Qadin.netin Bas redaktoru olaraq qalin bizimle 02:07Qəribə Ceylan xanim Ad gününüz mübarək olsun! 02:06قلب Ro-Xe-Sa قلب Ceylan xanim her zaman var olun URAAAAAAAAA 02:04قلب Ro-Xe-Sa قلب Ceylan xanim sizi cooox sevirik, Hemise bizimle olun 02:03قلب Ro-Xe-Sa قلب Ceylan xanim 100 yasayin 02:03قلب Ro-Xe-Sa قلب Ceylan xanim size uzun omur ve can sagligi arzulayiram 02:03قلب Ro-Xe-Sa قلب Ceylan xanim sizi semimi qelbden Tebrik edirem canim
30313

Estetik burun əməliyyatı

Estetik burun əməliyyatı
Estetik burun əməliyyatı hansı hallarda olunur?

Burun ucları daha böyük, burun kürəyində çıxıntı olan hallarda estetik burun əməliyyatı lazım ola bilər.Bəzən də insanların burunları çox yuxarıdan başlaya bilər, bu da burunda gözəl görünüş yaratmır, xüsusilə xanımlar bu problemdən daha çox əziyyət çəkirlər.
Əsasən,burunlar çox geniş ola bilir, əyriliklər,keçirilmiş əməliyyatdan məmnun qalmayanlar da buraya daxildir.
Bu əməliyyat çətin bir əməliyyatdır, diqqətli və problemləri olan bir əməliyyatdır.Burun quruluşu etibarı ile qarışıq bir orqandır, içərisində qığırdaqlar,sümüklər, böyük boşluqlar var.Bir tərəfdən də nəfəs alma kimi çox əhəmiyyətli bir funksiyası var.Bununla bərabər, estetik olaraq bədənin ən əhəmiyyətli yerində qərar tutar. Ona görə də,edilən kiçik bir səhv dərhal gözə dəyir.Amma yaxşı əməliyyat edildiyində,çox təbii və müsbət nəticələr alınır.
Ona görə də cərrahınızı diqqətlə seçməyiniz lazımdır.

Burun estetik əməliyyatı mütləq ümumi narkoz altında edilməsi lazım olan bir əməliyyatdır. Əgər lokal narkoz altında bu əməliyyatı keçirsəniz, bu həyatınız boyunca unuda bilməyəcəyiniz pis bir xatirə olaraq qalacaq. Əməliyyat zamanı mütləq yatmanız lazımdır, burunla əlaqədar ən kiçik əməliyyatda belə mütləq özünüzü yatırtdırın.


Estetik burun əməliyyatı

Ən çox soruşulan suallardan biridə bu olur: "Sümüklərimi qıracaqsınızmı?" Burun sümüyü qol sümüyü kimi qalın deyil,nazik kardona bənzəyir.Onu qırmaq yox,şəkil vermək lazımdır.Sümüyün üzlə birləşdiyi hissədə xüsusi cərrahi çəkiclərlə artıq sümüklər kəsilir.
Bu alətlərlə burunun müəyyən yerləri nazildilərək ,müəyyən yerlərinə şəkillər verilər. Bu əməliyyat çox incə bir əməliyyatdır.Qətiliklə gözünüzün önünə qorxunc bir əməliyyat görünüşü gəlməsin.
İstifadə edilən ümumi variantları yekunlaşdırmaq lazım olsa, bu variantlar ikiyə ayrılır: bunlardan biri bağlı,bir başqası da açıq burun əməliyyatlarıdır.Hansının doğru variant olduğu çox mübahisə edilən mövzudur.Bir qrup cərrah açıq burun əməliyyatı edərlər,başqa qrup isə yalnız bağlı burun əməliyyatına üstünlük verərlər.

