Mastopatiya - süd vəzisinin xoşxassəli törəməsidir. Hal-hazırda ən geniş yayılmış xəstəliklərdəndir. Lakin onun xoşxassəli olmağı “narahat olmamalıyıq” demək deyil. Mastopatiya adı altında süd vəzisinin fibradenoması,axacaqdaxili papillomatoz,mastopatiya birləşir.Qeyd edim ki,mastopatiya gələcəkdə xərçəngə də çevrilə bilər.
Mastopatiyaların yaranma səbəblərinin əsasını reproduktiv funksiyanın və cinsi həyatın pozulmaları təşkil edir.
- Ilk menstruasiyanın erkən baş verməsi
- Mensturasion siklin pozulmaları
- Doğuşların olmaması
- Abortlar
- Ginekoloji xəstəliklər
- Südvermə dövrünün 3 aydan az olması
- Psixotravmalar və stress halları
- Orqanizmin hormonal (qalxanabənzər vəzi xəstəlikləri, şəkərli diabet, piylənmə və qaraciyər xəstəlikləri) və mübadilə pozulmaları aiddir.
- Irsi meyllik (ana xətti ilə)
- Zərərli vərdişlər(siqaretdən istifadə, alkoqol kimi)
Mastopatiyaların inkişafının əsasında progesteron çatışmazlığı və estrogenlərin artıqlığı durur. Belə ki, bu hal süd vəzisinin alveollarının (yəni burada olan boşluqların), süd axacaqlarının və birləşdirici toxumanın çoxalmasına səbəb olur.Eynilə bu prosesə səbəb prolaktin çoxluğu da səbəb olur, çünki prolaktin normada (hamiləlikdə və südvermə zamanı) süd vəzisini süd verməyə hazırlayır. Daha sonra südün miqdarının tədricən azalmasına səbəb də fizioloji olaraq prolaktin miqdarının azalmasıdır. Ancaq süni şəkildə bu prosesə müdaxilə olunarsa, vəzidə dəyişikliklər, yəni mastopatiya əmələ gəlir.
Abortlar da eyni təsiri göstərir. Hamiləliyin ilk vaxtlarından etibarən süd vəzisini gələcək südverməyə hazırlamaq üçün vəzinin toxumasını artırır. Lakin hamiləliyin pozulması estrogenin qəfildən kəsilməsinə və çoxalmış bu sahələrin sıxlaşması ilə düyünlərin əmələ gəlməsinə səbəb olur.
Mastopatiyanın iki növü var: diffuz (yəni bütün vəzini əhatə etməsi) və düyünlü forma (qoz böyüklüyündə). Diffuz forma fibroz və kistoz, vəzili və fibroz-kistoz formalara bölünür.
Hər bir xanım öz orqanizmini müşahidə etməli və ən xırda dəyişikliyi də erkən vaxtlardan aşkar etməyi bacarmalıdır. Bu məqsədlə sizə bir neçə metod göstərmək istəyirəm.
1-ci etap : alt paltara baxış
Süd vəzisindən az miqdarda ifrazat ola bilər ki, bu da büsthalterdə iz qoya bilər.Bu ifrazat qanlı, yaşımtıl-sarımtıl rəngdə ola bilər. Eyni zamanda qabıqlar da görə bilərsiz.
2- ci etap: süd vəzisinin ümumi görünüşü
Güzgü qabağında dayanın, əllərinizi yanınıza salın. Süd vəzlərinizin ölçülərində,formalarında,konturlarında hər hansı bir dəyişiklik varmı (süd vəzisinin biri digərinə nisbətən böyük ola bilər, bu, normaldır)? Süd vəziləriniz simmetrik quruluşda olmasına, eyni səviyyədə yerləşməsinə diqqət edin. Qollarınızı şəkildəki kimi qaldıran, sağa-sola çevrilən zaman hər iki süd vəzisinin bir-birinə bərabər yaxınlaşmasına diqqət yetirin. Hansısa vəzinin bərk olmasını hiss edirsinizmi? (şəkil 1)
Güzgü önündə qollarınızı yuxarı qaldırın, növbə ilə süd vəzilərinizin yuxarı, aşağı və yanlara dartılmasına, ifrazatın axmasına, dəridə dəyişikliyin əmələ gəlməsinə diqqət edin (şəkil 2).
3-cü etap: dərinin vəziyyəti
Süd vəzisinin dərisi elastikdirmi? Dərinin rəngində dəyişiklik, qızartı, səpki, limon qabığı görünüşü, şişkinlik, çökəklik, qırış olub-olmadığına fikir verin. Vəzini barmaqlarla bükmək lazım deyil, çünki bu, sizdə səhvən şiş təəssüratı yarada bilər.