 

Əməliyyatdan öncə və sonra şəkil çəkmə 

Estetik burun əməliyyatı

Əməliyyatdan əvvəl xəstənin fotoşəkillərini çəkilir.Bu fotoşəkilləri müəyyən standartlarda çəkmək lazımdır. Hər həkimin özünə xas fotoşəkil çəkmə texnikası vardır, amma təməl fotoşəkil tam yandan çəkilən fotoşəkildir. Bu xəstənin burun quruluşunu ən yaxşı göstərən burun fotoşəkilidir.
Şəkillər tam yandan çəkilir,öndən çəkilir, başqa fərqli bucaqlarla çəkilir . Ondan sonra çəkilən bu fotoşəkil kompüter ekranına qoyulur və xəstənin istədiyi burun şəklinə gətirilir. Burada istifadə edilən bu proqram plastik cərrahlar üçün hazırlanmış proqramdır.
Əməliyyat əvvəli xəstə qiymətləndirilərməsi çox əhəmiyyətlidir,bu,xəstə ilə birgə edilsə lap yaxşı olar. .
Çox sıx soruşulan suallardan biri də "kompüter mühitində hazırlanan burun nə qədər gerçəyə yaxın olacaq?" sualıdır.Səmimi söylənilərsə, proqramla düzəldilən burunla,əməliyyatdan sonrakı burun tam üst-üstə düşərsə,bu təsadüfdür.Ələbttə ki,ola bilməz.Amma çox oxşar burunlar alınır.Əməliyyat olunan burunda mütləq nəsə bir kiçik səhvlər ola bilər.Çünki,Şbu burundur,sümük-ətdir,dəmir deyil.
Estetik burun əməliyyatlarından yaxşı bir nəticə alına bilməsi yaxşı cərrah seçkisinə bağlıdır.

 

Burun əməliyyatıdakı çətinliklər

Estetik burun əməliyyatı

Əhəmiyyətli olan faktorlardan biri də, qalın dərili xəstələrdə tətbiq olunan üsulların bir az daha fərqli olmasıdır.Dərinin qalın olması anatomiyanı çox dəyişdirir və nəticədə burunda olunacaq dəyişiklərə maneə törədir.Amma burada da əməliyyat yaxşı edilsə çox gözəl nəticələr alına bilər.
Qalın bir dəri incə dəri arasında çox böyük fərqlər var. İdeal olan dəri əməliyyat baxımından baxıldığında dərinin nə çox qalın,nə də çox incə olmasıdır.Çox incə dərililərdə isə içəridə edilən çox minimal səhvlər çöldən görünür. Bu mövzuda bir az daha vasvası olmaq lazım gəlir,ümumiyyətlə, dərini daha da qalınlaşması üçün bir sıra tədbirlər görmək lazımdır.Orta qalınlıqdakı dərilərdə nəticələr daha asan alınır, səhvlər çox gözəl konsentrasiya olunur və yaradılan şəklin ortaya çıxması daha sürətli olur.
Bunların başqa, dərinin yağlı və quru olmasının bir problem yaratmır.Amma burnundan zərbə almış, qırılmış insanlarda işlər bir az daha çətinləşə bilir,çünki nə olduğunu tam olaraq bilmirsiniz. Burnu açdığınızda içəridə müəyyən qırıq xəttləri ilə qarşılaşa bilirsiniz.

 
Uğursuz burun əməliyyatı
Müvəffəqiyyətsiz keçirilmiş bir burun əməliyyatını anlamaq üçün plasitk cərrah olmağa ehtiyac yoxdur. Sıravi bir vətəndaş da, yolda yanından keçən, avtobusda yanına oturan bir insan da pis edilmiş burun əməliyyatlarını görə bilər. Bu şəkildə bir əməliyyat nəticəsi olan xəstələri təkrar əməliyyat etmək lazımdır.
Bir insanın ilk baxışda burun əməliyyatı keçirdiyi müəyyən olursa,deməli o insan uğurlu əməliyyat keçirməyib.Hər nə olursa olsun, gözəl, ya da çirkin, qətiliklə əməliyyat keçirdiyinizin müəyyən olmaması lazımdır.

Bəzi insanların burunlarında quruluş etibarı ilə, ya da doğum vaxtı aldığı zədələri var. Bu problemləri həll etdiyiniz və burna təbii bir görünüş verdiyiniz zaman bu əməliyyat son dərəcə müvəffəqiyyətli olmuş bir burun əməliyyatıdır.Başqa vəziyyətlər də var ki,burnun aşkar bir şəkildə əyri olması, hər kəsin " burnun necə də əyridir" deməsi təbii ki bir müvəffəqiyyətsizlik meyarı ola bilər. Bunu düzəltmək həqiqətdən də lazımdır.
Burun estetik əməliyyatlarda məqsəd mükəmməl bir burun meydana gətirmək deyil, daha yaxşı və daha düz bir burun şəklini yaratmaqdır. Burnu mükəmməl etməyə çalışdıqca, əməliyyat əsnasında da, sonrasında da,edilən işi daha da pisə aparar və nəticədə qaş düzəldən yerdə vurub göz çıxarmaq olar.Hər burnun, əməliyyat keçirilmiş və keçirilməmiş- bir yerində mütləq qüsur taparsınız. Burada əhəmiyyətli olan əsl məqsəd təbii və funksionallığı olan bir burun əldə etməkdir, onu da günümüzün texnikaları ilə rahatlıqla əldə etmək olar.

Əməliyyat qabağı nə etməlisiniz?
Əməliyyat qabağı gecədən 8 saatlıq bir aclıq lazımdır və səhər aç qarına xəstəxanaya gəlirsiniz. Sizə daha əvvəl hara və neçədə gələcəyiniz əlinizə yazılıb verilir.
Daha sonra sizi bir otağa çıxarırlar,paltarınızı geydirirlər və estetik cərrahınızla son bir danışma şansınız olur. Bu da çox əhəmiyyətlidir.Daha sonra sizə bir dərman verilir və siz yarı yuxulu bir şəkildə əməliyyata girirsiniz.
Əməliyyatlar 1 saatdan 2 saata qədər çəkir.


Əməliyyat sonrası nələr olur? 

Xəstə əməliyyatdan çıxdığında burnunun üzərində bir yapışqan və onunda üzərində bir gips olur. Əgər novlu silikon tampon istifadə olunubsa, dərhal nəfəs ala bilirlər. Az hallarda bənövşəyi rəng belə əməliyyatlarda olur Bu qaçınılmaz bir şeydir, xüsusilə sümüklərlə oynadıqda mütləq göz içlərində bənövşəyilik olur. Bənövşəyiliyin şiddəti həm əməliyyata, həm keyləşdirməyə, həm də xəstənin anatomiyasına bağlıdır.Bəzi insanların orqanizmi göyərməyə və şişməyə meylli ola bilir. Əməliyyatdan çıxdıqdan sonra ümumi ümumi keyləşdirmənin verdiyi narahatlıq, yüngül bulanma kimi vəziyyətləri 1 saatdan sonra itir. Çox ciddi bir ağrı olmaz, amma mütləq bir az da olsa baş ağrısı olmalıdır. Xəstələrə buz tətbiqi olunur, xəstəxanada yatmaq şərt deyil, amma ümumiyyətlə, xəstələrimə yatmalarını yaxşı olar. Bu şəkildə əməliyyat sonrası baxım üçün kömək almaq məcburiyyətində qalmırlar. Sabahısı gün xəstələr ümumiyyətlə, normal həyatlarına geri dönə bilirlər. Səhər qalxdığınızda bir nahar, ya da əgər canınız istəyirsə çölə çıxa bilərsiniz,gipsin üzərinə bir eynək taxa bilərsiniz, işə mütləq getməyim lazımdır deyirsinizsə, gedə bilərsiniz-bunda da bir qorxu yoxdur.