4-cü etap: ayaqüstə vəzini əllə yoxlama
Bunu vanna otağında yuyunarkən əlləriniz sabunlu halda etməyiniz daha yaxşıdır. Bu məqsədlə losyon və ya kremdən də istifadə edə bilərsiniz. Sağ əllə sol, sol əllə sağ süd vəzisinin üzərində barmaq yastıqcıqlarınızı dairəvi hərəkətlərlə sürüşdürün. Baş barmaq bu prosesdə iştirak etmir. Ehtiyac olarsa, vəzini digər əllə tutmaq olar. Əvvəlcə dəri üzərində, sonra isə süd vəzisində hansısa dəyişiklik hiss edib-etmədiyinizə fikir verin (şəkil 3).
5-ci etap: uzanmış vəziyyətdə yoxlama
Bu etap müayinənin ən vacib etapıdır, çünkü bu yolla vəzini daha yaxşı müayinə etmək olar. Sərt bir yerdə uzanaraq müayinə etdiyiniz vəzi tərəfdəki əlinizi yuxarı qaldıraraq palpasiya aparın (şəkil 4, 5, 6).
6- cı etap: döş giləsinin müayinəsi
Döş giləsini müayinə edən zaman bunlara fikir verin:
1. Gilənin rəngində dəyişiklik varmı?
2. Forması dəyişibmi?
3. Döş giləsi dartılmış formada deyil ki?
4. Çatlar varmı?
Giləni müayinə edərkən giləətrafı sahəyə də diqqət yetirin, çünkü bu sahədə şiş ola bilər. Baş və şəhadət barmaqlarınızla giləni sıxaraq ifrazatın olub-olmamasına diqqət edin (şəkil 7).
Əgər müayinə zamanı hər hansı dəyişiklik hiss etsəniz, həkim-mammoloqa müraciət edin!
P.S. Gələn dəfəki xəbərimi miomalara həsr etmək fikrindəyəm.Təklif və suallarınızı göndərə bilərsiniz.
XƏBƏR LENTİ
Hamı onları əkiz zənn edir, əslində isə..- FOTO
"Bakıya zəlzələ təhlükəsi..."
Məşhur aparıcı ana olacaq-FOTO
Banklar ipoteka kreditlərindən imtina edəcək
Hava haqqında
Bu oğurluğun dəyəri ölçülə bilmir
Hava haqqında
Mağaradan malikanə düzəltdi - Gecəyə 950 dollar qazanır - FOTO
İnstaqramdakı adını belinə döydürdü - FOTO
Problemli kreditlərdən çıxış yolu
Ölkəmizdə uşaqlara münasibət nə yerdədir?
Sevgi adası
Çoxobrazlı Aygün Kazımova stili
Əcnəbi qəhrəmanlar - Göygöz Kosadan qorxmayan Mətanət bacı
Olduğu kimi qəbul et!
Məqamında çəkilmiş şəkillər
Tərəvəzli pizza (foto resept)
Azərbaycanda 2 kq-lıq qeyri-adi meyvə yetişdirildi-FOTO
Lazımsız kəşf
Texnologiyanın səbəb olduğu dəri problemləri
Soğan salatı (foto resept)
İnsanlar daha qocalmayacaqlar?
Nüsret Kann film festivalında-FOTO
Ertələmək problemi ilə üzləşənlər üçün məsləhətlər
Azərbaycanda ödəniş kartlarını qorumağın yolları
Ulduz futbolçu Fransanı təhqir etdi
Bircə Akalay jurnalistləri təəccübləndirdi-FOTO
Bakı metrosunda gediş pulsuz olacaq
"Eurovision 2019"- təmsilçimiz Çingiz oldu?
Region qeydiyyatında olanlar Bakıya qayıda biləcəkmi?
Uşağın makrozomik olaraq doğulması
Qadın olmaq heç də asan deyil...
SPA rahatlığı
Özünüzü tanıyırsınızmı?
Kişi müəllimlərin sayı niyə azdır?
Sağlam münasibət üçün tövsiyələr
Dünyanın ən bahalı 10 brendi müəyyənləşdi
Linza taxıb kompüterdə işləmək korluğa gətirib çıxarır
Azərbaycanın müxtəlif yerlərində seysmoloji aktivlik aşkar edilib
Boyama - 2
Hindistan qozlu tart (foto resept)
Samsung böhtanın cəzasını istəyir
Hava haqqında
Paytaxt salatı (foto resept)
Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
Arpacık nədir?
Millət vəkilləri avtoxuliqanlara qarşı
İmmunitet sistemində zəiflik olduğunu göstərən hallar
Harrison Fordun cəzası məlum oldu
Zoe Kravitzin gözəllik sirləri
- ŞƏRHLƏR