Siqaret çəkirsinizsə əməliyyatdan əvvəl də, sonra da, istifadə etmək lazım deyil.7 gündən sonra burun üzərində olan gips çıxarılır. Onu da çıxardıqdan sonra xəstə normal həyatına geri dönür. Bilinməsi lazım olan ən əhəmiyyətli şey budur ki, xəstənin burnu şişir, burnun əsl şəklinin ortaya çıxması isə təxmini olaraq 6 ay çəkir.Bu müddət ərzində xəstənin səbirlə gözləməsi lazımdır. İlk 2-3 həftə burunda həqiqətən çox böyük şişkinlik olur.

 

Estetik burun əməliyyatı

Buruna qoyulan tampon
Ediləcək olan estetik burun əməliyyatlarından sonra buruna tampon qoymaq şərt deyil, ancaq qoyulsa da heç bir problem olmaz.Xüsusilə, burunda çox ciddi bir əyrilik varsa, burun içərisində bir sıra əməliyyatlar keçirilibsə, nəfəs almağı maneə törədən sümüklər,çıxıntılar,hətta çox aşkar əyriliklər varsa,o zaman bir tampon qoyula bilər. Əslində bir çox insanın nəfəs yolları son dərəcə düzgündür və heç bir əməliyyat edilməsinə gərək olmur.
Burun əməliyyatlarında mümkün olduqca az dəyişiklik etmək ən doğru və ən fundamental şeydir.Bu zaman lazım olmadığından tampon qoymağa ümumiyyətlə çox səbəb olmur.Tampon qoyulan xəstələr əməliyyatdan çox rahat nəfəs alaraq çıxa bilir, çünki içərisində özündən dəliyi və ya kanalı olan silikon və ya süngər tamponlar istifadə olunur.
İndiki dövrdə istifadə olunan tamponlar çox keyfiyyətli tamponlardır,bunlar kiçikdirlər və içəriyə qoyulduğunda şişirlər, amma heç bir yerə ciddi bir ağrı vermirlər.Belə tamponları çıxarmaq da çox asan olur.


Səslərin sayı: 18
126
41166
Şərhlər
Offline
Nazli.A( Kerim ve Medinem)
menim fikrimce Allah nece yaradibsa elede qalmalidir.
29 oktyabr 2012 20:33
Offline
G.....m
Təşəkkürlər.
29 oktyabr 2012 20:29
imza:
Həyatdaykən Allaha çatmağı qəlbən diləməyən kəs,100 il də ibadət etsə əməlləri boşa gedəcək. Siz,siz olun,zamanınızı itirməyin...
Offline
Ayka Nəcəf
necede insanin uzunu deyisdirir.sade bir burun emeliyyati
15 oktyabr 2012 18:10
Offline
GulenaY
Menm podruqam ve qohum qiz burun emeliyyatin elletdirmishik ve inanin ki,suppppper hekimimizin elleri qollari var olsun,indi reklami olan hekimler inanin ki,adami pis gune qoyur,menim hekimimin ne reklami var,ne bir shey..Amma o qeder xestesi var ki..Meselen menle podruqam emliyyati planlashdirdiq o 1 ci getdi eletdirdi,ela alindi dalinca men getdim eletdirdim yene ela alindi ve qohumumuza meslehet gordum o da tezelikce eletdirib super alinib ve belelikle sorushan olanda hami bir birine hekimimizi meslehet goruruk elece de oz xesteleri ooz yaxinlarina meslehet gorur,inanin o gun tesadufen oz tvlerimizin birinde hekimimizin adin chekib teriflediler tesadufden oldu bir mugenni ve aparicini da o edib...Hech agrili,qorxulu bir shey deil

Hekimim MEDiLUX klinikasi DiLQEM HEKiM elleri derd gormesin ALLAH komeyi olsun,burnum da super nefes almagim da lap supper hech kim inanmir ki,burun emeliyyati olunub deyirler nece gozel alinib,tikishde qeti bilinmir
13 oktyabr 2012 16:36
Offline
Yaquar C.
ay necede qorxuram,belkede meni qorxudublar tampon meselesinde ceper eyriliyi var gunu gune satiram getmirem
30 sentyabr 2012 22:25
Offline
Nigar
ALLAH ne verib ona wukr smile
30 sentyabr 2012 22:18
imza: Allahın cümləmizə yar olsun amin
Offline
Selvi
sukur mende bele bir problem yoxdur...imza HER KES MUKEMMEL OLA BILER.EHTIYAC DUYDUGUMUZ TEK HER SEY,SEVGI DOLU BIR MEN VE GUCUNU SEVGIDEN ALAN BIR RUHDUR...
30 sentyabr 2012 22:16
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
GÜLÜ
qorxusu yoxdu məndə etdirmişəm.5 aydı.yerinə oturub demək olar amma bir az şişlərim var.görünüşü coxxxxxxxxxxx superdi.hamı bəyənir.medical center-də etdirmişəm.1000 manat xercim çıxıb
19 sentyabr 2012 14:31
Offline
Shokolad Tvix(Evli)
Men de burunumu emeliyyat eletdirmishem Allaha cox shukurler olsun ki cox da razi qalmisham cox ugurlu alinib.agrisiz filansiz.qiymeti de analizder icinde cemi 850 man.artiq 2 aydi ama neticelerim coox yaxshidi.hele yerine tam oturmasi ucun 4 ayim var.ama indiden cox gozel burun alinib mende.
14 sentyabr 2012 15:43
Offline
♥A.Ravana♥
Allaha cox wukur etiyacim yoxdur .Melumat ucun tewekkur edirem
7 sentyabr 2012 22:04
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
Gülşən29
Baby,
bu yaxinlarda dayim qizi etdirdi 1000 manata bawa geldi oda yaxwi alinib
7 sentyabr 2012 15:57
imza: Pozanın qeleminden tez biterse sehvlerin çox demekdir...

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
M.DUYGU
siz harda isleyirsiniz menim burun ceperimde eyrilik var.texmini deye bilmezsiz burun emeliyyati neceye basa gelir
6 sentyabr 2012 23:20
Offline
konul xelilova
men qulaq burun bogaz sobesinde isleyirem.burunda problemi olanlar meslehet ala bilerler
6 sentyabr 2012 23:04
Offline
lamiye elekberova
Salam.Men eledirmisem iyun ayinda,super alinib,cox tebii,balaca,qeseng.Kim gorur beyenir.Burnumun donqari cox idi,indi eser elamet qalmayib kohne burundan.hekimim Medi Luks klinikasi Dilqem Meherremov,ela mutexesisdi.Coooox minnetdaram ona.
6 sentyabr 2012 18:34
Offline
leylahuseynova
Burda biri etdirmişdi soyuq olan kimi əziyyət verir ona
5 sentyabr 2012 17:10
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
Salam
Menim burnum demek olar ki idealdir.Her kes el bilir ki emeliyyat eletdirmisem
4 sentyabr 2012 22:00
Offline
J e a l o u s y
Melumat ucun cox tesekkurler.Ehityac yoxdur eger olsaydi qorxardim emeliyyat eletdirmeye.
4 sentyabr 2012 01:57
imza: "Əgər qadın beş vaxt namaz qılar, Ramazan ayını oruc tutar, ayıb yerlərini qoruyar və Allaha asilik olmayan işlərdə ərinə itaət edərsə Cənnətin istənilən qapısından daxil olar"
Muhəmməd Peyğəmbər (s.a.v.)
Offline
Məryəm.
Çox sağ olun ....Belə probləm yoxdur..
3 sentyabr 2012 10:40
Offline
MAYA EL
ELEDE PRABLEMIM YOXDU AMMA HERDEN OLUR BURNUM XOWUMA GELMIR ETRAFLI MELUMAT VERDIYINIZ UCUN TEWEKKUR EDIREM
1 sentyabr 2012 16:23
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Ilishko
Sukur olsun Allaha hellelik ehtiyacim yoxdu.xebere gore cox sag ol.
1 sentyabr 2012 00:29
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Qadin.TV
Son yazılar
Son şərhlər
  • 01:53 - Müəllif: Pərvanə
    Şam ağacı düzəldək (2)

    Şam ağacı düzəldək

    Ellada Babayeva,Bu sam agacinin ustune qar yagibda ona gore beledi
  • Müsabiqə - Şaxta baba, Şaxtacan...

    قلب  Ro-Xe-Sa قلب,Əmin olmaq üçün dedim soruşum. Uğurlar kim iştirak edirsə.
  • Müsabiqə - Şaxta baba, Şaxtacan...

    cox gozel musabiqedir. sabah mektubumy yollayacam,amma deyesen xeyli uzun yazmisam. cemu 500 soz oomalidir? zehmet olmasa deyin
  • 01:29 - Müəllif: Nurane Kerimova
    Kivili piroq (foto resept) (104)

    Kivili piroq (foto resept)

    bisirdim amma xisuma gelmedi( gorunus super, xemir super ,emmasi odur ki,kivi bisende cox xosegeomez qoxu verir piroqa. mecbur olyb yigdim ustundekuleei.iti ureyimu vurdu.. basqa meyveyle yaxsi cixar
  • 01:25 - Müəllif: Ellada Babayeva
    Hava haqqında (1)

    Hava haqqında

    Külək başladı. Gözəl sakit hava idi.
  • 01:20 - Müəllif: Ellada Babayeva
    Şam ağacı düzəldək (2)

    Şam ağacı düzəldək

    Maraqlıdır. Rəngli olsaydı lap gözəl olardı.
  • Qatil olmaq istəyirsinizmi?

    Beli qiz oglan ferqi indide var.mende bir qiz ola-ola arada duwunuremki bu ne boyuk haqsizliqdir her zaman oglan daha cox sevilir.qoz ovlad istemirler amma evlerine gelin getirmeye telesirler.hele indi duwunuremki azalib kecmiwe gore qizlari abort eletdirmek.eger davam elese hec kes ogluna qiz ala bilmeyecek.Allah veren payi beyenmemekdir bu.Allah her kese saglam övlad versin Amin!inwAllah men gelecekde ovladimj abort eletdirmek mecburiyyetinde qalmaram
  • 00:42 - Müəllif: Ellada Babayeva
    Budur, sən və kainat (1)

    Budur, sən və kainat

    Sənin uydurduğun yalanların!Bəlkə də şüur məhz bunu dərk etməkçün verilib insana.Ki, hesablayasan:Gedənlərin daha çoxdu, yoxsa qalanların?Bu nə hesabdı, aman Allah,Gürzəylə qarşılaşan adamsayaq soyuq tər basır alnınıƏsirsən...
  • 00:29 - Müəllif: ayka
    Spiral (209)

    Spiral

    Mende 10 aydi qoydurmusam bele narshatciliq yoxdu ama cekim 10 kq artib indi bilmirem spiraldandi ya yox.
  • 00:18 - Müəllif: Ellada Babayeva
    Sürətli oxu-31 (3)

    Sürətli oxu-31

    Yaddaş haqqında kitablarda verilən məsləhətlər və yaddaşın tərbiyə edilməsinə dair əməli məşğələlər, sözsüz ki, faydalıdır, lakin dörd mütləq şərt əsasında: daim bunda maraqlı olmaq, məşqlərin uğurlu olacağına inam, yaddaşın yaxşılaşdırılmasının vacibliyinə əminlik, müstəqil işləmək bacarığı və yaddaşın ən yaxşı xüsusiyyətlərindən yaradıcı şəkildə istifadə etmək.
Ən çox oxunulanlar
Yeni ili harada qarşılayacaqsınız?
Evdə
Restoranda
Rayonda
Ölkə xaricində
Hələ bilmirəm!